Müəllimlər cinsiyyətə aid dərsləri niyə keçmir?
Elm və Təhsil
1796
02 Nov 2024 | 20:38

Müəllimlər cinsiyyətə aid dərsləri niyə keçmir?

Orta məktəblərdə şagirdlərin həyata hazırlanması üçün onlara lazımi bilik və bacarıqların öyrədilməsi məqsədilə ana dili, riyaziyyat, ədəbiyyat, tarix və digər vacib fənlər tədris olunur. Bunlardan biri də biologiyadır. Təəssüflər olsun ki, bir sıra müəllimlər biologiya fənninə aid olan bəzi dərsləri şagirdlərə keçmirlər. Bunlar daha çox insan anatomiyası və cinsiyyət sistemi ilə bağlı olan dərslərdir. Bəs buna səbəb nədir?
 
Moderator.az  xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirib ki, müəllimlərin orta məktəblərdə cinsiyyətlə bağlı dərsləri keçməməsinin bir neçə səbəbi ola bilər:
 
"İlk növbədə mədəni və ictimai təzyiq faktoru var. Cəmiyyətin konservativ dəyərləri və cinsiyyət mövzularına dair tabular, müəllimlərin bu dərsləri keçməsini çətinləşdirən səbəblərdir. Xüsusilə də bu, bölgələrdə özünü daha çox büruzə verir".
 
G.Əkbərovanın sözlərinə görə, məktəblərdə tədris olunan fənlərdə cinsiyyət bərabərliyi və cinsiyyət mövzuları tədris proqramında öz əksini yetəri qədər tapa bilmir:
 
"Müəllimlərin cinsiyyət bərabərliyi və cinsiyyət mövzularında kifayət qədər biliklərin olmaması, mövzuya daha düzgün yanaşmanı bilməməsi də bu dərslərin keçirilməməsinə səbəb olur. Bəzən də valideynlər cinsiyyətlə bağlı dərsləri mənfi qarşılayırlar, bu da müəllimlərin həmin mövzuda danışmağını çətinləşdirir. Bu amillər cinsiyyət bərabərliyinin və anlayışının düzgün aydınlaşdırılmasını əngəlləyə bilər".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər