“Sasanilər də türk varlığımızı dəyişə bilmədi...” -Akif Nağıdan tariximizə fərqli baxış...
Elm və Təhsil
Oxunub: 2873
03 Apr 2024 | 17:37
“Sasanilər də türk varlığımızı dəyişə bilmədi...” -Akif Nağıdan tariximizə fərqli baxış...
“Azərbaycan xalqı Sasanilərin hakimiyyətini qəbul etmir, çıxışlar edir, üsyan qaldırırdı...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
 
(Əvvəli burada:)
 
Sasanilər də türk varlığımızı dəyişə bilmədi... - XII mövzu
 
Azərbaycan və Sasanilər dövləti. İqtisadi və ictimai dəyişikliklər...
 
Parfiya imperiyası geniş əraziləri əhatə edir, çox vaxt idarəetmənin çətinlikləri ilə qarşılaşırdı. İmperiyanın təsir dairəsində olan bir sıra ərazilər, ölkələr, o cümlədən Adərbayqan, Arran (Albaniya) müstəqilliyə malik idi, müasir terminlərlə ifadə etsək, Parfiya konfederasiya tipli dövlət idi. Ərazilər yerli sülalələrin nümayəndələri tərəfindən idarə olunurdu. Belə ərazilərdən biri də Madaylar və Əhəmənilər sülalələrinin vaxtında Azərbaycan dövlətinin tərkibində olmuş Pars və ya Fars vilayəti idi. Parfiyanın tərkibində bu vilayəti yerli fars Sasanilər nəslinin nümayəndələri idarə edirdi. Nəslin ilk məlum nümayəndəsi Sasan məbəddə xidmət edirdi, kahin idi [18; 15, s.116-117]. Onun oğlu Papak (Babak) Pars vilayətinə daxil olan kiçik İstəxr bölgəsinin hakimi vəzifəsinə çata bilmişdi. Onun oğlu Ərdəşir isə Parfiya Arsaklılar sülaləsinin zəifləməsindən istifadə edərək mərkəzi hakimiyyətə qarşı çıxdı. Ərdəşir 224-cü ildə İsfahan yaxınlığında Parfiya hökmdarı V Artabanın (mənbələrdə Adərbayqan arsaklılarının da sonuncu hökmdarı kimi V Artabanın, bəzən V Vologezin adları göstərilir. Bu, texniki səhv olaraq nəzərə alınmalıdır.- A.N.) qoşunlarını məğlub etdi. Bununla o, Parfiya dövlətinin ərazisində hakimiyyətə gəldi. I Ərdəşir (224-241-ci illər) Parfiyalıların paytaxtı Tisfun (Ktesifon, Mədain) şəhərini özünə mərkəz seçdi və 226-cı ildə orada tacqoyma mərasimi keçirərək özünü şahənşah (şahlar şahı) elan etdi. Parfiya dövlətində yerli hakimlər şah adlanırdı. I Ərdəşir onları tabe etdiyinə görə özünü “şahların şahı” adlandırdı.
 
Sasanilər yeni bir dövlət yaratmadılar, Parfiyada Arsaklılar sülaləsini devirərək hakimiyyətə gəldilər. Hakimiyyətə gəldikdən sonra isə Parfiyadan nominal asılılıqda, çox vaxt müstəqil olan dövlətləri özlərinə tabe etməyə başladılar. Parfiyalılar Maday sülaləsinin vaxtındakı Ekbatan şəhərini paytaxtlarından biri kimi saxlamışdılar. Sasanilər bu ənənədən geri şəkildilər, Tisfun şəhərini paytaxt olaraq seçdilər. Şəhərin xarabalıqları Bağdad şəhərinin 32 km-də, Dəclə çayı tərəfdə qalıb. Bu dövlət işğalçılıq siyasətinə başlamış, Orta Asiyanın bir hissəsini, Adərbayqanı, Mesopotamiyanı tutmuşdu. Zəngin təbii sərvəti olan, əlverişli mövqedə yerləşən, Ərdəbil və Təbriz kimi iri şəhərləri olan Adərbayqan Sasanilər üçün daha əhəmiyyətli idi. Həmin vaxta qədər Adərbayqanı yerli arsaklılar nəslinin nümayəndələri idarə edirdi. Sasanilər 227-ci ildə yerli sülalənin hakimiyyətinə və ölkənin daxili müstəqilliyinə son qoydu, oraya canişin təyin etdi və Adərbayqan Sasanilərin ən mühüm əyalətlərindən birinə çevrildi [16, s.61-74]. Adərbayqanda hakim mövqe tutan Zərdüştlük dinini Sasanilər dövlət dini elan etdi. Şahənşah I Sapur (241-272-ci illər) itaət altına alınmış vilayətlərdə bu dini zorla yaymaq əmrini verdi. Adərbayqanın Qazaka şəhərindəki atəşpərəstlik məbədi yenə də baş məbəd hesab olunurdu. Şahənşahlar taxta çıxdıqdan sonra dövlətin mərkəzindən buraya piyada ziyarətə getməli idilər. Adərbayqan  Sasanilərin tərkibində işğal edilmiş ərazi kimi dəyərləndirilə bilməz. Adərbayqan ölkə olaraq müstəqilliyini davam etdirir, dini mərkəz olaraq isə xüsusi, muxtar, özünü idarəetmə statusuna malik idi. Sasani nümayəndələri taxta çıxmaq, qanuni hökmdar adlanmaq üçün Adərbayqandakı dini mərkəzin xeyir-duasını almalı idi. Ona görə də, Sasanilərin Adərbayqan üzərindəki hakimiyyəti Adərbayqan dini mərkəzinin mərkəzi hakimiyyətə təsir imkanlarından üstün deyildi. Ümumiyyətlə, bu dövrə qədərki dövlətçilik xəttini bir daha diqqətə çatdıraq. E.ə. III minilliyin birinci yarısında Azərbaycan dövləti yarandı, e.ə. I minilliyin ortalarına qədər yerli Azərbaycan-türk sülalələri dövləti idarə etdi. E.ə. VI əsrdə yerli Əhəmənilər sülaləsi çevriliş yolu ilə hakimiyyətə gəldi. Lakin sonra Azərbaycan türk Aturbatilər, Arsaklılar sülalələri bir-birini hakimiyyətdə əvəz etdi, mərkəzi bölgəsi Azərbaycan olmaqla Parfiyalılar hakimiyyətə gəldi, onları eyni ərazidə Sasanilər əvəz etdi. “Sasani dövləti, imperiyası” deyib şişirtməyə ehtiyac yoxdur. Sasanilər, sadəcə, Azərbaycan dövlətçilik ənənəsini davam etdirdi. Sasanilər sonra Arrana (Albaniyaya), İberiyaya hücum etdi. Uzunmüddətli müharibələrdən sonra Sasani dövləti 262-ci ildə Arranı da nüfuz dairəsinə daxil etdi [16]. Lakin Arran daxili müstəqilliyini saxladı, yerli Arsaklılar sülaləsi hakimiyyətdə qaldı. Azərbaycanın hər iki hissəsi müəyyən şərtlərlə Sasanilərin təsiri dairəsinə daxil oldu. Bu Azərbaycanın inkişafını ləngitsə də, onun iki hissəsinin – Adərbayqan və Arranın iqtisadi və mədəni cəhəddən yaxınlaşmasına şərait yaratdı.
 
Bu dövrdə Arran əraziləri uğrunda Roma da mübarizə aparır, Sasaniləri oradan çıxarmağa çalışırdı. IV əsrdə Roma imperiyası ilə Sasanilər arasında Arran və İberiya uğrunda müharibələr baş verdi. IV əsrin əvvəllərində Arran (Albaniya) ərazilərinin bir hissəsi Romanın təsir dairəsinə keçdi. Sasanilərlə Roma arasında 359-cu ildə Amid (Türkiyənin Diyarbəkir vilayətində) yaxınlığında növbəti döyüş oldu, Sasani hökmdarı II Şapur qalib gəldi. Bu döyüşün nəticəsi olaraq, Arranın zəbt edilmiş əraziləri, Arsak, Naxçıvan, Kaspiana və s. vilayətləri geri qaytarıldı. Roma mövqeyindən geri çəkilmədi, 371-ci ildə Dzirav düzündə (Türkiyənin Ağrı vilayətində) yeni döyüş oldu. Dzirav döyüşündə öz qoşunları ilə Sasanilər tərəfində iştirak edən Arran hökmdarı Urnayr (313-371-ci illər) yaralandı. Roma qalib gəldi və Arranın Uti, Sakaşen, Girdman və Kolt (qərb əraziləri) vilayətlərini ələ keçirdi. Roma və Sasanilər arasında aparılan danışıqlardan sonra 387-ci ildə sülh müqaviləsi imzalandı, müqavilənin şərtlərinə görə Dzirav döyüşündə itirilmiş ərazilər Arrana (Albaniyaya) qaytarıldı [9, s.35-36;14]. Bu vəziyyət təqribən VII əsrə kimi davam etmişdir.
 
Strateji əhəmiyyətə malik olan Arrana Sasanilər xüsusi əhəmiyyət verirdilər. Sasanilər şimaldan türk tayfalarının regiona gəlməsi, orada türk əhalisinin artıb güclənməsindən narahat idi. Dərbənd keçidini bağlamaq, nəzarətdə saxlamaq istəyi də bu qorxu ilə bağlı idi. Dərbənd torpaq istehkamı II Yezdəgirdin (438-457) dövründə tikilmiş, VI əsrdə daş divarlarla əvəz edilmişdir. [22, s.48-55]. Albaniyanın əhalisinin gücü və dövlətin vəsaiti hesabına inşa edilən istehkam Xəzər dənizinin içərilərinə doğru irəliləyirdi. 
Azərbaycan xalqı Sasanilərin hakimiyyətini qəbul etmir, çıxışlar edir, üsyan qaldırırdı. Belə üsyanlardan biri 450-ci ildə baş verdi, geniş vüsət aldı, lakin sonda məğlub oldu. Yeni üsyan dalğası 457-ci ildə alban hökmdarı II Vaçenin başçılığı ilə baş verdi. Üsyançılar Dərbənd qalasını ələ keçirdi, Dağıstanda yaşayan tayfalarla ittifaqa girdilər. Hunların da qoşulduğu üsyan bir il davam etdi, amma sonda amansızlıqla yatırıldı. 463-cü ildə Arranda yerli sülalənin hakimiyyəti  ləğv olundu və ölkəni Sasani canişini – mərzban idarə etməyə başladı [1]. 487-ci ildə Arranda Arsaklılar sülaləsinin sonuncu nümayəndəsi III Mömin Vaçaqan hakimiyyətə gəldi, yerli sülalənin hakimiyyəti bərpa edildi. 510-cu ildə Arsaklı sülaləsi hakimiyyətinə son qoyuldu. Həmin vaxtdan 628-ci ilə qədər ölkəni Sasani canişinləri idarə edirdi.
 
Yeni eranın III-V əsrlərində Azərbaycanın ictimai-iqtisadi həyatında əhəmiyyətli dəyişikliklər baş verdi, yeni mülkiyyət formaları yarandı, iqtisadiyyatda irəliləyişlər oldu. Getdikcə maddi marağı söndürən icma torpaq sahibliyi dağılır, o torpaqlar baş mülkiyyətçinin ixtiyarından xüsusi şəxslərin əlinə keçirdi. Xüsusi şəxslərin əlinə keçən torpaq mülkiyyəti feod (latın dilində “əmlak”, “mülk”) və ya len (alman dilində “hədiyyə”) adlanırdı [19].
 
Feodallaşma prosesi torpaq mülkiyyətinin xarakterini dəyişdirdi. Əgər əvvəlki dövrdə torpaq dövlətin və əyanların mülkiyyəti idisə, indi torpaqların bir hissəsi feodalların əlinə keçdi. Bu torpaqlar xidmətinə görə bağışlanır, xüsusi feodal torpaq mülkiyyəti iki yolla formalaşırdı:
1) Feodalın şəxsi mülkü olan torpaq üzərində irsi mülkiyyəti dastakert (pəhləvi dilində “əl” (dəst) və “yer” (kert) sözlərindən ibarətdir) adlanırdı.
2) Şərti torpaq mülkiyyəti xostak (pəhləvi dilində “bağışlanan” demək idi) [3, s.72.]. Bu forma hakim sinfin nümayəndələrinə, xüsusilə hərbçilərə xidməti müddətində dövlət tərəfindən müvəqqəti istifadə üçün torpaq verilməsi yolu ilə yaranırdı. 
 
Feodallar iki qrupa- dünyəvi və  ruhani təbəqələrə bölünürdü. Dünyavi sahibkarlar da öz növbəsində iri və xırda feodallara bölünürdülər. İri feodallara patriklər, xırda feodallara isə azatlar deyilirdi. Ruhani feodallar təbəqəsini Adərbayqanda Zərdüşt kahinləri, Arranda isə əvvəllər bütpərəstlik dini kahinləri, sonralar isə xristian kilsəsi xadimləri təmsil edirdilər. Feodal münasibətlərinin əsasını feodalın torpaq üzərində tam və kəndli üzərində tam olmayan mülkiyyəti təşkil edirdi [25].
 
Azərbaycanda bu dövrün bəzi fərqli cəhətləri olmuşdur. Onlardan ən vacibi kimi qeyd edilməlidir ki, Şərq ölkələrində olduğu kimi, Azərbaycanda da təhkimçilik hüququ tətbiq edilməmişdir. Bu da feodalların xüsusi təsərrüfatlarının zəif inkişafı və ya heç olmaması ilə əlaqədar idi. Arranda feodal münasibətləri mənbələrə görə IV əsrdə formalaşmışdır. Bu dövrdə əhalinin sosial tərkibini hakimlər, azatlar, ruhanilər, vergi verən kəndlilər və sənətkarlar təşkil edirdi [25].
 
Arran dövləti III-V əsrlərdə bir sıra vilayətlərə bölünürdü. Onlardan Çola (Çori), Şəki, Lipina, Girdman, Uti və Paytakaranı (Beyləqan) göstərmək olar. Onlar bir-birindən dağlar, çaylar və başqa təbii sərhədlərlə təcrid olunmuş ərazi idilər. Çola indiki Dərbənddən Beşbarmaq dağına qədər Kaspi dənizi boyunca uzanan ərazini tuturdu. Bura Alban qapıları adlanırdı. Albaniyanın şimal-qərbində dağlıq Şəki vilayəti, Çola ilə Şəki arasında Lipina yerləşirdi. Albaniyanın paytaxtı Qəbələ şəhərində yerləşirdi. Girdiman, mərkəzi Bərdə olan Uti vilayətləri geniş ərazini əhatə edirdi. Paytakaran vilayəti Mil düzünün və Muğanın bir hissəsini əhatə edirdi [24, s.157-178]. Təxminən həmin vaxtdan hər iki ərazi birlikdə Adərbayqan adlandırılırdı [2, s.215].
 
Yeni eranın ilk əsrlərindən dəyişikliklər dini, ideoloji sahədə də baş verirdi. Regionda hakim olan zərdüştlüklə yeni yaranan xristianlıq arasında mübarizə gedirdi. Yeni dini təşəbbüslərdən biri maniçilik adlanırdı. Bu dini təlim zərdüştlük və xristianlıqdan müəyyən cəhətləri götürməklə dünya dininə çevrilmək iddiasında idi. Bu təlim öz banisi Maninin (216-277) adı ilə adlanırdı. Bu təlimə görə maniçilik ümumi bir din olmalı və bütün mövcud dinləri əvəz etməli idi. İlk dövrlərdə hakim zümrəyə qarşı çevrilməyən bu təlim sonradan hakim təbəqə əleyhinə narazılığı əks etdirirdi. Ona görə də Mani 277-ci ildə edam olundu, amma onun təliminin təsirləri qaldı [23, s.19-20]. IV əsrdə Arranda xristianlıq xeyli dərəcədə yayıldı, 313-cü ildə yerli hökmdar Urnayr (313-371-ci illər) tərəfindən rəsmi din olaraq qəbul edildi. Xristianlığın regiona gəlməsi ilə bağlı bir actual məsələ xüsusi qeyd olunmalıdır. IV əsrdə bütün albanlarla birlikdə Sisakan (Zəngəzur) əhalisi də xristianlığı qəbul etdi. Burada hakim sisakanlar sülaləsinin nümayəndələri “saklı” və yaxud “səhl” adını daşıyırdılar. Onların ən məşhur nümayəndəsi Səhl (Saklı) ibn Sunbat idi. Ərəblərin gəlişindən sonra Sisakanın xristian hakimlərini ərəblər “məlik” adlandırdılar. Səhl ibn Sunbat da məlik idi [7, s.165].
 
Bir müddət sonra, V əsrin 80-ci illərində başlanmış məzdəkilər hərəkatı sosial ədalətsizliyə  qarşı çevrilmişdi. Bu hərəkatın başında Məzdək dururdu. Hərəkatın başçısı Məzdək öz fikirlərini Həmədanda yaymağa başlamışdı. Məzdək Maniliyin və Zərdüştliyin bəzi cəhətlərini ön plana çəkməklə inkişaf etdirdi. O, nemətləri bərabər bölüşdürməyi təbliğ edirdi. Sasani hökmdarı I Qubadın zamanında Məzdək atəşpərəstlik məbədlərinin birinin kahini, sonra isə dövlətin baş kahini olmuş, Möbidlər-möbidi (yaxşıdan-yaxşı) adlandırılmış, onun tərəfdarları isə mühüm dövlət vəzifələrinə təyin olunmuşdular. Kahinlərin və əyanların iqtisadi-siyasi iddialarına son qoyduqdan sonra I Qubad Məzdəklə ittifaqdan imtina etdi. Atası I Qubadın yerinə hakimiyyətə gəlmiş  Xosrovun əmri ilə Məzdək və onun yaxın adamları 529-cu ildə  edam edildi,  onun məsləkdaşları Azərbaycanın şimalına, 
Orta Asiyaya və başqa ölkələrə dağıldılar [21, s.114-115].
 
Bu dövrdə Azərbaycanda türk əhalisinin mövqeyi daha da güclənir, müxtəlif istiqamətlərdən ərazimizə kütləvi şəkildə yeni türk tayfaları, soyları daxil olurdu. Yeni eranın ilk əsrlərindən başlayaraq hun, xəzər tayfaları Arrana gəldilər. Bu vaxt həmin tayfalar gəlir və bir müddətdən sonra ərazini tərk edirdilər, lakin hər dəfə onların müəyyən hissəsi qalır, məskunlaşırdı. V əsrdə hunların yürüşləri kütləvi xarakter aldı. Hunların tərkibində gələn oğuzlara aid kəngərlər Naxçıvan və indi Ermənistan deyilən ərazilərdə Kəngər vilayəti yaratmışdır [13, s.19] Dərbənd yaxınlığında savar, avar, xəzər, bulqar və sairlərdən ibarət 13 türk tayfası yerləşmişdi, onlar hunların ardınca Arranın içərilərinə daxil olur, məskunlaşırdılar [17, s.16] Gəncə tərəflərdə hun-savir tayfaları yerləşmiş, Kür-Araz arası hun (türk) ölkəsinə çevrilmişdi, hunların türk adlı böyük bir qolu Muğanda yerləşmişdi, [5, s.415] Beyləqan və Varsana (təxminən Ordubad ərazisində şəhər və vilayət) ərazilərində, Araz vadisində türk dili geniş yayılmışdı [20, s.179-181].
 
VI əsrə qədər türk tayfaları əsasən “hun” adı ilə tanınırdı, VI əsrin ortalarında “türk” adı ümumiləşdirici termin kimi işlədilməyə başladı. Göy türklər ilk dəfə bu adı rəsmi dövlət ünvanı olaraq təqdim edib. Onlardan sonra bu ad müxtəlif türkdilli tayfalara, xalqlara aid edilib. Göytürk hökmdarı İstəmi xaqan  (552 – 576-cı illər) Orta Asiyanın şərqində hakimiyyətini qurmuşdu, o, 567-ci ildə qərbə doğru hərəkət edərək, Azərbaycanın şimal torpaqlarına, Arrana daxil oldu, Dərbəndə qədər getdi, lakin bu ərazilərdə möhkəmlənə bilmədi, geriyə, Orta Asiyaya, Amu-Dərya çayının şərq sahillərinə qayıtdı [11, s.93]. İki il davam edən bu yürüş zamanı göytürklərin bir hissəsi Azərbaycanda, Cənubi Qafqazda qaldı. (Göytürk və ya Türk xaqanlığı 552-774-cü illərdə Mərkəzi Asiya və Çinin bir hissəsini əhatə etmiş türk dövləti olub. Paytaxtı indiki Qırğızıstanın Çuy vilayətində yerləşən Suyad şəhəri idi, hazırda xarabalıqları qalıb. Müəyyən dövrlərdə bu dövlətin sərhədləri Qara dənizin şimalı, Krım və Qafqaza çatırdı. Daxili mübarizə nəticəsində VIII əsrin əvvəllərində Qərbi və Şərqi Türk xaqanlıqlarına bölündü. Qərb xaqanlığı xəzərlərə məğlub oldu, onların ərazilərində Xəzər xaqanlığı yarandı, Şərqi Türk xaqanlığının yerində isə Uyğur dövləti yarandı. Bu dövrə aid ilk məlum olan türk yazılı abidələri, Orxon-Yenisey yazıları aşkar edilib. Bu yazılar runi yazı sisteminə aid edilib. Runi yazılardan I-XII əsrlərdə İsveç, Norveç, Danimarka, İslandiyada da istifadə olunub. “Runi” sözü qədim Avropa dillərində “sirr”, “sirli pıçıltı” mənasını verir. Bu yazılar Türk – Skandinaviya əlaqələrinə əlavə sübut ola bilər.)
 
Yeni eranın ilk əsrlərindən başlayaraq Azərbaycan türk dili bütün Qafqazda və Yaxın şərqdə ümumi danışıq, ünsiyyət vasitəsinə çevrilmişdi [5, s.438]. Bu dildə yaradılan yazılı mənbələr hələki geniş variantda aşkar edilməyib, lakin şifahi ədəbiyyat nümunələri yaradıldığı məlumdur. “Oğuznamələr” adı ilə tanınan bu möhtəşəm əsərlər hunların dövründən başlayaraq türklərin tarixinə dair qiymətli məlumatlar verir. Oğuznamələr türklərə dair irili-xırdalı bütün əsərləri əhatə edir. Onların içərisində ən möhtəşəmi “Dədə Qorqudun kitabı”dır. Bu əsərin tam adı “Kitabi Dədəm Qorqud ala-lisani-taifeyi-oğuzan”şəklindədir. Burada işlədilən “oğuz” adı səlcuq oğuzlarına deyil, çox-çox əvvəllərə aiddir [5, s. 438].
 
“Oğuznamə”lərə görə, Oğuz xaqanın 6 oğlu olub – Gün, Ay, Ulduz, Göy, Dağ, Dəniz. Hər oğlundan 4 nəvəsi, cəmi 24 nəvəsi olub. Onların hər biri öz boyunu, elini yaradıb, beləliklə, bu 24 boy türk dünyasını təmsil edib. Bu oğuz türkləri, qeyd etdiyimiz kimi, ən azından e.ə IV-III əsrlərdən etibarən hərbi-siyasi meydanda olub. Onlardan əvvəlki qədim türklərlə bağlı məlumatları başqa mənbələr verir.
 
Göy xanın oğlu Bayatın boyu, nəsli əsas soylardan biri olub. Onların məşhur rəhbəri Bayandır (Bayındır) xan dastanlarda aparıcı şəxsdir [12, s.XXXVIII]. Əksər tətqiqatçılar hesab edir ki, “Dədə Qorqud” dastanında baş verən hadisələr Azərbaycan ərazilərinə - Gəncə, Bərdə, Naxçıvan, Göyçə, Dərbənd, Qazlıq (Qafqaz) dağı və digərlərinə aiddir [6, s.19]. Bu dastanlarda əcdadlarımızın səfər etdikləri yerlər Rum eli, İstanbul, Trabzon, Qara dəniz sahilləri idi [5, s.442].
 
“Dədə Qorqudun kitabı” əsərindəki Dədə Qorqudun tarixi şəxsiyyət olduğu, Bayat elindən olduğu əksər tədqiqatçılar tərəfindən qəbul edilir. Onun yaşadığı dövrlə bağlı müxtəlif fikirlər səsləndirilir, onun e.ə IV-III əsrlərdə, yaxud y.e VI-VII əsrlərində yaşadığına dair iddialar mövcuddur. Əsərdə baş verən hadisələri, yer, şəxs adlarını əsas götürsək Dədə Qorqudun eradan əvvəlki dövrdə yaşadığı, dastanın həmin dövrdən başlayaraq tədricən formalaşdırıldığı şübhə doğurmamalıdır. Dastan müəyyən dövrlərdə yazıya köçürülmüşdür, onun bir hissəsinin, “Təpəgöz boyu”nun VI əsrdə fars dilində yazıya alınmış variantı Sasanilərin saray kitabxanasında olub [5, s.440]. Dastan şəklində Azərbaycan türkcəsində ilk dəfə yazıya isə 1074-cü ildə köçürülüb [5, s.447].
 
Sasanilərlə Romanın varisi Bizansın müharibələrinin yeni mərhələsi 603-cü ildə başladı. Nisbi üstünlüklə keçən müharibə 623-cü ildə genişləndi. 629-cu ildə Bizansla Sasanilər arasında sülh müqaviləsi imzalandı. Sülhə görə Arran Sasanilərin təsiri altında qaldı, İberiya Bizansın nəzarətinə keçdi [10, s.51].
 
Sasanilərin uzun sürən müharibələrdə zəifləməsi Arranda müstəqillik meylini gücləndirdi. VI-VII əsrin əvvəllərində Parfiyalıların Arsaklılar nəslindən olan Mehranilər sülaləsinin idarə etdiyi Girdiman dövləti yarandı. Onun yaradıcısı II Xosrovun qohumu Mehran idi. Öz atası IV Hörmüzün (579-590) qatillərinə divan tutan Xosrovun intiqamından canını qurtarmağa çalışan Mehran 591-ci ildə qaçıb Arrana gəlmiş və özü ilə 30000-ə yaxın ailə aparmışdı. O, Xəzərlərin torpağına gedib onlara qoşulmaq istəyirdi.
 
Xosrov başa düşürdü ki, Mehran xəzərlərlə birləşsə, böyük bir təhlükə yaranacaq, ona görə də Xosrov aşağıdakı məzmunda bir məktub göndərir: «Qardaşım, mənim sadiq qardaşım, düşmən olub məndən uzaqlaşma. Əgər mənimlə bir yerdə yaşamaqdan xoşun gəlmirsə, bu məktub sənə çatanda nə qədər yol getmişsənsə, ölkədə yaşamaq üçün bir o qədər torpaq götür».
 
Musa  Kalankatlının dediyinə görə, Mehran  qasidin ona çatdığı -Girdmanda dayandı və orada Mehrabad şəhərinin əsasını qoydu. Sonra Mehran Girdman vilayətindən şimala getdi, onun 12 hakimini hiylə ilə öz yanına çağırdı və qılıncdan keçirib ölkəyə sahib oldu [4]. 628-ci ildə Bərdəni tutan Mehranilər onu özlərinə paytaxt etdilər və az sonra bütün Arranı idarə etməyə başladılar [8, s.206]. Bununla Arranın müstəqilliyi tam bərpa edildi.
 
Ədəbiyyat:
1. Albaniyanın siyasi tarixinin əsas məsələləri.- kayzenşaz/blog/Azərbaycan-tarixi/24456/albaniyanın-siyasi-tarixinin-əsas-məsələləri.html.
2. Azərbaycan tarixi, I cild (Z. Bünyadov və Y. Yusifovun redaktəsi ilə). Ali məktəblər üçün dərslik. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994.
3. Azərbaycan tarixi. Mühazirələr toplusu. Bakı, 2014.
4. Kalankatlı, II, 17.
5. Kazımov Q. Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər). Bakı, “Təhsil”, 2003.
6. Kitabi-Dədə Qorqud. Bakı, 1988.
7. Qeybullayev Q.A. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994.
8. Məmmədova F. Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası. Bakı, “Elm”, 1993.
9. Məmmədov F. Azərbaycan tarixi (izahlı xronologiya). Bakı, “Elm və təhsil”, 2010.
10. Nuriyeva İ. Azərbaycan tarixi (ən qədim dövrlərdən zəmanəmizədək). Bakı, “Elm və təhsil”, 2019.
11. Özbək R. Türkün qızıl kitabı. Bakı, “Alatoran”, 1992.
12. Şaik. O.G. Dedem Korkudun kitabı. İstanbul, 1973.
13. Voroşil Q. Qafqaz Albaniyası. Bakı, “Öyrətmən”, 1993.
14. Albania.- Encyclopaedia Iranica.- iranicaonline.org/articles/Albania-iranian-aran-arm.
15. Frye R.N. (1983). “The political history of Iran under the Sasanians”. In Yarshater, Ehsan (ed). The Cambridge History of Iran. Vol 3. Cambridge University Press.
16. Zardabli I. The History of Azerbaijan. From ancient times to the present day.- London, 2014, s.61-74.- books.google.az/books?id=bNsEBwAAQBAJ &printesec =copiryght&redir_ esc=y#v=onepage&f=false.
17. Артаманов М.И. История хазар. Ленинград, изд-во Гос.Эрмитажа, 1962.
18. Ат-Табари, Абу Джафар, Мухаммад ибн Джарир. История пророков и царей. Избранные отрывки. Ташкент, Фан, 1987.
19. Большая российская энциклопедия 2004-2017.- old.bigenc.ru/world_history/ text/4708752.
20. Буниятов З.М. Азербайджан в VII – IX в в. Баку, изд-во АН Азербайджан. ССР.
21. История Ирана/отв. ред. М.С.Иванов. Москва, Изд. МГУ, 1977.
22. Кудрявцев А.А. Город, не подвластный векам. Махачкала, Даг. кн. изд-во, 1976.
23. Смагин Е.Б. Манихейство: по ранним источникам.- Москва, Восточная литература, 2011.
24. Тревер К. Очерки по истории и культуре Кавказской Албании: IV в. до н.э.- VII в. н.э.- АН СССР, Москва-Ленинград, 1959-01-01, s.157-178.- books.google.az/books?id=IJHHDQAAQBAJ&printsec=frontcover&dq=азербайджан+в+раннем+средневековье&hl=ru&sa=X&ved=2ahUKEwi-zdr30JTsA..
25. Установление феодальных отношений в Азербайджане и его особенности.- dzen.ru/media/landoffire/ustanovlenie-ifeodalnyh-otnoshenii-v-azerbaidjane-i-ego-osobennosti-60621a147f1b9b454e8eb398.
 
Oxşar xəbərlər
16:27, Bu gün
Hindistanın baş naziri Moskvada Putinlə görüşdən sonra Kiyevə yollanacaq
16:20, Bu gün
Bu tarixdə Bakıda 10 günlük karantin olacaq?
16:12, Bu gün
Şəkidə 4 tondan artıq çətənə kolu məhv edildi
16:05, Bu gün
Sel bir kəndin yolunu uçurdu, giriş-çıxış bağlandı - FOTO
15:58, Bu gün
Torpaq sürüşməsi Şamaxı sakinlərini təhlükəli vəziyyətdə qoydu: "Evlərimiz gedir, baxan yoxdur!" - VİDEO
15:51, Bu gün
Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu
15:44, Bu gün
Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO
15:37, Bu gün
"Almaniya Avropa İttifaqında liderliyini itirir" - "The Economist"
15:30, Bu gün
Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı
15:23, Bu gün
Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO
15:16, Bu gün
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı
15:09, Bu gün
Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi
15:02, Bu gün
Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?
15:00, Bu gün
Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO
14:55, Bu gün
Deputatlığa namizədlərin sayı AÇIQLANDI
14:48, Bu gün
Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?
14:41, Bu gün
Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi
14:38, Bu gün
Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?
14:33, Bu gün
Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR
14:26, Bu gün
Kamilə toy tarixini açıqladı
14:19, Bu gün
“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib
14:12, Bu gün
Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?
14:05, Bu gün
Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış
13:57, Bu gün
Nazirləri "mavi" olan ölkənin şeytan şousu - Dinlər belə ələ salındı - FOTO/VİDEO
13:50, Bu gün
Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR
13:44, Bu gün
Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir" - FOTO
13:38, Bu gün
Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO
13:32, Bu gün
Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi
13:25, Bu gün
İlansancmaları zamanı zərdab tapılmır? - "Ölkədə istehsalı gözlənilir"
13:18, Bu gün
"Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub" - Cavanşir Feyziyev
13:11, Bu gün
Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO
13:04, Bu gün
“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir
12:58, Bu gün
Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı
12:53, Bu gün
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
12:48, Bu gün
"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:42, Bu gün
Bazar gününün HAVA PROQNOZU açıqlandı
12:35, Bu gün
Açılış mərasimində oyunların emblemi olan bayraq tərs qaldırıldı - VİDEO
12:32, Bu gün
Azərbaycan idmançısı Paris-2024-ə məğlubiyyətlə başladı
12:28, Bu gün
"İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın" - Fazil Mustafa
12:22, Bu gün
Paşinyan yeni diaspor yaradır - ŞƏRH + FOTO
12:17, Bu gün
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?”- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR
12:16, Bu gün
Ağcabədidə son 1 ayda narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
12:12, Bu gün
Ağadadaş Ağayevin son durumu açıqlandı: “Əgər səhhəti əl versə...”
12:08, Bu gün
“Fitch Ratings”dən Azərbaycanın dövlət borcu ilə bağlı PROQNOZ
12:05, Bu gün
Ayaq qoxusunu yox etmək üçün 5 SADƏ ÜSUL
12:02, Bu gün
Həmin hədəflər vurulacaq: Azərbaycan xəbərdarlıq etmişdi
11:59, Bu gün
Dəhşətli qətlin təfərrüatları: “Arvadının başını kəsib özü ilə apardı”
11:56, Bu gün
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır
11:54, Bu gün
Qida mütəxəssisi həyəcan TƏBİLİ ÇALIR: “Evdə düzgün konserv olunmayan meyvə və tərəvəzlər zəhərlənməyə, ölümə səbəb olur”
11:48, Bu gün
“Pezeşkian soydaşlarımızın bu tələbini  tamlığı ilə yerinə yetirməyəcək...”
11:45, Bu gün
Nigarla Mehin kimə söz atır?
11:42, Bu gün
Tramp prezident seçilərsə…
11:41, Bu gün
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
11:40, Bu gün
Soyuq duşun FAYDALARI- Əzələlərin bərpası, stress... 
11:38, Bu gün
Bu giləmeyvə insanı xərçəngdən qoruyur
11:36, Bu gün
İranın yeni seçilən prezidenti sabah and içəcək
11:35, Bu gün
İxtisas seçimi bu tarixdə BAŞLAYIR
11:31, Bu gün
“Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam” - FOTO
11:30, Bu gün
“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
11:25, Bu gün
Cavanşir körpüsü ərazisindəki yol nə vaxt hazır olacaq? - VİDEO
11:21, Bu gün
Noyabrda Bakıda toylar keçirilməyəcək? - VİDEO 
11:19, Bu gün
Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib - Şərtlər açıqlandı
11:15, Bu gün
Kəlbəcərə ilk dəfə infotur təşkil edildi - FOTOLAR
11:14, Bu gün
Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib
11:07, Bu gün
FHN əhaliyə müraciət etdi
11:00, Bu gün
Bu xidmət Şəkidə PULSUZ OLDU 
10:52, Bu gün
"Real" 16 yaşlı argentinalı futbolçunu transfer edir
10:47, Bu gün
Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?
10:45, Bu gün
Azərbaycanda daha hansı banklar bağlanacaq?
10:41, Bu gün
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
10:39, Bu gün
Taksilərin zolaq PROBLEMİ - Sürücülər yeni cərimələrdən NARAZIDIR - VİDEO
10:35, Bu gün
Bakıda xanım sürücünün maşınından içi dolu çantası oğurlandı - HADİSƏ ANI
10:32, Bu gün
"Marketlərdə anarxiya var, xurmaya qurd düşürsə, demək..." - Ekspert
10:29, Bu gün
Bu məmurlar istefa verəcək - İcra başçısı, səfir..
10:24, Bu gün
Xərçəngsən dedilər, ağciyərindən bibər çıxdı
10:15, Bu gün
Arazdəyənin üzərində Bayrağımız dalğalanır - FOTO
10:15, Bu gün
Dadlı meyvə salatını necə hazırlayaq? - SADƏ ÜSUL
10:11, Bu gün
“Pompeonun Ukraynadakı müharibəni bitirmək üçün 500 milyardlıq planı ən real plandır...”
10:09, Bu gün
PSJ "Barselona"nın bu futbolçunu almasına imkan verməyəcək
10:02, Bu gün
Abşeronda bir azyaşlı körpə hovuzda boğulub
09:56, Bu gün
"Ermənistan Hindistandan bu ölkə üçün silah alır"
09:49, Bu gün
Bəzi bölgələrə leysan yağıb - FAKTİKİ HAVA
09:43, Bu gün
Bakiç “Şamaxı”da
09:37, Bu gün
Yeddinci mərtəbədən yıxılan azyaşlı sağ qaldı
09:30, Bu gün
Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb
09:22, Bu gün
“Google” erası başa çatır - "OpenAI" yeni axtarış sistemini işə salır
09:14, Bu gün
“Harris qalib gəlsə, III Dünya müharibəsi baş verəcək”
09:07, Bu gün
3 arvadı var, gənc xanım saxlayır - Xalq artistinin gəlinindən şok iddia - VİDEO
09:00, Bu gün
Məşhurlardan biri balta ilə hədə-qorxu gəldi - FOTO
08:49, Bu gün
Paşinyan Bakıya “səfəri”ndən niyə şou düzəldir?
08:37, Bu gün
Azərbaycan bazarını ələ keçirən Çin avtomobilləri: Üstünlükləri nələrdir?
08:28, Bu gün
Zeytun belə yeyildikdə “zəhər”ə çevrilir
08:19, Bu gün
Qəhvəni bu saatlarda içməyin – DİQQƏT!
08:17, Bu gün
Sərxoş "FSB" agenti Paris Olimpiadasında törədəcəyi  təxribatdan danışdı...-VİDEO
08:11, Bu gün
İtaliya 10 il fasilədən sonra BUNU ETMƏYİ PLANLAŞDIRIR 
07:59, Bu gün
Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ
07:53, Bu gün
Alimlər ilk görüşlərdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar
07:41, Bu gün
Niyə kənd yumurtası?
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
GÜNLÜK
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 18:25
Kreditlə bağlı yenilik - Zamin tələbi ləğv olunur?
26 Jul 2024 | 17:06
Keçmiş məmurun oğlu dənizdə batdı - FOTO
26 Jul 2024 | 17:18
İrəvana davam edən hərbi yardımlar: Ermənistanı müharibəyə hazırlayırlar -TƏHLİL + FOTO
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
AYLIQ
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 18:25
Kreditlə bağlı yenilik - Zamin tələbi ləğv olunur?
26 Jul 2024 | 17:06
Keçmiş məmurun oğlu dənizdə batdı - FOTO
26 Jul 2024 | 17:18
İrəvana davam edən hərbi yardımlar: Ermənistanı müharibəyə hazırlayırlar -TƏHLİL + FOTO