BSU-da "Birinci Beynəlxalq Balkanşünaslıq Tədqiqatları" konfransı keçirilib  - FOTOLAR
Elm və Təhsil
Oxunub: 2030
14 Jun 2024 | 15:15
BSU-da
İyunun 13-də Bakı Slavyan Universitetində (BSU) "Birinci Beynəlxalq Balkanşünaslıq Tədqiqatları" konfransı keçirilib. Beynəlxalq konfransda Serbiyanın, Bolqarıstanın, Albaniyanın, Şimali Makedoniyanın tanınmış alim-mütəxəssisləri, Azərbaycanın dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, COP29-un Təşkilat Komitəsinin üzvü, ADA Universitetinin, Bakı Dövlət Universitetinin (BDU),  Azərbaycan Dillər Universitetinin (ADU), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BTMT), Cənubi Qafqaz Araşdırmalar  Mərkəzinin (CQAM), Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun nümayəndələri iştirak ediblər.
 
Moderator.az xəbər verir ki, beynəlxalq konfransın moderatoru, BSU-nun rektoru Anar Nağıyev konfransın " Azərbaycanın yaşıl dünya gündəliyi və Balkanlar" adlanan 1-ci panelini giriş sözü ilə açaraq qonaqları salamlayıb və onları rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnunluq duyduğunu bildirib. Rektor A.Nağıyev bugünkü konfransın Ulu Öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə profili və statusu genişləndirilmiş BSU-nun yaradıldığı günə təsadüf etməsinin xüsusi rəmzi məna və əhəmiyyət daşıdığını  vurğulayıb. Rektor qeyd edib ki,  konfrans cənab Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı əsasında 2024-cü ilin Azərbaycan Respublikasında elan edilmiş " Yaşıl dünya naminə həmrəylik ili " nin yüksək əhvali-ruhiyyəsi çərçivəsində BSU-nun müvafiq tədbirlər planına uyğun olaraq həyata keçirilən növbəti tədbirlərdən biridir. Konfransın əsas məqsədi Azərbaycanın “Yaşıl dünya” gündəliyi çərçivəsində Balkan ölkələrinin timsalında beynəlxalq əməkdaşlıq məsələlərinin öyrənilməsindən ibarətdir. 
 
Rektor A.Nağıyev diqqətə çatdırıb ki,  konfransın 1-ci panelinin hədəfləri yaşıl dünya naminə  xarici siyasət və əməkdaşlıq, Balkan ölkələri ilə əlaqələr, bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransı COP29 və dünyanın gələcəyi, Azərbaycanın sülh çağırışı, enerji təhlükəsizliyi məsələləri, respublikamızın Balkan ölkələri ilə ənənəvi enerji və alternativ enerji məsələlərində əməkdaşlığı, Serbiya və Bolqarıstan timsalında əməkdaşlığın əhatəliliyi və əlaqələrin inkişafında parlamentlərin roludur. Rektor A.Nağıyev konfransın keçirilməsinə göstərdiyi davamlı dəstəyə görə Azərbaycan Respublikası Energetika Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin rəhbərliyinə dərin təşəkkürünü bildirib.
 
Çıxışında  BSU-nun fəaliyyət istiqamətləri barədə geniş məlumat verən rektor universitetdə müxtəlif slavyan xalqlarının dillərinin, mədəniyyətlərinin və ölkəşünaslığın tədris edildiyini, regionşünaslıq ixtisaslarında bir sıra regionlar üzrə, o cümlədən Balkanşünaslıq ixtisası üzrə kadrların hazırlandığını, 2024-cü ildə universitetdə Balkanşünaslıq kafedrasının yaradıldığını, Bolqarıstan, Yunanıstan və Türk araşdırma mərkəzlərinin bu istiqamətdə inkişafda rolunun artdığını, növbəti tədris illərindən serb, rumın və alban dillərinin tədrisinin planlaşdırıldığını, bütövlükdə Balkan regionunun BSU-nun  təhsil proqramlarının hədəfində dayandığını diqqətə çatdırıb. Bildirilib ki, BSU-da Balkan regionunun dilləri, ədəbiyyatı, mədəniyyətləri öyrənilir. Tərcümə və regionşünaslıq ixtisaslarında dillərin öyrənilməsi BSU-nun əsas hədəflərindən biridir. Bu il universitetdə Bolqarıstan dili və tədrisi mərkəzinin yaradılmasının 20 ili tamam olur. Balkanşünaslıq üzrə qəbul dinamikası hər il yüksək olur, doktorantura səviyyəsində elmi tədqiqatlar aparılır. Rektor vurğulayıb ki, “Birinci Balkanşünaslıq Tədqiqatları” konfransının məqsədi bu sahədə tədqiqat istiqamətlərini müəyyən etmək və bu istiqamət üzrə alim və tədqiqatçıların davamlı müzakirə platformasını təşkil etməklə yanaşı, elmi diskursu daha da genişləndirməkdir. Hədəf isə Cənubi Qafqaz və daha geniş cooğrafiyada Balkanşünaslıq tədqiqatları üzrə ən mühüm və dayanıqlı konfrans pıatformasının formalaşdırılıb müvafiq tədqiqat və nəşrlərin həyata keçirilməsidir. “Slavyanşünaslıq üzrə regionun birinci universiteti” sloqanı ilə inkişaf edən BSU regionda Balkanşünaslıq tədqiqatlarının mükəmməl mərkəzi olaraq bu mövqeyini qorumaqda israrlıdır. 
        
Çıxışının sonunda rektor A.Nağıyev Azərbaycan Respublikasının xarici siyasət prioritetləri sırasında enerji diplomatiyası vasitəsilə regional təhlükəsizliyin və əməkdaşlığın inkişaf etdirilməsinin mühüm yer aldığını qeyd edib. Azərbaycan Respublikasının Prezidenti, xalqımızın tarixinə Qarabağın xilaskarı kimi daxil olmuş Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq ölkəmizin liderliyi ilə regionda sülhün bərqərar olmasına edilən cəhdlər və regional əməkdaşlıq üçün açılan imkanlar yüksək tarixi əhəmiyyətə malikdir.
 
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Azərbaycanın enerji siyasətinin əsas istiqamətləri barədə danışaraq bildirib ki, ölkəmizin bu sahədə müsbət təcrübəsi var. Respubliikamızda bərpa olunan enerji ehtiyatları ilə bağlı müxtəlif layihələr uğurla həyata keçirilir. Azərbaycanın böyük potensialı dünya dövlətləri tərəfindən yüksək qiymətləndirilir. C.Abdullayev vurğulayıb ki, bərpa olunan enerji ehtiyatlarından istifadədə ixrac məsələlərinə xüsusi diqqət yetirilməsi iqtisadi baxımdan önəmli rol oynayır.
 
Milli Məclisin deputatı, Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məlahət İbrahimqızı çıxışında bildirib ki, BSU-nun təşkilatçılığı ilə  Balkanşünaslıq mövzusunda ilk beynəlxalq konfransın keçirilməsi təqdirəlayiqdir. Azərbaycan ilə Balkan ölkələri arasında əlaqələr bütün sahələrdə genişlənib və keyfiyyətcə yeni mərhələyə daxil olub. Dövlət başçımız İlham Əliyevin uzaqgörənliyi, yürütdüyü strateji xətt, gerçəkləşdirdiyi innovativ layihələr sayəsində Azərbaycanla Şərqi və  Mərkəzi Avropa ölkələri, eləcə də bütün  Avropa arasında ciddi əməkdaşlıq əlaqələri qurulub. Ölkəmizdə keçiriləcək COP29 sülhə, əmin-amanlığa, əməkdaşlığa, həmrəyliyə xidmət edir.
 
“Serbiya-Azərbaycan münasibətləri: təhlükəsiz, dinc və yaşıl gələcək naminə əlaqələr" mövzusunda çıxış edən Serbiyanın Strateji Araşdırmalar Forumunun rəhbəri Neven Tsvetichanin müasir dövrümüzdə sabit, təhlükəsiz dünyanın bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb.
 
Milli Məclisin deputatı, COP 29-un Təşkilat Komitəsinin üzvü Fatma Yıldırım qeyd edib ki, COP29 ərəfəsində belə tədbirlərin keçirilməsi vacibdir. Çağdaş dövrümüzdə ətraf mühitin mühafizəsi müstəsna əhəmiyyət kəsb edir və qlobal çağırışlar ekologiyanın qorunması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb edir. Bu baxımdan Azərbaycanın COP29-u keçirməsi dünya birliyi tərəfindən müsbət qiymətləndirilir. Bu böyük beynəlxalq tədbir dünyada əməkdaşlığın təşviqinə mühüm töhfələr verəcəkdir.
Öz ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycan işğaldan azad edilmiş ərazilərini “Yaşıl zona” elan edib və hazırda həmin ərazilərdə geniş bərpa-quruculuq işləri aparılır. 
 
Bolqarıstanın Plovdiv Universitetinin professoru Valentin Petrussenko “Universitet təhsili sistemində ekoloji gündəmin əhəmiyyəti” adlı çıxışında ekoloji sabitliyin qorunması sahəsində təhsil müəssisələrinin üzərinə düşən vəzifələrdən danışıb. V.Petrussenko çıxışında BSU-da Balkanşünaslıq kafedrasının yaradılmasını yüksək qiymətləndirib.
 
Cənubi Qafqaz Araşdırmalar  Mərkəzinin rəhbəri Fərhad Məmmədov texnologiyaların sürətli inkişafı nəticəsində dünyada yeni trendlərin yarandığını
və Azərbaycanın bu trendlərə qoşulduğunu qeyd edib. Nəzərə çatdırıb ki, ölkəmiz son illər qlobal məsələlərin müzakirələrinin  keçirildiyi mərkəzə çevrilib və COP29-u keçirməklə bu sahədə daha böyük təcrübə qazanacaqdır. 
 
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev son illər BSU-nun xarici siyasət məsələlərin müzakirələrində fəal iştirak etdiyini bildirib. Diqqətə çatdırıb ki, Azərbaycan Avropanın enerji ilə təmin edilməsində fəal iştirak edir və bu istiqamətdə mühüm addımlar atılır. C.Vəliyev ali təhsil müəssisələrində Balkan ölkələri üzrə ekspertlərin yetişdirilməsinin vacibliyini vurğulayıb.
 
Sonra konfrans “Azərbaycan ilə Balkan ölkələri arasında ədəbi-mədəni əlaqələr” adlı 2-ci paneldə işini davam etdirib. Bu paneldə müasir dövrdə Azərbaycanla Balkan ölkələri arasında ədəbi-mədəni əlaqələrin keyfiyyətçə yeni mərhələyə daxil olması, Balkanlarda Türk dilinin öyrənilməsi məsələləri və digər vacib mövzular haqqında maraqlı çıxışlar edilib, səmərəli müzakirə aparılıb və əlaqələrin inkişaf etdirilməsi üçün təkliflər irəli sürülüb.
 
Qeyd edək ki, konfransda Şimali Makedoniyanın Skopye Müqəddəslər Kiril və Mefodiy Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının müdiri Osman Emin, Serbiya Elmlər Akademiyasının Serb Dili İnstitutunun  Lüğətlər departamentinin direktoru Mariya Jinjiç, Albaniyanın Tirana Universitetinin Tarix-filologiya fakültəsinin Dilçilik kafedrasının lektoru Lindita Hanari, BDU-nun Türkoloji araşdırmalar elmi-tədqiqat laboratoriyasının elmi işçisi Nurlana Mustafayeva və digər tanınmış alimlər də iştirak ediblər.
Oxşar xəbərlər
12:11, Bu gün
Zahid Oruc: “Seçici fəallığının azlığını heç kim antidövlət arqumenti kimi istifadə etməsin” – VİDEO
11:59, Bu gün
"Kəpəz" yeni baş məşqçisini açıqlayıb
11:53, Bu gün
Gündə iki kartof yeməklə ÖMRÜNÜZÜ UZADIN 
11:47, Bu gün
Hər şeyin şəffaf şəkildə aparıldığının şahidi olduq - Beynəlxalq müşahidəçi
11:39, Bu gün
Qadın məhkumların saxlandığı müəssisədə səsvermə keçirilir
11:23, Bu gün
Bakıda parkinqlə bağlı yeni texniki vasitə - Sürücülər cərimələnir (VİDEO)
11:13, Bu gün
İlham Əliyev Özbəkistan Prezidentini təbrik edib
11:09, Bu gün
Ermənistanda Aİ missiyasına xitam verilməlidir: "Paşinyanın yalanları..." - Hikmət Hacıyev
10:53, Bu gün
Sizi qocaldan VƏRDİŞLƏR -qırışlar, çillər, piqment ləkələri...
10:46, Bu gün
Yumurta ilə heç vaxt yeməməyiniz lazım olan- 4 QİDA
10:36, Bu gün
Baş nazir: Seçkilərin ilk dəfə olaraq bütün Azərbaycan torpaqlarında keçirilməsi tarixi hadisədir
10:31, Bu gün
Baş nazir Əli Əsədov seçici hüququndan istifadə edib
10:27, Bu gün
Vəfa Nağıdan növbəti qanunsuz ƏMƏL: Seçki qutusuna müdaxilə etdi, vəkili yaraladı – FOTO / VİDEO
10:25, Bu gün
Kəlbəcərdə avtomobil aşıb, ölən var
10:21, Bu gün
“Google”dan kiberhücumlarla bağlı XƏBƏRDARLIQ: “Milyonlarla insan..."
10:11, Bu gün
“Manatlıq”lar yığışdırıldı, yeni problemlər yarandı (VİDEO)
10:01, Bu gün
Hikmət Hacıyev bu məntəqədə səs verdi - FOTO
09:55, Bu gün
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva səs veriblər
09:49, Bu gün
Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü pilləyə yüksəlib
09:42, Bu gün
Modern.az 15 yaşında...
09:35, Bu gün
Satılmır, amma ucuzlaşmır da - Mənzil bazarında nə baş verir?
09:29, Bu gün
Şuşada seçicilər səsvermədə fəal iştirak edirlər
09:25, Bu gün
Yeni tikilən binalarda daxili kreditin müddəti niyə azdır? – Açıqlama (Video)
09:20, Bu gün
Zabuxda seçicilər səsvermə hüququndan istifadə edirlər
09:10, Bu gün
Premyer Liqa: "Qarabağ" "Zirə"nin qonağı olacaq
09:02, Bu gün
Ömürlük azadlıqdan məhrum edilmiş şəxslər səsvermə hüququndan istifadə edirlər
08:53, Bu gün
Stalin SSRİ-də korrupsiyanı necə aradan qaldırdı?- FAKTLAR 
08:48, Bu gün
Azərbaycanda ƏN YÜKSƏK ödənişli ixtisaslar
08:41, Bu gün
Məzahir Pənahov: Heç kim seçicilərin hüquqlarına zidd hansısa addım ata bilməz
08:30, Bu gün
Rusların hesab etdiyimiz soy adları YƏHUDİLƏRİN İMİŞ -"Ov" -"Yev"
08:26, Bu gün
Naxçıvanda Milli Məclisə və MR Ali Məclisinə seçkilərdə səsvermə başlayıb
08:23, Bu gün
2500-ə yaxın məntəqədə exit-poll keçirilir
08:18, Bu gün
Məzahir Pənahov: Maksimum 20 gün ərzində...
08:09, Bu gün
Ombudsman səsvermə hüququndan istifadə edib
08:02, Bu gün
Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar səsvermə başlayıb
07:52, Bu gün
Sürücülər üçün payız MƏSLƏHƏTLƏRİ- Duman, yağış...
07:46, Bu gün
KİV: İsrail 2023-cü ilin oktyabrından bəri İordan çayının qərb sahilində 600-dən çox terrorçunu məhv edib
07:36, Bu gün
MSK: Parlament seçkilərinin başlaması ilə əlaqədar seçki məntəqələri hazır vəziyyətə gətirilir
07:19, Bu gün
Bakının bu ərazilərində yaşayanlara BƏD XƏBƏR - Sentyabrın 3-ü saat 06:00-dan...
07:06, Bu gün
Əhaliyə XƏBƏRDARLIQ: Evlər bu tarixdən kəskin bahalaşacaq - VİDEO
03:16, Bu gün
İsrail hərbçiləri Qəzza zolağında bir neçə girovun cəsədini aşkarlayıb
03:15, Bu gün
Kamçatkada itmiş Mi-8 helikopterinin axtarışlarına 40-dan çox xilasedici cəlb edilib
01:53, Bu gün
“Babam istəmirdi ki, onları bu sənətdə görsün, kim babamın mahnılarını oxuyursa...” - Mirzə Babayevin nəvəsindən AÇIQLAMALAR-ÖZƏL+FOTO
01:12, Bu gün
Ukrayna Rusiyanın BU ƏRAZİLƏRİNİ vurmaq istəyir - Siyahı ABŞ-a təqdim edildi
01:11, Bu gün
Lavrovdan SENSASİON AÇIQLAMA - "İran və İsrail arasında böyük müharibə..."
01:04, Bu gün
“Atam onunla qanuni, anamla isə qeyri-qanuni nikahda yaşayırdı” - Əliağa Vahid Leyla Bədirbəylini həqiqətənmi sevib, ona erotik şeirlər yazıb?-ÖZƏL+FOTO
00:02, Bu gün
Bu gün Azərbaycanda parlament seçkiləri keçiriləcək
31 Aug 2024 | 23:49
Amerikalı reper Fatman Skoop səhnədə huşunu itirərək dünyasını dəyişib
31 Aug 2024 | 23:15
Yol hərəkəti qaydalarının pozulması ilə bağlı cinayət və inzibati xəta işləri üzrə nələri bilməliyik?
31 Aug 2024 | 23:05
Sentyabrda şanslı olacaq BÜRCLƏR: Ay tutulması və...
31 Aug 2024 | 22:58
Sərhəddə miqrantlara atəş açacağıq - Polşa
31 Aug 2024 | 22:56
"Sea Breeze" yaxınlığında yol ÇÖKDÜ - Xeyli sayda zərər çəkənlər var
31 Aug 2024 | 22:50
Ət dondurulduqdan sonra faydalı xüsusiyyətlərini itirir?
31 Aug 2024 | 22:43
Nikoldan tarixi etiraf: Göyçə, Zəngəzur, Dərələyəz...
31 Aug 2024 | 22:35
Vəfa Nağı seçki məntəqəsində dava saldı: Sədr insult keçirdi
31 Aug 2024 | 22:26
Xoruz davaya səbəb oldu: 3 nəfər bıçaqlandı
31 Aug 2024 | 22:18
Naxçıvanın ən yaşlı seçicisinin kimliyi məlum olub - FOTO
31 Aug 2024 | 22:10
Messencerdə bu funksiya ÇÖKDÜ - "Telegram" rəsmiləri SUSURLAR
31 Aug 2024 | 22:02
Aygün Kazımova “Dalğafest”i bağladı
31 Aug 2024 | 21:54
Duz xərçəngin dərmanı ola bilər
31 Aug 2024 | 21:46
Azərbaycanda müəllim özünü internet xəttinin dirəyindən asdı
31 Aug 2024 | 21:40
İran prezidenti bu axşam ilk dəfə xalqa müraciət edəcək
31 Aug 2024 | 21:40
İki günlük körpənin xəstəxanada naməlum ölümü
31 Aug 2024 | 21:32
“Seyran” illər sonra! - İlk fotolar
31 Aug 2024 | 21:24
Durovun saxlanılması hücumun bir hissəsidir - Filippot
31 Aug 2024 | 21:16
Çin təkərləri üzərində Ermənistan hərbi avtomobili... - FOTO
31 Aug 2024 | 21:08
Düyüdə olan bakteriya kişinin cinsi orqanını "ZƏHƏRLƏDİ"
31 Aug 2024 | 21:04
Alimlərdən yeni İDDİA- Ayağımızın ölçüsü BUNUN GÖSTƏRİCİSİ İMİŞ 
31 Aug 2024 | 21:00
Şahzadə 3 gün toy etdi
31 Aug 2024 | 20:55
"Baharın on yeddi anı"-almanların REAKSİYASI 
31 Aug 2024 | 20:52
Zelenskinin “sülh planı” ilə bağlı sözlərindən sonra Lavrovdan SƏRT XƏBƏRDARLIQ 
31 Aug 2024 | 20:42
Qlükoza və xolesterin səviyyəsini aşağı salan məhsul
31 Aug 2024 | 20:34
Rusiyaya zərbə endirilməsini dəstəkləyirik, lakin...
31 Aug 2024 | 20:28
Milli, etnik və dini düşmənçiliyin salınmasına hesablanmış anti-Azərbaycan dəstə...- FOTO
31 Aug 2024 | 20:26
Paris-2024: paraüzgüçümüz gümüş medal qazandı
31 Aug 2024 | 20:18
700 bal toplayan, yoxsa olimpiya çempionu? - Elə cavab verdi ki...
31 Aug 2024 | 20:10
Zeytun yağı nə vaxt zərərlidir?
31 Aug 2024 | 20:02
“Qərbli həmkarlarımızın mükəmməl beyinləri var”
31 Aug 2024 | 19:54
"Neftçi" növbəti dəfə qalib gələ bilmədi
31 Aug 2024 | 19:48
“Azərbaycan Atabəyləri”ndə kim hansı obrazı canlandıracaq? - FOTOLAR
31 Aug 2024 | 19:40
Avtobusda qeyri-etik hərəkətlər edən şəxs həbs edildi - FOTO
31 Aug 2024 | 19:32
2 minlik noxud oğurlandı: saxlanılan var
31 Aug 2024 | 19:24
Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur
31 Aug 2024 | 19:16
"Mənim "evimin Allahı" həyat yoldaşımdır" - VİDEO
31 Aug 2024 | 19:08
Döymələrin bilmədiyiniz qaranlıq tərəfləri - ÖLÜMƏ SƏBƏB OLUR
31 Aug 2024 | 19:00
Ukrayna buna görə Kurska hücum etdi - Lavrov
31 Aug 2024 | 18:53
Bütün insanları enerji itkisinə aparan 15 AMİL
31 Aug 2024 | 18:44
Ərdoğan: Biz Avropa İttifaqı və ŞƏT arasında seçim etmirik
31 Aug 2024 | 18:36
“Bu halda Tramp Putini cəzalandıracaq...”
31 Aug 2024 | 18:29
Bakıda möhtəşəm tədbir - Yaxta ilə dəniz turu təşkil olunacaq
31 Aug 2024 | 18:21
Ermənistanda AES enerji sisteminə qoşulub
31 Aug 2024 | 18:13
Vaxtında yatmaq həqiqətən sağlamlığa yaxşı təsir edirmi? - Mütəxəssislər AÇIQLADI
31 Aug 2024 | 18:05
Kişilər niyə tez ölürlər?
31 Aug 2024 | 18:04
"Qarabağ"ın Avropa Liqasındakı rəqibinin bazar dəyəri DODAQ UÇUQLATDI - ŞOK MƏBLƏĞ
31 Aug 2024 | 17:57
MDB və ŞƏT-in müşahidə missiyalarının rəhbərləri Bakıda işçi görüşü keçiriblər - FOTO
31 Aug 2024 | 17:50
Bəhruz Səmədov niyə ermənilərə işlədi? - ARAŞDIRMA + VİDEO
31 Aug 2024 | 17:44
Ermənistanda vacib hadisə təxirə salındı: Üç il sülh müqaviləsi imzalanmayacaq? - ŞƏRH
31 Aug 2024 | 17:42
“Formula1” ölkəmizə turist cəlb edə biləcəkmi? -Ekspert Açıqladı
31 Aug 2024 | 17:36
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçə təmirə bağlanır
31 Aug 2024 | 17:28
Bütün insanları enerji itkisinə aparan 15 AMİL
GÜNLÜK
31 Aug 2024 | 14:03
"Ermənistan ordusu heç vaxt o yüksəklikləri geri qaytara bilməz...” 
31 Aug 2024 | 15:45
Bir zarafata görə başı bəlalar çəkdi: 46 il yaşadı, əbədi olaraq yaddaşlarda qaldı - FOTO
31 Aug 2024 | 13:13
"Azərbaycan Prezidenti ilə sərhəddə görüşməyə hazıram" – Paşinyan
31 Aug 2024 | 16:21
Paris-2024: Əbülfəz Abuzərli təsəlli görüşlərində mübarizə aparacaq - YENİLƏNİB
31 Aug 2024 | 14:01
Xankəndidə yaşayan ermənilər necə səs verəcək? - MSK sədri açıqladı
31 Aug 2024 | 14:36
İrəvan Bakı ilə Naxçıvan arasında əlaqə üçün yolu açmağa hazırdır
31 Aug 2024 | 13:56
Sabiq nazir müavini vəfat etdi - FOTO
31 Aug 2024 | 21:40
İran prezidenti bu axşam ilk dəfə xalqa müraciət edəcək
31 Aug 2024 | 16:52
Əhaliyə XƏBƏRDARLIQ: Evlər kəskin bahalaşacaq - VİDEO
31 Aug 2024 | 20:18
700 bal toplayan, yoxsa olimpiya çempionu? - Elə cavab verdi ki...
HƏFTƏLİK
29 Aug 2024 | 10:02
"Artsax günü” İsa bulağında restoran tikdirmiş Rubenin obyektində qeyd ediləcək...-FOTO
30 Aug 2024 | 13:36
İran Zəngəzur dəhlizinin açılmasına razılıq verdi: Əsas şərt belədir - Detallar açıqlandı
30 Aug 2024 | 07:26
Şahramanyan Azərbaycandan gətirilmiş 356 avtomobil haqda hökumətə məlumat versə də…
29 Aug 2024 | 16:45
“Kupça” problemi həll olunur – Bu ilin sonunda…
25 Aug 2024 | 15:34
Milli Qəhrəman İbad Hüseynov: “O, bütün parametrlərə görə birincidir”
29 Aug 2024 | 16:35
Həyət evində yaşayanların DİQQƏTİNƏ - Cərimələnə bilərsiniz
26 Aug 2024 | 10:32
Əməkdar artist İLLƏRİN SİRRİNİ AÇDI: “Rəşid Behbudov buna görə tələbələrinə mane olurdu, qadağalar qoymağa çalışırdı”
25 Aug 2024 | 16:53
Murad Dadaşov oğulları ilə görün hara getdi - VİDEO
28 Aug 2024 | 10:48
Azərbaycanda əsgərlik müddəti azaldılır? - Ali təhsillilər 6 ay...
31 Aug 2024 | 07:09
Fransızlar dilə gəldi: “Xalqına umac ova bilmir, bəşəriyyətə əriştə kəsir...”
AYLIQ
31 Aug 2024 | 14:03
"Ermənistan ordusu heç vaxt o yüksəklikləri geri qaytara bilməz...” 
31 Aug 2024 | 15:45
Bir zarafata görə başı bəlalar çəkdi: 46 il yaşadı, əbədi olaraq yaddaşlarda qaldı - FOTO
31 Aug 2024 | 13:13
"Azərbaycan Prezidenti ilə sərhəddə görüşməyə hazıram" – Paşinyan
31 Aug 2024 | 16:21
Paris-2024: Əbülfəz Abuzərli təsəlli görüşlərində mübarizə aparacaq - YENİLƏNİB
31 Aug 2024 | 14:01
Xankəndidə yaşayan ermənilər necə səs verəcək? - MSK sədri açıqladı
31 Aug 2024 | 14:36
İrəvan Bakı ilə Naxçıvan arasında əlaqə üçün yolu açmağa hazırdır
31 Aug 2024 | 13:56
Sabiq nazir müavini vəfat etdi - FOTO
31 Aug 2024 | 21:40
İran prezidenti bu axşam ilk dəfə xalqa müraciət edəcək
31 Aug 2024 | 16:52
Əhaliyə XƏBƏRDARLIQ: Evlər kəskin bahalaşacaq - VİDEO
31 Aug 2024 | 20:18
700 bal toplayan, yoxsa olimpiya çempionu? - Elə cavab verdi ki...