O müstəntiqlər lazımi ifadələr almaq üçün təqsirləndirilənlərə necə işgəncə verdiklərini etiraf etməyə məcbur oldular... 
Elm və Təhsil
Oxunub: 380
07:58, Bu gün
O müstəntiqlər lazımi ifadələr almaq üçün təqsirləndirilənlərə necə işgəncə verdiklərini etiraf etməyə məcbur oldular... 
“İstintaq dövründə işgəncələr nəticəsində ondan alınan ifadələrə görə guya təqsirləndirilənin təmsil olunduğu əks-inqilabçı millətçi təşkilat sovet hakimiyyətinə qarşı erməni millətçi təşkilatı ilə sıx əlaqə saxlamışdı...
 
Bundan başqa, o, ifadəsində guya əks-inqilabçı millətçi praktik fəaliyyətlə məşğul olaraq Nəzərli və S.Vurğunu bu təşkilata cəlb etmişdi...”
 
“Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir... 
Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.
 
Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...
Moderator.az aktuallığını və qarşıdan BDU-nun və onun Tarix fakültəsinin yaranmasının 105 illiyinin gəlməsini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli  epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır. Materialın bu hissəsində kitabın “Repressiya olunmuş rektorlar və digər rəhbərlər” bölməsində  1935-1937-ci illərdə BDU-nun rektoru olmuş Balabəy Həsənbəyovun saxta ittihamlarla şərlənərək “əks-inqilabçı” kimi istintaqa cəlb edilməsi zamanı başına gətirilənlərdən və sonda güllələnməsi haqda istintaq materiallarının ən əsas və maraqlı hissələri ilə tanış ola biləcəksiniz.
 
"Repressiya olunmuş rektorlar və digər rəhbərlər...
(Əvvəli burada:)
 
I.4.Məmmədkazım Ələkbər oğlu Ələkbərli
 
1934-cü ildə Bakı Dövlət Universiteti bərpa edildikdən sonra onun ilk rektoru vəzifəsinə 29 yaşlı Qırmızı Professorlar İnstitutunu yenicə bitirmiş M.Ələkbərli təyin edilmişdir. O, bu vəzifədə 1935-ci ilə qədər işləmişdir.
 
1905-ci ildə qədim torpaqlarımızdan olan Dərbənd şəhərində doğulmuş M.Ələkbərli Azərb.SSR XDİK DTİ-nin müstəntiqi, DT-nin leytenantı Qriqoryanın tərtib etdiyi saxta, qurama olan ittiham aktı əsasında 1937-ci il avqust ayının 6-da “...sovet hakimiyyətinə qarşı silahlı üsyan hazırlığından xəbərdar olan, ÜİK(b)P və sovet hökumətinin rəhbərlərinə qarşı terror mövqeyində dayanan burjua-millətçi təşkilatın fəal üzvü” kimi həbs olunmuşdur. Ancaq nədənsə cinayət işinin I cildində onun həbs tarixi 1937-ci ilin iyul ayı göstərilmişdir.
 
Qeyd edək ki, Məmmədkazım müəllim Mikayıl Müşviqi “Müsavat” gənclər təşkilatına cəlb etməkdə də ittiham edilmişdir.
 
Müstəntiq Qriqoryanın həbs haqqındakı qərarı XDİK DTİ-nin idarə rəisi, DT mayoru Gerasimov tərəfindən təsdiq edilmişdir. 978 No-li order əsasında həbs olunmuş M.Ələkbərlinin evində axtarış aparılmış və istintaq üçün əhəmiyyətli heç nə tapılmamışdır.
 
Onu da bildirək ki, 1935-1936-cı illərdə Azərbaycan Yazıçılar İttifaqının sədri olmuş bu tanınmış ziyalının cinayət işi iki cilddən ibarətdir.
 
Partiya arxivindən verilən arayışda göstərilir ki, M.Ələkbərli əvvəllər kənd təsərrüfatında muzdur, 1921-1924-cü illərdə Xalq Təhsil Şöbəsində müəllim, 1924-1927-ci illərdə Ali Pedaqoji İnstitutun tələbəsi, 1927-1931-ci illərdə Gəncə Xalq Təhsil M.Ələkbərlinin repressiyası haqqında əvvəllər yazılmış əsərlərə arxiv materialları
əsasında müəyyən əlavələr edilmiş, dəqiqləşdirmələr aparılmışdır. Şöbəsinin müdiri, 1931-1934-cü illərdə Qırmızı Professorlar İnstitutunda dinləyici, qəzet redaktoru olmuşdur.
 
Maraqlıdır ki, bu arayışda onun 1931-1934-cü illərdə təhsil aldığı Qırmızı Professorlar İnstitutunun adı çəkilməmiş, sadəcə dinləyici sözü qeyd edilmişdir.
 
M.Ələkbərli rektorluqdan azad olunduqdan sonra 1935-1937-ci illərdə əvvəlcə “Vışka” qəzetində redaktor, bir qədər sonra, az müddətdə olsa da, Azərbaycan Partiya Nəşriyyatının direktoru vəzifəsində işləmişdir. O,1934-cü ilin iyulundan Yazıçılar İttifaqının sədri olmuşdur.
 
Məmmədkazım müəllimin tərcümeyi-halında diqqəti cəlb edən məqamlardan biri, onun bir vəzifədə uzun müddət çalışmasına imkan verilməməsidir. Bir zamanlar M.C.Bağırovun yaxın adamlarından olan bu tanınmış sovet alimi, ziyalısı öz ağlı, bacarığı, istedadı ilə həyatın ən ağır sınaqlarından keçə bilsə də, repressiyadan yaxasını qurtara bilmədi. İstintaq dövründə işgəncələr nəticəsində ondan alınan ifadələrə görə guya təqsirləndirilənin təmsil olunduğu əks-inqilabçı millətçi təşkilat sovet hakimiyyətinə qarşı erməni millətçi təşkilatı ilə sıx əlaqə saxlamışdı.
Bundan başqa, o, ifadəsində guya əks-inqilabçı millətçi praktik fəaliyyətlə məşğul olaraq Nəzərli və S.Vurğunu bu təşkilata cəlb etmişdi. Belə ifadələri alarkən təqsirləndirilənlərə necə və hansı formada işgəncə verdiklərini 50-ci illərdə etiraf etməyə məcbur olmuş müstəntiqlərin bu cilddə olan ifadələri də ibrətamiz və
diqqət çəkəndir.
 
21 yaşında Kommunist Partiyasının üzvü və BDU-da fəlsəfə kafedrasının müdiri, 29 yaşında BDU-nun rektoru olmuş, marksizm-leninizm metodologiyasına, konsepsiyasına əsaslansa da, “İdealizm və yaxud yeni fəlsəfə”, ”Yeni əlifba və orfoqrafiya”, “Azərbaycan ədəbiyyatı” kimi əsərlərin müəllifi olan bu istedadlı alimin, ədəbiyyatçının əzablı istintaqı 5 oktyabr 1937-ci ildə yekunlaşmışdır. Müstəntiqin ittiham aktını Az.SSR XDİ Komissarı, 3-cü dərəcəli Dövlət Komissarı Sumbatov-Topuridze təsdiq etmişdir.
 
11 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının (Bundan sonra AM HK-B.Əziz) hazırlıq iclası keçirilmişdir. Qərara görə məhkəmə vəkilsiz, şahidsiz və qapalı keçirilməli idi. Məmmədkazım müəllim cm-nin 64, 70, 72, 73-cü maddələri ilə təqsirli bilinmişdir.
SSRİ Ali Məhkəməsinin Səyyar Sessiayasının 12 oktyabr 1937-ci ildə qapalı keçirilən iclasında M.Ələkbərli əmlakı müsadirə edilməklə ən ağır cəzaya - güllələnməyə məhkum edilmişdir. Ağır cəza ertəsi gün, 13 oktyabr 1937-ci ildə yerinə yetirilmişdir. Bu barədə cinayət işinin materialı içərisində akt vardır. 16 fevral 1956-cı ildə SSRİ AM HK edilən şikayətlər əsasında yenidən hərtərəfli, geniş araşdırma əsasında tərtib edilmiş arayışa əsaslanaraq M.Ələkbərlinin işinə yenidən baxaraq məhkəmənin 12 oktyabr 1937-ci il qərarını əsassız hesab edərək onu ləğv etmişdir. SSRİ Ali Məhkəməsinin 7 aprel 1956-cı il tarixli iclasında bu qərar təsdiq edilərək Məmmədkazım müəllimə bəraət verilməsini təsdiq etmişdir...”
 
(Davamı var)
 
Təqdim etdi:
 
Sultan Laçın
 
Oxşar xəbərlər
11:10, Bu gün
Əli Əsədov 4 universitetlə bağlı qərar imzaladı
11:05, Bu gün
Azərbaycan İranın planını belə pozdu: 5-6 rus əsgəri Tehran üçün başağrısına çevrildi
11:04, Bu gün
Bakıda avtobus piyadanı vuraraq öldürüb
10:59, Bu gün
8100 dronla fantastik səma şousu - Çindən möhtəşəm görüntülər
10:57, Bu gün
Paşinyan: "Sülh müqaviləsinin razılaşdırılmış bəndlərini imzalamağı təklif edirik"
10:45, Bu gün
UEFA Millətlər Liqası: Bu gün 9 oyun baş tutacaq
10:17, Bu gün
Bu gün ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun məhkəməsi keçiriləcək
09:55, Bu gün
Paralimpiadadan sonra iki idmançı itkin düşüb
09:53, Bu gün
Fransa Koloniyalarının Azadlıq Cəbhəsi Fransa XİN-in Azərbaycana səyahət xəbərdarlığına cavab Bəyanatı verib
09:51, Bu gün
“Rusiya Zəngəzur dəhlizi ilə İran sərhədini bağlamaq istəyir”
09:50, Bu gün
XƏBƏRDARLIQ! Bunu edənlər 8 min manat cərimələnəcək
09:44, Bu gün
Nərminlə Narinin taleyində oxşarlıq: Hər ikisinin anası... - ŞOK DETAL
09:42, Bu gün
Ərəb ölkələri İranın nüvə proqramından narahatdırlar
09:41, Bu gün
İmamverdi Məmmədov: "Azərbaycanın qarışıq komandasında belə bir nəticə olmamışdı"
09:37, Bu gün
Sərnişin müdaxilə etdi, Bakı metrosunda PROBLEM YARANDI
09:33, Bu gün
Anemiyanın simptomları və müalicəsi necədir?
09:30, Bu gün
Əhaliyə XƏBƏRDARLIQ - Bu şəxslərin ölkədən çıxışına QADAĞA QOYULACAQ
09:29, Bu gün
Lamiyə Vəliyeva: "Hisslərimi sözlə ifadə etmək çox çətindir"
09:23, Bu gün
ABŞ-ın kəşfiyyat rəhbəri Bakıdan nə ilə getdi? - GİZLİNLƏR ÜZƏ ÇIXDI
09:22, Bu gün
"Google" Rusiya nömrələri ilə hesabların qeydiyyatını qadağan etdi
09:19, Bu gün
Moskvaya kütləvi hücum oldu: hava limanları bağlıdır, çoxmərtəbəli binalar yanır...-VİDEO
09:01, Bu gün
Bakıda bu yollarda TIXAC VAR
09:00, Bu gün
Bakıda polisin öldürdüyü şəxs özünü MTN əməkdaşı kimi təqdim edib - TƏFƏRRÜAT
08:59, Bu gün
6 aylıq uşaq arabadan yıxılaraq öldü - Masallıda bədbəxt hadisə
08:56, Bu gün
İlham Zəkiyev: "Paris-2024-də təşkilatçılıq bərbad idi"
08:53, Bu gün
“Bütün günü efirlərdə görünsəm özüm-özümə nifrət edərəm, bu artıq faciədir” - FOTO+ÖZƏL
08:50, Bu gün
Paris-2024: Paralimpiyaçılarımızın növbəti qrupu vətənə qayıtdı
08:45, Bu gün
Bakıdakı bu mağazaların paltardəyişmə otağında kamera var: “Sahibkarlar 2 il həbs ediləcək”-ŞİKAYƏT+ARAŞDIRMA+ÖZƏL
08:14, Bu gün
Mənzil bazarında durğunluq: Ucuzlaşma olacaq?
08:09, Bu gün
İranda yanacaq qıtlığı: Uzun növbələr yarandı - VİDEO
08:02, Bu gün
Rusiyanın 7 regionuna kütləvi dron hücumu edildi
07:59, Bu gün
Məşhur veriliş BAĞLANDI - AÇIQLAMA
07:58, Bu gün
O müstəntiqlər lazımi ifadələr almaq üçün təqsirləndirilənlərə necə işgəncə verdiklərini etiraf etməyə məcbur oldular... 
07:24, Bu gün
57 qadına təcavüz edən modelyer cəzasını aldı
07:22, Bu gün
İlin ən acgöz ayısı rekordu ilə elm adamlarını təəccübləndirdi
07:19, Bu gün
İkinci kurs tələbəsi özünü yeddinci mərtəbədən atdı - DETALLAR
07:18, Bu gün
"Belə olmasaydı, Şahramanyan helikopterlə Ermənistana gəlmək əvəzinə, indi Bakı həbsxanasında oturardı..."
06:49, Bu gün
Rusiyanın nüvə silahından istifadə ilə bağlı 5 bəndi var: Ukrayna artıq 2 "qırmızı xətt"i keçib...
01:44, Bu gün
Türkiyənin müdafiə naziri Gürcüstanda səfərdədir
09 Sep 2024 | 23:22
Yeni "iPhone 16" təqdim edildi - FOTO
09 Sep 2024 | 23:15
Üzüm yığarkən dünyalarını dəyişən ər-arvadla bağlı DETALLI məlumatlar: “1 ay əvvəl nəvələri də ölüb”-FOTO+ÖZƏL
09 Sep 2024 | 23:10
Ölkədə aktiv ƏDV ödəyicilərinin sayında kəskin artım
09 Sep 2024 | 23:05
Ermənistan təlaşda: 25 il sonra ölkədə erməni qalmayacaq
09 Sep 2024 | 23:00
Bakıda uzun tıxac YARANDI
09 Sep 2024 | 22:53
Emin Bakıdakı layihəyə 1 milyard dollar xərclənəcəyini açıqladı
09 Sep 2024 | 22:48
Millimiz Türkiyəyə böyük hesabla uduzdu
09 Sep 2024 | 22:43
İsveç Ukraynaya yeni hərbi yardım paketi ayırdı
09 Sep 2024 | 22:38
“Qarabağ” ilk dəfə “EAFC 25″də
09 Sep 2024 | 22:34
Bu tip insanlara enerjinizi və zamanınzı sərf etməyin...
09 Sep 2024 | 22:30
Süd Yolu və Andromeda qalaktikaları toqquşdu
09 Sep 2024 | 22:24
31 illik həsrətə son qoyuldumu?..
09 Sep 2024 | 22:23
Ukrayna İranın cəzalandırması üçün Qərbə çağırış edib
09 Sep 2024 | 22:21
Professor enerji içkiləri barədə xəbərdarlıq edib
09 Sep 2024 | 22:13
“iPhone 16” təqdim edildi - FOTOLAR
09 Sep 2024 | 22:05
Düyü böhranı: Bu ölkədə limitlə satılacaq
09 Sep 2024 | 21:58
“ASAN müraciət”lə bağlı dəyişiklik olundu
09 Sep 2024 | 21:50
Ermənistan və Aİ viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başladı
09 Sep 2024 | 21:43
Ozan Akbabaya Bakıda “Fəlakət”li sürpriz - VİDEO
09 Sep 2024 | 21:35
Azərbaycanlı iş adamı yenə deputat oldu - FOTO
09 Sep 2024 | 21:29
Smartfonlar beyin xərçənginə səbəb olurmu?-DÜNYA ALİMLƏRİ AÇIQLADI 
09 Sep 2024 | 21:25
Almaniya quru sərhədlərinə müvəqqəti nəzarət tətbiq edəcək - SƏBƏB
09 Sep 2024 | 21:20
Ana 7 yaşlı qızını döyüb xəstəxanalıq etdi - Azərbaycanda dəhşət
09 Sep 2024 | 21:14
İrəvandan hiyləgər gediş: Ermənistan Rusiyaya olan nifrətini pula çevirir
09 Sep 2024 | 21:06
Keyt Middltondan ŞAD XƏBƏR
09 Sep 2024 | 20:58
Xəstəni "Youtube"a baxıb əməliyyat etdi - görün nə baş verdi
09 Sep 2024 | 20:50
Rusiyanın döyüş dronları NATO ölkələrinin səmasında: "Elə indi hərəkətə keçin!.."
09 Sep 2024 | 20:45
Ukraynadan İrana xəbərdarlıq: Fakt təsdiqini taparsa...
09 Sep 2024 | 20:40
Universitetlərdə illik təhsil xərcləri niyə artırılıb?
09 Sep 2024 | 20:32
Əgər Rusiya bu şəhəri ələ keçirsə... - BBC
09 Sep 2024 | 20:27
Asim Mollazadənin qalib gəldiyi dairənin nəticələri ləğv edilir?
09 Sep 2024 | 20:22
Nə zaman limonlu çay içmək olmaz?
09 Sep 2024 | 20:16
Yeni "Samsung" planşetləri kəskin bahalaşacaq
09 Sep 2024 | 20:08
Bakıda məşhur zavodun çörəyindən naməlum QIRINTILAR ÇIXDI - VİDEO
09 Sep 2024 | 20:00
Paralimpiyaçılarla bağlı zarafat edən aparıcı CƏZALANDIRILDI
09 Sep 2024 | 19:52
Azərbaycanda DƏHŞƏT: Toy yasa döndü
09 Sep 2024 | 19:45
Azərbaycanda ən bahalı ixtisaslar: 9000, 10000 manat...
09 Sep 2024 | 19:37
Mirzoyanın “sülh sazişi” ilə bağlı fikirlərinə reaksiya
09 Sep 2024 | 19:30
“Sədərək”də patronlar və sandıqça aşkarlandı
09 Sep 2024 | 19:25
İllik təhsil xərclərinin miqdarı niyə artırıldı? - AÇIQLAMA
09 Sep 2024 | 19:18
Yatmazdan əvvəl manqo yeməyin faydaları
09 Sep 2024 | 19:11
Ukraynada erməni şərabları ilə bağlı tələb
09 Sep 2024 | 19:03
Saçımızı tökən saxta şampunlar - Ekspert: "Onlar Sumqayıtda istehsal olunur"
09 Sep 2024 | 18:58
"Barselona" diz bağları qopan Bernalla bağlı qərarını verdi
09 Sep 2024 | 18:50
"Ailəmiz adından cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm"- Nəbi Xəzrinin oğlu 
09 Sep 2024 | 18:46
Mənzil bazarında durğunluq: ucuzlaşma olacaq?
09 Sep 2024 | 18:42
Bu 3 əlamət varsa, əriniz sizi sevmir
09 Sep 2024 | 18:36
Bu adam qəribə məqsədlə gündə cəmi 30 dəqiqə yatır
09 Sep 2024 | 18:34
Qətlə yetirilən Narinin yerini deyən azərbaycanlı GÖRÜN KİMDİR - ŞOK
09 Sep 2024 | 18:30
36 işçinin maaşı mənimsənilib - 1,1 milyonluq yeyinti
09 Sep 2024 | 18:28
ADU-nun rektoru Yay məktəbini bitirən xarici tələbələrlə görüşüb - FOTOLAR
09 Sep 2024 | 18:25
"iPhone 16 Pro"nun qiyməti açıqlandı
09 Sep 2024 | 18:23
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
09 Sep 2024 | 18:20
"Hadisəyə aşiqəm, onu çox sevirəm"
09 Sep 2024 | 18:17
Zakir Həsənov Gürcüstana səfər edib
09 Sep 2024 | 18:10
B6 vitamini ilə zəngin qidalar
09 Sep 2024 | 18:06
TDT Ədliyyə Nazirləri Şurasının 2-ci iclası gələn il Azərbaycanda keçiriləcək - FOTO
09 Sep 2024 | 18:00
“Nəzrin məhz çarmıxa çəkildiyi üçün dayanmadan ağlayıb...”
09 Sep 2024 | 17:56
Bu dairələrin nəticələri ləğv edilir? - MSK sədri
09 Sep 2024 | 17:52
Məşhur Xalq artistimizin türk bəylə EŞQ YAŞADIĞI GÖRÜNTÜLƏR ortaya çıxdı - VİDEO
09 Sep 2024 | 17:47
Sürpriz transferin üstü açıldı: "Bazel"ə getməli idi, prezident istəmədi, "Qarabağ"a gəldi
GÜNLÜK
09 Sep 2024 | 14:48
SON DƏQİQƏ: Azərbaycan və Ermənistan bu məsələdə razılığa gələ bilmir
09 Sep 2024 | 14:27
“Yeraz”-naxçıvanlı mövzusu böyüyür: YAP istəsəydi...
09 Sep 2024 | 11:55
70 və 66 yaşlı nazir müavinləri işdən çıxarıldı
09 Sep 2024 | 12:13
Həyət evi almaq istəyənlərə XƏBƏRDARLIQ
09 Sep 2024 | 16:09
"Qarabağ" Keyta ilə yollarını ayırdı - RƏSMİ
09 Sep 2024 | 12:40
Azərbaycanlı alimdən səhiyyə xərclərinin idarə edilməsi ilə bağlı TƏKLİF
09 Sep 2024 | 14:51
Sabahdan Azərbaycanda vaksinasiyaya başlanılır - RƏSMİ
09 Sep 2024 | 11:45
O nədir ki, Xəzərdə soyu tükənir, Azovda artır?
09 Sep 2024 | 15:50
Toya gedənlərə XƏBƏRDARLIQ - Bu yeməklər zəhərləyir!
09 Sep 2024 | 11:57
654 manatlıq yeyib-içdi - Hesab gələndə qaçmaq istədi
HƏFTƏLİK
07 Sep 2024 | 13:19
Rusiya ilk addımı atdı - Abxaziya və Osetiya Gürcüstana qaytarılır
07 Sep 2024 | 16:11
Respublika rəhbərinə qarşı “terror aktı təşkil edən” BDU rektoru güllələndi...
06 Sep 2024 | 15:20
“Başladım tir-tir əsməyə, dedi ki, köpəkoğlu, birdən...” - Alim Qasımovdan ÖZƏL AÇIQLAMA - FOTO
05 Sep 2024 | 08:55
Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜATLAR
05 Sep 2024 | 13:58
"İstisu" bu qiymətlə rəqabətə davam gətirəcəkmi?-EKSPERTDƏN AÇIQLAMA 
05 Sep 2024 | 17:20
“Qardaşımın qatilini heç vaxt bağışlamaram, ailəmizi məhv etdi, dağıtdı” - Həsən Turabovun qızı - ÖZƏL + FOTO
07 Sep 2024 | 12:21
“İnternet provayderləri əhalini aldadır...” - İSTEHLAKÇILARI NECƏ SOYURLAR? - AÇIQLAMA + ÖZƏL
08 Sep 2024 | 15:40
Azərbaycanda məşhur karate ustası azyaşlı ilə cinsi münasibətdə şübhəli bilinir - YENİLƏNİB
04 Sep 2024 | 23:56
Əməliyyat zamanı saxlanılan şəxs POLKOVNİK İMİŞ
08 Sep 2024 | 07:59
2024-cü ilin sentyabr-oktyabr ayında DÜNYANI NƏ GÖZLƏYİR? 
AYLIQ
09 Sep 2024 | 14:48
SON DƏQİQƏ: Azərbaycan və Ermənistan bu məsələdə razılığa gələ bilmir
09 Sep 2024 | 14:27
“Yeraz”-naxçıvanlı mövzusu böyüyür: YAP istəsəydi...
09 Sep 2024 | 11:55
70 və 66 yaşlı nazir müavinləri işdən çıxarıldı
09 Sep 2024 | 12:13
Həyət evi almaq istəyənlərə XƏBƏRDARLIQ
09 Sep 2024 | 16:09
"Qarabağ" Keyta ilə yollarını ayırdı - RƏSMİ
09 Sep 2024 | 12:40
Azərbaycanlı alimdən səhiyyə xərclərinin idarə edilməsi ilə bağlı TƏKLİF
09 Sep 2024 | 14:51
Sabahdan Azərbaycanda vaksinasiyaya başlanılır - RƏSMİ
09 Sep 2024 | 11:45
O nədir ki, Xəzərdə soyu tükənir, Azovda artır?
09 Sep 2024 | 15:50
Toya gedənlərə XƏBƏRDARLIQ - Bu yeməklər zəhərləyir!
09 Sep 2024 | 11:57
654 manatlıq yeyib-içdi - Hesab gələndə qaçmaq istədi