“İrəvan və Xankəndindən 42 nəfərdən ibarət heyət Bakıya gəldi və...
2147
10 Jul 2024 | 19:28

“İrəvan və Xankəndindən 42 nəfərdən ibarət heyət Bakıya gəldi və..."

“Ermənilər hesab edirdilər ki, döyüş meydanında qalib gəliblər, indi bu qələbəni Azərbaycan dövlətinə, xalqına qəbul etdirmək lazımdır...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
(Əvvəli burada:)
 
İkinci Azərbaycan-Ermənistan müharibəsinin başa çatdırılması.... -XXXXIX mövzu
 
Azərbaycan yeni əsrin əvvəllərindən etibarən Qarabağın işğaldan azad olunması üçün diplomatik səylərini davam etdirdi. Ermənistan isə geri çəkilmək istəmir, zəbt olunmuş ərazilərdə ağalıq edirdi. 2001-ci ilin martında Fransa prezidenti Jak Şirakın təşəbbüsü ilə Parisdə Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Köçəryan arasında ilk dəfə təkbətək görüş oldu. Burada konkret nəticə əldə olunmadı [5]. Müzakirələr ABŞ-ın Ki-Uest şəhərində həmin ilin aprelində davam etdirildi. ABŞ dövlət katibi Kolin Pauellin təşəbbüsü və iştirakı ilə ATƏT-in Minsk qrupu həmsədrləri, Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Köçəryan bir araya gəldilər. Danışıqlarda ərazi mübadiləsi ilə məsələnin həlli variantı müzakirə olundu [56, s.69]. Bu danışıqlarla bağlı H.Əliyev məsələnin mahiyyətini ortaya qoydu: “Aparılan bu danışıqlardan, Minsk qrupunun verdiyi təkliflərdən... bir şey aydındır ki, bunlar Dağlıq Qarabağa müstəqilliyə yaxın bir status verməklə məsələni həll etmək, yaxud da tamam müstəqillik vermək istəyirlər” [28, s.69].
Azərbaycan dövləti və xalqı düşmənin bu niyyətlərinin qarşısını almaq üçün bütün imkanlardan istifadə edirdi. Xalqın fəallığı getdikcə artırdı, ictimai təşkilatlar, siyasi partiyalar birlikdə hərəkət edirdi. Qarabağ Azadlıq Təşkilatı, Qarabağ Qazilər Birliyi, Veteranlar Birliyi, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyi, Dilarə Əliyeva adına Qadın hüquqlarını Müdafiə Cəmiyyəti, Yeni Azərbaycan, Müsavat, Vəhdət, Qeyrət, Ədalət, Milli İstiqlal və digər Qeyri Hökumət Təşkilatları və partiyalar ictimai müqavimətin təşkilində ciddi rol oynayırdı. 2001-2003-cü illərdə Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü və əksər siyasi, ictimai təşkilatların iştirakı ilə izdihamlı mitinqlər keçirildi, erməni işğalının nəticələrinin hərbi yolla aradan qaldırılmasına dair tələblər irəli sürüldü. 2001-ci ildə 4 tanınmış ictimai-siyasi xadim- Eldar Namazov, Tofiq Zülfüqarov, Nazim İmanov və Sabit Bağırov “Qarabağ Xartiyası” deyilən sənədlə çıxış etdilər. Sənəddə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün siyasi vasitələrlə yanaşı hərbi qüvvədən istifadənin mümkünlüyü və digər məsələlər əks olunurdu [28, s.69].
 
Ermənilər hesab edirdilər ki, döyüş meydanında qalib gəliblər, indi bu qələbəni Azərbaycan dövlətinə, xalqına qəbul etdirmək lazımdır. Bu məqsədlə “xalq diplomatiyası”ndan istifadə etməyə çalışdılar. Bir sıra beynəlxalq qurumlar və dövlətlər onlara bu məsələdə dəstək verirdi. Azərbaycan cəmiyyəti onların cəhdlərinə inadla müqavimət göstərirdi. 2001-ci ilin sentyabrında  İrəvan və Xankəndindən 42 nəfərdən ibarət heyət Bakıya gəldi, “xalq diplomatiyası”  çərçivəsində birgə tədbirlər keçirməyə cəhd göstərdi. Qarabağ Azadlıq Təşkilatı bu təşəbbüsün qarşısını aldı, erməni heyəti bir neçə saatdan sonra Bakını tərk etməli oldu [22]. 2003-cü ildə bir qrup gənc Qarabağda partizan müharibəsini başlamaq məqsədi ilə silahlı dəstə yaratdı. Dəstənin üzvləri hüquq-mühafizə orqanları tərəfindən saxlanıldı, qanunsuz silahlı dəstə yaratmaq ittihamı ilə onlara 10 ilə qədər həbs, o cümlədən Məmməd Məmmədova ömürlük həbs cəzası verildi [74]. 
Ermənilər 2004-cü ilin iyun ayında yeni hiylə işlədərək NATO zabitləri ilə birikdə Bakıya səfər etdilər, burada keçirilən beynəlxalq konfransa qatıldılar. QAT üzvləri etiraz aksiyası keçirərək konfransın işinin dayandırılmasına nail oldu. NATO tarixində ilk dəfə konfransını və iki ay sonra Bakı ətrafında keçiriləcək hərbi təlimlərini ləğv etməli oldu [23]. Azərbaycanlıların işğalla barışmayacağını göstərən başqa bir hadisə 2004-cü ilin fevralında Macarıstanın paytaxtı Budapeştdə baş verdi. Azərbaycanlı zabit Ramil Səfərov orada  NATO-nun hərbi kurslarında olarkən erməni zabitini Azərbaycan dövlətini, xalqını, bayrağını təhqir etdiyinə görə öldürdü [70].
 
2003-cü ilin oktyabrında İlham Əliyev Azərbaycan prezidenti seçildi. Beynəlxalq vasitəçilərin də etiraf etdiyinə görə, yeni prezident danışıqlarda daha sərt mövqe sərgiləyirdi. 2004-cü ildə ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə danışıqların yeni mərhələsi başladı. Həmin ilin aprelində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Praqada görüşü keçirildi və bu görüşlər davamlı xarakter alaraq “Praqa prosesi” adlandırlıdı [52]. 2007-ci ilin noyabrında Azərbaycan və Ermənistan xarici işlər nazirləri Madriddə görüşdü, ATƏT Mİnsk qrupunun həmsədrləri tərəflərə münaqişəinin nizamlanmasına dair baza prinsiplərini təqdim etdi. Həmin vaxtdan danışıqlar Madrid prinsipləri adlandırılan bu platforma üzərində davam etdirildi [52]. Azərbaycan, Ermənistan və Rusiya prezidentləri İlham Əliyev, Serj Sərkisyan, Dmitri Medvedyev 2008-ci ilin noyabrında Moskva yaxınlığındakı Mayendorf qəsrində (çox vaxt yerləşdiyi qəsəbənin adı ilə “Barvixa rezidensiyası” da adlandırılır) bir bəyannamə imzaladılar. Əsas maddələri Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması, Dağlıq Qarabağa müvəqqəti statusun verilməsi, Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizin açılması və digər şərtlərdən ibarət idi [63].
 
2008-ci il, bir tərəfdən, hərbi əməliyyatların yenidən genişlənməsi, digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatının ciddi təşəbbüsü ilə də yadda qaldı. Həmin il martın 4-də Ağdərə rayonu istiqamətində atəşkəs dövrünün o vaxt üçün ən iri qarşıdurması oldu. Azərbaycan tərəfi 4 hərbçisini itirdi, ermənilərin isə 12 hərbçisi öldürüldü, 15 nəfəri yaralandı [58]. Martın 14-də isə BMT Baş Assambleyasının 62-ci sessiyasında Qarabağ məsələsi müzakirə olundu və ilk dəfə reallığı əks etdirən “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında” qətnamə qəbul olundu. Bu sənəddə Azərbaycan torpaqlarının işğalı pislənilir, ərazi bütövlüyü tanınırdı. Qətnamənin lehinə 39 dövlət səs verdi, 100 dövlət bitərəf qaldı, 7 dövlət, o cümlədən Ermənistanla yanaşı həmsədr ölkələr-ABŞ, Fransa, Rusiya əleyhinə səs verdi [89]. ABŞ, Rusiya, Fransa prezidentləri Barak Obama, Dmitri Medvedyev, Nikola Sarkozi 2010-cu ilin iyununda Kanadanın Muskok şəhərində ilk dəfə münaqişəyə dair birgə bəyanatla çıxış etdilər, Madrid prinsiplərinin əsas götürülməsinin vacibliyini qeyd etdilər [50].
Azərbaycan cəmiyyətindəki işğalla barışmazlıq əhvalı hərbi qulluqçu, gizir Mübariz İbrahimovun hərəkətində özünü bir daha nümayiş etdirdi. O, 2010-cu il iyunun 18-də təkbaşına cəbhə xəttini keçərək yağıların üzərinə yeridi və düşmənin onlarla canlı qüvvəsini məhv etdi. Bu, dünyada heç nə ilə müqayisə olunmayan qəhrəmanlıq nümunəsi idi [37, s.3]. Bəzi mənbələrə görə, M.İbrahimov 45 [26], digərlərinə görə, 140 erməni əsgərini öldürmüşdü [43].
 
Ermənistan niyyətlərindən geri çəkilmir, atəşkəsi tez-tez pozur, təxribatlar törədirdi. Ermənilərin 2014-cü ilin avqustunda törətdiyi növbəti təxribat lokal döyüş xarakteri aldı. Azərbaycan Ordusu düşmənin Ağdam və Tərtər istiqamətlərində cəbhəni yarmaq cəhdinin qarşısını alaraq cavab tədbirləri gördü. Üç gün davam edən döyüşlərdə Azərbaycan Ordusunun 13 hərbi qulluqçusu həlak oldu [29]. Ermənistan tərəfində 47 hərbi qulluqçu öldü, 100-dən çoxu yaralandı [41; 3].
Ermənistan təxribatlarını davam etdirir, Azərbaycan üzərində “tam qələbəyə” nail olmağa çalışırdı. Hadisələrin gedişi 2016-cı ilin aprelində atəşkəs dövrünün ən iri hərbi qarşıdurmasına gətirdi [91]. Bu qarşıdurma “Aprel döyüşləri” və ya “Dörd günlük müharibə” kimi adlandırıldı. Döyüşlər 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycan tərəfinə bütün cəbhə boyu güclü artilleriya atəşləri ilə başladı [11]. Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində düşmənə təsirli cavab verildi. Ermənilər həmçinin Azərbaycanın Qazax, Tovuz, Gədəbəy rayonlarının bəzi yaşayış məntəqələrini Ermənistan ərazisindən intensiv atəşə tutdu. Azərbaycan Ordusu düşmənin cəhdlərinin qarşısını aldı və əks tədbirlər həyata keçirdi. Azərbaycan Ordusu düşmənin məşhur “Ohanyan səddi”ni 18 dəqiqəyə yarıb keçdi [27]. Sərt hərbi əməliyyatlar aprelin 5-də Rusiyanın vasitəçiliyi ilə dayandırıldı, atəşkəs bərpa olundu. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələndi [44], Tərtər rayonu Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonu Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonu Gülüstan kəndi və Tərtər rayonu Suqovuşan (Madaqiz) kəndi istiqamətində yollar düşməndən azad edildi [2]. Ümumilikdə, 2 min hektar ərazi işğaldan azad edildi [17]. Döyüşlərdə Azərbaycan tərəfindən 98 nəfər həlak oldu. Azərbaycan Prezidentinin fərmanı ilə 3 hərbi qulluqçu “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görüldü, 7 nəfər “Azərbaycan Bayrağı” ordeni, digərləri medallarla təltif olundular [13, s.17-22]. Polkovnik Raquf Orucov, kapitan Vaqif Bayramov, gizir Pəncəli Teymurov, əsgərlər Nazim Zəkarayev, Altun Dəmirli, Rəvan Nurayev, Sarvan Mehrəliyev və digərləri xüsusi qəhrəmanlıq göstərdilər. Azərbaycan tərəfinin verdiyi məlumata görə, döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinə məxsus 30-dək tank, 320 hərbçi məhv edilib, 500 nəfərdən çoxu yaralanıb [1]. Türkiyə və Pakistan Azərbaycanın yanında olduqlarını, dəstək verdiklərini bildirdilər [48].
 
(Davamı var)
 
Ədəbiyyat:
 
1. “Aprel döyüşlərində ermənilərin 30-dək tankı, 320 döyüşçüsü məhv edilib.- archive.ph/20160513131942/ http:www.anspress.com/siyaset/13-05-2016/ aprel-doyuslerinde-ermenilerin-30-dek-tanki-320-doyuscusu-mehv-edildi.
 
2. Aprel Zəfərinin ildönümü.- //cebhe.info/aprel-zeferinin-ildonumudur-azad -olunmus-eraziler-54692.
 
3. Avqust döyüşləri, 2014-cü il.- baki-xeber.com/sosial/105928.html.
 
4. “Azərbaycanda Zəfər Günü təsis edilib.- Sərəncam”- azertag.az/ xeber/Azerbaycan_ Respublikasinda_Zefer_Gununun_tesis_edilmesi _haqqinda_ Azerbaycan_Respublikasi_Prezidentinin_Serencami-1657265.
 
5. Azərbaycan-Fransa münasibətləri.- lib.aliyevheritage.org/az/5654040. html.
 
6. Bakıda Qarabağ münaqişəsi ilə bağlı mitinq keçirilib.-amerikanın səsi.org/siyaset/4592507.html.
 
7. “Bu ərazilər azad edildi.”- qafqazinfo.az/news/detail/bu-eraziler-azad-edildi-299603.
 
8. “Ermənilərin atdığı atəş nəticəsində...- qafqazinfo.az/news/detail/ ermenilerin-atdigi-ates-neticesinde-bir-ailenin-5-uzvu-helak-olub-resmi-299643.
 
9. Ermənistan Azərbaycana 500 milyard dollar civarında...- oxu.az/politics/ 677847.
 
10. Ermənistanın dinc sakinlərə qarşı ...-azerbaijan-news.az/az/posts/detail/ ermenistenin-dinc-ehaliye-qarsi-cezasiz-qalan-terror-emelleri-1663879689.
 
11. Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini güclü artilleriya atəşinə tutub.- web.archive.org/web/20160404112844/ //www.mod. gov.az/index2.php? content=news%2F20160402_melumat _cebhe.
 
12. “Ermenistan teslimmi oldu... – cnnturk.com/dunya/ermenistan-teslim-mi-oldu-pasinyan-acikladi-karabag-azerbaycan-son-durum.
 
13. “Hərbi vətənpərvərlik tərbiyəsinin təbliğində Aprel döyüşlərinin rolu”. Bakı, Azərbaycan Milli Kitabxanası, 2017.
 
14. “Hərbi vəziyyət elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı.”- azertag.az/xeber/1596729.
 
15.“Hikmət Hacıyev: Ermənistan yaşayış məntəqələrini, mülki əhalini...- azertag.az/xeber/1596133.
 
16. 2 yaşlı Zəhranın ölümü...- news.milli.az/ crime/560300.html.
 
17. İlham Əliyev: “Qeyri-neft sektorunda artım var”.- “Azərbaycan” qəzeti, 16.07.2016, s. 1.
 
18. “İşğaldan azad olunan...- mod.gov.az/az/news/isgaldan-azad-olunan-seher-kend-ve-qesebelerimiz-28583.html.
 
19. Kərim Vəliyev: düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu texnikası və mühüm obyektləri məhv edilib.-azertağ.az/xeber/Kerim_Veliyev_Dusmenin _100_e_qeder_ canlı_quvvesi_choxlu_texnikasi_ve_muhum_obyektləri_mehv edilib-1536267.
 
20. QAT-ın Füzuli rayonunada Qarabağ yürüşü.08/07/2017.- //www.youtube.com/watch?v=70MwLeDYEQ0.
 
21. Qarabağ Azərbaycandır.- aztv.az/index.php/az/news/1752/president-ilham-eliyev-qarabag-azerbaycandir-ve-nida-isaresi-markvideomark.
 
22. Qarabağ müharibəsi.- files.preslib.az/projects/shusha/ebooks/garabag-müharibəsi-tarix.pdf,s.79.
 
23. Qarabağ münaqişəsi-30.- hafta.az/qarabag-munaqisesi-30-213462-xeber.html.
 
24. Qazilərin, şəhid ailələrinin sayı... -modern.az/aktual/352857/muharibe-istirakcilerinin-sayi/.
 
25. “Madagiz də azad edildi.”- qafqazinfo.az/news/detail/madagiz-de-azad-edildi-sad-xeberi-ali-bas-komandan -elan-etdi-300448.
 
26. Mübariz İbrahimov kimdir?- archive.ph/20220529114044/ //www.yeniakit.com.tr/biyografi/ mubariz-ibrahimov.
 
27. Müdafiə naziri: “Aprel döyüşlərində Ordumuz müdafiə xəttini 18 dəqiqəyə yardı.- ordu.az/news/148771/mudafie-naziri-aprel-doyuslerinde-ordumuz -mudafie-xettini-18-deqiqeye-yardi.
 
28. Nağı A. Qarabağ müharibəsi. Qısa tarix. Bakı, “Namiq Həbibov”, 2015.
 
29. 13 hərbi qulluqçumuzun Şəhid olduğu Avqust döyüşləri.- adalet.az/ w221707.
 
30. “Prezident İlham Əliyev Azərbaycanda Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.- azertag.az/xeber/Prezident_İlham_Aliyev_ Azerbaycanda _Anim_ Gununun_tesis_edilmesi_haqqinda_Serencam_imzalayib-1656227.
 
31. “Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videformatda çıxış edib.”- azertag.az/xeber/Prezident_İlham_ Aliyev_BMT_Bas_Assambleyasinin_75_ci_sessiyasinin_umumi_debatlarinda_videoformatda_cixis_edib_VİDEO-1594345.
 
32. Prezident İlham Əliyev general-leytenant Hikmət Mirzəyevi təbrik etdi.- prezident.az/ en/articles/view/45757.
 
33. Rus “sülhməramlıların”  sayı süni şəklidə artırılır.-qaynarinfo.az/az/rus-sulhmeramlilarin-sayi-suni-sekilde-artirilir-azerbaycan-ne-etmelidir/.
 
34. Şuşanın azad olunması müharibəni bitirdi.- aztoday.az/news/166412. html.
 
35. Vətən sizinlə qürur duyur .- azvision.az/nevs/226697/-veten-sizinle-qurur-duyur!-tovuz-sehidlərinin-qehremanliq-yolu-fotolar-.html.
 
36. Antal J. 7 Seconds to Die: A Military Analysis of the Second Nagorno-Karabakh War and the Future of Warfighting.- Oxford. Havertown PA: Casemate, 2022, s.37.- amazon.com/Seconds-Die-Military-Nagorno-Karabakh-Wartighting-ebook/dp/B09VVJ9PGK?ref_=ast_author_dp&asin= B09VVJ9PGK&revision/ D=&form…
 
37. “Armenia and Azerbaijan: Preventing War”. International Crisis Group, 2011.
 
38. Armenia and Azerbaidjan`s Nagorno-Karabakh peace deal is quite the surprise.- vox.com/2020/11/10/21558428/Armenia-azerbaijan-war-nagorno-karabakh-russia-turkey.
 
39. Azerbaijan protesters demand war after Armenia clashes.-bbc.com/ news/world-europe-53415693.
 
40. Bryza M. Azrmenia and Azerbaijan should seize chance for peace. Atlantic Council (31 oktyabr 2020).- atlanticcouncil.org/blogs/news-atlanticist/ armenia-and-azerbaijan-should-seize-chance-for-peace/.
 
41. Death Toll in Karabakh Fighting Continues To Rise.- eurasianet.org/ death-toll-in-karabakh-fighting-continues-to-rise.
 
42. Erickson E. J. The 44-Day War in Nagorno-Karabakh. Turkish Drone Success or Operational Art?//Army University Press,- 2021, Avqust, s.11.- armyupress.army.mil/Portals/7/military-review/img/Online-Exclusive/2021/ erickson-the-44-day-war.pdf.
 
43. Karasıoğlu, İsa Kağan. “İranian Encounters in Azerbaijan: The Case of Nardaran”. Columbia University Press, 2016, s.108.- academiccommons. columbia.edu/doi/ 10.7916/D8NP24R3.
 
44. Laurence B. “The Nagorny Karabakh Conflict Defaulting to War. PDF. The Royal Institute of International Affairs.- chathamhouse.org/sites/files/ chathamhouse/publications/research/NK%20paper%2024082016%20WEB.pdf.
 
45. Military-occupation-of-Azerbaijan-by-Armenia.- rulac.org/brows/conflicts/ military-occupation-of-azerbaijan-by-armenia.
 
46. “Official in Armenia reports on 1600 missing... -//www. panarmenian.net/eng/news/290552/Official_in_Armenia_reports_on_166_missing_troops_says_number_is_dropping.
 
47. Ourdan P.R. Haut-Karabakh: la bataille de Chouchi, cle du conflit dans la region, fait rage. Le Monde (7 noyabr 2020).- //www.lemonde.fr/ international/2020/11/07/la-bataille-de-chouchi-cle-du-conflit-au-haut-karabakh-fait-rage_6058893_3210.html.
 
48. Pakistan always stands by Azerbaijan, says high-ranking official.- azernews.az/nation/94685.html.
 
49. Spencer J., Ghoorhoo H. The Battle of Shusha City and Missed Lessons of the 2020 Nagorno-Karabakh War. Modern War Institute, (14 iyul 2021)- mwi.usma.edu/the-battle-of-shusha-city-and-the-missed-lessons-of-the-2020-nagorno-karabakh-war/.
 
50. Statement by the OSCE Minsk Group Co-Chair countries.- web. archive.org/web/20100805050821/ http:www.osce.org/item/ 44971.html.
 
51. The Fight For Nagorno-Karabakh: Documenting Losses On The Sides Of Armenia and Azerbaijan.- oryxspioenkop.com/2020/09/ the-fight-for-nagorno-karabakh-html.
 
52. Tomas de Vaal. “Remakinq the Naqorno Karabakh Place Process”.- web.archive.org/web/20220405091725/ //carnegicendowment.org/ 2010/08/01/ remakinq- nagorno- karabakh- peace- process- pub- 41367.
 
53. Turkey-Azerbayjan  military drilles intimidate Armenia, President Aliyev says.-dailysabah.com/ politics/ diplomacy/turkey-azerbaijan-military-drills-intimidate-armenia-president-aliyev-says.
 
54. Vonberg, Judith. “Armenian opposition leader Nikol Pashinyan elected prime minister.- edition.cnn.com/2018/05/08/europe/armenia-new-prime-minister-nikol-pashin yan-intl/index.html.
 
55. Waring: Russia`s Kavkaz-2020 military- exercise//İnstitute for the Study of War, 27.09.2020.- understandingwar.org/ backgrounder/warning-russia`s-kavkaz-2020-military-exercise.
 
56. Абасов А., Хачатрян А. Карабахский конфликт, варианты решения: идеи и реальность. Москва, «Междун. отнашения».
 
57. Азербайджан оценил потери Армении осеню в Карабахе…- interfax.ru/world/777881.
 
58. «Азербайджанская армия уничтожила 12 армянских солдат и ранила 15, потеряв 4 военнослужащих».- news.day.az/politics/110358.html.
 
59. Алиев: Азербайджанская Армия взяла под контроль город Шуша в Карабахе.- //ria.ru/20201108/karabakh-1583602972.html.
 
60. Армения и Россия проводат в Закавказье учения… -eadaily.com/ru/news/2020/07/23/armeniya-i-рossiya-provodyat-v-zakavkaze-ucheniya-obedinyonnoy-sistemy-pvo.
 
61. Артак Бегларян оставляет службу…- //euro-ombudsman.org/ ombudsmen_activities/artak-beglaryan-ostavlyaet-sluzhbu-zashitnika-prav-cheloveka-v-artsahe.
 
62. Арцак-это Армения.- ru.armeniasputnik.am/20190805/ Artsakh-eto-Armeniya-i-vse-Pashinyan-vystupil-v-Stepanakerte-19946257.html.
 
63. Баку на минном поле международного права.- web.archive.org/web /20100701185252/ //www.regnum.ru/news/1284811.html.
 
64. Больше 50 тысяч азербайджанцев выразили желание отправиться на фронт.-az.sputniknews.ru/20200721/azerbaijan-dobrovolcy-boi-424493112.html.
 
65. Брюссельская идиллия. Азербайджан и Армения возобновили диалог на саммите НАТО// Газета «Комерсанть», №121 от 12.07.2018.- kommersant.ru/doc/3683194.
 
66. Власти Кипра выразили поддержку Армении… - ru.armeniasputnik. am/20200715/ Vlasti -Kipra-Vyrazili-podderzhku-Armenii-obsuzhadetsya-destruktivnaya-rol-Turtsii- 2376337.html.
 
67. ВС Азербайджана взяли под контроль город Джебраил- Алиев.- regnum.ru/news/3081058.html.
 
68. ВС Азербайджана подошли к южным воротам Армении…- ru.armeniasputnik.am/20201026/VS-Azerbaydzana-podoshli-k-yuzhnym-vratam-Armenii-Syuniku-v-MO-prestavili-itogi-dnya-25076393.html.
 
69. Группировку российских миротворцев в Карабахе возглавил генерал Мурадов.- vestikavkaza.ru/ news/gruppirovku-rossijskih-mirotvorcev-v-karabahe-vozglavil-general-muradov.html.
 
70. ЕСПЧ отклонил иск Армении по делу Рамиля Сафарова.-trend.az/ azerbaijan/politics/3296121.html.
 
71. Заявление Президента Азербайджанской Республики, Премьер-министра Республики Армения и Президента Российской Федерации.- kremlin.ru/events/president/news/64384.
 
72. Ильхам Алиев обратился к народу.- president.az/ru/articles/view/ 43334.
 
73. Как спецназ ВС Азербайджана освобождал Шушу от оккупации. Новости «Москва-Баку» с Анной Немолякиной 9 ноября.- //moscow-baku.ru/news/society/tema_novosti_moskva_baku_s_ annoy_nemolyakinoy _9_ noyabrya/.
 
74. “Карабахские партизаны» должны быть освобождены.1-news.az/ news/20070814105033571-Karabakhskie -partizany-dolzhny-byt-osvobozhdeny.
 
75. Конгресмены США осудили Азербайджан и выразили поддержку Армении.- infoteka 24.ru/2020/07/14/66733/.
 
76. Кузнец Д. Армяне проигрывают решающее сражение в Карабахе: азербайджанские войска вошли в Шушу, самый центр непризнанной республики. Армянское население покидает Карабах. Meduza (6 noyabr 2020).- meduza.io/feature/2020/11/06/v-karabahe-reshayschee-srazhenie-azerbaydzhanskie-voyska-prorvalis-k-shushe-samomu-tsentru-nepriznannoy-respubliki-u-armyan-est-shansy-na-pobedu.
 
77. Лавров С. Пандемия ускорила мыслительные процессы в Евросоюзе.- https:www.trud.ru/article/20-08-2020/1393051_sergey_ lavrov_ pandemiya_ uskorila_myslitelnye_protsessy_v_evrosoyuze.html.
 
78. Министр обороны Армении предупреждает: «Новая война-новые территории».- regnum.ru/news/2602031.html.
 
79. Минуло два года с Товузских боев.-report.az/armiya/minulo-dva-goda-s-tovuzskih-boev/.
 
80. Названо число гражданских жертв войны и ее последствий.-az.sputniknews.ru/20201214/voennye-prestupleniya-poterpevshie-425721940.html
 
81. На росийско-азербайджанской встрече…- rus.azatutyun.am/a/ 32166410.html.
 
82. Новый исход. Армяне бегут из Карабаха, сжигая свои дома.- bbc.com/Russian/features-54930278; rosbalt.ru/world/2020/11/13/1872795.html.
 
83. Подразделения Азербайджанской Армии вошли в Агдамский район.- mod.gov.az/ru/news/podrazdeleniya-azerbajdzhanskoj-armii-vosli-v-agdamskij-rajon-33855.html.
 
84. Подразделения Азербайджанской Армии вошли в Кельбаджарский район.- mod.gov.az/ru/news/podrazdeleniya-azerbajdzhanskoj-armii-vosli-v-kelbadzharskij-rajon-33878.html.
 
85. Подразделения Азербайджанской Армии вошли в Лачинский район.- mod.gov.az/ru/news/podrazdeleniya-azerbajdzhanskoj-armii-vosli-v-lachinskij-rajon-video-33923.html.
 
86. Представитель ВС Армении сообщил число раненых в ходе войны.- armeniatoday.news/armed-forces-ru/263501/.
 
87. Президент Ильхам Алиев: освобождены от оккупации город Зангилан…- mod.gov.az/ru/news/president-ilham-aliev-osvobozhdeny-ot-okkupacii-gorod-zangilan-i-sel-rajona-18-sel-fizulinskogo-dzhebrailskogo-i-hodzh-33132.html.
 
88. Протестуюущие в Ереване ворвались в парламент и заняли трибуну.- //ria.ru/20201110/armeniya-1583854254.html.
 
89. Резолюции и решения, принятые Генеральной Ассамблеей на шестьдесят второй сессии. Том III, s.3-5.- un.org/ru/ga/62/docs/62_545-557.pdf.
 
90. Состоялась церемония открытия Турецко-Российского совместного мониторингового центра.- mod.gov.az/ru/ news/sostoyalas-ceremoniya-otkrytiya-turesko-rossijskogo-sovmestnogo-monitoringovogo-centra-video-34669.html.
 
91. Четырехдневная война.- rbc.ru/politics/05/04/2016/5703d5019a7947 74f8ec6 570.
 
92. Эрдоган чересчур осмелел и обвинил Армению в эскалации, пообещав Баку «всю поддержку».- ru.armeniasputnik.am/20200714/Erdoqan-chereschur-osmelel-i-obvinil-Armeniyi-v-eskalatsii-poobeschav_Baku-vsyu-podderzhku-23730299.html.
 
 
Link kopyalandı!
Son xəbərlər