Azərbaycanda 16 təhsil müəssisəsinin rəhbəri İŞDƏN ÇIXARILDI- SƏBƏB 
Elm və Təhsil
631
08:19, Bu gün

Azərbaycanda 16 təhsil müəssisəsinin rəhbəri İŞDƏN ÇIXARILDI- SƏBƏB 

2024-25-ci tədris ilində Naxçıvan Muxtar Respublikasında (MR) 16 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad olunub, 33 direktora xəbərdarlıq, töhmət və şiddətli töhmət verilib
 
Naxçıvan MR Təhsil Nazirliyinin və rayon (şəhər) Təhsil Şöbələrinin monitorinq qrupları tərəfindən tədris ilinin başlanğıcından bu günə kimi ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin təşkili vəziyyəti, tədris-pedaqoji sənədləri yoxlanılıb və bir sıra məktəblərdə nöqsanlar aşkar olunub.
 
Aparılmış monitorinqlər nəticəsində işlərində yol verdiyi nöqsanlara görə 13 məktəb, bir məktəbdənkənar təhsil müəssisəsinin direktoru, iki bağça müdiri vəzifəsindən azad olunub, 15 direktora xəbərdarlıq, 15 direktora şiddətli töhmət, üç direktora isə sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilib.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər