“Xalqımızı layiq olduğu xoşbəxt, firavan həyata qovüşdurmaq XXI əsrdə hamımızın qarşısında duran ən ümdə vəzifələrdir...”
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
Siyasi, sosial-iqtisadi dəyişikliklər. Mədəniyyət (2000-2024-cü illər)...-XXXXX mövzu
“Azərbaycan orta səviyyəli sənaye-aqrar ölkəsi hesab edilir...”
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev “XXI əsrin, üçüncü minilliyin qarşılanması ilə bağlı tədbirlərin həyata keçirilməsi haqqında” 26 dekabr 2000-ci il tarixli sərəncamı ilə yeni dövrdə qarşıda dayanan vəzifələri müəyyənləşdirdi: “Azərbaycan xalqının azadlığını, ölkəmizin müstəqilliyini qoruyub möhkəmləndirmək, onun ərazi bütövlüyünü tam təmin etmək, Azərbaycanı qüdrətli ölkəyə çevirmək, xalqımızı layiq olduğu xoşbəxt, firavan həyata qovüşdurmaq XXI əsrdə hamımızın qarşısında duran ən ümdə vəzifələrdir” [32].
Azərbaycan yeni əsrə müasir dünyanın əsas dəyərlərini nəzərə almaqla, eyni zamanda milli dəyərlərinə sadiq qalaraq daxil oldu. Müasir dünyanın əsas şərtlərindən biri kimi, uzun müzakirələrdən sonra, hələ 1998-ci ilin fevralında ölüm hökmü ləğv edildi [6]. Yeniliklər davamlı şəkildə həyata keçirilirdi. 2001-ci ildə Azərbaycan “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşuldu [30]. Elə həmin ildə İnsan hüquqları üzrə müvəkkil (ombudsman) vəzifəsi yaradıldı [16]. Dünya azərbaycanlıları ilə əlaqələrin yaradılması, onların təşkilatlanması, fəaliyyətlərinin canlandırılması istiqamətində addımlar atıldı. 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi, fəaliyyətin səmərəliliyinin artırılmasına dair qərarlar qəbul olundu [21]. 2002-ci ilin iyulunda isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (2008-ci ilin noyabrında Diasporla İş üzrə Dövlət Komitəsi adlandırıldı) yaradıldı [68].
Prezident Heydər Əliyevin xəstəliyi ilə əlaqədar siyasi hakimiyyətin varisliyi, stabilliyin qorunub saxlanılması, dövlətçilik üçün daxili və xarici təhlükələrin qarşısının alınması məsələləri aktuallaşdı. Ona görə də 2002-ci ilin avqustunda referendum yolu ilə Konstitusiyaya dəyişikliklər edildi, o cümlədən, fövqəladə hallarda prezidentin səlahiyyətlərinin baş nazirə keçməsini nəzərdə tutan bənd əlavə edildi [33]. İlham Əliyev 2003-cü ilin avqustunda baş nazir təyin edildi. Həmin il oktyabrın 15-də isə prezident seçildi [26]. 2003-cü il dekabrın 12-də Ümummilli lider, dövlət başçısı Heydər Əliyev vəfat etdi. Onun siyasəti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycanda hakimiyyət bölgüsü uğurla həyata keçirilir. Prezident və hökumət ali icra, Milli Məclis qanunverici, hakimlər məhkəmə hakimiyyətlərini təmsil edir. Yerli idarəetmə orqanları bələdiyyələrdən ibarətdir. Azərbaycan prezidenti 2016-cı il referendumu ilə Konstitusiyada edilən dəyişikliyə görə 7 il müddətinə seçilir. Bu dəyişikliyə uyğun olaraq İlham Əliyev 2018-ci ilin aprelində növbəti dəfə prezident seçildi [26]. Həmin referendumun nəticələrinə görə, birinci vitse-prezident və vitse-prezident vəzifələri təsis edildi. Prezidentin sərəncamı ilə Mehriban Əliyeva 2017-ci ilin fevralında Azərbaycan Respubliksaının Birinci vitse-prezidenti təyin edildi [34]. Müstəqilliyimiz bərpa edildikdən sonra parlamentə - Milli Məclisə 1995, 2000, 2005, 2010, 2015, 2020-ci illərdə 6 dəfə seçkilər keçirilib. Altıncı çağırış Milli Məclisdə 118 deputatdan (7 deputat yeri boşdur) 69-u YAP-dan olmaqla, bitərəflər-38, VHP-3, AVP, BQP, ADMP, BAXCP, ADİP, Vəhdət, MCP, REAL hərəsi 1 nəfərlə təmsil olunub. [35]. Milli Məclisdə Azərbaycanın 10 milyondan artıq əhalisi təmsil olunub. Son məlumata görə, Azərbaycan Respublikası əhalisinin 91.6%-ni azərbaycanlılar, 8.4%-ni etnik azlıqlar, o cümlədən, ləzgilər (2%), ruslar (1.3%), talışlar (1.3%), avarlar (0.6%), tatlar (0.3%), kürdlər (0.1%) təşkil edir [8].
Azərbaycanda tədricən siyasi sistem formalaşdı, uyğun qanunvericilik aktları qəbul edildi. Konstitusiyaya əlavə, düzəliş, dəyişikliklər edildi. 2002-ci il referendumuna görə, ölkədə prezidentdən sonra baş nazir ikinci rəsmi şəxs müəyyən edildi (o vaxta qədər ikinci şəxs parlamentin sədri idi), proporsional seçki sistemi ləğv edildi, majoritar seçki sistemi saxlanıldı [18]. 2009-cu il referendumu ilə Konstitusiyada edilən dəyişikliyə görə, prezidentin seçilməsi ilə bağlı müddət məhdudiyyəti götürüldü [66]. 2016-cı il referendumu isə prezidentin 7 il müddətinə seçilməsi, prezidentlik üçün yaş limitinin ləğv olunması müəyyən edildi, birinci vitse-prezident və vitse-prezident vəzifələri təsis olundu, həmçinin fövqəladə hallarda prezidentin səlahiyyətlərinin birinci vitse-prezidentə, o olmadıqda vitse-prezidentə, daha sonra ardıcıllıqla baş nazirə, Milli Məclisin sədrinə keçməsi qaydası təsbit olundu. Yeni dəyişikliklərdə prezidentin Milli Məclisi buraxmaq səlahiyyəti də nəzərdə tutulub [17]. Siyasi sistemin təkmilləşdirilməsi davam etdirildi, 2022-ci il dekabrın 16-da “Siyasi partiyalar haqqında” yeni qanun (əvvəlki qanun 1992-ci ildən fəaliyyət göstərirdi) qəbul olundu [41]. Yeni Qanunla müasir dövrdə partiyaların qeydiyyatı, fəaliyyətinə dair qayda və normalar müəyyən edildi. Azərbaycanın ərazi bütövlüyünün, suveren hüquqlarının tam bərpa olunmasının, son ildə əldə olunmuş siyasi, iqtisadi, hərbi uğurların, həmçinin siyasi islahatların davamı olaraq 2024-cü il fevralın 7-də növbədənkənar Prezident seçkiləri keçirildi, İlham Əliyev böyük əksəriyyətin səs çoxluğu ilə yenidən prezident seçildi. İlham Əliyev və ailə üzvləri Xankəndində səs verməklə dünyanın diqqətini bir daha əzəli Azərbaycan şəhərlərinin artıq azad olunduğuna yönəltdi.
Azərbaycan iqtisadiyyatı, daxili siyasətini dünyanın bir hissəsi olaraq, ümumbəşəri və milli dəyərləri uzlaşdıraraq, beynəlxalq münasibətlər sistemində layiqli yerini tutaraq qurur və həyata keçirir. Bu gün dünya əhalisinin sayı 8 milyard nəfərdən artıq [80], yer kürəsinin ərazisi 510 milyon kv.kilometr, o cümlədən su səthi 361 milyon kv.km., quru hissəsi isə 149 milyon kv.km. [24, s. 19] təşkil edir. Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin əsas mahiyyəti müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatının bərqərar olması və dünya iqtisadiyyatına inteqrasiyadan ibarətdir [19]. Azərbaycan orta səviyyəli sənaye-aqrar ölkəsi hesab edilir [58, s. 17]. Ölkənin kənd təsərrüfatı əsasən üzümçülük, bağçılıq, tütünçülük, tərəvəzçilik, heyvandarlıq və ipəkçilik sahələri üzrə ixtisaslaşmışdır. Kənd təsərrüfatı məhsulları istehsalçılarının 80%-dən çoxunu fermer təsərrüfatları təşkil edir [74]. 2013-2019-cu illərdə kənd təsərrüfatı müəssisələrinin ümumi gəliri 2,1 dəfə artaraq, 868,8 milyon manat təşkil etdi [73]. Bu gün orta illik taxıl istehsalı 2 milyon ton təşkil edir, Azərbaycan taxıla olan ehtiyacının 60%-ni özü ödəyir, 40%-ni idxal edir, bu isə ildə 1,4 milyon ton təşkil edir [54]. 2023-cü ildə taxıl bitkiləri üçün əkin sahələri əvvəlki ildəkindən 2,8% artırılaraq 1,05 milyon hektara çatdırılıb [62].
Kənd təsərrüfatının daha intensiv inkişafı üçün aqroparklar yaradılıb (aqropark- kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanılması və satışı üçün maddi-texniki bazanı təmin edən texnoloji kompleksdir). 2022-ci ilin iyun ayı üçün 32 rayonu əhatə edən 44 aqropark fəaliyyət göstərir, 7 aqroparkın tikintisi davam etdirilirdi [60]. Kənd təsərrüfatı məhsulları üzrə məlumatların cəmləşdiyi elektron baza yaradılıb [61].
Azərbaycan sənayesinin əsasını neft, son illərdən isə neft-qaz sənayesi təşkil edir. Ölkə böyük neft ehtiyatlarına malikdir. Bu ehtiyatlar 1994-cü ildə 511 milyon ton [78], 1996-cı ildə 1,2 milyard barrel, 2016-cı ildə isə 7 milyard barrel həcmində dəyərləndirildi. Bu, dünya neft ehtiyyatlarının 0,4%-ni təşkil edir. Azərbaycan bu göstəriciyə görə 42 ölkə içərisində 19-cu yeri tutur [48]. Azərbaycanda neft istehsalı 2010-cu ilə qədər artan xətlə davam etdi və gündəlik 1 milyon barrelə (illik 50 milyon ton) çatdı. Həmin vaxtdan istehsal azaldıldı, 2016-cı ildə gündəlik 826 min barrel (illik 41 milyon ton) təşkil etdi [48]. 2022-ci ildə neft hasilatı aşağı endi və 32,6 milyon ton təşkil etdi [75]. Dünya neft bazarının konyukturları, həmçinin neft ehtiyatlarından qənaətlə istifadə edilməsinin vacibliyi nəzərə alınmaqla neft hasilatı planlı şəkildə azaldılır. Ümumilikdə isə, Azəri, Çıraq, Günəşli, Şahdəniz neft yataqlarından 607 milyon ton neft və kondensatı hasil edilərək dünya bazarına ixrac edilib [72].
Azərbaycanda təbii qazın istehsalı yalnız 2020-ci illərin əvvəllində mühüm əhəmiyyət kəsb etməyə başladı. O vaxta qədər ölkənin ciddi təbii qaz ehtiyatlarının olmadığı fikri üstünlük təşkil edirdi. 2011-ci ilə qədər Xəzər dənizinin Azərbaycan sektorunda qaz ehtiyatları təxminən 1 trln kubmetr civarında dəyərləndirilirdi. 2012-ci ildə məlum oldu ki, proqnozlaşdırılan qaz ehtiyatları 6 trln kubmetr təşkil edir [87]. Təsdiq edilmiş qaz ehtiyatları isə 2.6 trln kubmetr həcmindədir [70]. BP-nin hesablamalarına görə, Azərbaycan təsdiqlənmiş təbii qaz ehtiyatları cədvəlində 30 ölkə içərisində 13-cü yeri tutur [51]. Azərbaycanın təbii qaz istehsalının əsasını “Ümid”, “Abşeron”, “Babək”, “Şəfəq-Asiman”, “Şahdəniz” yataqları təşkil edir. Qaz istehsalı 2011-ci ildən başlayaraq artmağa başladı, həmin il 17 mlrd m3 [71], 2022-ci ildə isə 46.7 mlrd m3-ə çatdı [69]. 2021-ci ildən Azərbaycan qazının xaricə ixrac edilməsinə başlanılıb. Hazırda Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya, Rumıniyaya və digər ölkələrə qaz ixrac edilir [53]. Azərbaycan xaricə qaz ixrac etməklə yanaşı, daxili ehtiyaclarını da ödəyir. Daxildə təbii qazın böyük hissəsi elektrik enerjisinin istehsalına sərf olunur [14].
Neft və qazın nəqli ilə bağlı kəmərlərin tikintisi diqqət mərkəzində saxlanılırdı. Bakı-Supsa neft kəmərinin əsas xüsusiyyətlərindən biri Rusiya ərazisindən yan keçməsi oldu. Kəmər 1999-cu ildə işə salındı və Bakı neftini Gürcüstanın Supsa terminalına daşımağa başladı, neftin oradan Avropaya nəqlini davam etdirildi [85]. 2006-cı ilin iyununda əsas nəql vasitəsi olan Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşdü. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum [39], 2019-cu ildə Transanadolu (qısa şəkildə TANAP adlandırılan kəmər Azərbaycandan başlayıb, Gürcüstan və Türkiyədən keçməklə Yunanıstana çatır, oradan başqa xətlə davam etdirilir) [67], 2020-ci ilin noyabrında Transadriatik (qısa şəkildə TAP adlandırılan bu kəmər Azərbaycan, Gürcüstan, Türkiyə üzərindən Bakı-Tbilisi-Ərzurum və Transanadolu kəmərləri ilə Yunanıstana çatdırılan qazı Qərbi Avropaya nəql edir) [82] qaz kəmərləri fəaliyyətə başladı.
(Davamı var)
Ədəbiyyat:
1. Ağaverdiyeva N. Ali təhsildə Boloniya sistemi.- “Səs” qəzeti, 2010, 26 iyun, s. 10.
2. Ağdamda Cümə məscidinin bərpası yekunlaşır.- moderator.az/az/ qarabagh /641313/agdam-cume-mescidinin-berpasi-yekunlasir/.
3. Azad edilmiş ərazilərin 70 min hektarı...- anspress.com/azad-edilmis-erazilerin-70-min-hektari-minalardan-temizlenib.
4. “ASAN xidmət”in fəaliyyəti ilə bağlı “Data Portal”.- web.archive.org/ web/20220801125310/ //vxsida.gov.az/statisties/.
5. Azərbaycanda minimum aylıq əməkhaqqı 345 manat oldu.- azerbaycan24.com/ azerbaycanda-minimum-ayliq-emekhaqqi-345-manat-oldu-serencam/.
6. Azərbaycanda ölüm hökmünün ləğvi.- modern.az/az/news/330035.
7. Azərbaycan elminin uğurları.- azerbaijans.com/content_607_az.html.
8. Azərbaycan əhalisinin milli tərkibi.- modern.az/az/news/159429.
9. Azərbaycanın ilk rok-operası.- modern.az/az/news/148870.
10. Azərbaycanın ilk kosmik peyki orbitə uçub.- bbc.com/azeri/azerbaijan/ 2013/02/ 130206_azeri_first_satellite.
11. Azərbaycan kinosunun tarixi.- azerbaijanfilmproduction.com/az/ haqqimizda /azerbaijan-kinosu.
12. Azərbaycan mədəniyyəti. Müasir memarlıq.- axtar.len.az/?q= Azərbaycan_ mədəniyyəti#Müasir_dövr.
13. Azərbaycan muğamı.- azerbaijan.az/related-information/39.
14. Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən 2022-ci ildə görülmüş işlərə dair hesabat.- minenergy.gov.az/uploads/Hesabatlar/son%20son-Hesabat%20NK%202022_ v7.pdf.
15. Azərbaycan Respublikasının İnkişafı Naminə...- ict.az/mobile/az/ content/88.
16. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında...- e-qanun.az/framework/1407.
17. Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında...- president.az/az/articles /view/20630.
18. Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 24 avqust 2002-ci ildə keçirilmiş ümumxalq səsverməsinin (referendumun) yekunları haqqında...- qanun.az/framework/16449.
19. “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası - İqtisadiyyat”.- web.archive.org/web/20210830233924/// files.preslib.az/ projects/azerbaijan/ gl4.pdf.
20. Azərbaycan tarixi. Yeddi cilddə. VII cild (1941-2002-ci illər). Bakı, “Elm”, 2008.
21. Dünya Azərbaycanlılarının I Qurultayı.- files.preslib.az/projects/ diaspora/c1.pdf.
22. Əmək pensiyaları haqqında...-e-qanun.az/framework/11566.
23. İbrahimov R. “Aşıq sənəti yalnız Azərbaycan xalqına məxsusdur”.- web.archive.org/ web/20150407231423/ //bizimyol.info/news/ 22319.html.
24. Hacızadə E. Dünya iqtisadiyyatı və Azərbaycan. Dərslik. Bakı, “Letterpress” nəşriyyat evi. 2018.
25. İlham Əliyev Bakı Metropoliteninin “Xocasən” stansiyasının...- report.az/daxili siyaset/ilham-eliyev-baki-metropoliteninin-xocesen-stansiyasinin-acilisinda-istirak-edib/.
26. İlham Heydər oğlu Əliyev.- prezident.az/az/pages/view/president/ biography.
27. İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumunda iştirak edir.- “Azərbaycan” qəzeti, 2023, 07 dekabr, s. 2.
28. “İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi” publik hüquqi şəxs.- mincom.gov.az/view/organization/34.
29. İnformasiya-kommunikasiya texnologiyaları.- kayzen.az/blog/ informatika /24819/informasiya-kommunikasiya-texnologiyaları.html.
30. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında”...- e-qanun.az/framework/1405.
31. İşğaldan azad olunmuş ərazilərdə Yaşıl Enerji Zonası.- area.gov.az/az/ page/layiheler/yasil-enerji-zonasi/yasil.
32. XXI əsrin, üçüncü minilliyin qarşılanması ilə bağlı...- e-qanun.az/ framework/177.
33. Konstitusiyada əlavə və dəyişikliklər...- “Azərbaycan” qəzeti, 2009, 17 fevral, s. 7.
34. Mehriban Arif qızı Əliyeva.- president.az/az/pages/view/first-vice-president/biography.
35. Milli Məclisdə təmsil olunan siyasi partiyaların sayı...- qanuninfo.az/index.php?newsid=36116; Bu Milli Məclisdə 9 partiya...- modern.az/bu-milli-meclisde-9-partiya-temsil-olunacaq-siyahi/227042.
36. Müasir dövrdə Azərbaycan təsviri sənətinin rolu və mövqeyi.- azerbaijan.az/related-information/176.
37. Musiqi sənətinin inkişafı tarixi.- web.archive.org/web/20160109205934/ //www.azerbaijan.az/portal/Culture/Music/music_a.html.
38. Prezident İlham Əliyevin 2023-cü il sentyabrın 29-da Zəngilanda çıxışı.- qafqazinfo.az/news/detail/qarabagin-berpasina-budceden-7-milyard-dollar-xerclenib-413809.
39. Sadıqlı F. Bakı-Tbilisi-Ərzurum kəməri Azərbaycanı qaz ixracatcısı kimi tanıtdı.- “Azərbaycan” qəzeti, 2022, 3 iyul, s.6.
40. Sarıyeva İ. “Dünyada Azərbaycanı tanıdan müasir rəssamlar”...- “Bakı Xəbər” qəzeti, 2017, 16-18 avqust, s. 15.
41. Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının Qanunu.- e-qanun.az/framework/53163.
42. Şuşada “Xarıbülbül” Festivalı başlayır.- web.archive.org/web/ 20230518134913/ //www.qafqazinfo.az/news/detail/susada-xaribulbul-festivali-baslayir-video-399798.
43. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu. 19 iyun 2009-cu il.- baku.edu.gov.az/page/281/2476.
44. Təhsil nazirliyinin adı dəyişdirildi. Fərman.- oxu.az/politics/627402.
45. VII Muğam Televiziya Müsabiqəsi...- culture.gov.az/az/umumi xeberler/vii-mugam-televiziya-musabiqesi-basa-catir (10.06.2019).
46. Yusifli V. Milanda ölüm.- adalet.az/az/writers/detail/milanda-olum-15554.
47. Zərif N. Tilsim sındı- Azərbaycanlı yazıçı xariciləri üstələdi.- news. milli.az/ country/507460.html.
48. BP Statistical Review of World Energy June 2017.- British Petrolium (июнь 1917).- bp.com/content/dam/bp/en/corporate/pdf/energy-ecenomics/ statistical-review-2017/bp-statistical-review-of-world-energy-2017-full-report.pdf.
49. Grater Tom. “In Between Dying: Watch Debut Trailler For Venice Completition Pic.- deadline.com/video/in-between-watch-debut-trailer-venice-completition/.
50. Mugam feast in prospekt.- web.archive.org/web/20140408224830/ //news.az/articles/culture/32515.
51. Statistical Review of World Energy 2020.- bp.com/content/ dam/bp/business-sites/en/global/corporate/pdfs/energy-economics/statistical-review/bp-stats-review-2020-full-report.pdf.
52. 3rd Uzeyir Hajibeyli İnternational Music Festival in Baku.- archive.is/20120712045409/ //en.apa.az/news.php?id=154899/; Gabala International Music Festival programme.- web.archive.org/web/20100801061045/ //news.az/articles /19387.
53. Азербайджан в 2022 г. увеличил экспорт газа на 18%. (13.01.2023).- Interfax.az/view/884556.
54. Азербайджан на достаточном уровне самообеспечеивается пшеницей.- news.day.az/economy/1426995.html.
55. Азербайджан начал экспорт ноутбуков в страны Западной Европы.- web.archive.org/web/20110706130855/ //www.vesti.az/news.php ?id=34858.
56. Азербайджан существенно улучшил позиции…- trend.az/business/ it/3699854.html.
57. Азербайджан увеличил в 2022 году выручку от экспорта электроэнергии на 75%.- interfax.az/view/887381.
58. Азербайджан// Энциклопедический географический словарь/ отв. редакторы Е.В.Варавина и др. Москва, «Рипол-классик», 2011.
59. «Азерэнержи» планирует расширить экспорт электроэнергии.- news.day.az/economy/ 1418775.html.
60. В Азербайджане на создание 51 агропарка израсходовано 2,3 млрд. манатов.- apa.az/ru/agro-promyshlennyj/v-azerbaidzane-na-sozdanie-51-agroparka-izrasxodovano-23-mlrd-manatov-484529.
61. В Азербайджане при поддержке ЕС создана информационная система сельского хозяйства.- news.day.az/economy/1517058.html.
62. В Азербайджане увеличилось площадь посевов пшеницы.- news.day.az/economy/1525015.html.
63. ВВП Азербайджана в 2022 году вырос на 4.6%- interfax.az/ view/884764.
64. В Москве назвали лауреатов премии «Ника».- web.archive.org/web/ 20220526040644/ //rg.ru/2010/04/01/nika.html.
65. В селе Агалы созданы все необходимые условия…- trend.az/ azerbaijan/ society /3641606.html.
66. Все дополнения и изменения к 29 статьям Конституции Азербайджана…- trend.az/Azerbaijan/politics/1442873.html.
67. В Турции открыли газопровод TANAP.- kommersant.ru/doe/3656841.
68. Государственный Комитет по делам Диаспоры.- web.archive.org/ web/ 20180110114723///azerbaijans.com/content_556_ru.html.
69. Добыча газа в Азербайджане в 2022 году выросла на 6.5%.- finmarket.ru/database/news/5877716.
70. Добыча газа в Азербайджане… (06.12.2021).- interfax.az/ view/852215.
71. Добыча нефти в Азербайджане в 2015 г. снизилась на 0,8%, газа выросла на 1.1%- госкомстат.- oilcapital.ru/upstream/280784.html.
72. Добыча нефти в Азербайджане… (13.02.2023).- interfax.az/ view/886579.
73. Доходы аграрного сектора Азербайджана за последние семь лет увеличились.- trend.az/business/finance/3294694.html.
74. Евросoюз придает большое значение развитию сельского хозяйства в Азербайджане.- news.day.az/economy/1409134.html.
75. За 2022 г. дабыча нефти…- neftegaz.ru/news/dobycha/766357-za-2022-g-dobycha-nefti-v-azerbaydzhane-dostigla-32-6-mln-t-a-gaza-46-7-mlrd-kubometrov.
76. Из-за девалвации в Азербайджане…- tass.ru/ekonomika/2548083.
77. Как восстанавливается освобожденные…- //vestikavkaza.ru/ analytistics/kak-vosstanavlivautsa-osvobozhdennye-azerbaidjanskie-rajony.html.
78. «Контракт века»: норвежские миражи Азербайджана.- BBC: Русская служба (15 сентября 2017).- bbc.com/russian/features-41274750.
79. Назван потенциал производства меди на месторождении Карадаг.- news.day.az/economy/1551421.html.
80. Население земли.- countrymeters.info/ru/World.
81. Основные показатели банковского сектора АР.- web.archive.org/ web/20220303191955/ //uploads.cbar.az/assets/d701b fa769e508299fb f2354c.pdf.
82. Победный 2020 год для Азербайджана-в том числе на энергетическом рынке Европы.- news.day.az/politics/1303562.html.
83. Стратегические валютные резервы Азербайджана…- apa.az/ru/ finance/ strategiceskie-valyutnye-rezervy-azerbaidzana-za-god-uvelicilis-bolee-cem-na-10-mlrd-dollarov-518472.
84. Стратегия транспортировки энергетических ресурсов.- azerbaijans. com/content _1030_ru.html.
85. Трубопроводный транспорт.- azerbaijans.com/content_467_ru.html.
86. Успехи Министерства оборонной промышленности…- 1news.az/ news/20171217113359721-Uspekhi-Ministerstva-oboronnoi-promyshlennosti-rastut-s-kazhdym-godom-FOTO.
87. Халилов А. Природного газа в Азербайджане хватит еще на 60 лет (13 июня 2012).- web.archive.org/web/20180425032041/ //echo.az/artiche. php? aid=20522.
88. Что такое индустрия 4.0…- trends.rbc.ru/trends/industry/5e74oc5b9 a79470c22dd13e7.