“O tarixdən başlayaraq İsrail Azərbaycana silah tədarükünü genişləndirdi…”
Elm və Təhsil
Oxunub: 1662
26 Jul 2024 | 12:11
“O tarixdən başlayaraq İsrail Azərbaycana silah tədarükünü genişləndirdi…”
“2022-ci ilin fevralında isə Moskvada Azərbaycanla Rusiya arasında “Qarşılıqlı müttəfiqlik haqqında” Bəyannamə imzalandı. Həmin vaxt bu Bəyannamə iki ölkənin münasibətlərini “müttəfiqlik səviyyəsinə qaldıran” sənəd kimi dəyərləndirildi…”

 

Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:

 

Azərbaycanın xarici siyasəti və hərbi gücü (2000-2024-cü illər)...-   XXXXXI mövzu

(Əvvəli burada:)
 
Azərbaycan region ölkələri ilə normal qonşuluq münasibətlərini saxlayırdı. Gürcüstanla hərtərəfli əməkdaşlıq mühiti yaradıldı. Diplomatik əlaqələr yüksələn xətlə davam etdirildi. Bakı-Tbilisi-Ceyhan neft kəməri (2006) [87], Bakı-Tbilisi-Ərzurum (Cənub-Qafqaz) qaz kəməri (2007) [100], Bakı-Tbilisi-Qars dəmir yolu (2017) [55] və digər layihələr iki qonşu ölkənin səmərəli əməkdaşlıq göstəriciləri idi. 2023-cü ilin birinci yarısı üçün Azərbaycanın Gürcüstana kapital qoyuluşu 3.5 mlrd dollar, Gürcüstan tərəfindən Azərbaycana qoyulan uyğun rəqəm isə 260 milyon dollar təşkil edib [65]. Hər iki ölkənin qarşılıqlı olaraq səfirlikləri, həmçinin Azərbaycanın Batumda, Gürcüstanın isə Gəncədə konsulluqları fəaliyyət göstərir. Xoş münasibətlərlə yanaşı ərazi mübahisələri də qalır. Azərbaycanla Gürcüstan arasında Keşikçidağ məbədi (Qaraca məbədi, David Qareci məbədi) deyilən ərazi, bəzi digər torpaqlarla bağlı məsələ açıq qalır [30]…
 
Türkiyə və Pakistan Azərbaycanın ən yaxın müttəfiqləridir. Azərbaycanla Türkiyə arasında həm ikitərəfli, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində sıx əməkdaşlıq əlaqələri qurulmuşdur. Bu münasibətlər iqtisadi, siyasi, hərbi və digər sahələri əhatə edir. Türkiyə 1991-ci il noyabrın 9-da Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət oldu [78]. Həmin vaxtdan Türkiyə Azərbaycana dəstək verib. Prezident Turqut Özal Rusiyanın hegemonluq etdiyi dövrdə də sözünü dedi, 1993-cü ilin aprelində Kəlbəcər işğal olunduqdan sonra Rusiyanı Ermənistana dəstək verməkdə ittiham etdi [61], hətta açıq şəkildə Azərbaycana hərbi yardım göstərəcəklərini bildirdi. Rusiyanın müdafiə naziri Pavel Qraçov həmin vaxt Türkiyədə səfərdə olarkən Ankaranı hədələdi ki, “Azərbaycandan uzaq dursalar” yaxşı olar [54].
Rusiyanın və digər dövlətlərin təzyiq və təhdidlərinə baxmayaraq iki ölkənin münasibətləri davam etdirildi və müharibə zamanı ən yüksək həddə çatdı. Müharibədən sonra, 2021-ci il iyunun 15-də Şuşa şəhərində iki qardaş ölkə arasında Şuşa Bəyannaməsi imzalandı. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan bu sənəd bütün sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığın istiqamətlərini müəyyən etdi, Azərbaycanla Türkiyə arasında strateji müttəfiqliyi elan etdi [44]. Hazırda qarşılıqlı olaraq səfirliklər, həmçinin Azərbaycanın Ankara, İstanbul, Qarsda, Türkiyənin isə Naxçıvan və Gəncədə konsulluqları fəaliyyət göstərir.
 
Azərbaycanın Pakistanla da münasibətləri yüksək səviyyədədir. Pakistan da Azərbaycanın müstəqilliyini dərhal tanıdı və həmin vaxtdan Ermənistanı işğalçı dövlət kimi ittiham etdi, onunla diplomatik münasibətlər qurmadı [86]. Pakistan müharibədə Azərbaycanı dəstəklədi. Müharibə illərində Azərbaycan-Türkiyə-Pakistan ittifaqı yarandı, 2021-ci ilin iyulunda üç ölkə arasında əməkdaşlığın inkişafına dair Bakı Bəyannaməsi imzalandı [90]. 2023-cü ilin mayında keçirilən prezident seçkilərində qalib gələn Rəcəb Tayyib Ərdoğan bir neçə gün sonra Azərbaycana səfər etdi. Ondan bir gün sonra Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif Bakıya gəldi. Hər iki səfər çərçivəsində üçtərəfli əməkdaşlığın davam etdirilməsi, daha da möhkəmləndirilməsinə dair yeni sənədlər imzalandı [50], bütün dünyaya birgə siyasətlə bağlı mesajlar verildi.
 
Azərbaycanın İranla münasibətləri ziddiyyətli xarakter daşıyır. Bu isə İranın Ermənistanla xüsusi isti münasibətləri ilə bağlıdır. Tehran İranda yaşayan azərbaycanlıların mərkəzi hakimiyyətə qarşı münasibətindən və onların Azərbaycan Respublikası tərəfindən müdafiə olunacağından ehtiyat edir. Ona görə də, Ermənistanla əlaqələri gücləndirməklə Azərbaycana təzyiq etməyə çalışır. Digər tərəfdən, İran Ermənistan vasitəsi ilə xristian dünyasına çıxış qazanmaq məqsədi güdür. İran Ermənistanla münasibətlərini saxlayır, lakin Azərbaycandan da uzaqlaşmaq istəmir [77]. Azərbaycanla İranın münasibətləri 2021-ci ildən başlayaraq pisləşdi. Bunu Azərbaycan-İsrail münasibətlərinin istiləşməsinə qısqanclıq və digər məsələlərlə izah etmək olar. 2023-cü ilin yanvarında Tehranda Azərbaycan səfirliyinə hücum, səfirlik əməkdaşlarından bir nəfərin qətlə yetirilməsindən sonra münasibətlər daha da pisləşdi [89]. 2023-cü ilin sonuna doğru münasibətlərin bərpası istiqamətində addımlar atılıb. Azərbaycan və İran prezidentləri İlham Əliyev və İbrahim Rəisinin İqtisadi Əməkdaşlıq Təşkilatının noyabrın 9-da Daşkənddə keçirilən 16-cı sammiti çərçivəsində görüşü zamanı iki ölkənin əməkdaşlığının genişləndirilməsinin vacibliyi vurğulanıb, İ.Rəisi Azərbaycanın mövqeyini dəstəklədiklərini, İ.Əliyev isə “düşmənlərin səylərinə baxmayaraq” əməkdaşlığın uğurla davam etdiriləcəyini qeyd edib [28]. 2024-cü il mayın 19-da Azərbaycan və İran prezidentləri iki ölkənin dövlət sərhədində görüşdülər, “Qız qalası” və “Xudafərin” su qovşaqlarının açılış mərasimində iştirak etdilər, əməkdaşlığa dair sənədlər imzalandı. Həmin gün ölkəsinə dönən prezident İbrahim Rəisi və nümayəndə heyəti helikopter qəzasında həlak oldu. Bu faciəli hadisədən sonra da tərəflər xoş münasibətlərin davam etdiriləcəyinə dair açıqlamalarla çıxış etdi. İyulun əvvəlində keçirilən növbədənkənar seçkilərdə Azərbaycan türkü Məsud Pezeşkian prezident seçildi. Azərbaycanla münasibətlər xeyli yaxşılaşdı, İrandakı səfirliyimizin fəaliyyəti dərhal bərpa edildi. M. Pezeşkian bir sıra islahatların keçiriləcəyinə, o cümlədən İranda Azərbaycan türkcəsinin mövqeyinin gücləndiriləcəyinə dair açıqlamalar verdi…
Azərbaycan İsraillə münasibətlərini İran və digər islam ölkələrinin maraqlarını nəzərə almaqla qurmuşdur. Məhz buna görə İsrailin Azərbaycanda səfirliyinin 1993-cü ildə qurulmasına baxmayaraq, Azərbaycan İsraildə səfirliyini yalnız 2023-cü ilin martında açdı [68]. İki ölkə arasında hərbi-texniki əməkdaşlıq xüsusi yer tutur. 2004-cü ildən başlayaraq İsrail Azərbaycana silah tədarükünü genişləndirdi [88]. İsrail İkinci Qarabağ (Vətən) müharibəsi zamanı və müharibədən sonrakı bərpa dövründə Azərbaycana hərtərəfli dəstək verdi [29].
 
Azərbaycan ABŞ və Rusiya ilə balanslaşdırılmış siyasət yeridirdi. Bu siyasət Qarabağ məsələsi və qarşılıqlı iqtisadi maraqlarla şərtlənirdi. Rusiya bütün dövr ərzində Dağlıq Qarabağ münaqişəsinin dondurulub saxlanılmasına, ABŞ isə Ermənistanın istəklərinə uyğun olaraq həll edilməsinə çalışırdı. Azərbaycan bu iki dünya gücü arasında manevr edərək məqsədinə doğru gedirdi. Bu uğurlu siyasətin nəticəsində ABŞ və Rusiya İkinci Qarabağ (Vətən) müharibəsinin gedişinə ciddi müdaxilə etmədilər. Azərbaycan-Rusiya münasibətlərində müsbət tendesiyalar 2001-ci ildən başlandı. Həmin ilin yanvarında SSRİ dağılandan sonra Rusiya prezidenti ilk dəfə Azərbaycana səfər etdi, Heydər Əliyevlə Vladimir Putin arasındakı danışıqların gedişində bir sıra qıcıqlandırıcı məqamlar arxa plana keçirildi [99]. Bundan sonra Rusiya rəhbərliyi Azərbaycana təzyiq etmir, mövqeyi ilə hesablaşırdı. Bu prosesin əsas mərhələlərindən biri kimi, Rusiya prezidenti Dmitri Medvedyevin təşəbbüsü və iştirakı ilə 2008-ci ilin noyabrında Moskva şəhərində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyanın qatıldığı üçtərəfli görüş baş tutdu və Qarabağ münaqişəsinin siyasi yolla həllinə dair Bəyannamə imzalandı [76]. 2022-ci ilin fevralında isə Moskvada Azərbaycanla Rusiya arasında “Qarşılıqlı müttəfiqlik haqqında” Bəyannamə imzalandı. Həmin vaxt bu Bəyannamə iki ölkənin münasibətlərini “müttəfiqlik səviyyəsinə qaldıran” sənəd kimi dəyərləndirildi [15].
 
Azərbaycanın ABŞ-la münasibətləri də çox çətinliklərdən keçib. ABŞ 1989-1992-ci illər ərzində Azərbaycana qarşı yeritdiyi qərəzli siyasətdən Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bir qədər geri çəkilməyə başladı. ABŞ prezidenti Bill Klintonun dəvəti ilə prezident Heydər Əliyev 1997-ci ilin iyulunda bu ölkəyə ilk dəfə rəsmi səfər etdi, siyasi, təhlükəsizlik, iqtisadi və digər sahələrdə əməkdaşlığa dair sənədlər imzalandı [91]. Sonradan bu münasibətlər intensiv xarakter aldı. Azərbaycan ABŞ-ın təşəbbüsü ilə 1999-2008-ci illərdə Kosovada, 2003-2008-ci illərdə İraqda həyata keçirilən sülhməramlı missiyada fəal iştirak etdi, 2002-ci ildən 2021-ci ilədək isə eyni missiya ilə Əfqanıstanda fəaliyyətini davam etdirdi [83; 70].
 
Azərbaycanın ABŞ-la əməkdaşlıq münasibətlərinə üstünlük verməsinə baxmayaraq rəsmi Vaşinqton ölkəmizə qarşı təzyiq və təhdid siyasətini yeritməyə çalışmışdır. 2003-cü ildən başlayaraq Azərbaycanda bir neçə dəfə “rəngli inqilab” etməyə, insan haqqlarının müdafiəsi adı altında daxili və xarici siyasətimizi nəzarətdə saxlamağa, 2012-ci ilin martında Quba, 2013-cü ilin yanvarında İsmayıllı rayonlarında [83], 2023-cü ilin iyununda Gədəbəyin Söyüdlü kəndində [38] baş vermiş qarşıdurmaları “xalq qiyamları” kimi göstərməyə cəhd etdilər. Bir qrup ABŞ konqresmeni, o cümlədən Adam Şiff, Frenk Pallone, Nensi Pelosi 30 il ərzində Azərbaycana qarşı qərəzli mövqe tutmuş, ermənilərin sifarişlərini yerinə yetirmişlər. Onlar növbəti dəfə 2023-cü ilin aprelində “Dağlıq Qarabağın” tanınmasına dair qətnamə layihəsi ilə Konqresə müraciət etdilər [84]. İkinci Qarabağ (Vətən) müharibəsindən sonra ABŞ rəhbərliyinin Azərbaycanın mövqeyinə daha diqqətlə yanaşdığı, bərabərhüquqlu əməkdaşlığa üstünlük verdiyi, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində real təşəbbüsü ələ almağa, obyektiv mövqe sərgiləməyə çalışdığı müşahidə olunur. Prezident İlham Əliyev dəfələrlə ABŞ-da səfərdə olub, Azərbaycanın prinsipial mövqeyinin bu ölkə tərəfindən qəbul olunması üçün hərtərəfli fəaliyyət göstərib. ABŞ da artıq Azərbaycanla münasibətlərin əhəmiyyətini başa düşür, saxta erməni təbliğatının təsirindən xilas olur, regionumuzda gedən proseslərə daha obyektiv yanaşır. ABŞ prezidenti Co Baydenin 28 may - Müstəqillik Günü münasibəti ilə 2023-cü ildə göndərdiyi təbrik məktubu da bu baxımdan əhəmiyyətlidir: “Azərbaycanla Birləşmiş Ştatlar arasında tərəfdaşlıq regionda inkişafı təmin edib” [20]. ABŞ prezidenti 2024-cü ilin 28 may təbrikində Azərbaycanla daha sıx əməkdaşlıqda maraqlı olduqlarını qeyd etdi. Azərbaycan və ABŞ-ın səfirlikləri, həmçinin Los-Anceles şəhərində konsulluğumuz fəaliyyət göstərir.
 
Azərbaycan Qazaxıstan, Özbəkistan, Çin, Səudiyyə Ərəbistanı, Ukrayna, Çexiya, Efiopiya, Cənubi Afrika, Mavritaniya və digər ölkələrlə xoş əməkdaşlıq münasibətlərini saxlayır. Səudiyyə Ərəbistanı Azərbaycana təcavüz etdiyinə görə Ermənistanla diplomatik əlaqə qurmamışdı [43]. Bu əlaqələr yalnız 2023-cü ilin noyabrında quruldu. Azərbaycanda 5 Cənubi Afrika şirkəti fəaliyyət göstərir [53]. Azərbaycan Rusiya-Ukrayna müharibəsində balanslaşdırılmış mövqe tutur, eyni zamanda Ukraynanın ərazi bütövlüyünü müdafiə edir. Prezident İlham Əliyevin 2022-ci ilin yanvarında Kiyevə işgüzar səfərindən sonra bütün istiqamətlərdə əməkdaşlıq genişləndi [27]. Azərbaycan 2023-cü il oktyabrın 7-də İsrail və Fələstin arasında yenidən alovlandırılan münaqişə ilə bağlı da balanslaşdırılmış mövqe tutdu, tərəfləri sülhə dəvət etdi.
 
(Davamı var)
 
Ədəbiyyat:

 1. Ali Hərbi Təyyarəçilik və Dənizçilik məktəbləri ləğv olundu.- poliqon.az/ ali-herbi-teyyarecilik-ve-denizcilik-mektebleri-legv-olundu/.

2. ABŞ-ın ikili standartlar siyasəti.- “İki sahil” qəzeti, 2010, 13 aprel, s. 12.

3. Ankarada TDT-nin Fövqəladə Zirvə Toplantısı keçirilib.- oxu.az/politics/ 707820.

4. Aİ-nin “Şərq Tərəfdaşlığı” Proqramı…- azertag.az/xeber/Aİ_nin_quot_Serq_ terefdasligi_quot_Proqrami_uzre_seferi_Cenubi_Qafqazdaki_veziyyet_barede_melumatlandirilib-2491250.

5. Azərbaycanda Milli Müdafiə Universiteti yaradılıb.- report.az/herbi-xeberler/ azerbaycanda-milli-mudafie-universiteti-yaradilib/.

6. Azərbaycan dünyanın ən güclü ordularının reytinqində irəliləyib.- azvision.az/ news/316447/news.html.

7. Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərgindir.-web.archive.org/ web/20220523032222/ //www.bbc.com/azeri/azerbaijan-57083506; Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Mətbuat Xidməti İdarəsinin məlumatı.-mfa.gov.az/aznews/no16521-azerbaycan-respublikasi-xarici-işler-nazirliyi-metbuat-xidmeti-idaresinin -melumati.

8. Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv...- azerbag.az/xeber/ Azerbaycanin_Avropa_Surasina_tamhuquqlu_uzv_qebul_olunmasindan_16_il_kechir-1029568.

9. Azərbaycan ordusu “Qisas” əməliyyatı keçirdi.-konkret.az/azerbaycan-ordusu-qisas-emeliyyati- keçirdi/.

10. Azərbaycan Ordusu “Qisas” əməliyyatı keçirib.-web.archive.org/ web/ 20220803162243///mod.gov.az/az/news/azerbaycan-ordusu-qisas-emeliyyati-keçirib-video-41224.html.

11. Azərbaycan Ordusu Türkiyə modeli əsasında inkişaf edir.-azvision.az/ news/ 329976/news.html.

12. Azərbaycan Ordusunun nəzarətə götürdüyü yüksəkliklərin sayı açıqlandı.-tribunainfo.az/azerbaycan-ordusunun-nezarete- goturdu-yuksekliklerin -sayi-açiqlandi/.

13. Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı möhtəşəm hərbi parad keçiriləcək.-  ordu.az/az/news/129816/azerbaycanda-herbi-parad-kecirilecek.

14. Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü haqqında.- e-qanun.az/framework/3682.

15. Azərbaycan Rusiya ilə müttəfiqlik haqqında Bəyannamə imzaladı.- bbc.com/azeri/azerbaijan-60474535.

16. Azərbaycan Silahlı Qüvvələri günüdür.- web.archive.org/web/ 20220325090035/  //www.amerikaninsesi.org/a/Ordu/3915821.html.

17. Azərbaycan və NATO Parlament Assambleyası.- nato-pfp.mfa.gov. az/az/30/ azerbaycan-ve-nato-parlament-assambleyasi.

18. Bu gün Hərbi Dəniz Donanma Günüdür.- web.archive.org/web/ 20211025103432/ //www.goal.az/project/news/44725.

19. Cəmşid Naxçıvanski və Heydər Əliyev adına Hərbi Litsey.- web. archive.org/ web/20230122194422/ //mod.gov.az/az/cemsid-naxcivanski-ve-heyder-eliyev-adina-herbi-lisey-200/.

20. Cozef Bayden Prezident İlham Əliyevi təbrik edib.- 525.az/news/ 223983-cozef-bayden-prezident-ilham-əliyevi-təbrik-edib.

21. Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Baş Prokurorluğun birgə məlumatı.- “Azərbaycan” qəzeti, 2023, 20 sentyabr, s.1.

22. Düşmənin itkiləri barədə...- bakupost.az/dusmenin-itkileri-barede-yeni-melumatlar-200-olu-400-yarali.

23. Fərrux yüksəkliyinin azad olunması...-web.archive.org/web/ 20220331194625/ //teleqraf.com/news/toplum/3211514.html.

24. Hərbi Hava Qüvvələri.- web.archive.org/web/20220812170134/ //mod.gov.az/az/herbi-hava-quvveleri-260/.

25. Xarici siyasət.- azerbaijans.com/content_1595_az.html.

26. Xocavənddə 4 polisin ölümü: terrorçular saxlanıldı.- axar.az/news/ gundem/ 787744.html.

27. İkitərəfli münasibətlər.- kiev.mfa.gov.az/az/content/3/ikiterefli-munasibetler.

28. İlham Əliyev Daşkənddə İran prezidenti ilə görüşüb.- report.az/xarici-siyaset/daskendde-prezident-ilham-eliyevin-iran-prezidenti-seyid-ibrahim-reisi-ile-gorusu-olub/.

29. İsrail və Azərbaycan: “Mehriban münasibətlər və gələcək perspektivlər”.- report.az/analitika/israil-ve-azerbaycan-mehriban-munasibetler-ve-gelecek-perspektivler/29.05.2023.

30. “Keşiçidağ”da Gürcüstan vətəndaşları insident törədib.- web.archive.org/ web.20210928163656/ //virtualaz.org/aktual/144369.

31. Qranadada “4-lü” bəyanat: Bakıya qarşı 3 maddə.- axar.az/news/ gundem/ 792328.html.

32. Quru qoşunları.- web.archive.org/web/20220812170132/ //mod. gov.az/az/quru-qosunlari-686/.

33. Michel Ch. : Zorakılıq və sərt ritorika sülh naminə dayandırılmalıdır.- bbc.com/azeri/articles/cxwgmn43gmko.

34. Müdafiə naziri yeni yaradılan Komando hərbi hissəsində olub.- web.archive. org/web/20211226132846/ //mod.gov.az/az/news/mudafie-naziri-yeni-yaradilan-komando-herbi-hissesinde-olub-video-38050.html.

35. Müdafiə Sənayesi Nazirliyinin yaradılması. mdi.gov.az/az/nazirliyin-yaradilmasi-26.

36. Müdafiə Sənayesi Nazirliyinin yaranmasından 17 il ötür.- poliqon.az/ mudafie-senayesi-nazirliyinin-yaranmasindan-17-il-otur/.

37. Müstəqil Azərbaycanda hərbi paradlar.- adalet.az/w226161.

38. Ombudsman nümayəndələri Söyüdlü kəndinin həbsdə olan sakinləri ilə görüşüb.- amerikaninsesi.org/a/7149569.html.

39. 19-20.09.2023-cü il tarixində keçirilmiş antiterror tədbirlərində şəhid olmuş hərbi qulluqçuların siyahısı.- mod.gov.az/images/pdf/ 258a06305532057 04e85cdd7aa41a038.pdf.

40. Prezident İlham Əliyevin xalqa müraciəti.- prezident.az/az/articles/ view/61113.

41. Rəsmi Bakıdan Rusiya XİN-in bəyanatına sərt cavab. 15.07.2023.- sputnik.az/ 20230715/resmi-baki-rusiya-xin-in-beyanatini-serh-edib-456842386. html.

42. 8 noyabr Zəfər Günü: Xankəndidə hərbi parad keçirilib.- bbc.com/azeri/ articles/c724zlr90n10.

43. Səudiyyə Ərəbistanının Ermənistanla diplomatik əlaqələr qurmaması...- azertag.az/xeber/Nazir_Seudiyye_Arebistaninin_Ermenistanla_diplomatik_ elaqeler_qurmamasini_yuksek_qiymetlendiririk-2414774.

44. Şuşa Bəyannaməsinin tam mətni.- report.az/xarici-siyaset/susa-beyannamesinin-tam-metni/.

45. Tarixi Ki-Uest görüşünün 20 ili...- pia.az/amp/?id=396828.

46. Türk Dövlətləri Təşkilatı (TDT), 14.06.2023.- minenergy.gov.az/az/ beynelxalq-teskilatlarla-elaqeler/turkdilli-dovletlerin-emekdasliq-surasi.

47. Türk Dövlətləri Təşkilatı Sammitinin əhəmiyyəti.- trt.net.tr/azerbaycan/ proqram/2022/11/18/türk-dovl-tl-ri-t-skilati-sammitinin-h-miyy-ti-1907597.

48. Türk Dövlətləri Təşkilatının Zirvə görüşü.- amerikaninsesi.org/a/ 7340098.html.

49. Türk dünyasının çatı quruluşu…- qha.com.tr/haber/arsivi/turk-dunyasinin-cati-kurulusu-turk-kenesi-10-yilinda-93438.

50. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dövlət səfəri...- prezident.az/az/articles/view/60232; İlham Əliyevin Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif ilə təkbətək görüşü...- prezident.az/az/articles/ view/60277.

51. Armenia-Azerbaijan clashes kill at least 16, undermine regional stability (27.09.2020).- reuters.com/article/us-armenia-azerbaijan/armenia-azerbaijan-clashes-kill-at-least-16-undermine-regional-stability-idUSKBN2606E.

52. Azerbaijan Military Personel.- globalsecurity.org/ military/world/ azerbaijan/ personnel.htm.

53. Azerbaijan-South Africa Bilateral Relations.- web.archive.org/web/ 20201031092208/ //pretoria.mfa.gov.az/files/Bilaterial_Relations_ Azerbaijan-SA.pdf.

54. Cornell S. E. The Nagorno-Karabakh Conflict.- Uppsala University: Department of East European Studies, 1999, s. 41.- web.archive.org/ web/20210905153354/ //is.muni.cz/ el/fss/jaro2019/POL587/um/Cornell_ The_Nagorno-Karabakh_ Conflict.pdf.

55. EU Statement on opening of the Baku-Tbilisi-Kars railway.- eeas.europa.eu/ node/34825_en.

56. Haut-Karabagh: comment L`Azerbaidjan a change la donne.- web.archive.org/ 20160419231940/ //www.lopinion.fr/blog/secret-defence/ haut-karabagh-comment-l-azerbaidjan-a-change-donne-101092.

57. Republic of Azerbaijan ministry of foreign affairs.- web.archive.org/web /201 91018132330/ //www.mfa.gov.az/?language=en&options=content&id =546.

58. Shootout contineus on Armenia-Azerbaijan contact-line since morning, death tool rises.- web.archive.org/web/20120209051935/ //en.apa.az/news. php?id=45150.

59. The Military Balance 2022/İnternational İnstitute for Strategic Studies.- Abingdon: Taylor & Francis, 2022.- s.504.

60. The War College of the Armed Forces.- web.archive.org/ web/ 20220817121752/ //mod.gov.az/en/war-college-of-the-armed-forces-435/.

61. Turk Says Russia is Tangled in Caucasus War.- The New York Times, 15.04.1993.- web.archive.org/web/20160303165416///www.nytimes.com/ 1993/04/15/world/turk-says-russia-is-tangled-in-caucasus-war.html?scp=1&sq= Kelbacar&st=cse.

62. Ukraine War, Energy İssues Muddle Azerbaijan-Armenia Pease Efforts.-voanews.com/a/ukraine-war-energy-issues-muddle-azerbaijan-armenia-pease-efforts/6749926.html.

63. UNAPF.- web.archive.org/web/20190510085540/ //unazerbaijan. org/en/what-we-do/unapf/.

64. Азербайджан и Армения обсудили в Вашингтоне мир и Лачин.- vedomosti.ru/politics/articles/2023/05/01/973315-azerbaidzhan-armeniya-obsudili-mir.

65. Азербайджан и Грузия открывают новые экономические перспективы в интересах региона.- trend.az/Azerbaijan/politics/3732147.html.

66. Азербайджан и НАТО (обзор взаимоотношений с 1992 по 2006 год).- web.archive.org/web/20120423001452/ //analitika.az/browse.php?sec _id=23.

67. Азербайджан назвал законным решением установку КПП в Лачинском коридоре.- rbc.ru/politics/23/04/2023/644587d09a794792d12c59f5.

68. Азербайджан открывает посольство в Израиле.- www.gov.il/ru/ departments/news/fm-cohen-meets-azerbaijan-fm-bayramov.

69. Азербайджанская армия входит в топ-30 в мире по количеству танков, РСЗО и САУ.- interfax.az/view/884135.

70. Азербайджанские миротворцы, выведенные из Афганистана, вернулись в Баку.- interfax.az/view/843531.

71. Азербайджан увеличит расходы на оборону в 2023 году почти на 5%.- rbc.ru/politics/16/09/2022/6323872c9a79471aa9c22fc7.

72. Алиев, Пашинян, Макрон, Мишель и Шольц проводят встречу в Кишиневе.- tass.ru/mezhdunarodnaya-panorama/17906017.

73. Армения и Азербайджан подтвердили приверженность целостности территорий.- regnum.ru/news/3717666.

74. Брюссельская встреча…- az.sputniknews.ru/20230515/brysselskaya-vstrecha-pochemu-net-konkretnykh-dokumentov-mezhdu-baku-i-erevanom-454874213. html.

75. В Москве завершилась встреча лидеров России, Азербайджана и Армении.- riamo.ru/article/643472/v-moskve-zavershilas-vstrecha-liderov-rossii-azerbajdzhana-i-armenii.

76. Встреча Президента Азербайджана Ильхама Алиева и Президента Армении Сержа Саргсяна при посредничестве Дмитрия Медведева.- 2 ноября 2008 года.- web.archive.org/web/20211028144931///kremlin.ru/events/ president/news/1960.

77. В ходе Карабахской войны… web.archive.org/web/20120614231853/ //ru.salamnews.org/ru/ news/read/50006/predstavitel-ayatoll-xamenei-v-xode-karabaxskoy-voyni-mi-avtokolonnami-postavlyali-azerbaydjanu-voorujenie.

78. Генч С. Отнашения между ГУАМ и Турцией.- Центральная Азия и Кавказ (журналь), 2008, №3-4 (57-58), s. 191.- web.archive.org/web/ 20220204184559/ //cyberleninka.ru/article/n/ otnosheniya -mezhdu-guam-i-turtsiey/pdf.

79. Замминистра обороны сообшил о гибели генерала Азербайджанской армии.- web.archive.org/web/ 20200714214731/ //az.sputniknews.ru/ karabakh/20200714/424431786/ general-armija-azerbaan-pogib.html.

80. Зубков К. Азербайджан угрожает Армении.- РБК daily, 28.11.2007.- archive.is/IP5D.

81. История урегулирования конфликта между Арменией и Азербайджаном с 2020 года.- tass.ru/info/17845181.

82. Конец войны в Карабахе.- web.archive.org/web/20201113002755/ // www.bbc.com/russian/news-54869066.

83. Краткий экскурс в американо-азербайджанские отнашения…- azertag.az/ru/xeber/Kratkii_ekskurs_v_amerikano_azerbaidzhasnkie_ otnosheniya _i_razmyshleniya_o_budushchem-819685.

84. Кто же все-таки признал Карабах?- kavkaz-uzel.eu/articles/282171.

85. Министерство обороны Азербайджана: «Мы призываем вас не тражировать ложние информации противника».- mod.gov.az/ru/ news/ ministerstvo-oborony-azerbajdzhana-my-prizyvaem-vas-ne-tirazhirovat-lozhnye-informacii-protivnika-31537.html.

86. Hаша страна не признает Армению в качестве государства.- regnum.ru/ news/704563? forprint.

87. Нефтепровод Баку-Тбилиси-Джейхан им. Гейдара Алиева. Справка.- web.archive.org/web/20180809060937///ria.ru/economy/ 20090417/ 168381928.html.

88. Новиков А.И. Отнашения Израиля со странами бывшего СССР.- web.archive.org/web/ 20090525045238/ //www.iimes.ru/rus/stat/2005/25-01-05.html.

89. Один человек погиб при нападении…- rbc.ru/politics/27/01/ 2023/ 63d3700c9a79477d2df3734a.

90. Одна нация-три страны: о сотрудничесиве Турции, Азербайджана и Пакистана.- eadaily.com/ru/news/2021/07/08/odna-naciya-tri-strany-o-sotrudnichestve-turcii-azerbaydzhana-i-pakistana.

91. Официальный визит Президента Азербайджанской Республики Гейдара Алиева в США (27 июля-06 августа 1997 года).- lib.alijevheritage. org/ru/6555664.html.

92. Парубочая Е.Ф.Сотрудничество Турции и Азербайджана в военной сфере на рубеже xx-xxı веков.- Вестн. Волгогр.гос.ун-та. Сер.4, Ист.2015, N-6(36), s.25.

93. Переговоры Путина, Алиева и Пашиняна завершились.- russian.rt.com/ ussr/news/932438-peregovory-putin-aliev-pashinyan.

94. Подразделения ВС Азербайджана уничтожили 20 армянских военнослужащих.- az.sputniknews.ru/20200716/ Podrazdeleniya-VS-Azerbaydzhana-unichtozhili-20-armyanskikh-voennosluzhaschikh-424455203. html.

95. Путин, Алиев и Пашинян приняли заявление о Карабахе.- rbc.ru/ politics/11/01/2021/5ffc676f9a794718f2cOe3c6.

96.  Сергей Лавров: Пандемия ускорила мыслительные процессы в Евросаюзе.- archive.ph/20201207124916/ //www.trud.ru/article/20-08-2020/1393051_ sergey_lavrov_pandemija_ uskorila_myslitelnye_protsessy_v_ evrosojuze.html.

97. Скончался азербайджанский военнослужащий… -az.sputniknews.ru/ 20220917/skonçalsya-azerbaydzhanskiiy-voennosluzhaschiy-pri-presechenii-provokatsii-vs-armenii-446189770.html.

98. Состоялась совместная встреча лидеров Азербайджана, ЕС и Армении.- report.az/ru/vneshnyaya-politika/v-belgii-nachalas-vstrcha-liderov-azerbajdzhana-armenii-i-soveta-es/.

99. Чернявский С. Россия и Азербайджан: особенности и основные направления межгосударственного сотрудничества в постсовецкий период.- Central Asia and Caucasus.- web.archive.org/web/20181027202247/ htttp://www.ca-c.org/c-g/2010/journal_rus/c-g-1-2/03.shtml.

100. Экспортные трубoпроводы.- window2baku.com/oil7.htm.

 

Oxşar xəbərlər
18:34, Bu gün
Vüsalənin intiharında yeni DETALLAR: Xəyanətdə adı hallanan qadın İŞ ADAMIDIR
18:31, Bu gün
Pəncərəni açıb yatmaq bədənə necə təsir edir?
18:23, Bu gün
“Üçüncü Dünya Müharibəsinə yaxınıq” — Tramp
18:16, Bu gün
Böyük qardaşını öldürüb, anasını yaraladı
18:08, Bu gün
Asılılıq yaradan 17 qida maddəsi - Özünüzü qoruyun
18:00, Bu gün
“Rəqabətə görə çörəyin içinə tük də qoyurlar” - Ekspertdən ağlasığmaz sözlər
17:59, Bu gün
Keşiş Baqrat Kərkiyə də gedib çıxdı...-“Tezliklə bura da təhvil veriləcək!..-VİDEO
17:58, Bu gün
"Deyirdim, bizim evdə nə vaxtsa "kartoşka" qızardılacaq?" - VİDEO
17:51, Bu gün
Neftçalada məktəb binasında YANĞIN
17:45, Bu gün
Bakı Təşəbbüs Qrupu “Paris-2024”lə bağlı bəyanat yaydı
17:43, Bu gün
Dünən Olimpiya Oyunlarının açılışında olan səhnələr "Woke ağıl virusu" idi, yoxsa müxtəlifliyə dəstək və hörmət?”
17:32, Bu gün
"Atəşkəs olarsa, ərazimizin 25 faizi Rusiyanın nəzarətində qalacaq" - Ukraynanın Türkiyədəki səfiri
17:24, Bu gün
Qurban Yetirmişlidən zəlzələ iddialarına SƏRT REAKSİYA : “Mən fala baxmıram”
17:17, Bu gün
COP29 Azərbaycan Əməliyyat Şirkəti genişmiqyaslı təlim proqramı keçirdi - FOTO
17:10, Bu gün
Almaniyadakı Göy məscid niyə bağlandı? - VİDEO
17:03, Bu gün
Laçında Məhəbbət Kazımovun həyat və yaradıcılığına həsr olunan ədəbi-bədii gecə - FOTOLAR
16:55, Bu gün
Azərbaycanda vəzifəli şəxs faciəvi şəkildə öldü
16:53, Bu gün
Türk Generalı Ermənistanla sülhdən danışdı - PROQNOZ NƏDİR?
16:48, Bu gün
Fransada yüksəksürətli qatarların üçdə biri xəttə çıxmayıb
16:41, Bu gün
Balabəy Ağayev Olimpiada ilə erkən vidalaşdı
16:34, Bu gün
Oğlu və həyat yoldaşı Brilliantı izləməyə gəldi - FOTO
16:27, Bu gün
Hindistanın baş naziri Moskvada Putinlə görüşdən sonra Kiyevə yollanacaq
16:20, Bu gün
Bu tarixdə Bakıda 10 günlük karantin olacaq?
16:12, Bu gün
Şəkidə 4 tondan artıq çətənə kolu məhv edildi
16:05, Bu gün
Sel bir kəndin yolunu uçurdu, giriş-çıxış bağlandı - FOTO
15:58, Bu gün
Torpaq sürüşməsi Şamaxı sakinlərini təhlükəli vəziyyətdə qoydu: "Evlərimiz gedir, baxan yoxdur!" - VİDEO
15:51, Bu gün
Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu
15:44, Bu gün
Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO
15:37, Bu gün
"Almaniya Avropa İttifaqında liderliyini itirir" - "The Economist"
15:30, Bu gün
Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı
15:23, Bu gün
Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO
15:16, Bu gün
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı
15:09, Bu gün
Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi
15:02, Bu gün
Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?
15:00, Bu gün
Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO
14:55, Bu gün
Deputatlığa namizədlərin sayı AÇIQLANDI
14:48, Bu gün
Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?
14:41, Bu gün
Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi
14:38, Bu gün
Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?
14:33, Bu gün
Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR
14:26, Bu gün
Kamilə toy tarixini açıqladı
14:19, Bu gün
“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib
14:12, Bu gün
Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?
14:05, Bu gün
Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış
13:57, Bu gün
Nazirləri "mavi" olan ölkənin şeytan şousu - Dinlər belə ələ salındı - FOTO/VİDEO
13:50, Bu gün
Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR
13:44, Bu gün
Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir" - FOTO
13:38, Bu gün
Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO
13:32, Bu gün
Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi
13:25, Bu gün
İlansancmaları zamanı zərdab tapılmır? - "Ölkədə istehsalı gözlənilir"
13:18, Bu gün
"Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub" - Cavanşir Feyziyev
13:11, Bu gün
Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO
13:04, Bu gün
“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir
12:58, Bu gün
Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı
12:53, Bu gün
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
12:48, Bu gün
"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:42, Bu gün
Bazar gününün HAVA PROQNOZU açıqlandı
12:35, Bu gün
Açılış mərasimində oyunların emblemi olan bayraq tərs qaldırıldı - VİDEO
12:32, Bu gün
Azərbaycan idmançısı Paris-2024-ə məğlubiyyətlə başladı
12:28, Bu gün
"İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın" - Fazil Mustafa
12:22, Bu gün
Paşinyan yeni diaspor yaradır - ŞƏRH + FOTO
12:17, Bu gün
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?”- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR
12:16, Bu gün
Ağcabədidə son 1 ayda narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
12:12, Bu gün
Ağadadaş Ağayevin son durumu açıqlandı: “Əgər səhhəti əl versə...”
12:08, Bu gün
“Fitch Ratings”dən Azərbaycanın dövlət borcu ilə bağlı PROQNOZ
12:05, Bu gün
Ayaq qoxusunu yox etmək üçün 5 SADƏ ÜSUL
12:02, Bu gün
Həmin hədəflər vurulacaq: Azərbaycan xəbərdarlıq etmişdi
11:59, Bu gün
Dəhşətli qətlin təfərrüatları: “Arvadının başını kəsib özü ilə apardı”
11:56, Bu gün
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır
11:54, Bu gün
Qida mütəxəssisi həyəcan TƏBİLİ ÇALIR: “Evdə düzgün konserv olunmayan meyvə və tərəvəzlər zəhərlənməyə, ölümə səbəb olur”
11:48, Bu gün
“Pezeşkian soydaşlarımızın bu tələbini  tamlığı ilə yerinə yetirməyəcək...”
11:45, Bu gün
Nigarla Mehin kimə söz atır?
11:42, Bu gün
Tramp prezident seçilərsə…
11:41, Bu gün
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
11:40, Bu gün
Soyuq duşun FAYDALARI- Əzələlərin bərpası, stress... 
11:38, Bu gün
Bu giləmeyvə insanı xərçəngdən qoruyur
11:36, Bu gün
İranın yeni seçilən prezidenti sabah and içəcək
11:35, Bu gün
İxtisas seçimi bu tarixdə BAŞLAYIR
11:31, Bu gün
“Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam” - FOTO
11:30, Bu gün
“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
11:25, Bu gün
Cavanşir körpüsü ərazisindəki yol nə vaxt hazır olacaq? - VİDEO
11:21, Bu gün
Noyabrda Bakıda toylar keçirilməyəcək? - VİDEO 
11:19, Bu gün
Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib - Şərtlər açıqlandı
11:15, Bu gün
Kəlbəcərə ilk dəfə infotur təşkil edildi - FOTOLAR
11:14, Bu gün
Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib
11:07, Bu gün
FHN əhaliyə müraciət etdi
11:00, Bu gün
Bu xidmət Şəkidə PULSUZ OLDU 
10:52, Bu gün
"Real" 16 yaşlı argentinalı futbolçunu transfer edir
10:47, Bu gün
Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?
10:45, Bu gün
Azərbaycanda daha hansı banklar bağlanacaq?
10:41, Bu gün
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
10:39, Bu gün
Taksilərin zolaq PROBLEMİ - Sürücülər yeni cərimələrdən NARAZIDIR - VİDEO
10:35, Bu gün
Bakıda xanım sürücünün maşınından içi dolu çantası oğurlandı - HADİSƏ ANI
10:32, Bu gün
"Marketlərdə anarxiya var, xurmaya qurd düşürsə, demək..." - Ekspert
10:29, Bu gün
Bu məmurlar istefa verəcək - İcra başçısı, səfir..
10:24, Bu gün
Xərçəngsən dedilər, ağciyərindən bibər çıxdı
10:15, Bu gün
Arazdəyənin üzərində Bayrağımız dalğalanır - FOTO
10:15, Bu gün
Dadlı meyvə salatını necə hazırlayaq? - SADƏ ÜSUL
10:11, Bu gün
“Pompeonun Ukraynadakı müharibəni bitirmək üçün 500 milyardlıq planı ən real plandır...”
10:09, Bu gün
PSJ "Barselona"nın bu futbolçunu almasına imkan verməyəcək
GÜNLÜK
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 21:14
"Rusiyada doğumla bağlı vəziyyət fəlakətlidir" - Peskov
26 Jul 2024 | 19:41
Avropa “qapıdakı” rus tankları ilə mübarizəyə hazırlaşır, həm də ABŞ-sız...
26 Jul 2024 | 22:50
Əfşar Temuçin vəfat etdi - FOTO
26 Jul 2024 | 19:05
Ermənistanın son təxribatlarının məqsədi nədir? - Ekspertdən AÇIQLAMA
26 Jul 2024 | 19:19
Prezident Administrasiyasında avqust ayında vətəndaşların qəbul CƏDVƏLİ
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
AYLIQ
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 21:14
"Rusiyada doğumla bağlı vəziyyət fəlakətlidir" - Peskov
26 Jul 2024 | 19:41
Avropa “qapıdakı” rus tankları ilə mübarizəyə hazırlaşır, həm də ABŞ-sız...
26 Jul 2024 | 22:50
Əfşar Temuçin vəfat etdi - FOTO
26 Jul 2024 | 19:05
Ermənistanın son təxribatlarının məqsədi nədir? - Ekspertdən AÇIQLAMA
26 Jul 2024 | 19:19
Prezident Administrasiyasında avqust ayında vətəndaşların qəbul CƏDVƏLİ