Milli Gimnastika Arenasında BDU-nun Məzun Günü keçirilib - FOTO
Elm və Təhsil
Oxunub: 1346
28 Jun 2024 | 10:30
Milli Gimnastika Arenasında BDU-nun Məzun Günü keçirilib - FOTO
İyunun 27-də Milli Gimnastika Arenasında Bakı Dövlət Universitetinin (BDU) Məzun Günü keçirilib.
 
Moderator.az xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi anılıb.
 
Tədbiri açıq elan edən BDU-nun rektoru Elçin Babayev məzunları təbrik edib, onlara uğurlar arzulayıb:
 
“Bu gün 105 yaşlı Universitetimizin həyatında əlamətdar və unudulmaz gündür. 5000-dən çox məzun yaddaşlarına daimi həkk olunacaq tələbəlik illəri ilə vidalaşıb, ömür yollarının yeni mərhələsinə qədəm qoyur. BDU ailəsinin bir parçası olan məzunların hər biri Universitetin tarixində yeni bir səhifə yazıb. Bu, sizin gələcəkdəki böyük nailiyyətlərinizin başlanğıcıdır. Bu yolda müəllimlərinizin, ailələrinizin və yaxınlarınızın da əməyi danılmazdır. Siz xalqımızın və dövlətimizin yeni mərhələyə qədəm qoyduğu, ölkə həyatının hər bir sahəsində davamlı və dayanıqlı inkişafın, elmi-texniki tərəqqinin vüsət aldığı bir dövrdə məzun olursunuz. Tələbəlik illəriniz xalqımız və dövlətimiz üçün taleyüklü hadisələrlə zəngin bir dövrə təsadüf etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz böyük Zəfərə imza atmaqla ölkəmizin ərazi bütövlüyünü təmin etdi. İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Dövlətimizin beynəlxalq aləmdə nüfuzu daha da yüksəldi, mövqeyi möhkəmləndi. Böyük qürur və fəxarət hissi ilə qeyd etmək istərdim ki, döyüş meydanında qanından və canından keçərək qələbəyə imza atanlar arasında Universitet yetirmələri – məzun və tələbələrimiz də oldu. Bu gün BDU məzunları işğaldan azad olmuş ərazilərdə genişmiqyası bərpa və quruculuq işlərinə həvəslə qoşulur, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsinə yönəlmiş layihələrdə aktiv iştirak edirlər. Azərbaycan dövləti siyasi və iqtisadi, sosial və mədəni sahələrdə yeni-yeni uğurlara imza atmaqda davam edir. Ölkəmizdə yeni iş yerləri açılır, insan kapitalının müasir tələblərə uyğun şəkildə formalaşması yolunda ciddi addımlar atılır. Gənclər siyasəti uğurla həyata keçirilir. Azərbaycan gənci milli və mədəni köklərinə sadiq qalaraq beynəlxalq tribunalarda ölkəmizi qürurla təmsil edir. Sizin gəncliyə xas olan yeni innovativ fikirləriniz, araşdırmalarınız və sosial layihələriniz Qarabağ və Şərqi Zəngəzurun inkişafına, quruculuq işlərinin sürətlənməsinə mühüm töhfələr verəcək. Universitetdə əldə etdiyiniz bilik və bacarıqlara arxalanaraq, dövlətimiz və xalqımız qarşısında böyük məsuliyyəti dərk edərək gənc mütəxəssis kimi Vətənə xidmət etmək sizin şərəfli missiyanızdır. “Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” deməklə qocaman elm və təhsil ocağımıza yüksək dəyər vermiş Ulu Öndər Heydər Əliyevin vəsiyyətlərini unutmayın. Həmişə fəxr edin ki, siz xalqımızın Ümummilli Liderinin, dünya şöhrətli dövlət xadiminin məzunu olduğu Bakı Dövlət Universitetinin məzunlarısınız. Unutmayın ki, Ulu Öndər Bakı Dövlət Universitetini “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırıb. Həqiqətən də xalqımızın milli sərvətinə və milli iftixarına çevrilən BDU həmişə sizin eviniz olacaq. Burada qazandığınız dostluqlar, biliklər və dəyərlər ömür boyu sizinlə qalacaq”.
 
Rektor qeyd edib ki, bu il Məzun Günü BDU-nun yaranmasının 105 illik yubileyinə təsadüf edir.
 
105 il əvvəl 2 fakültə, 44 nəfərlik professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlamış Universitetdə bu gün 16 fakültədə 1500 nəfərlik professor-müəllim heyəti çalışır, 25000-ə yaxın tələbə təhsil alır. Universitetdə 120 kafedra, 2 elmi-tədqiqat institutu, 5 elmi-tədqiqat mərkəzi, Mükəmməllik Mərkəzi, 22 elmi-tədqiqat laboratoriyası, 5 muzey, Qazax filialı, İqtisadiyyat və Humanitar Kollec, “Gənc istedadlar” liseyi fəaliyyət göstərir. BDU ölkəmizdə rəqabətədavamlı və intellektli insan kapitalının formalaşmasına xidmət göstərmək, Vətənimizin dünya elm, təhsil və mədəniyyət məkanında layiqli yer tutmasını təmin etmək kimi ali missiyasını şərəflə yerinə yetirir. Hazırda Universitetdə tədris prosesi tarixi ənənələrin və modern dünya təcrübəsinin vəhdəti şəklində, müasir, innovativ təlim texnologiyaları əsasında qurulur. Tədqiqat işlərinin məzmunu daim yenilənir. Dünyanın aparıcı universitetləri – Türkiyə, Almaniya, Çin, ABŞ, İsrail, İsveçrə, Qazaxıstan, Özbəkistanın nüfuzlu ali təhsil müəssisələri ilə bakalavriat, magistratura və doktorantura səviyyələrində 12 ikili diplom proqramı əsasında kadr hazırlığı həyata keçirilir. Bu il dünyanın ən nüfuzlu universitetlərinin reytinqlərindən olan QS beynəlxalq reytinqində BDU 179 pillə irəliləyərək 951-1000 aralığında qərarlaşıb. BDU “Times Higher Education World University” beynəlxalq reytinq siyahısında ölkəmizdən təmsil olunan yeganə universitetdir. BDU bundan sonra da beynəlxalq və milli əmək bazarında rəqabətədavamlı, bilikli və bacarıqlı, ümumbəşəri və milli-mənəvi dəyərlərə hörmətlə yanaşan, dövlətinə sadiq və vətənpərvərlik ruhunda tərbiyə almış yüksəkixtisaslı mütəxəssis hazırlığını əzmlə davam etdirəcək: “BDU fəaliyyət göstərdiyi 105 illik dövr ərzində 200 mindən çox yüksəkixtisaslı mütəxəssis yetişdirib. BDU məzunları tarix boyu ölkə həyatının müxtəlif sahələrində, dövlət quruculuğunda məsuliyyətli və şərəfli missiyanı layiqincə yerinə yetiriblər. BDU ailəsi öz məzunları ilə fəxr edir, onların elmi, peşə və yaradıcı fəaliyyətindən qürur duyur”.
 
Sonra Universitet tələbələrinin ifasında BDU-nun himni səsləndirilib.
 
Gənclər və idman naziri Fərid Qayıbov əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edib. Gənclərə tövsiyə və arzularını çatdıran nazir onların peşəkar mütəxəssis, cəmiyyətimiz və Vətənimiz üçün uğurlu insan olacağına əminliyini ifadə edib, dövlətin həmişə gənclərin yanında olduğunu deyib.
 
Elm və təhsil nazirinin müavini İdris İsayev qeyd edib ki, ölkə üzrə bu il 85 mindən çox tələbə məzun adını qazanıb. Onlardan 56 mindən çoxu ali təhsil müəssisələrindən məzun olur. BDU-nu isə 5000-dən tələbə bitirir. Nazir müavini həmçinin qeyd edib ki, təhsil sistemi qlobal çağırışlara cavab verməli, əmək bazarı yeni bilik, bacarıqlar və kompetensiyalar əsasında formalaşmalıdır.
 
Sonra BDU haqqında videoçarx nümayiş olunub.
 
BDU Himayəçilər Şurasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti İsa Həbibbəyli, Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Türkiyənin Adana Şəhəri Təhsil İdarəsinin müdir müavini Murat Sert, Vətən Müharibəsi Qəhrəmanı, Ali Hərbi Məktəbin rektoru vəzifəsini icra edən polkovnik Nizami Mövlanov, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu məzunları təbrik edib, onlara şəxsi və iş həyatlarında uğurlar arzulayıblar.
 
BDU-nun sıx əməkdaşlıq etdiyi Türkiyənin İstanbul Texniki Universitetinin rektoru İsmail Koyuncu, Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru Janseyt Tuymabaev, Çin Xalq Respublikasının Anhui Universitetinin prezidenti Sun Changyin, Yaponiyanın Tsukuba Universitetinin prezidenti Nagata Kyosuke, BDU-nun tanınmış məzunları - Azərbaycanın Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov, Azərbaycanın Yaponiyada fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadə, AMEA-nın həqiqi üzvü, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Almaniyanın Münhen Texniki Universitetinin professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru Məsud Əfəndiyev, Böyük Britaniyanın Kembric Universitetinin professoru, Kembric şəhərində yerləşən Tibbi Tədqiqatlar Şurasının (MRC) Molekulyar Biologiya İnstitutunun Hesablama struktur biologiyası qrupunun rəhbəri Qərib Mürşüdov, Avstriyadan 2005-ci ilin Nobel Sülh mükafatı alan Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) komandasının üzvü Bəxtiyar Siracov, ABŞ-nin Emory Universitetinin professoru, Emerson Elmi Hesablamalar Mərkəzinin direktoru Cəmaləddin Musayev, Böyük Britaniya, Edinburg Universitetinin Dövlət siyasəti ixtisası üzrə magistrantı, Dövlət Proqramının qalibi Nihad Abbas, Böyük Britaniyanın York Universitetinin Biotibbi elmlər ixtisası üzrə magistrantı, Dövlət Proqramının qalibi Gülər Alışova videomüraciətlərində BDU-nun Azərbaycanın ictimai-siyasi həyatında önəmini qeyd edib, 105 yaşlı Universitetə və məzunlara təbriklərini çatdırıblar.
 
Tədbirin özəl qonağı Türkiyənin ilk astronavtı Alper Gezeravcı olub. Məzunlara təbriklərini çatdıran Alper Gezeravcı BDU məzunlarının özəl gününü təbrik etməkdən məmnunluğunu bildirib: "Həyatınızda böyük iz buraxacaq anı yaşayırsız. Əminəm həyatda bacarmaq istədiyiniz hədəflərə universitet təhsili sayəsində nail olacaqsız. Bundan sonrakı karyeranızda sizə uğur olsun!".
 
Tədbirdə BDU-nun Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) yüksək olan və xüsusi fəallığı ilə seçilən 34 məzununa sertifikat və hədiyyələr təqdim edilib. Xatirə lövhəsinə ən yüksək ÜOMG-yə malik olan BDU tələbələrinin adları həkk edilib.
 
Tədbir konsert proqramı ilə davam edib.
Oxşar xəbərlər
20:14, Bu gün
Azərbaycanda benzinin qiyməti DƏYİŞDİRİLDİ
19:27, Bu gün
İyul ayı üçün vacib astroloji TARİXLƏR
19:26, Bu gün
Bakıda gecəyarısı söküntü QALMAQALI: Evindən sürüklənərək çıxarılan qadın DANIŞDI
19:21, Bu gün
5,5 milyardlıq LAYİHƏ! Dünyanın ən böyük əyləncə şəhəri TİKİLİR
19:16, Bu gün
Maşın almaq istəyənlərə SEVİNDİRİCİ XƏBƏR - Bu avtomobillər ucuzlaşacaq
19:10, Bu gün
İran açıq şəkildə İsraili onu məhv edəcək müharibə ilə təhdid edib, cavab özünü çox gözlətməyib
19:04, Bu gün
DİM abituriyentlərə MÜRACİƏT ETDİ
19:02, Bu gün
İyul ayı üçün vacib astroloji TARİXLƏR
18:43, Bu gün
Türkiyədə restoranda partlayış zamanı 5 nəfər ölüb, 63 nəfər yaralanıb - YENİLƏNİB
18:23, Bu gün
"Təhlükəli eskalasiya: Rusiya Ukraynada hücumunu gücləndirir və Qərbi təhdid edir" - "Politico"
18:20, Bu gün
Kiberdələduzların yeni oyunu: "100 manat ver, 700 manat apar"
18:19, Bu gün
Dünyanın 10 ən yaxşı qapıçısı - SİYAHI
18:08, Bu gün
Bu 3 ifadəni valideyniniz sizə desə də, SİZ ÖVLADINIZA DEMƏYİN!
18:00, Bu gün
Onların Amerikaya getməsinə qadağa qoyulub
17:23, Bu gün
“AXCP böyük güclərin onları kukla kimi hakimiyyətdə oturtmalarını gözləyir”
17:21, Bu gün
İsraildən Livandakı Hizbullah hədəflərinə yeni hücumlar
17:06, Bu gün
İzmirdə mağazada partlayış olub, ölənlər var
17:04, Bu gün
Xətaidə avtomobil sexində yanğın olub
16:59, Bu gün
Tayson arzuladığı rəqibi açıqladı
16:57, Bu gün
Yasamal rayonunda ağacların kəsilməsi faktı aşkarlanıb, akt tərtib olunub
16:55, Bu gün
Hüseyn Həsənovun mənzili və avtomobilləri əlindən alına bilər
16:41, Bu gün
Goranboyda bu il 4,4 ton barama istehsalı gözlənilir
16:34, Bu gün
Onun 55 yaşında olduğuna inana bilmədilər - FOTO
16:33, Bu gün
Bill Qeytsin qızı görün kiminlə sevgilidir?
16:32, Bu gün
Toyda atəş açıldı, ölən və yaralılar var
16:30, Bu gün
Azərbaycanlı qıza görə dinini dəyişdi: Virtual dünyadan başlayan eşq
16:04, Bu gün
Ukraynanın beş bölgəsi işıqsız qaldı
15:57, Bu gün
İraq və Suriyanın şimalında 7 terrorçu zərərsizləşdirilib
15:47, Bu gün
Messi 14 ildən sonra ilk dəfə böyük turnirlərin qrup mərhələsində qol vura bilməyib
15:45, Bu gün
Öz övladı olmasa da, 101 nəfər...
15:44, Bu gün
Aktrisanın oğlu evləndi - FOTO
15:22, Bu gün
Azay Quliyev ATƏT PA-da Qərbi Azərbaycanlıların öz torpaqlarına qayıtmasının vacibliyindən danışdı
15:14, Bu gün
56 yaşlı Əməkdar artist vəfat etdi
15:13, Bu gün
Qəzzada 37,9 min insan həlak olub
15:12, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
15:10, Bu gün
Təyyarədə uçuş zamanı BU 3 ŞEYİ GEYİNMƏYİN
15:10, Bu gün
Fransada seçki məntəqəsində dava düşdü
14:50, Bu gün
Bu gün Milli Sevgililər Günüdür
14:48, Bu gün
Serbiyada təhlükəsizlik tədbirləri gücləndirilib
14:47, Bu gün
DİM 7 iyulda keçiriləcək qəbul imtahanları ilə bağlı abituriyentlərə müraciət edib
14:45, Bu gün
İyul ayı üçün vacib astroloji TARİXLƏR
14:44, Bu gün
"Atletiko Madrid" bir neçə futbolçu ilə yollarını ayırdı
14:18, Bu gün
Bu gün abituriyentlər imtahan veriblər
14:09, Bu gün
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
14:08, Bu gün
Ermənistanda koronavirus və qızılca tüğyan edir
13:47, Bu gün
MÜƏMMALI ÖLÜM: İki uşaq anasının asılmış vəziyyətdə meyiti tapıldı
13:27, Bu gün
İldırım vurması nəticəsində 3 tunel qaranlıqda qalıb
13:26, Bu gün
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
13:24, Bu gün
Putin Kim Çen Ina limuzin hədiyyə edib
13:05, Bu gün
"Çelsi" klubu 19 yaşlı futbolçunun transferi üçün MLS təmsilçisi ilə danışıqlara başlayıb
13:03, Bu gün
Nigeriyada toy, yas və xəstəxanada terror: Onlarla ölü və yaralı var
12:59, Bu gün
Gələn ayın ilk günü hava yağıntılı olacaq
12:55, Bu gün
Qeyri-rəsmi münasibətdə olduğu qadının başqası ilə eşq yaşadığından şübhələnən kişi ÖZÜNÜ ÖLDÜRDÜ
12:40, Bu gün
Si Cinpin iyulun əvvəlində Tacikistana səfər edəcək
12:12, Bu gün
Türkiyəni meşə yanğınları bürüyüb
12:07, Bu gün
Belarusun Almaniyadakı səfiri Minskdə qəflətən vəfat edib - KİV-lər DTK-nın təzyiqindən yazır
12:06, Bu gün
Fransada növbədənkənar parlament seçkisi keçirilir
11:53, Bu gün
Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk ediblər
11:50, Bu gün
Tanınmış müğənni Bakıda ağır qəzaya düşüb: Anası hadisə yerindəcə ölüb - VİDEO
11:45, Bu gün
Sosial şəbəkədən tanış olduğu İran vətəndaşından narkotik aldı: Polis saxladı
11:42, Bu gün
Şri-Lanka Moskvadan Ukraynada döyüşən muzdlular üçün kompensasiya tələb edib
11:40, Bu gün
"ABŞ İsrailə kifayət qədər döyüş sursatları göndərib" - "Reuters"
11:36, Bu gün
Zəng edib insanları aldadırlar: Yeni dələduzluq növü yayılıb - XƏBƏRDARLIQ
11:27, Bu gün
Ukrayna Müdafiə Qüvvələri: “Mindən çox hərbçi və çoxlu texnika məhv edilib”
11:25, Bu gün
Hindistanda 5 əsgər çayı keçərkən tankda həlak olub
10:27, Bu gün
Ciddi təhlükə mənbəyi: Yenitikililərin qəzalı vəziyyətdə olan liftləri
10:23, Bu gün
Bakıda gecəyarısı qadını evindən sürüyüb çıxardılar - VİDEO
10:17, Bu gün
DİN və DSX birgə əməliyyat keçirib, 180 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
10:13, Bu gün
Mask Baydeni ələ saldı
10:11, Bu gün
Hindistanda 5 hərbçi tankla dağ çayını keçərkən ölüb
10:09, Bu gün
Göbələyin hansı fayda və zərərləri var?
10:09, Bu gün
Bu gün abituriyentlər Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı verirlər
10:05, Bu gün
Qaragilə bu dərdlərin dərmanıdır
09:46, Bu gün
Sabahdan Azərbaycanda yeni qadağa qüvvəyə minir - RƏSMİ
09:43, Bu gün
Xalq artistinin 6 mərtəbəli villası əlindən çıxır - sənədləri yoxmuş...
09:40, Bu gün
İmişli polisi külli miqdarda silah-sursat ələ keçirib
09:35, Bu gün
Tərtərdə DƏHŞƏTLİ QƏZA: avtomobil beton maneəyə çırpıldı, gənc qız...
09:30, Bu gün
Qalib gəlməsək, bizi yaşamağa qoymazlar - Rus oliqarx
09:23, Bu gün
Qarderobunuzdakı bu aksesuarı TƏCİLİ ATIN - Köhnəldikdə xərçəngə səbəb olur
09:18, Bu gün
Türkiyənin 3 vilayətini meşə yanğını BÜRÜDÜ - 5 helikopter səfərbər edilib
09:09, Bu gün
Bu gün abituriyentlər Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı verirlər
09:00, Bu gün
Bu xəstəliyə 98 minə yaxın yoluxma QEYDƏ ALINDI
08:44, Bu gün
“Ya Əli!”, “Ya Hüseyn!” demək günahların ən böyüyüdür” — İlahiyyatçı
08:38, Bu gün
Səudiyyə Ərəbistanı vətəndaşlarını Livanı tərk etməyə çağırdı - GƏRGİNLİK SON HƏDDƏ!
08:25, Bu gün
50 yaşdan yuxarı insanlar üçün ən sağlam...
08:15, Bu gün
Şahzadə Diananın əşyaları 5 milyona satıldı -FOTO
08:11, Bu gün
AVRO-2024: Bu gün 1/8 final mərhələsinin daha iki matçı keçiriləcək
08:05, Bu gün
İlk geyim və iynə harada icad edilib?
07:55, Bu gün
Bəzi şəxslərin pensiyasına əlavələr YENİ QAYDADA HESABLANACAQ
07:40, Bu gün
Bakıda əmək haqqı 40 manat artdı- orta aylıq əmək haqqı 1 282 manat...
07:31, Bu gün
Hansı işçilərə sınaq müddəti təyin edilə bilməz?
07:22, Bu gün
Yaşanmış travmalar beyindəki sinir əlaqələrinin sistemini pozur
07:12, Bu gün
SEVİŞMƏNİN DÜŞMƏNLƏRİ: bu qidalar bütün arzuları öldürür
06:55, Bu gün
ŞOK İDDİA: Ben Afflek və Cenifer Lopez ayrılıblar?
06:42, Bu gün
Plastik butulkadan istifadə etməyin - Diabet riskini artırır
06:26, Bu gün
Endirim zamanı bu 4 şeyi əsla almayın
00:09, Bu gün
COP29: Azərbaycanın liderliyində yaşıl planetin xilası əməliyyatı...
29 Jun 2024 | 23:51
Azərbaycanda daha iki nəfər GÜLLƏLƏNDİ
29 Jun 2024 | 23:27
Luçano Spaletti: Mübarizəni bu mərhələdə dayandırmaq istəməzdik
29 Jun 2024 | 23:10
Dəhşətli qəza bir ailəni MƏHV ETDİ: çox sayda yaralı var - YENİLƏNİB
GÜNLÜK
29 Jun 2024 | 20:59
Pensiyalarla bağlı QƏRAR VERİLDİ
29 Jun 2024 | 23:10
Dəhşətli qəza bir ailəni MƏHV ETDİ: çox sayda yaralı var - YENİLƏNİB
29 Jun 2024 | 20:41
Rusiya Müdafiə Nazirliyində qalmaqal: Şoyqunun "sağ əli" milyardları ilə birgə NATO ölkəsinə qaçıb
29 Jun 2024 | 21:38
Müğənnilərin yeni toy qiymətləri - 25 min manata oxuyan kimdir?
29 Jun 2024 | 22:32
Ermənistanla müqaviləsiz sülh ola bilərmi? - Beynəlxalq təcrübə "HƏ" deyir
29 Jun 2024 | 21:00
Dünyanın ən seksual yarış sürücüsü çimərlik geyimində poza verdi
29 Jun 2024 | 22:19
“Sən Ermənistana silah verəndə yaxşıdır, biz əzilən xalqlara mənəvi-siyasi dəstək verəndə pis?”
29 Jun 2024 | 22:00
"Qızımı atasına verdim, sənəti seçdim" -ƏMƏKDAR ARTİST 
29 Jun 2024 | 20:42
Marin Le Penin silahdaşı seçkilər öncə Ukraynaya iki səs-küylü vəd edib
29 Jun 2024 | 21:50
“Silahı vətəni qorumaq üçün alırıq” sözləri sadəcə nağıldır”
HƏFTƏLİK
28 Jun 2024 | 07:44
İyul bu bürclərə elə bir sarsıntı verəcək ki, onlar yalnız sentyabrda sağalacaqlar- Qız, Şir, Əkizlər...
26 Jun 2024 | 09:07
Milli qəhrəmanın qardaşı: “Onun şəkilini sosial şəbəkələrdə paylaşıb yazırdılar ki...”-FOTOLAR
24 Jun 2024 | 09:16
Bakıda PULSUZ çimərliklər - Bu avtobuslarla getmək olar - SİYAHI
26 Jun 2024 | 08:18
Yay bu BÜRCLƏR üçün UĞURLU olacaq: ŞANS, PUL...
29 Jun 2024 | 10:16
“Yaşadığıma görə xəcalət çəkirəm” - Barat Şəkinskayanın 93 yaşlı qızı - FOTO
26 Jun 2024 | 10:00
İyulun 1-dən Azərbaycanda elektrik enerjisi tarifləri artırılacaq? - Tarif Şurasından CAVAB
24 Jun 2024 | 13:00
Qətlə yetirilən polis kapitanı məşhur müğənninin dayısıoğlu imiş - FOTO
26 Jun 2024 | 13:55
“Ermənistanın guya Azərbaycana hücuma hazırlaşması haqda deyilənlər absurddur...”- General-mayor
26 Jun 2024 | 15:33
İyulun 1-dən bu şüşəli eyvanlara QADAĞA QOYULACAQ
25 Jun 2024 | 18:49
Ötən gün polislər belə GÜLLƏLƏNİB - ANBAAN VİDEO
AYLIQ
29 Jun 2024 | 20:59
Pensiyalarla bağlı QƏRAR VERİLDİ
29 Jun 2024 | 23:10
Dəhşətli qəza bir ailəni MƏHV ETDİ: çox sayda yaralı var - YENİLƏNİB
29 Jun 2024 | 20:41
Rusiya Müdafiə Nazirliyində qalmaqal: Şoyqunun "sağ əli" milyardları ilə birgə NATO ölkəsinə qaçıb
29 Jun 2024 | 21:38
Müğənnilərin yeni toy qiymətləri - 25 min manata oxuyan kimdir?
29 Jun 2024 | 22:32
Ermənistanla müqaviləsiz sülh ola bilərmi? - Beynəlxalq təcrübə "HƏ" deyir
29 Jun 2024 | 21:00
Dünyanın ən seksual yarış sürücüsü çimərlik geyimində poza verdi
29 Jun 2024 | 22:19
“Sən Ermənistana silah verəndə yaxşıdır, biz əzilən xalqlara mənəvi-siyasi dəstək verəndə pis?”
29 Jun 2024 | 22:00
"Qızımı atasına verdim, sənəti seçdim" -ƏMƏKDAR ARTİST 
29 Jun 2024 | 20:42
Marin Le Penin silahdaşı seçkilər öncə Ukraynaya iki səs-küylü vəd edib
29 Jun 2024 | 21:50
“Silahı vətəni qorumaq üçün alırıq” sözləri sadəcə nağıldır”