“Qəhrəman əsgərlərimizin Şuşanı işğaldan azad etməsi müharibənin taleyini həll etdi...”-TARİX
Elm və Təhsil
Oxunub: 2249
15 Jul 2024 | 17:49
“Qəhrəman əsgərlərimizin Şuşanı işğaldan azad etməsi müharibənin taleyini həll etdi...”-TARİX
“Bəzi qeyri-rəsmi məlumatlara görə, Qarabağdakı Rusiya sülhməramlılarının sayı gizli şəkildə artırılıb, hətta 7-8 minə çatdırılmışdı...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
 
İkinci Azərbaycan-Ermənistan müharibəsinin başa çatdırılması.... -XXXXIX mövzu
 

(Əvvəli burada: )
 
“Ermənistan 30 illik işğal və müharibələr nəticəsində vurduğu ziyanla bağlı Azərbaycana 500 milyard ABŞ dolları həcmində təzminat ödəməlidir...”
 
Şuşanın fəthi dünya hərb tarixinin ən önəmli nümunələrindən birinə çevrildi. Xüsusi təyinatlılar beş gün ərzində Hadrut tərəfdən meşə, yarğan, sıldırım qayalardan keçərək şəhərə yaxınlaşdı [49]. Oktyabrın 29-da Azərbaycanın xüsusi təyinatlıları Çanaxçı kəndini tutaraq, Şuşanın yaxınlığına çatdı [42]. Həmin gün axşam Azərbaycan Ordusu Şuşanın 5 km-liyinə yaxınlaşaraq, Daşaltı kəndi ətrafında döyüşlər apardı [40], bir həftəlik ağır döyüşlərdən sonra, noyabrın 4-də Şuşanın cənubundakı yüksəklikəri və Şuşadan Laçına gedən yolu nəzarətə götürdü [36]. Noyabrın 5-ə keçən gecə isə 400 nəfərdən ibarət xüsusi təyinatlılar hər biri 100 nəfərlik 4 dəstəyə bölünərək, müxtəlif istiqamətlərdən şəhərə doğru irəlilədi, ən çətin sahə isə Şuşanın üzərində dayandığı sıldırım qayalıqlar idi, burada döyüşçülərimiz xüsusi qəhrəmanlıq göstərərək, düşmənin müqavimətini qırdı və şəhərə daxil oldu [76]. Noyabrın 6-da erməni hərbi birləşmələrinin rəhbərləri şəhəri tərk edərək qaçdı [49].  Noyabrın 7-də günortaya qədər Şuşanın əsas hissəsi Azərbaycan Ordusunun nəzarətinə keçdi [49; 36, s.39]. Həmin vaxt Xankəndində olmuş “Le Monde” (Fransa) qəzetinin əməkdaşı yazırdı ki, Şuşada erməni əsgərləri məhv edildi, hospitala çoxlu yaralılar gətirildi, şəhəri tərk edən əsgərlər paltar və silahlarını atıb Xankəndinə qayıdırdı [47]. Erməni mənbələrinin etirafına görə, həmin vaxt şəhərdə ermənilərin 2 min nəfərdən artıq canlı qüvvəsi, kifayət qədər zirehli texnikası və ağır artilleriyası var idi [49]. Azərbaycanın yüngül silahlı 400 nəfərlik xüsusi təyinatlı dəstəsi Ermənistanın beşqat artıq hərbi qüvvəsinin müqavimətini sındıraraq, noyabrın 7-də günortadan sonra Şuşanı işğaldan azad etdi, noyabrın 8-də isə düşmənin hələ müqavimət göstərən bəzi şəhərətrafı mövqeləri məhv edildi [73]. Prezident İlham Əliyev noyabrın 8-də Şuşa şəhərinin azad olunduğunu elan etdi, az sonra isə Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevi təbrik etdi [32].
Şanlı Azərbaycan Ordusunun, qəhrəman əsgərlərimizin Şuşanı işğaldan azad etməsi müharibənin taleyini həll etdi. Azərbaycan Prezidentinin sərəncamı ilə məhz həmin gün Zəfər Günü elan edildi [4]. Bu vaxt Azərbaycan tam üstün mövqedə idi, çox asanlıqla Xankəndi, Xocalı və digər əraziləri də azad edə bilərdi. Lakin Azərbaycan rəhbərliyi beynəlxalq çağırışları, Türkiyənin mövqeyini, Rusiyanın bəzi istəklərini, həmçinin Ermənistanın qeyd-şərtsiz təslim olduğunu, Azərbaycanın qələbəsini etiraf etdiyini, kapitulyasiyaya razılaşdığını nəzərə alaraq, atəşkəs sənədinin, birgə bəyanatın qəbul edilməsinə razılıq verdi. Atəşkəsə dair danışıqlar Azərbaycan, Türkiyə və Rusiya rəhbərləri arasında aparıldı. Ermənistan baş naziri Nikol Paşinyan birgə bəyanatı imzalamağa razılaşmalı oldu [34]. Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putin 2020-ci il noyabrın 10-da, döyüşlərin 44-cü günündə onlayn formatda müharibənin bitməsinə dair Birgə Atəşkəs Bəyanatını imzaladı. Bu sənədlə Ermənistan rəhbərliyi təslim olduğunu etiraf edirdi. Ermənistanın baş naziri paylaşdığı açıqlamasında bunu təsdiq edərək bildirdi ki, “özü və ölkəsi üçün son dərəcə ağır olsa da” sənədi imzalamaq qərarını verdi [12]. Bəyanatın əsas məzmunu işğal altındakı ərazilərdən Ermənistanın çıxması, Azərbaycanın qələbəsinin təsbit edilməsi, Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması, Rusiya sülhməramlılarının regionda yerləşdirilməsi, atəşkəsə nəzarət edilməsi üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yaradılmasından ibarət idi. Konkret olaraq bəyanatda 10 noyabr tarixində Moskva vaxtı ilə saat 00.00-da tam atəşkəsin elan olunması, Kəlbəcər rayonunun noyabrın 15-də, Ağdam rayonunun noyabrın 20-də, Laçın rayonunun dekabrın 1-də Azərbaycana qaytarılması, Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca yerləşdirilməsi, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması və digər məsələlər yer almışdı [71].
 
Azərbaycan prezidenti İlham Əliyev bu Bəyanatı “uzun illər davam edən işğala son qoyulması, Ermənistanın kapitulyasiyası” kimi dəyərləndirdi [38]. Dekabrın 2-də prezident İlham Əliyev 10 noyabrın Zəfər Günü elan olunmasına dair sərəncam imzaladı, türk dünyasının böyük şəxsiyyəti Atatürkün vəfat tarixinin həmin günə düşməsi ilə əlaqədar bir gün sonra Zəfər Günü 8 noyabra, Şuşanın işğaldan azad olunduğu günə keçirildi. Hərbi əməliyyatların başladığı 27 sentyabr isə Anım Günü elan olundu [30]. Qələbə münasibəti ilə “Zəfər”, “Qarabağ” və digər orden, medal, həmçinin “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı təsis edildi.
 
Ermənistanda isə bəyanat sərt etirazlarla qarşılandı, hakimiyyət “Qarabağı satmaqda” ittiham olundu, küçə yürüşləri, mitinqlər keçirildi, etirazçılar hətta qısa müddətə parlament binasına daxil oldular, iclas zalında çıxış edərək, müharibənin davam etdirilməsini tələb etdilər [88]. 
 
Üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, 2020-ci il noyabrın 20-də Azərbaycan qoşunları Ağdam rayonuna [83], noyabrın 25-də Kəlbəcər rayonuna (üçtərəfli razılaşmada nəzərdə tutulan 15 noyabr tarixi ermənilərin xahişi ilə 10 gün müddətinə təxirə salınmışdı) [84], dekabrın 1-də Laçın rayonuna daxil oldu [85]. Bununla Azərbaycanın 3 rayonunu da işğalçı Ermənistan qüvvələri tərk etdi. Həmin bölgələrdə işğal dövründə qanunsuz məskunlaşdırılmış ermənilər növbəti dəfə vandalizm, vəhşilik aktları törətdi, tərk etdikləri evləri, binaları, digər tikililəri, apara bilmədikləri əmlakları yandırdılar, məhv etdilər [82].
 
Türkiyə və Rusiya müdafiə nazirləri arasında 11 noyabr 2020-ci ildə Birgə Monitorinq Mərkəzinin (BMM) yaradılmasına dair memorandum imzalandı və BMM 2021-ci il yanvarın 30-da fəaliyyətə başladı. BMM Azərbaycanın Ağdam rayonu ərazisində, Ağcabədi rayonu Qiyaməddinli kəndinin 4 km-də yerləşdirildi. [90]. Üçtərəfli bəyanata uyğun olaraq Rusiyanın sülhməramlı kontingenti 2020-ci il noyabrın 11-də Qarabağa gəldi, Laçın dəhlizi və digər ərazilərdə fəaliyyətə başladı. Hərbi qüvvələrin ilk komandanı general-leytenant Rüstəm Muradov oldu [69]. Sülhməramlıların regionda 5 il müddətinə, 2025-ci ilə qədər qalması nəzərdə tutulurdu. Onların qərargahı Xocalı şəhərində yerləşdirildi [81]. Bəzi qeyri-rəsmi məlumatlara görə, Rusiya sülhməramlılarının sayı gizli şəkildə artırılıb, hətta 7-8 minə çatdırılmışdı [33].
44 günlük müharibədə Azərbaycan Silahlı qüvvələri 2907 nəfər hərbi qulluqçusunu itirib, 7 nəfər itkin düşüb. 12.7 min nəfər yaralanıb [24]. Azərbaycan tərəfindən 101 nəfər dinc sakin erməniərin raket və artilleriya zərbələri nəticəsində həyatını itirib, 423 nəfər yaralanıb [80], o cümlədən, sentyabrın 27-də Naftalan rayonu Qaşaltı kəndində 5 nəfər [8], oktyabrın 4-də, 11-də, 17-də Gəncədə 27 nəfər həlak olub, 125 nəfər yaralanıb, oktyabrın 28-də Bərdə şəhərində 27 nəfər dinc sakin həlak olub, 70 nəfər yaralanıb [10]. Ekspertlərin hesablamalarına görə, Ermənistan 30 illik işğal və müharibələr nəticəsində vurduğu ziyanla bağlı Azərbaycana 500 milyard ABŞ dolları həcmində təzminat ödəməlidir [9].
 
Ermənistan tərəfdən 8 minə qədər hərbi qulluqçu ölüb [57], 11 min nəfər yaralanıb [86], 1600 nəfərdən artıq itkin düşüb [46]. Erməni tərəfi 39 dinc sakinin ölməsini iddia edir [61], lakin konkret faktlar gətirə bilmir. Müstəqil Niderland tədqiqatçılarının hesablamalarına görə, Ermənistan 255 tank, 78 BTR, 82 BMP, 250 artilleriya qurğusu, 2 ballistik raket qurğusu, 59 minaatan, 39 zenit raket kompleksi, 2 təyyarə, 737 avtomobil, Azərbaycan tərəfi isə 62 tank, 23 BTR, 71 BMP, 1 zenit raket qurğusu, 13 təyyarə və helikopter, 76 avtomobil və sair itirib [51].
 
Beləliklər, İkinci Azərbaycan-Ermənistan müharibəsində qələbə nəticəsində Azərbaycanın Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları, Şuşa şəhəri, Xocavənd rayonunun bir hissəsi, o cümlədən Hadrut qəsəbəsi, Tərtər rayonunun Suqovuşan və digər yaşayış məntəqələri Ermənistanın işğalından azad edildi. Müharibə Azərbaycan-Türkiyə münasibətlərinin daha da möhkəmlənməsi, Türkiyənin Azərbaycana siyasi, mənəvi, texniki dəstəyi, Pakistan-Azərbaycan əyani müttəfiqliyini, həmçinin havadan zərbənin, xüsusilə də Türkiyə və İsraildən alınan və özümüzdə istehsal edilən PUA-ların, birinci növbədə “Bayraktar”ların effektivliyini nümayiş etdirdi.
 
Müharibədə qələbə Azərbaycanın siyasi rəhbərliyinin uğurlu daxili və xarici siyasəti, səmərəli ordu quruculuğu, cəmiyyətdə siyasi və ictimai təbəqələrin, dövlətlə xalqın birliyinə nail olunması, vahid iradənin əldə edilməsi, hərbi qüvvələrin səmərəli fəaliyyəti, düzgün döyüş strategiyası və taktikasının qurulması, əsgər və zabitlərin fərdi qəhrəmanlığı, arxa cəbhənin fədakarlığı nəticəsində əldə olundu.
 
Ədəbiyyat:
 
1. “Aprel döyüşlərində ermənilərin 30-dək tankı, 320 döyüşçüsü məhv edilib.- archive.ph/20160513131942/ http:www.anspress.com/siyaset/13-05-2016/ aprel-doyuslerinde-ermenilerin-30-dek-tanki-320-doyuscusu-mehv-edildi.
 
2. Aprel Zəfərinin ildönümü.- //cebhe.info/aprel-zeferinin-ildonumudur-azad -olunmus-eraziler-54692.
 
3. Avqust döyüşləri, 2014-cü il.- baki-xeber.com/sosial/105928.html.
 
4. “Azərbaycanda Zəfər Günü təsis edilib.- Sərəncam”- azertag.az/ xeber/Azerbaycan_ Respublikasinda_Zefer_Gununun_tesis_edilmesi _haqqinda_ Azerbaycan_Respublikasi_Prezidentinin_Serencami-1657265.
 
5. Azərbaycan-Fransa münasibətləri.- lib.aliyevheritage.org/az/5654040. html.
 
6. Bakıda Qarabağ münaqişəsi ilə bağlı mitinq keçirilib.-amerikanın səsi.org/siyaset/4592507.html.
 
7. “Bu ərazilər azad edildi.”- qafqazinfo.az/news/detail/bu-eraziler-azad-edildi-299603.
 
8. “Ermənilərin atdığı atəş nəticəsində...- qafqazinfo.az/news/detail/ ermenilerin-atdigi-ates-neticesinde-bir-ailenin-5-uzvu-helak-olub-resmi-299643.
 
9. Ermənistan Azərbaycana 500 milyard dollar civarında...- oxu.az/politics/ 677847.
 
10. Ermənistanın dinc sakinlərə qarşı ...-azerbaijan-news.az/az/posts/detail/ ermenistenin-dinc-ehaliye-qarsi-cezasiz-qalan-terror-emelleri-1663879689.
 
11. Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini güclü artilleriya atəşinə tutub.- web.archive.org/web/20160404112844/ //www.mod. gov.az/index2.php? content=news%2F20160402_melumat _cebhe.
 
12. “Ermenistan teslimmi oldu... – cnnturk.com/dunya/ermenistan-teslim-mi-oldu-pasinyan-acikladi-karabag-azerbaycan-son-durum.
 
13. “Hərbi vətənpərvərlik tərbiyəsinin təbliğində Aprel döyüşlərinin rolu”. Bakı, Azərbaycan Milli Kitabxanası, 2017.
 
14. “Hərbi vəziyyət elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı.”- azertag.az/xeber/1596729.
 
15.“Hikmət Hacıyev: Ermənistan yaşayış məntəqələrini, mülki əhalini...- azertag.az/xeber/1596133.
 
16. 2 yaşlı Zəhranın ölümü...- news.milli.az/ crime/560300.html.
 
17. İlham Əliyev: “Qeyri-neft sektorunda artım var”.- “Azərbaycan” qəzeti, 16.07.2016, s. 1.
 
18. “İşğaldan azad olunan...- mod.gov.az/az/news/isgaldan-azad-olunan-seher-kend-ve-qesebelerimiz-28583.html.
 
19. Kərim Vəliyev: düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu texnikası və mühüm obyektləri məhv edilib.-azertağ.az/xeber/Kerim_Veliyev_Dusmenin _100_e_qeder_ canlı_quvvesi_choxlu_texnikasi_ve_muhum_obyektləri_mehv edilib-1536267.
 
20. QAT-ın Füzuli rayonunada Qarabağ yürüşü.08/07/2017.- //www.youtube.com/watch?v=70MwLeDYEQ0.
 
21. Qarabağ Azərbaycandır.- aztv.az/index.php/az/news/1752/president-ilham-eliyev-qarabag-azerbaycandir-ve-nida-isaresi-markvideomark.
 
22. Qarabağ müharibəsi.- files.preslib.az/projects/shusha/ebooks/garabag-müharibəsi-tarix.pdf,s.79.
 
23. Qarabağ münaqişəsi-30.- hafta.az/qarabag-munaqisesi-30-213462-xeber.html.
 
24. Qazilərin, şəhid ailələrinin sayı... -modern.az/aktual/352857/muharibe-istirakcilerinin-sayi/.
 
25. “Madagiz də azad edildi.”- qafqazinfo.az/news/detail/madagiz-de-azad-edildi-sad-xeberi-ali-bas-komandan -elan-etdi-300448.
 
26. Mübariz İbrahimov kimdir?- archive.ph/20220529114044/ //www.yeniakit.com.tr/biyografi/ mubariz-ibrahimov.
 
27. Müdafiə naziri: “Aprel döyüşlərində Ordumuz müdafiə xəttini 18 dəqiqəyə yardı.- ordu.az/news/148771/mudafie-naziri-aprel-doyuslerinde-ordumuz -mudafie-xettini-18-deqiqeye-yardi.
 
28. Nağı A. Qarabağ müharibəsi. Qısa tarix. Bakı, “Namiq Həbibov”, 2015.
 
29. 13 hərbi qulluqçumuzun Şəhid olduğu Avqust döyüşləri.- adalet.az/ w221707.
 
30. “Prezident İlham Əliyev Azərbaycanda Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.- azertag.az/xeber/Prezident_İlham_Aliyev_ Azerbaycanda _Anim_ Gununun_tesis_edilmesi_haqqinda_Serencam_imzalayib-1656227.
 
31. “Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videformatda çıxış edib.”- azertag.az/xeber/Prezident_İlham_ Aliyev_BMT_Bas_Assambleyasinin_75_ci_sessiyasinin_umumi_debatlarinda_videoformatda_cixis_edib_VİDEO-1594345.
 
32. Prezident İlham Əliyev general-leytenant Hikmət Mirzəyevi təbrik etdi.- prezident.az/ en/articles/view/45757.
 
33. Rus “sülhməramlıların”  sayı süni şəklidə artırılır.-qaynarinfo.az/az/rus-sulhmeramlilarin-sayi-suni-sekilde-artirilir-azerbaycan-ne-etmelidir/.
 
34. Şuşanın azad olunması müharibəni bitirdi.- aztoday.az/news/166412. html.
 
35. Vətən sizinlə qürur duyur .- azvision.az/nevs/226697/-veten-sizinle-qurur-duyur!-tovuz-sehidlərinin-qehremanliq-yolu-fotolar-.html.
 
36. Antal J. 7 Seconds to Die: A Military Analysis of the Second Nagorno-Karabakh War and the Future of Warfighting.- Oxford. Havertown PA: Casemate, 2022, s.37.- amazon.com/Seconds-Die-Military-Nagorno-Karabakh-Wartighting-ebook/dp/B09VVJ9PGK?ref_=ast_author_dp&asin= B09VVJ9PGK&revision/ D=&form…
 
37. “Armenia and Azerbaijan: Preventing War”. International Crisis Group, 2011.
 
38. Armenia and Azerbaidjan`s Nagorno-Karabakh peace deal is quite the surprise.- vox.com/2020/11/10/21558428/Armenia-azerbaijan-war-nagorno-karabakh-russia-turkey.
 
39. Azerbaijan protesters demand war after Armenia clashes.-bbc.com/ news/world-europe-53415693.
 
40. Bryza M. Azrmenia and Azerbaijan should seize chance for peace. Atlantic Council (31 oktyabr 2020).- atlanticcouncil.org/blogs/news-atlanticist/ armenia-and-azerbaijan-should-seize-chance-for-peace/.
 
41. Death Toll in Karabakh Fighting Continues To Rise.- eurasianet.org/ death-toll-in-karabakh-fighting-continues-to-rise.
 
42. Erickson E. J. The 44-Day War in Nagorno-Karabakh. Turkish Drone Success or Operational Art?//Army University Press,- 2021, Avqust, s.11.- armyupress.army.mil/Portals/7/military-review/img/Online-Exclusive/2021/ erickson-the-44-day-war.pdf.
 
43. Karasıoğlu, İsa Kağan. “İranian Encounters in Azerbaijan: The Case of Nardaran”. Columbia University Press, 2016, s.108.- academiccommons. columbia.edu/doi/ 10.7916/D8NP24R3.
 
44. Laurence B. “The Nagorny Karabakh Conflict Defaulting to War. PDF. The Royal Institute of International Affairs.- chathamhouse.org/sites/files/ chathamhouse/publications/research/NK%20paper%2024082016%20WEB.pdf.
 
45. Military-occupation-of-Azerbaijan-by-Armenia.- rulac.org/brows/conflicts/ military-occupation-of-azerbaijan-by-armenia.
 
46. “Official in Armenia reports on 1600 missing... -//www. panarmenian.net/eng/news/290552/Official_in_Armenia_reports_on_166_missing_troops_says_number_is_dropping.
 
47. Ourdan P.R. Haut-Karabakh: la bataille de Chouchi, cle du conflit dans la region, fait rage. Le Monde (7 noyabr 2020).- //www.lemonde.fr/ international/2020/11/07/la-bataille-de-chouchi-cle-du-conflit-au-haut-karabakh-fait-rage_6058893_3210.html.
 
48. Pakistan always stands by Azerbaijan, says high-ranking official.- azernews.az/nation/94685.html.
 
49. Spencer J., Ghoorhoo H. The Battle of Shusha City and Missed Lessons of the 2020 Nagorno-Karabakh War. Modern War Institute, (14 iyul 2021)- mwi.usma.edu/the-battle-of-shusha-city-and-the-missed-lessons-of-the-2020-nagorno-karabakh-war/.
 
50. Statement by the OSCE Minsk Group Co-Chair countries.- web. archive.org/web/20100805050821/ http:www.osce.org/item/ 44971.html.
 
51. The Fight For Nagorno-Karabakh: Documenting Losses On The Sides Of Armenia and Azerbaijan.- oryxspioenkop.com/2020/09/ the-fight-for-nagorno-karabakh-html.
 
52. Tomas de Vaal. “Remakinq the Naqorno Karabakh Place Process”.- web.archive.org/web/20220405091725/ //carnegicendowment.org/ 2010/08/01/ remakinq- nagorno- karabakh- peace- process- pub- 41367.
 
53. Turkey-Azerbayjan  military drilles intimidate Armenia, President Aliyev says.-dailysabah.com/ politics/ diplomacy/turkey-azerbaijan-military-drills-intimidate-armenia-president-aliyev-says.
 
54. Vonberg, Judith. “Armenian opposition leader Nikol Pashinyan elected prime minister.- edition.cnn.com/2018/05/08/europe/armenia-new-prime-minister-nikol-pashin yan-intl/index.html.
 
55. Waring: Russia`s Kavkaz-2020 military- exercise//İnstitute for the Study of War, 27.09.2020.- understandingwar.org/ backgrounder/warning-russia`s-kavkaz-2020-military-exercise.
 
56. Абасов А., Хачатрян А. Карабахский конфликт, варианты решения: идеи и реальность. Москва, «Междун. отнашения».
 
57. Азербайджан оценил потери Армении осеню в Карабахе…- interfax.ru/world/777881.
 
58. «Азербайджанская армия уничтожила 12 армянских солдат и ранила 15, потеряв 4 военнослужащих».- news.day.az/politics/110358.html.
 
59. Алиев: Азербайджанская Армия взяла под контроль город Шуша в Карабахе.- //ria.ru/20201108/karabakh-1583602972.html.
 
60. Армения и Россия проводат в Закавказье учения… -eadaily.com/ru/news/2020/07/23/armeniya-i-рossiya-provodyat-v-zakavkaze-ucheniya-obedinyonnoy-sistemy-pvo.
 
61. Артак Бегларян оставляет службу…- //euro-ombudsman.org/ ombudsmen_activities/artak-beglaryan-ostavlyaet-sluzhbu-zashitnika-prav-cheloveka-v-artsahe.
 
62. Арцак-это Армения.- ru.armeniasputnik.am/20190805/ Artsakh-eto-Armeniya-i-vse-Pashinyan-vystupil-v-Stepanakerte-19946257.html.
 
63. Баку на минном поле международного права.- web.archive.org/web /20100701185252/ //www.regnum.ru/news/1284811.html.
 
64. Больше 50 тысяч азербайджанцев выразили желание отправиться на фронт.-az.sputniknews.ru/20200721/azerbaijan-dobrovolcy-boi-424493112.html.
 
65. Брюссельская идиллия. Азербайджан и Армения возобновили диалог на саммите НАТО// Газета «Комерсанть», №121 от 12.07.2018.- kommersant.ru/doc/3683194.
 
66. Власти Кипра выразили поддержку Армении… - ru.armeniasputnik. am/20200715/ Vlasti -Kipra-Vyrazili-podderzhku-Armenii-obsuzhadetsya-destruktivnaya-rol-Turtsii- 2376337.html.
 
67. ВС Азербайджана взяли под контроль город Джебраил- Алиев.- regnum.ru/news/3081058.html.
 
68. ВС Азербайджана подошли к южным воротам Армении…- ru.armeniasputnik.am/20201026/VS-Azerbaydzana-podoshli-k-yuzhnym-vratam-Armenii-Syuniku-v-MO-prestavili-itogi-dnya-25076393.html.
 
69. Группировку российских миротворцев в Карабахе возглавил генерал Мурадов.- vestikavkaza.ru/ news/gruppirovku-rossijskih-mirotvorcev-v-karabahe-vozglavil-general-muradov.html.
 
70. ЕСПЧ отклонил иск Армении по делу Рамиля Сафарова.-trend.az/ azerbaijan/politics/3296121.html.
 
71. Заявление Президента Азербайджанской Республики, Премьер-министра Республики Армения и Президента Российской Федерации.- kremlin.ru/events/president/news/64384.
 
72. Ильхам Алиев обратился к народу.- president.az/ru/articles/view/ 43334.
 
73. Как спецназ ВС Азербайджана освобождал Шушу от оккупации. Новости «Москва-Баку» с Анной Немолякиной 9 ноября.- //moscow-baku.ru/news/society/tema_novosti_moskva_baku_s_ annoy_nemolyakinoy _9_ noyabrya/.
 
74. “Карабахские партизаны» должны быть освобождены.1-news.az/ news/20070814105033571-Karabakhskie -partizany-dolzhny-byt-osvobozhdeny.
 
75. Конгресмены США осудили Азербайджан и выразили поддержку Армении.- infoteka 24.ru/2020/07/14/66733/.
 
76. Кузнец Д. Армяне проигрывают решающее сражение в Карабахе: азербайджанские войска вошли в Шушу, самый центр непризнанной республики. Армянское население покидает Карабах. Meduza (6 noyabr 2020).- meduza.io/feature/2020/11/06/v-karabahe-reshayschee-srazhenie-azerbaydzhanskie-voyska-prorvalis-k-shushe-samomu-tsentru-nepriznannoy-respubliki-u-armyan-est-shansy-na-pobedu.
 
77. Лавров С. Пандемия ускорила мыслительные процессы в Евросоюзе.- https:www.trud.ru/article/20-08-2020/1393051_sergey_ lavrov_ pandemiya_ uskorila_myslitelnye_protsessy_v_evrosoyuze.html.
 
78. Министр обороны Армении предупреждает: «Новая война-новые территории».- regnum.ru/news/2602031.html.
 
79. Минуло два года с Товузских боев.-report.az/armiya/minulo-dva-goda-s-tovuzskih-boev/.
 
80. Названо число гражданских жертв войны и ее последствий.-az.sputniknews.ru/20201214/voennye-prestupleniya-poterpevshie-425721940.html
 
81. На росийско-азербайджанской встрече…- rus.azatutyun.am/a/ 32166410.html.
 
82. Новый исход. Армяне бегут из Карабаха, сжигая свои дома.- bbc.com/Russian/features-54930278; rosbalt.ru/world/2020/11/13/1872795.html.
 
83. Подразделения Азербайджанской Армии вошли в Агдамский район.- mod.gov.az/ru/news/podrazdeleniya-azerbajdzhanskoj-armii-vosli-v-agdamskij-rajon-33855.html.
 
84. Подразделения Азербайджанской Армии вошли в Кельбаджарский район.- mod.gov.az/ru/news/podrazdeleniya-azerbajdzhanskoj-armii-vosli-v-kelbadzharskij-rajon-33878.html.
 
85. Подразделения Азербайджанской Армии вошли в Лачинский район.- mod.gov.az/ru/news/podrazdeleniya-azerbajdzhanskoj-armii-vosli-v-lachinskij-rajon-video-33923.html.
 
86. Представитель ВС Армении сообщил число раненых в ходе войны.- armeniatoday.news/armed-forces-ru/263501/.
 
87. Президент Ильхам Алиев: освобождены от оккупации город Зангилан…- mod.gov.az/ru/news/president-ilham-aliev-osvobozhdeny-ot-okkupacii-gorod-zangilan-i-sel-rajona-18-sel-fizulinskogo-dzhebrailskogo-i-hodzh-33132.html.
 
88. Протестуюущие в Ереване ворвались в парламент и заняли трибуну.- //ria.ru/20201110/armeniya-1583854254.html.
 
89. Резолюции и решения, принятые Генеральной Ассамблеей на шестьдесят второй сессии. Том III, s.3-5.- un.org/ru/ga/62/docs/62_545-557.pdf.
 
90. Состоялась церемония открытия Турецко-Российского совместного мониторингового центра.- mod.gov.az/ru/ news/sostoyalas-ceremoniya-otkrytiya-turesko-rossijskogo-sovmestnogo-monitoringovogo-centra-video-34669.html.
 
91. Четырехдневная война.- rbc.ru/politics/05/04/2016/5703d5019a7947 74f8ec6 570.
 
92. Эрдоган чересчур осмелел и обвинил Армению в эскалации, пообещав Баку «всю поддержку».- ru.armeniasputnik.am/20200714/Erdoqan-chereschur-osmelel-i-obvinil-Armeniyi-v-eskalatsii-poobeschav_Baku-vsyu-podderzhku-23730299.html.
 
 
Oxşar xəbərlər
11:59, Bu gün
Kişi "qızını əxlaqsızlıqda ittiham edirsən" deyən arvadını bıçaqladı
11:53, Bu gün
İlham Əliyev Böyük Britaniyaya getdi
11:48, Bu gün
Tovuzun bu kəndlərində işıq olmayacaq
11:43, Bu gün
Bu bakteriya hər il yarım milyon insanı öldürür - Xəbərdarlıq
11:38, Bu gün
Erkin Qədirlinin rəqibi olan kafedra müdiri kimdir?
11:33, Bu gün
"Zirə" "Şerif"i qəbul edəcəkAvropa Liqası
11:29, Bu gün
Snayperlərimiz “düşmən” hədəflərini vurdu - VİDEO
11:28, Bu gün
345 manatlıq ödənişin veriləcəyi tarix açıqlandı
11:25, Bu gün
Məktəbəhazırlıq qruplarına qəbul məcburidir?
11:22, Bu gün
Parlament seçkilərinə namizəd olan təhsil adamları
11:20, Bu gün
İran hədələdi: İsrail bu ölkəyə hücum edərsə...
11:15, Bu gün
"Kapital Bank"dan yeni “Məktəbli sığortası”: övladlarınızın təhlükəsizliyi təmin edilir
11:14, Bu gün
Ətraf aləmdən təcrid olunmuş qəbilənin fotoları yayıldı - FOTO
11:10, Bu gün
Pul problemi ilə üzləşəcək BÜRCLƏR
11:08, Bu gün
Azərbaycana I yarımildə 42 mindən çox avtomobil idxal edilib
11:05, Bu gün
Eser Yenenler 15 gündə 7 kilo arıqladı - Hamını ÇAŞDIRDI  
11:02, Bu gün
Azərbaycanda keçmiş məmur VƏFAT ETDİ - FOTO
11:00, Bu gün
Bakının əsas prospektində hərəkət dəyişdirilir - VİDEO
10:57, Bu gün
Quranda dialektika qanunları ilə izah oluna bilməyən “Allahın Ol qanunu” - Görəsən Hegelin xəbəri olubmu?
10:55, Bu gün
Bu ilin I yarısında 222 nəfərə fəlsəfə və elmlər doktoru elmi dərəcəsi verilib
10:50, Bu gün
Goranboyda piyadanın ölümü ilə nəticələnən qəzanı törədən sürücü saxlanılıb
10:44, Bu gün
Özü qəzada öldü, övladı doğuldu - Ailə dramı - FOTO
10:40, Bu gün
BDU-nun magistraturasına qəbul olan şəxslərin qeydiyyatı başa çatır
10:38, Bu gün
2024-cü ildə harada dincəlmək lazımdır?- Dünyanın ən yaxşı çimərlikləri
10:33, Bu gün
Bakıda avtomobil piyada keçidinə düşdü - VİDEO
10:28, Bu gün
Almaniyada əsas dəmir yolu marşrutu bağlanıb
10:27, Bu gün
Pezeşkian Qəzza üçün real addımlar ata biləcəkmi?..-Sabiq səfir cavablandırır...
10:24, Bu gün
Medvedçuk Trampa məktub yazaraq ona qarşı sui-qəsddə "Ukrayna izi"ndən danışıb
10:23, Bu gün
Vüqar Bayramov da namizəd oldu
10:18, Bu gün
Meşədə meyitləri tapılan sevgililərin FOTOları
10:13, Bu gün
COP29 könüllüləri İçərişəhərdə ekoloji aksiya təşkil edib
10:08, Bu gün
Azərbaycanda internetin sürəti ilə yanaşı, qiyməti də artacaq - EKSPERT DETALLARI AÇIQLADI
10:04, Bu gün
“Gələcək sərhədçilərin işğaldan azad edilmiş ərazilərə ekskrusiyası alqışlanmalıdır, çünki...”
10:03, Bu gün
Bakıda vəzifəli şəxs doğum günündə faciəvi şəkildə ölübmüş
09:58, Bu gün
Bəzi rayonlara leysan yağıb - FAKTİKİ HAVA
09:52, Bu gün
Beyləqanda DƏHŞƏT: borcu olan kişi özünü asdı
09:47, Bu gün
Yunan müğənnidən türk bayrağına hörmətsizlik - Konserti ləğv olundu
09:42, Bu gün
Rusiya əslən şuşalı Heydər Camalın köməkçisi olmuş bloqçunu axtarışa verdi -NİYƏ?..-FOTO
09:42, Bu gün
Yük maşını qoyun sürüsünə çırpıldı
09:36, Bu gün
Bakıda 73 yaşlı qadını avtomobil vuraraq öldürüb
09:30, Bu gün
Beyləqanda silahlı insident olub
09:24, Bu gün
Co Bayden COVİD-19-a yoluxdu
09:18, Bu gün
Bakıda çoxmərtəbəli binada yanğın baş verib
09:12, Bu gün
Kondisioneri işləməyən avtomobil sahiblərinin NƏZƏRİNƏ
09:06, Bu gün
Ötən ay Mingəçevir su anbarında batan balıqçının meyiti tapılıb
09:00, Bu gün
Həkimlərin “qara siyahı”sına düşən qidalar: xərçəngə səbəb olurlar
08:54, Bu gün
Usta deyə evə çağırdılar - Çəkiclə ailənin 4 üzvünə xəsarət yetirdi
08:48, Bu gün
Lavrov Ukrayna ilə bağlı İstanbul danışıqlarının bəzi təfərrüatını açıqlayıb
08:42, Bu gün
Bu, göz xəstəliklərinin qarşısını alır
08:35, Bu gün
Balın təzə qalması üçün onu necə düzgün saxlamaq olar?
08:29, Bu gün
Bakı yollarındakı son vəziyyət açıqlanıb
08:23, Bu gün
Dünyanın 10 ən yaşamalı şəhəri bunlardır -Siyahı
08:17, Bu gün
Azərbaycanda professor vəfat etdi - FOTO
08:11, Bu gün
Qərbin Zəngəzur tələbi güclənir, dəhliz açılacaq - Ananyan
08:05, Bu gün
Çörçillin anadan olduğu qəsrdə 45 dövlət və hökumət başçısı toplanacaq
08:04, Bu gün
Ekspert ilin sonunadək Ermənistanla sülh sazişinin imzalanacağını gözləmədiyini bildirdi…
07:59, Bu gün
Almaniya kansleri silahlarla bağlı dünya liderlərinə müraciət edib
07:51, Bu gün
Bu dörd gündəlik vərdiş xərçəngə səbəb olur
07:22, Bu gün
Paşinyan artıq Londondadır...- İlham Əliyevlə görüşəcəyi gözlənilir...-FOTO+VİDEO
06:58, Bu gün
Bayden yenidən "COVİD-19"a yoluxdu, amma xalqı üçün işləməyə davam edəcəyini söylədi... 
00:17, Bu gün
Serial manyaklar və psixopatlar hansı bürclər altında doğulur?
00:03, Bu gün
Türkiyədə FETÖ işi üzrə 17 müttəhimə ömürlük həbs cəzası verildi
17 Jul 2024 | 23:30
Lavrov Ukrayna ilə bağlı İstanbul danışıqlarının bəzi təfərrüatını açıqlayıb
17 Jul 2024 | 23:01
FHN-nin Şuşa ilə bağlı 2 milyonluq layihəsi
17 Jul 2024 | 22:55
AI əleyhinə etiraz: Hakerlər Disney məlumatlarının terabaytdan çoxunu oğurladı
17 Jul 2024 | 22:50
Hovuzlarda dəri xəstəlikləri yayılır – Səbəb
17 Jul 2024 | 22:42
24 saat ərzində 48 meşə yanğını baş verdi
17 Jul 2024 | 22:35
Bakıdan təklif gəldi, amma hələ tezdir - Ukrayna
17 Jul 2024 | 22:28
Nikol Paşinyan Berlində də velosiped klipi çəkdirdi
17 Jul 2024 | 22:22
Keçmiş Baş nazir: Çexiya Rusiya ilə münaqişəyə hazırlaşır
17 Jul 2024 | 22:18
İrəvanda böyük yanğın: binanın 1000 kv.m-i yanır
17 Jul 2024 | 22:10
ABŞ-Ermənistan təlimləri: İrəvan revanşa hazırlaşır?
17 Jul 2024 | 22:10
Teymur Əmrah: "Qurum 100 min qazandı, mən isə evə pulsuz getdim"
17 Jul 2024 | 22:02
Bakıda bu evlərin qiyməti kəskin ucuzlaşacaq
17 Jul 2024 | 22:01
Polşa Belarusla sərhəddə geniş hərbi əməliyyatlar keçirəcək
17 Jul 2024 | 21:55
Almaniyada hökumətdən narazılıq rekord həddə
17 Jul 2024 | 21:47
YAP Hadi Rəcəblinin dairəsinə yeni namizəd gətirdi
17 Jul 2024 | 21:40
Elektrik avtobuslar gömrük rüsumundan azad edildi
17 Jul 2024 | 21:34
"Yaşın insana bəxş etdiyi yeganə nəsnə bir az müdriklikdir" - Bayden
17 Jul 2024 | 21:30
Tanınmış aktrisadan ÇAĞIRIŞ: “Tatu salonlarına qadağa qoyulmasa…”
17 Jul 2024 | 21:25
Rəşad Məcid Şuşaya gedir
17 Jul 2024 | 21:21
Çində ticarət mərkəzində baş verən yanğında 6 nəfər ölüb
17 Jul 2024 | 21:13
Goranboyda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
17 Jul 2024 | 21:08
"Neftçi" Türkiyə klubuna qalib gəlib
17 Jul 2024 | 21:00
Heyvanlar üçün süni ət istehsalına icazə verildi
17 Jul 2024 | 20:53
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan  “Yay məktəbi”
17 Jul 2024 | 20:49
Valideynlərin nəzərinə: Bu 4 növ uşaq tərbiyəsi modelini seçməlisiniz
17 Jul 2024 | 20:44
Onun konsertinə telefonla girmək qadağandır
17 Jul 2024 | 20:41
BMT: Qəzza zolağının yarım milyona yaxın sakini ciddi ərzaq çatışmazlığı ilə üzləşib
17 Jul 2024 | 20:37
Azərbaycanda ŞOK İNTİHAR: Nişanlısı ilə dalaşıb, özünü asdı
17 Jul 2024 | 20:29
Saqqızın xeyiri və ziyanları
17 Jul 2024 | 20:25
Tanınmış cütlüyün ayrıldığı deyilir - FOTO
17 Jul 2024 | 20:20
Doğuşdan Xoşqədəmlə bağlı paylaşım - FOTO
17 Jul 2024 | 20:12
Türk serialları bizi pozur? - Boşanmaların sayının artmasının əsl səbəbi
17 Jul 2024 | 20:05
"Qanun" nəşriyyatı müsabiqəyə qəbul vaxtını uzatdı
17 Jul 2024 | 19:59
Dondurma alarkən nələrə diqqət etmək lazımdır?
17 Jul 2024 | 19:56
Azərbaycanda orqan alverinin “QARA BAZAR”I - QİYMƏTLƏR
17 Jul 2024 | 19:53
Cəlilabadda məktəbli buna görə bıçaqlanıb: "Əxlaqsız təkliflər edib dərəyə apardı, orada..."
17 Jul 2024 | 19:51
İki kuryerdə 26 kilo narkotik AŞKARLANDI
17 Jul 2024 | 19:45
"Bayati-şiraz"ı oxuyan özbəkistanlı müğənni: "Gözəl olduğu qədər..."
GÜNLÜK
17 Jul 2024 | 14:46
Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət
17 Jul 2024 | 12:39
YAP-ın yeni siyahısında adları olan və olmayan deputatlar - SİYAHI
17 Jul 2024 | 12:40
"“Atam da, anam da türkdür” deyən Pezeşkian soydaşlarımızın haqqlarının, ən azı, bir qisminə qovuşması üçün real bir iş görə biləcəkmi?”...
17 Jul 2024 | 14:25
​YAP namizədlərinin adlarını açıqladı - TAM SİYAHI
17 Jul 2024 | 18:46
Üç bürcün həyatında tezliklə "ağ zolaq" başlayacaq
17 Jul 2024 | 14:06
Mədəkiçiltmə əməliyyatları etmək istəyənlərin nəzərinə - RİSKLİDİR
17 Jul 2024 | 16:50
Azyaşlı uşaqlarda aqressiyanın SƏBƏBİ
17 Jul 2024 | 12:25
"Bu, Ukrayna üçün fəlakətdir": Avropa Tramp və Cey Di Vensin ittifaqından təlaş keçirir
17 Jul 2024 | 12:34
YAP-ın siyahısında gənc xanımlar da var, onların adları... - Musa Quliyev AÇIQLADI
17 Jul 2024 | 12:29
"Def aradan götürülüb, növbə Sinvarındır" - CNN
HƏFTƏLİK
14 Jul 2024 | 11:51
“Qaraca qız” filminin Xədicəsi: “Həmin görüşə Sevil gəlmədi, illər sonra...”- FOTOLAR
14 Jul 2024 | 09:49
Pisixoloq Nərmin Şahmarzadə ÖZÜNÜ ASIB? - FOTO
16 Jul 2024 | 07:34
Separatçı rejimin ləğvindən sonra Qarabağda qalmış bahalı avtomobil kimə hədiyyə edildi?..- “333 OD 33” nömrəli- FOTO
16 Jul 2024 | 12:12
Ərdoğan “bozqurd” işarəsi göstərən Azərini alqışladı - FOTO/VİDEO
16 Jul 2024 | 00:09
Aşıq Ələsgərin 10 aydır hazır olan heykəli niyə ucaldılmır?- “Ailəsi olaraq bizə məlum deyil”-Nazirlikdən AÇIQLAMA-ÖZƏL
15 Jul 2024 | 18:47
ABŞ və Avropada niyə qarabaşaq yarması yemirlər? – SƏBƏB
16 Jul 2024 | 08:30
Təhsilimizdə ciddi çatışmazlıq Yararsız diplomların yaranma səbəbləri-TƏHLİL
12 Jul 2024 | 14:12
Bakıda ŞOK: Qadından ərinin gözü qarşısından onunla getməyi tələb etdi – TƏFƏRRÜAT
15 Jul 2024 | 11:23
Nuran Abdullayev: Biz yola inananlarla davam edirik - MÜSAHİBƏ
16 Jul 2024 | 08:14
Paşinyan buna görə İlham Əliyevdən daha iki il vaxt istədi...-O da razılaşdı?..-İDDİA
AYLIQ
17 Jul 2024 | 14:46
Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət
17 Jul 2024 | 12:39
YAP-ın yeni siyahısında adları olan və olmayan deputatlar - SİYAHI
17 Jul 2024 | 12:40
"“Atam da, anam da türkdür” deyən Pezeşkian soydaşlarımızın haqqlarının, ən azı, bir qisminə qovuşması üçün real bir iş görə biləcəkmi?”...
17 Jul 2024 | 14:25
​YAP namizədlərinin adlarını açıqladı - TAM SİYAHI
17 Jul 2024 | 18:46
Üç bürcün həyatında tezliklə "ağ zolaq" başlayacaq
17 Jul 2024 | 14:06
Mədəkiçiltmə əməliyyatları etmək istəyənlərin nəzərinə - RİSKLİDİR
17 Jul 2024 | 16:50
Azyaşlı uşaqlarda aqressiyanın SƏBƏBİ
17 Jul 2024 | 12:25
"Bu, Ukrayna üçün fəlakətdir": Avropa Tramp və Cey Di Vensin ittifaqından təlaş keçirir
17 Jul 2024 | 12:34
YAP-ın siyahısında gənc xanımlar da var, onların adları... - Musa Quliyev AÇIQLADI
17 Jul 2024 | 12:29
"Def aradan götürülüb, növbə Sinvarındır" - CNN