Ənvər Abbasov və “Komedixana”nın təhsil mesajları - Yazıq repetitorlar
Elm və Təhsil
Oxunub: 1124
17 Oct 2024 | 21:01
Ənvər Abbasov və “Komedixana”nın təhsil mesajları - Yazıq repetitorlar
Giriş üçün bir neçə söz: əvvəlcə müəllimlər haqqında
 
Müəllimlər elə həmişə gözlərindəki işığı kitabların, dəftərlərin  arasında xərcləyiblər. Gözlərdəki işıqlar itdikcə beyindəki və ən əsası ürəklərindəki  işıqlar da çoxalıb. O qədər çoxaldı ki, bir gün bu müəllimlər (söhbət əsl müəllimdən gedir) ayılıb gördülər ki, hamıdan kənarda özlərinin qurduğu bir “işıq səltənəti”ndə məskunlaşıblar. Və… bir də onu gördülər ki, onlara alternativ olan “qaranlıqlar səltənəti”ndə artıq qəbul olunmurlar. Beləliklə, öz işıqları özlərinə qənim kəsildi  əls müəllimlərin... İşıqlı başlar və işıqlı səltənət vətəndaşlığı müəllimlərə boş ciblər, eynəkli gözlər, infarktlı ürəklər, köhnə pencəklər bəxş etdi. Amma başlarını dik tutan da var idi. Necə də olsa, bu “qaranlıq səltənət”də özlərində işıq daşıyırdılar….
 
Keçək “Komedixana”ya
 
Yox, biz də bir qism adamlar kimi “Komedixana” yumor tv layihəsini tənqid edib, orada neqativ meyillər axtarmayacağıq. Sözümüzün canı, yəni, “Mustafası” var... Son illərin məşhur komediya ekran layihəsi olan “Komedixana” ilə bağlı fikirlər birmənalı deyil. Çoxluq bu projeyə TV vasitəsilə davamlı şəkildə baxır, “YouTube” platforması üzərindən mütəmadi izləyir, “TikTok”, “İnstagram” və s. sosial şəbəkələr sayəsində də qısa çarxları paylaşırlar. Hər halda reallıq “Komedixana”nın çox böyük auditoriyasının olmasından xəbər verir. Kimin nə deməsindən asılı olmayaraq... Doğrudur, zaman-zaman bir qism tamaşaçılar tərəfindən komediya proqramında aktyorlar tərəfindən aşırı vulqar ifadələrin işlədildiyi, milli-mental dəyərlərimizə ziddi zarafatların edildiyi desələr də fakt öz faktlığında qalır;bu gün “Komedixana” çox böyük auditoriyaya malik bir tv layihəsidir.
 
Sözün Mustafası...
 
Təbii ki, bir təhsil məsələləri üzrə tədqiqatçı olaraq ara-sıra baxdığım komediya layihəsində təbii ki, təhsilə aid detalları, ona olan sosial yanaşmanı,  cəmiyyətin münasibət və dəyərləndirməsini əks etdirən mesajlar axtarır və incələməyə çalışırıq. İstedadlı (mən qətiyyətlə bu fikirdəyəm) ssenarist Ənvər Abbasov  və komandası bəzi mesajları Ezop dili ilə də ustalıqla təqdim etməyi bacarırlar. Həmin sözaltı bombaları tutmaq, gülüşün mina xəritəsi üzərində hərəkət etmək isə artıq tamaşaçının ixtiyarına buraxılır. 
 
Elə yumor proqramının son həftədəki buraxılışında “Repetitor” səhnəsi bir çox sosial mesajları, təhsilə olan natamam baxışları özündə tam şəkildə əks etdirə bilmişdi. Hər zaman özüm də daxil, bir çox təhsil mütəxəssisləri repetitorlardan danışarkən onları tamam tənqid etmiş və repetitorluq institutunu təhsilin kürəyinə vurulan xəncər yarası kimi tanıtmışıq. İnsafən, bizləri də haqlı edən müəyyən həqiqətlər var; təhsilimiz bugün repetitorluq institutunun qara kölgəsində daldalanmaqdadır, məktəb deyilən energetik aura öz işığını bu qaramatda əritməkdədir. Amma bütün bu detallar məsələyə birtərəfli baxış kimi qəbul edilməlidir. Məsələnin digər tərəfində isə repetitorluğun işgəncə dolu, əzablı tərəfi dayanır ki, “Komedixana” aktrisa Xəyalə Quliyevanın timsalında bunu ustalıqla göstərməyi bacarıb. 
 
Demək, sıradan bir azərbaycanlı evi... Tənbəl və işsiz həyat yoldaşı... Heydən düşən qoca qaynata ilə bir evdə yaşayan və işi ilə bərabər onların da qulluğunda durmağa məcbur olan xanım repetitor... Gülüş motivləri arasında o şəxsən mənim tanıdığım bir xeyli repetitor müəllimənin ortaq simasını özündə cəmləyir. Obraz narahatdır; indi uşaqlar yanına hazırlığa  gələcək, valideynlərinin verdiyi pul və o pulun hər dəfə xatırlatdığı, insanı içdən-içə parçalayan məsuliyyət hissi.. Elə şagirdlər otağa girib masa arxasında oturan kimi aylıqlarını müəllimə vermək məsələsinə gələndə müəyyən mesajları eşidirik: şagirdlərdən yalnız biri aylıq ödənişi təqdim edir və o da pulu verərkən deyir: “müəllimə amma atam dedi ki, müəlliməyə pulu ver, amma denən ki, mütləq “inistuta” girməliyəm...”... 
 
Reallıqda da belədir: bir neçə yerə parçalanmış repetitor həyatı bir ömür bu məsuliyyət hissinin altında keçir. Bu müəllimə aktrisanın oynadığı onlarla obrazdan yalnız biridir. O, başqa səhnədə başqa rolu canlandıracaq. Amma hər gün minlərlə insan -repetitor bu məsuliyyətlə günü açır və günü qapayır. Biz amma nədənsə öz xidmətini min bir mənəvi-psixoloji, ən əsası zehni yorğunluqla təqdim edən bu insanlararı niyə hər zaman pula-pul deməyən kəsim kimi dəyərləndiririk? Şəxsən, bugün də bizdə bu dərəcədə tüğyan edən repetitorluq institutunun qəti əleyhinəyəm. Amma bunun əsas səbəbkarı hər hansı fənni dərsdən sonra 3-5 nəfərə yenidən tədris edən müəllim deyil ki... O burada ən son elementlərdən biridir... Bizdə orta təhsil müəssisələri üçün tərtib olunan vahid tədris proqramı ilə, qəbul imtahanı suallarının tərtib olunduğudigər paralel proqram arasında o qədər dərin uçurum var ki, şagirdi bu qara zolaqdan məhz yenə də həmin repetitor çıxarır. Onu tam günahsız hesab etmirəm. Çünki repetitorların da çox hissəsi məktəbi ümumiyyətlə arxa plana atdı, özünü dərsdə yox hazırlıqda yordu. Amma hər bir halda o da insandır və parçalanmış həyatı yaşamaq hamı kimi, ona da xoş deyil...
 
Bu arada... “Komedixana”nın həmin səhnəsində repetitor uşaqlarla test suallarını işləyərkən əri (aktyor Fərda Amin) səhnəyə daxil olub, ondan yemək, bir az da keçmiş, çörəyin yerini soruşur. Daha sonra qoca qayınata hazırlıq keçən gəlinindən onu bankalamasını istəyir. Hələ bu azmış kimi, qonşu da əlində bir qazan dolma ilə içəri girib müəllimədən onu bükməsini istəyir... Tamaşaçı bunlara gülür... Gülə-gülə də düşünür yəqin... Situasiya həm də tragikomikdir. Amma ən dəhşətlisi isə budur: hazırlığa gələn şagirdlərdən biri onun evdəki məişət zəminli işlərini görür və bu işlərdə də bacarıqlıdır. Sonda isə özü etiraf edir:”müəllimə, mən bunları əla bilirəm e, hazırlığa elə-belədən gəlirəm”... Bax bu cümlə isə faciənin əsl üzüdür. “Niyə repetitorluq məktəbi məhv etdi?”sualının əsl cavabıdır. 
Sonda əvvələ qayıdaq...
 
Yazının əvvəlində belə bir ifadəni qeyd etmişdik: “İşıqlı başlar və işıqlı səltənət vətəndaşlığı müəllimlərə boş ciblər, eynəkli gözlər, infarktlı ürəklər, köhnə pencəklər bəxş etdi”.Repetitorluq bəlkə elə sırf buna görə artdı? İşıqlı başların boş ciblərə məğlub olmaması üçün bu qədər irəli getdi?
 
Amma çooxx, lap çooxxx irəli getdi... Gərək, işıqlı başlar özlərini nə bu qədər parçalara ayıra, nə də işıq səltənətinə (burada məktəb) xəyanət edə idilər...
Elmin Nuri
Təhsil məsələləri üzrə tədqiqatçı
 
Oxşar xəbərlər
00:37, Bu gün
"Mən, sadəcə, qadınları çox sevirəm, biz hamımız bir-birimizi eyni dərəcədə seviriksə..."
17 Oct 2024 | 23:35
Hakan Fidan: "Azərbaycanla bəzi məsələlərdə bir dövlət kimi çıxış edirik"
17 Oct 2024 | 23:18
"Girovları qaytarın, silahı yerə qoyun, öz həyatınızı xilas edin..."
17 Oct 2024 | 22:45
Ermənistan COP29 zamanı Azərbaycana HÜCUMA HAZIRLAŞIR - SENSASİON FAKTLAR - VİDEO
17 Oct 2024 | 22:40
Netanyahu meydan oxudu: Sağ qalmaq istəyirsinizsə…
17 Oct 2024 | 22:35
Serial ulduzu xanımından BOŞANDI: Qaraşın qız onu qucaqlayıb öpüb... - FOTO
17 Oct 2024 | 22:30
Sinvarın öldürülməsi onlara dəqiq mesajdır - İsrail
17 Oct 2024 | 22:18
Türkiyəli aktyor evində ölü tapıldı
17 Oct 2024 | 22:10
Dörd ölkə İranı məhkəməyə verir
17 Oct 2024 | 22:00
Gecələr çörək yemək kökəldirmi?
17 Oct 2024 | 21:53
Rusiyadan Qazaxıstana qadağa: Astana cəzalandırılır?
17 Oct 2024 | 21:45
Azərbaycanda atışma: 2 ölü, 1 yaralı
17 Oct 2024 | 21:35
"Ərim telefonunun parolunu vermirsə, bu mənim üçün XƏYANƏTDİR" - VİDEO
17 Oct 2024 | 21:30
Tanınmış aparıcının ölkədən çıxışına qadağa qoyuldu
17 Oct 2024 | 21:27
"Üçüncü dünya savaşı artıq başlayıb, amma dünya bunu ağılsızcasına görməzdən gəlir" - "The Washington Post"
17 Oct 2024 | 21:24
Ağcaqanadın dişlədiyi kişi ÖLDÜ
17 Oct 2024 | 21:22
KİV: Sinvarla birlikdə HƏMAS-ın bir sıra hərbi liderləri də öldürülüb
17 Oct 2024 | 21:21
İsrail XİN başçısı HƏMAS lideri Sinvarın öldürüldüyünü təsdiqləyib
17 Oct 2024 | 21:18
"Ukrayna ya NATO-ya daxil olacaq, ya da nüvə silahı əldə edəcək" - Zelenski
17 Oct 2024 | 21:13
Füzuli Şəhəri Günü atəşfəşanlıqla yekunlaşdı - VİDEO
17 Oct 2024 | 21:05
Sadəlikdən doğan böyüklük
17 Oct 2024 | 21:01
Ənvər Abbasov və “Komedixana”nın təhsil mesajları - Yazıq repetitorlar
17 Oct 2024 | 20:56
Füzuli şəhəri bu gün yenidən qurulur, sürətli inkişafa ev sahibliyi edir - Deputat
17 Oct 2024 | 20:48
ABŞ Rusiyaya yeni sanksiya tətbiq etdi
17 Oct 2024 | 20:40
Azərbaycanda geyimə 1 MİLYARD XƏRCLƏNDİ
17 Oct 2024 | 20:30
Baş Prokurorluq COP29-la bağlı Vyanada təşviqat tədbiri keçirdi - FOTO
17 Oct 2024 | 20:25
Aİ-dən Ukrayna ilə bağlı çağırış
17 Oct 2024 | 20:18
Ərdoğanla Şolts son 4 ayda üçüncü təkbətək görüşlərini keçirəcəklər
17 Oct 2024 | 20:10
Direktor və müavinlərinin işə qəbulu üzrə keçid balı AŞAĞI SALINDI
17 Oct 2024 | 20:00
Füzuli şəhərinin yeni üslubda görüntüləri yayıldı - VİDEO
17 Oct 2024 | 19:53
“Bağırov Amazaspın daşnak dəstəsinin üzvü olub...”- Məhkəmə sənədlərindən
17 Oct 2024 | 19:50
COP29-la bağlı müyəssər infrastruktur qurulur
17 Oct 2024 | 19:43
Bir qutu siqaretə görə 3.5 il həbsdə yatacaq
17 Oct 2024 | 19:38
Niderland Ukrayna üçün 271 milyon avro ayıracaq
17 Oct 2024 | 19:30
Köməksiz vəziyyətdə qalan vətəndaş belə xilas edildi - VİDEO
17 Oct 2024 | 19:25
"Tələbələr yataqxanada yox, kirayədə qalır"
17 Oct 2024 | 19:18
Gözə baxıb xəstəlikləri aşkar edən cihaz hazırlandı
17 Oct 2024 | 19:13
HƏMAS-ın yeni lideri də ÖLDÜRÜLDÜ
17 Oct 2024 | 19:05
Azərbaycanda erkən nikahın qarşısı alındı
17 Oct 2024 | 18:57
“COP atəşkəsi”: Azərbaycanın bəşəriyyəti həm küll, həm də fərd halında xilas cəhdi!
17 Oct 2024 | 18:53
Rusiya İrana görə İsrailə xəbərdarlıq etdi
17 Oct 2024 | 18:48
Yol bağlı olacaq, bəs, hava limanına necə gedək?
17 Oct 2024 | 18:40
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
17 Oct 2024 | 18:33
ABŞ-ın İsrailə verdiyi möhtəşəm sistemlər – FOTO
17 Oct 2024 | 18:25
Qadınlar bunu etsə, 2 il həbs olunacaqlar
17 Oct 2024 | 18:20
Bu bitki çayı yuxu keyfiyyətini yaxşılaşdırır
17 Oct 2024 | 18:18
Cəbrayıl məktəblilərinin Vətən Müharibəsi qazisi ilə görüşü təşkil edilib - FOTOLAR
17 Oct 2024 | 18:14
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
17 Oct 2024 | 18:09
Makronun antitezisinin qorxunc simaları - VİDEO
17 Oct 2024 | 18:05
Uşağın boğaz ağrısı keçmir: valideynlər nə etməlidirlər? LOR həkiminin məsləhətləri
17 Oct 2024 | 17:59
Azərbaycanda taksi və avtobuslara yeni fərqlənmə nişanları verildi
17 Oct 2024 | 17:55
Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi BDU tələbələri ilə görüşüb - FOTO
17 Oct 2024 | 17:52
Nazir jurnalistlərə minnətdarlığını bildirdi
17 Oct 2024 | 17:48
Dörd oyun, dörd MƏĞLUBİYYƏT – Azərbaycan millisinin ƏSAS PROBLEMİ
17 Oct 2024 | 17:42
Sabah qeyri-iş günüdür? - AÇIQLAMA
17 Oct 2024 | 17:36
"Türkiyənin həm NATO, həm də BRICS-də olması alınmayacaq" - "Medya Gunlugu"
17 Oct 2024 | 17:30
Füzulidə növbəti “Şəhər günü” keçirilir - FOTO
17 Oct 2024 | 17:25
“Yalı çapkını”nın setində aktrisalarda qısqanclıq yaratdım, Afra mənə yaxınlaşıb..." - VİDEO
17 Oct 2024 | 17:20
Azərbaycanda küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
17 Oct 2024 | 17:16
Bu həkimlərin maaşlarına əlavənin müddəti uzadıldı
17 Oct 2024 | 17:12
Prokurorluq BNA əməkdaşlarının azadlığa buraxılmasına da etiraz etdi
17 Oct 2024 | 17:08
Misir Mərdanov görün niyə AĞLADI - VİDEO
17 Oct 2024 | 17:04
Təcili yardım xidməti ödənişli olacaq? - Vüqar Qurbanov açıqladı
17 Oct 2024 | 16:59
"Nigarın 15 yaşını məzarının yanında keçirdik" - Gəncə terrorunun şahidləri danışdılar - VİDEO
17 Oct 2024 | 16:55
Piyadanı vuraraq öldürən şəxs: "Qəzadan əvvəl ayı ödü yemişdim, ola bilsin spirtli olub"
17 Oct 2024 | 16:51
Bütün dünya bir ölkə olsa nə baş verərdi? - NƏTİCƏLƏRƏ BAXIN
17 Oct 2024 | 16:48
"Mənzurəni 20 ildir sevirəm" - Etirafa müğənninin oğlu da təəccübləndi
17 Oct 2024 | 16:45
Bu ilin doqquz ayı ərzində 158 cinayətkar qrup zərərsizləşdirilib
17 Oct 2024 | 16:40
Qışa doğru bu avadanlıqlar xeyli ucuzlaşacaq
17 Oct 2024 | 16:35
"İsrail bütün cəbhələrdə BMT-yə hücum edir" - Jozep Borrel
17 Oct 2024 | 16:29
Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirildi - FOTO
17 Oct 2024 | 16:26
İranda yaşayan azərbaycanlılar TƏHLÜKƏDƏ: İran-İsrail qarşıdurması BÖYÜYƏRSƏ...
17 Oct 2024 | 16:25
XİN başçıları İstanbulda birgə bəyanat qəbul edəcəklər
17 Oct 2024 | 16:20
“Gəlinlər, qayınana qədər daş düşsün başınıza” - VİDEO
17 Oct 2024 | 16:15
COP29-da 40-a yaxın təcili tibbi yardım briqadası fəaliyyət göstərəcək
17 Oct 2024 | 16:10
Vilayət Eyvazov  kollegiya iclası keçirdi - FOTO/VİDEO
17 Oct 2024 | 16:05
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ
17 Oct 2024 | 16:00
COP29-la bağlı maşınların hərəkət istiqaməti dəyişdirilir
17 Oct 2024 | 15:55
Bakıda 20 yaşlı oğlan sevgilisini belə qətlə yetirdi: "Gəl qucaqlaşaq, ayrılaq..." - FOTO
17 Oct 2024 | 15:50
“Azərkontrakt” ASC ləğv edildi - SƏRƏNCAM
17 Oct 2024 | 15:45
Naxçıvanda erkən nikahın qarşısı alındı
17 Oct 2024 | 15:41
"İsrail bizim çox yaxın müttəfiqimizdir, onu sıxışdıra bilmərik" - Bayden
17 Oct 2024 | 15:37
42 milyon mənimsəmədə ittiham olunan "Şlyapa Zahid": "Nəcməddin Sadıkov gəlib özü danışsın"
17 Oct 2024 | 15:33
Rusiya da Türk Dövlətləri Təşkilatına daxil ola bilərmi?...-Partiya sədri cavab verir...
17 Oct 2024 | 15:32
COP29 Azərbaycan Əməliyyat Şirkəti onlayn təlim proqramını ictimaiyyətə təqdim edib
17 Oct 2024 | 15:28
Fransada saxlanılan Kemi Seba azadlığa buraxıldı
17 Oct 2024 | 15:23
Ermənistan BCM üzvü kimi öhdəliyini yerinə yetirməli və Gəncə terrorunu araşdırmalıdır - ŞƏRH
17 Oct 2024 | 15:18
Azərbaycan üçün Ermənistandan nüvə təhdidi: Hindistandan alınacaq yeni raketlərin təyinatı nədir?
17 Oct 2024 | 15:13
Laçın və Ağalıda daha bir qrup sakinə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib - FOTO
17 Oct 2024 | 15:08
Ülviyyə "Yalı çapkını"ndan danışdı: "Mert istiqanlı, Afra isə çox eqoludur"
17 Oct 2024 | 15:05
Gənc futbolçu faciəvi şəkildə öldü - FOTO
17 Oct 2024 | 14:59
"3+3" formatı - regional müzakirələr meydanı, əməkdaşlığa doğru addımlar - ŞƏRH
17 Oct 2024 | 14:54
Xalq artisti vəfat etdi
17 Oct 2024 | 14:50
Qubada qeyri-adi görünüşlü körpə doğuldu - FOTO
17 Oct 2024 | 14:45
Pensiya və müavinətlər bu qədər artacaq: Layihə parlamentə göndərildi
17 Oct 2024 | 14:40
Taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat başladı
17 Oct 2024 | 14:35
"Ukraynanın Qələbə planı ölkənin ərazisi və suverenliyi ilə alver edilməsi demək deyil" - Zelenski
17 Oct 2024 | 14:29
Həbsdən çıxan kişi arvadının telefonunda yad nömrə tapdı: "Otellərdə..." – ŞOK
17 Oct 2024 | 14:25
Türkiyə MN Azərbaycanı təbrik etdi
17 Oct 2024 | 14:22
"Fuzüli cənab Prezidentin birbaşa iştirakı və rəhbərliyi ilə yendiən qurulur" - Azay Quliyev
GÜNLÜK
17 Oct 2024 | 10:08
"35 övladım var" - 30 ildir yoxa çıxan tanınmış azərbaycanlı qadın müğənni + VİDEO
17 Oct 2024 | 11:15
Ali Məhkəmənin bu qərarı HƏR ŞEYİ DƏYİŞƏCƏK 
17 Oct 2024 | 08:44
Azərbaycanda televiziya rəhbəri VƏFAT ETDİ- FOTO
17 Oct 2024 | 12:19
Binəqədidə şəhid abidəsini sökdülər -RƏZALƏT-FOTOLAR
17 Oct 2024 | 10:35
Telefonunuzu belə doldurmaq batareyasına ZƏRƏRDİR  - TEZ XARAB OLUR 
17 Oct 2024 | 10:10
“Nicatımız, tərəqqimiz Rusiya ilə müttəfiqlikdədir, yoxsa ABŞ ilə?..”- Diplomat 
17 Oct 2024 | 09:12
Yerli avtomobillərə tələbat niyə artıb? – Açıqlama
17 Oct 2024 | 06:46
Qəzzada unun kisəsi 1000 dollar, 1 kq pomidor isə 180 dollardır...- "Əl-Cəzirə"
17 Oct 2024 | 08:32
Zelenskinin Qələbə planının məxfi əlavələrində nələr var?- Prezident Ofisi rəhbərinin müşaviri...
17 Oct 2024 | 09:28
Bitkoin yenidən bahalaşır – Səbəb
HƏFTƏLİK
15 Oct 2024 | 14:36
“Kimdir bunlar, hansı əsaslarla şəhərə giriblər, nə işlə məşğul olurlar?”-ÖZƏL
14 Oct 2024 | 17:41
Ramzan Kadırov Rusiya bayrağından imtina edən dünya çempionuna müraciət etdi
15 Oct 2024 | 23:35
“Mehriban Ələkbərzadə mənə dedi ki, cavan olsaydın...”-Aktyora teatrlarda niyə yer yoxdur?-ÖZƏL+ŞİKAYƏT
17 Oct 2024 | 10:08
"35 övladım var" - 30 ildir yoxa çıxan tanınmış azərbaycanlı qadın müğənni + VİDEO
13 Oct 2024 | 10:33
At, eşşək və donuz əti idxalına 100 faiz gömrük ENDİRİMİ 
17 Oct 2024 | 11:15
Ali Məhkəmənin bu qərarı HƏR ŞEYİ DƏYİŞƏCƏK 
11 Oct 2024 | 19:10
“Vatsap” qruplarındakı hegemon valideynlər - Onlar sinfi necə idarə edir?
12 Oct 2024 | 22:49
“Mənim nazir olduğum dövrdə də belə hadisələr olurdu, amma...”- Misir Mərdanov (ÖZƏL)
13 Oct 2024 | 21:07
AA: Fətullah Gülənin Pensilvaniyadakı yeni evindən çıxarkən fotoları çəkilib - VİDEO
15 Oct 2024 | 17:27
“Ərimə yazığım gəlir ki, qarşısına mənim kimisi çıxıb” - VİDEO
AYLIQ
17 Oct 2024 | 10:08
"35 övladım var" - 30 ildir yoxa çıxan tanınmış azərbaycanlı qadın müğənni + VİDEO
17 Oct 2024 | 11:15
Ali Məhkəmənin bu qərarı HƏR ŞEYİ DƏYİŞƏCƏK 
17 Oct 2024 | 08:44
Azərbaycanda televiziya rəhbəri VƏFAT ETDİ- FOTO
17 Oct 2024 | 12:19
Binəqədidə şəhid abidəsini sökdülər -RƏZALƏT-FOTOLAR
17 Oct 2024 | 10:35
Telefonunuzu belə doldurmaq batareyasına ZƏRƏRDİR  - TEZ XARAB OLUR 
17 Oct 2024 | 10:10
“Nicatımız, tərəqqimiz Rusiya ilə müttəfiqlikdədir, yoxsa ABŞ ilə?..”- Diplomat 
17 Oct 2024 | 09:12
Yerli avtomobillərə tələbat niyə artıb? – Açıqlama
17 Oct 2024 | 06:46
Qəzzada unun kisəsi 1000 dollar, 1 kq pomidor isə 180 dollardır...- "Əl-Cəzirə"
17 Oct 2024 | 08:32
Zelenskinin Qələbə planının məxfi əlavələrində nələr var?- Prezident Ofisi rəhbərinin müşaviri...
17 Oct 2024 | 09:28
Bitkoin yenidən bahalaşır – Səbəb