Arranda (Albaniyada) davam etdirilən dövlətçiliyimiz...-Akif Nağıdan tariximizə fərqli baxış...
Oxunub: 2331
29 Mar 2024 | 21:33
Arranda (Albaniyada) davam etdirilən dövlətçiliyimiz...-Akif Nağıdan tariximizə fərqli baxış...
“Əsas məsələ ondan ibarətdir ki, hələlik əldə olan məlumatlara görə, Azərbaycanın Arran (Albaniya) bölgəsinin qədim tarixini e.ə. I minilliyin ortalarına qədər apara bilirik. Həmin dövrdə burada dövlət yarandı və inkişaf etdi...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
 
(Əvvəli burada:)
 
Arranda (Albaniyada) davam etdirilən dövlətçiliyimiz... -X mövzu
 
Arranda (Albaniyada) klassik dövlət ənənələrinin yaranması...
 
Adərbayqanla eyni vaxtda Azərbaycanın Araz çayından şimala doğru ərazilərində digər dövlətimiz- Arran (Albaniya) dövləti mövcud idi. Bu dövlətin eradan əvvəlki dövrü ilə bağlı məlumatlar çox azdır. Bəzi mənbələrdə bu ərazidə çox qədimdən dövlətin, tanınmış hökmdarların olması ilə bağlı işarələr vardır. Məsələn, Azərbaycan tarixçisi Musa Kalankatlı burada “alban” adlı tayfaların qədim dövrlərdən yaşadığını, onların hökmdarlarının Nuh peyğəmbərin (e.ə. III minilliyin birinci yarısı, bəzi məlumatlara görə, e.ə. IV minilliyin birinci yarısı) oğlu Yafəsin nəslindən olduqlarını iddia edir, 40 hökmdarın adını çəkir. Onlardan təxminən eradan 1700 il (bəzi mənbələrdə 2100 il) əvvəl, İbrahim peyğəmbərin dövründə yaşamış Aran, ondan sonrakı dövrlərə aid Ərbaq, Cavan, Sur, Əmbək, e.ə. XI-X əsrlərdə, Davud peyğəmbərin dövründə yaşamış Borc, daha sonra Xoy, Cavanşir və digərlərinin adlarını çəkir [2, V fəsil]. M. Kalankatlının və digər müəlliflərin fikrinə görə, yeni eranın əvvəlinə qədər Arranda (Albaniyada) bu şəcərənin nümayəndəsi Aranın adına bağlanan Aranlılar sülaləsi hakimiyyətdə olub. Bu sülalənin yuxarıda qeyd olunanlardan başqa, rəsmi mənbələrdə təsdiq olunan nümayəndələri, demək olar ki, məlum deyil. E.ə. I əsrdə Romalıların hücumları ilə bağlı adları çəkilən və Aranlılar sülaləsinə aid edilən Oroys, Kozis, Zober haqqında məlumatlar mövcuddur. O da aydındır ki, onların adları Roma mənbələrində dəyişikliyə uğramış, təhrif olunmuşdur. Arran (Albaniya) dövlətinin e.ə. IV əsrdən etibarən mövcud olduğu məlumdur, lakin həmin vaxtlarda dövlətin quruluşu, konkret fəaliyyəti, idarəetmə sistemi, hökmdarları ilə bağlı məlumatlar hələlik yox dərəcəsindədir.
 
Dövlətimizin həmin dövrü ilə bağlı kifayət qədər zəngin arxeoloji materiallar vardır. Şəmkir rayonunun Qaracəmirli kəndi yaxınlığında son dövrdə aparılan qazıntılar nəticəsində e.ə. VI-IV əsrlərə aid saray qalıqları, yaşayış məskəni aşkar edilib. Burada 1000 kv metrdən artıq ərazidə çoxlu sayda maraqlı nümunələr əldə edilib [5]. Mingəçevirdə aşkar edilmiş arxeoloji nümunələr burada, Arranda yaşayan əhalinin madaylarla əlaqələrindən, həyat və məişətlərinin yaxınlığından xəbər verir. Orada tapılan e.ə. V əsrə aid üzük-möhürlər dövlətin yüksək səviyyəsini, iqtisadiyyatın inkişaf etdiyini göstərirdi [11, s.54]. Qəbələ rayonu Yaloylutəpə ərazisində aşkar edilən arxeoloji materiallar Arranın (Albaniyanın) e.ə. III-I əsrlərə aid tarixinə dair qiymətli məlumatlar verir. Buradakı tapıntılardan qəbirlər daha dəqiq faktlarla zəngindir. Məlum olur ki, insanlar həmin qədim dövrdə xüsusi qaydada, böyrü üstə dəfn olunurdu. Qəbirlərdən tapılmış dəmir bıçaqlar, oraqlar, kirkirələr, xəncərlər, nizələr, oxlar, qızıl sırğa və üzüklər, su və yemək qabları və sair dövlətin siyasi, hərbi, iqtisadi gücünü, inkişaf səviyyəsini göstərirdi [12]. Bu və digər materialların əsasında tədqiqatçıların əksəriyyəti hesab edir ki, Arran (Albaniya) dövləti e.ə. IV-III əsrlərdə meydana gəlmiş, formalaşmışdır.
Herodotun “Tarix” kitabında (e.ə. V əsr) albanların adı çəkilmir, yalnız onlara qohum olan kaspilərdən, onların sakların qonşuğunda yaşadıqlarından bəhs olunur [8, s.92-93]. Böyük ehtimalla, Herodot “kaspi” ifadəsi ilə Azərbaycanın şimal torpaqlarında yaşayan digər tayfaları, o cümlədən albanları da nəzərdə tuturdu. Albanların adı e.ə. IV əsrdə Makedoniyalı İsgəndərin regiona hərbi yürüşü ilə əlaqədar çəkilir. Makedoniyalı İsgəndəri müşayət edən hərbi səlnaməçilər göstərir ki, Əhəmənilərin hakimiyyətdə olduğu Azərbaycan dövlətinin qoşunlarının tərkibində Makedoniyalı İsgəndərə qarşı saklar, kadusilər, madaylarla yanaşı albanlar da çıxış edirdi [11, s.53]. Bu dövrdən başlayaraq albanlar hərbi-siyasi güc, öz dövlətinə malik xalq kimi regionun bütün vacib hadisələrində iştirak edir. Makedoniyalı İsgəndərin və ya onun varislərinin Arrana (Albaniyaya) daxil olmaları, özlərinə tabe etmələri haqqında heç bir məlumat yoxdur. Arran (Albaniya) haqqında geniş məlumat e.ə. I əsrdə Romalıların regiona müdaxiləsi ilə əlaqədar yunan müəllifi Strabonun “Coğrafiya” əsərində, hərbi salnaməçilərin yazılarında verilir. Onlar qeyd edirlər ki, Albaniya (Arran) artıq regionun hərbi-siyasi həyatında fəal iştirak edir, güclü mərkəzi hakimiyyətə, yaxşı silahlanmış orduya malik idi [11, s.58-59, 145].
 
Adərbayqanda olduğu kimi, Arranda (Albaniyada) da Parfiya dövləti e.ə. II-I əsrlərdə yerli sülalələrin hakimiyyətinə toxunmadı, ümumi idarəetmənin bu formasına üstünlük verdi, Arranlılar sülaləsi ölkəni, demək olar ki, tam müstəqil idarə edirdi. Yeni eranın I əsrindən isə parfiyalılar yerli sülalə ilə qohumluq əlaqəsinə görə tam yaxınlaşdılar və özlərinin Arsaklılar sülaləsinin kiçik qollarından birini Albaniyanın (Arranın) rəhbərliyinə göndərdilər. Alban-arsaklılar sülaləsi dövləti müstəqil şəkildə idarə edirdi. M. Kalankatlı bildirir ki, bu sülalənin ilk nümayəndəsi Sanatruk oldu. O, 63-cü ildə hakimiyyətə gəldi (IV əsrdəki Sanatrukla qarışdırmamalı.- A.N.). Onun hakimiyyətini I Cəsur Vaçaqan davam etdirdi. M. Kalankatlı kitabının başqa bir yerində alban-arsaklılardan ilk hökmdarın adını Aran olaraq yazır, onun Sisakan nəslindən olduğunu qeyd edir [2, s.26]. İlk baxışdan ziddiyyət kimi görünən bu yanaşma, əslində ziddiyyət deyil, müəllifin müxtəlif dövrlərdə hakimiyyətdə olmuş Azərbaycan sülalələrinin eyni adları daşıması, qohumluq əlaqələrinin olmasına diqqəti yönəltmək istəyindən irəli gəlir. Bu hallar diqqəti əsas məsələdən yayındırmamalıdır. Əsas məsələ isə ondan ibarətdir ki, hələlik əldə olan məlumatlara görə, Azərbaycanın Arran (Albaniya) bölgəsinin qədim tarixini e.ə. I minilliyin ortalarına qədər apara bilirik. Həmin dövrdə burada dövlət yarandı və inkişaf etdi.
 
Beləliklə e.ə. IV əsrin sonu—III əsrin əvvəllərində Azərbaycanın şimalı və indiki Dağıstanın cənub bölgələrində daha bir qədim Azərbaycan dövləti- Arran (Albaniya) təşəkkül tapmışdı. Albaniya adı ilə bağlı müxtəlif fikirlər mövcuddur. Rusiyalı tarixçi K.Trever  hesab edir ki, “Albaniya” adının mənası tam aydın deyil.  Onun fikrinə görə, məsələ həm də ona görə çətindir ki, Balkanlarda eyni adda ölkə mövcuddur, həmçinin bu ada İtaliya və Şotlandiyada rast gəlinir. Şotlandiyanın qədim kelt adı “Albaniya” olub, Şotlandiyanın adalarından biri “Arran” adını daşıyır, bu da Albaniyanın adlarından biridir [11, s.8]. Tədqiqatçılar bu maraqlı faktlar arasında əlaqəni hələlik müəyyənləşdirə bilməyiblər. Bu məsələyə aydınlıq gətirmək üçün Ulu dil nəzəriyyəsinə müraciət etməliyik. Həmin nəzəriyyəyə görə müxtəlif dillərdəki oxşar ifadələr onların vahid dildən əmələ gəlməsi ilə bağlıdır. Arranın (Albaniyanın) yerli əhalisinin öz ölkələrini necə adlandırdıqları ilə bağlı mənbələrdə məlumat yoxdur. Alban dilli bütün mənbələr Ərəb xilafəti dövründə ərəblər və erməni kilsələri tərəfindən məhv edilmişdir. Digər mənbələr isə ölkəni öz dillərinə uyğun adlandırmışlar. Yunanlar  ölkəni Albaveya, latınlar Albaniya, fars dilli mənbələr Arran, ərəb dilli mənbələr Ər-Ran şəklində adlandırmışlar [13, s.4].  Əsəri bizə gəlib çatmış alban tarixçisi Musa Kalankatlı “Alban ölkəsinin tarixi” kitabında (bu kitabın əsli Ərəb xilafəti dövründə erməni kilsəsi tərəfindən məhv edilmiş, erməni dilinə tərcümə edilmiş variantı saxlanılmışdır) göstərir ki, ölkə ilk yarıəfsanəvi hökmdarı Aranın adı ilə Arran adlandırılmışdır [2, IV fəsil]. Musa Kalankatlı yerli müəllif olduğuna, öz ölkəsinin tairixinə yaxından bələd olduğuna görə, onun səsləndirdiyi adın reallığa uyğun olduğu daha inandırıcıdr. Yunan, Roma, fars müəlliflərinin də təqdim etdikləri versiyalar “Arran” adının müxtəlif dillərdə təhrif olunmuş variantları ola bilərdi. Üstəlik fars və ərəb mənbələri M.Kalankatlının ilkin “Arran” variantını təkrar edirlər. Ona görə də ölkənin adının qədimdən Arran olduğunu qəbul edir, lakin dünya tarixşünaslığında işlək hala gəlmiş “Albaniya” adından da istifadə etməyi   davam etdiririk. Onu da qeyd etməliyik ki, “alban” sözünün özü Azərbaycan mənşəlidir. Bu söz Azərbaycan türkcəsində “cəsur”, “igid” mənasını daşıyan alp/alb ifadəsi və “an” cəm şəkilçisi ilə izah olunur [7, s.76]. “Albaniya” adının yalnız e.ə. I əsr antik mənbələrdən başlayaraq işlədildiyi də  diqqətə alınmalıdır [9, s.38-39]. Albaniya şimalda indiki Dağıstan, qərbdə İberiya, cənubda isə Adərbayqan ilə həmsərhəd idi. Şərqdə onun hüdudları Xəzər dənizinə söykənirdi. İndiki coğrafi şərait baxımından qədim Albaniya Azərbaycan Respublikasını, Ermənistanı və Gürcüstan respublikasının isə bir hissəsini, Dərbəndi və Cənubi Dağıstanı əhatə edirdi. Bu dövlətin paytaxtı əvvəl Qəbələ, sonra isə Bərdə şəhəri oldu. Herodot, Pompey, Ptolomey, Strabon, Troq, Yuli Solin, Arrian və digərləri Albaniya əhalisinin etnik cəhətdən rəngarəng olduğunu qeyd etmişlər. Strabona görə, “26 dildə danışan əhaliyə” malik Albaniyada alban, sakasen, mük, uti, qarqar, sövde, kaspi, qel, leh, mard, silv, sodi, lupen və sair tayfalar məskunlaşmışdılar. [10, s.777]. Strabonun “26 dil” anlayışını Arranın (Albaniyanın) bütün ərazisinə aid etmək düzgün deyil. O, ya yanlış mənbədən istifadə edib, ya da bunu ölkənin şimalında, Cənubi Dağıstanda yaşayan əhali ilə bağlı bildirib. Albaniyanın mərkəzi hissəsində, Kür çayının sağ və sol sahillərində dil müxtəlifliyi olmayıb. Burada yaşayan qədim türk tayfaları yeni gələn türk tayfaları ilə qovuşaraq böyük əksəriyyət təşkil edirdi [1, s.146-150]. Bəziləri alban adının hələlik izahsız qaldığını iddia etsələr də Azərbaycan türkmən, qazax və digər türk dillərində “alban”. “alpan” adlarının qalması həmin adın türk mənşəli olduğunu göstərir. Albaniya (Arran) ərazisində ilkin tayfa ittifaqları hələ e.ə. II miniliyin sonu-I miniliyin başlanığıcında meydana çıxmışdı. E.ə. VI-IV əsrlərdə Əhəmənilərin hakimiyyətdə olduğu Adərbayqan dövlətinin təsir dairəsinə düşmüş Albaniyada artıq e.ə. IV əsrin sonlarından etibarən dövlətin bəzi əlamətləri seçilirdi. Məsələn, qeyd etdiyimiz kimi cəsur alban, kaspi və sakasenlərdən ibarət qoşunlar Qavqamel döyüşündə III Daranın tərəfində iştirak etmişdir. [6, s.46]. Roma mənbələrində e.ə. I əsrə aid hökmdar Oroys (e.ə. 80-30-cu illəri), Zober (e.ə. 30- e.10-cu illər) və Oroysun qardaşı sərkərdə Kozisin adları yer alıb. Parfiya əsilli arsaklılardan Vaçeqan, Vaçe, Urnayr, Satoy, Asay, Asuagen və digərləri məlumdur [4, s.56, 57]. 
 
Roma dövlətinin qoşunları sərkərdə Pompeyin rəhbərliyi ilə e.ə. 66-cı ildə ilk dəfə regiona gəldi. Tarixi mənbələrdə adı çəkilən ilk Alban hökmdarı Oroys Kür sahilində 40 minlik ordu ilə romalılara hücum etdi. Oroys hücum üçün yaxşı vaxt seçsə də qəfil hücum alınmadı. Vaxtında hücumdan xəbər tutmuş Pompey döyüşü uddu və Oroysu müqavilə bağlamağa vadar etdi. Pompey bundan sonra İberiyaya üz tutsa da albanlar ona rahatlıq vermir, romalıları tələfata məruz qoyur, qiyamlar qaldırırdılar. Qəzəblənmiş Pompey geriyə qayıdaraq Kürü keçdi və e.ə. 65-ci ilin əvvəllərində Alazan sahilində Oroysun qardaşı Kozisin başçılıq etdiyi 72 min nəfərlik alban qoşunu ilə üz-üzə gəldi. Roma sərkərdəsi hərbi hiylə işlədərək albanları tələyə saldı. Qanlı döyüşün gedişində Kozis qılıncı ilə özünə yol açaraq Pompeyin dayandığı düşərgəyə daxil olub Roma sərkərdəsini nizə ilə vurdu. Pompey isə nizə zərbəsi ilə Kozisi ölümcül yaraladı. Alban qadınlarının da iştirak etdikləri bu döyüş də romalıların qələbəsi ilə bitdi. Dağlara çəkilən Oroys yenidən Pompeylə sülh bağlamalı oldu. [11, s.104]. Lakin albanların sonrakı müqaviməti Pompeyə Xəzər sahillərinə çıxmağa imkan vermədi. Eramızın I-II əsrlərində Albaniyanın tarixi haqqında məlumatlar azdır. Yeni eranın 20-ci illərindən Albaniyada taxta Parfiyalı Arsaklıların nümayəndələri çıxdılar. Alban Arsaklıları da ölkənin müstəqiliyyini qoruyub saxlamağa nail oldular. [3, s.109].
 
Beləliklə, Arran (Albaniya) dövləti uğurlu siyasət yeridərək müstəqilliyini qoruyub saxladı, sonrakı uğurlar üçün ciddi zəmin hazırladı.
 
Ədəbiyyat:
 
1. Azərbaycan tarixi, I cild (Z. Bünyadov və Y. Yusifovun redaktəsi ilə). Ali məktəblər üçün dərslik. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994.
2. Kalankatlı M. Albaniya tarixi, I kitab. Bakı, “Avrasiya Press”, 2006.
3. Məmmədova F. Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası. Bakı, Elm, 1993.
4. Məmmədov İ., Məmmədova L. Azərbaycan dövlətləri və hökmdarları. Bakı, “Ləman Nəşriyyat Poliqrafiya” MMC, 2020.
5. Şəmkirin Qaracəmirli kəndində Qafqazın ən qədim tikilisi aşkarlanıb.- medeniyyet.az/page/news/1967/Semkirin-Qaracemirli-kendinde-Qafqazin-en-qedim-tikilisi-askarlanib.html.
6. Ismailov D. History of Azerbaijan (textbook). Baku, AzMİU № PM, 2017.
7. Гейбуллаев Г.А. К этногенезу азербайджанцев, т.1. Баку, “Элм” 1991.
8. История (Геродот), кн. 3. Талия.
9. Новосельцев А., Пашуто В., Черепнин Л. Пути развития феодализма. Москва, 1972.
10. Страбон. География, кн. XVI, гл.4, 18.
11. Тревер К. Очерки по истории и культуре Кавказской Албании IV в. до н.э.-VII в н.э. Москва-Ленинград, Изд-тво АН СССР, 1959.
12. Ялойлутепинская культура// Экслибрис-ЯЯ. Москва, Советская энциклопедия, 1978. (Большая советская энциклопедия: [в 30 т.]. (гл. ред. А.М.Прохоров, 1969-1978, т.30.)
13. Ямполских З. К вопросу об одноимененности древнейщего населения Азербайджана.- Труды UUFAN Азерб, ССР, 1954.
 
Oxşar xəbərlər
20:35, Bu gün
Qarnında güllə olan KÖRPƏ DOĞULDU
20:32, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu yolları gecədən bağlanacaq
20:26, Bu gün
FHN əməkdaşının ölümünün təfərrüatı bilindi
20:20, Bu gün
2 il sonra səhnəyə çıxdı, 2 milyon dollar qazandı - FOTO
20:12, Bu gün
Rusiya bir gündə iki bombardmançı təyyarəsini itirib
20:08, Bu gün
Yeni hərəkət zolaqları tıxaca səbəb olur? — AYNA aydınlıq gətirdi
20:00, Bu gün
Rusiya NATO-ya meydan oxuyur - TƏFƏRRÜATLAR
19:53, Bu gün
Qarpızla necə həm arıqlayıb, həm də xərçəngdən qorunaq?
19:45, Bu gün
FHN əməkdaşı faciəli şəkildə ÖLDÜ
19:38, Bu gün
Ən bahalı evlər hardadır: -Bakı, Tiflis, yoxsa İrəvanda?
19:30, Bu gün
Başına bit düşdü, dərman isə əcəli oldu
19:23, Bu gün
Mətanətin əziyyət verən  xəstəliyi
19:15, Bu gün
Azərbaycanda vəzifəli şəxs faciəli şəkildə öldü - FOTO
19:07, Bu gün
Ağadadaşın mahnısı davadan sonra TRENDƏ DÜŞDÜ - VİDEO
19:01, Bu gün
Ayaq qoxularını dərhal yox edən ən asan və TƏBİİ ÜSUL
18:56, Bu gün
Yeni ÖLÜMCÜL VİRUS
18:50, Bu gün
Gəlin qayınanasını  baltaladı
18:43, Bu gün
Azərbaycanlılar getdikcə daha çox içirlər - Səbəbləri açıqlandı
18:36, Bu gün
Binəqədidə Hindistan küçələrini xatırladan mənzərə
18:34, Bu gün
Vüsalənin intiharında yeni DETALLAR: Xəyanətdə adı hallanan qadın İŞ ADAMIDIR
18:31, Bu gün
Pəncərəni açıb yatmaq bədənə necə təsir edir?
18:23, Bu gün
“Üçüncü Dünya Müharibəsinə yaxınıq” — Tramp
18:16, Bu gün
Böyük qardaşını öldürüb, anasını yaraladı
18:08, Bu gün
Asılılıq yaradan 17 qida maddəsi - Özünüzü qoruyun
18:00, Bu gün
“Rəqabətə görə çörəyin içinə tük də qoyurlar” - Ekspertdən ağlasığmaz sözlər
17:59, Bu gün
Keşiş Baqrat Kərkiyə də gedib çıxdı...-“Tezliklə bura da təhvil veriləcək!..-VİDEO
17:58, Bu gün
"Deyirdim, bizim evdə nə vaxtsa "kartoşka" qızardılacaq?" - VİDEO
17:51, Bu gün
Neftçalada məktəb binasında YANĞIN
17:45, Bu gün
Bakı Təşəbbüs Qrupu “Paris-2024”lə bağlı bəyanat yaydı
17:43, Bu gün
Dünən Olimpiya Oyunlarının açılışında olan səhnələr "Woke ağıl virusu" idi, yoxsa müxtəlifliyə dəstək və hörmət?”
17:32, Bu gün
"Atəşkəs olarsa, ərazimizin 25 faizi Rusiyanın nəzarətində qalacaq" - Ukraynanın Türkiyədəki səfiri
17:24, Bu gün
Qurban Yetirmişlidən zəlzələ iddialarına SƏRT REAKSİYA : “Mən fala baxmıram”
17:17, Bu gün
COP29 Azərbaycan Əməliyyat Şirkəti genişmiqyaslı təlim proqramı keçirdi - FOTO
17:10, Bu gün
Almaniyadakı Göy məscid niyə bağlandı? - VİDEO
17:03, Bu gün
Laçında Məhəbbət Kazımovun həyat və yaradıcılığına həsr olunan ədəbi-bədii gecə - FOTOLAR
16:55, Bu gün
Azərbaycanda vəzifəli şəxs faciəvi şəkildə öldü
16:53, Bu gün
Türk Generalı Ermənistanla sülhdən danışdı - PROQNOZ NƏDİR?
16:48, Bu gün
Fransada yüksəksürətli qatarların üçdə biri xəttə çıxmayıb
16:41, Bu gün
Balabəy Ağayev Olimpiada ilə erkən vidalaşdı
16:34, Bu gün
Oğlu və həyat yoldaşı Brilliantı izləməyə gəldi - FOTO
16:27, Bu gün
Hindistanın baş naziri Moskvada Putinlə görüşdən sonra Kiyevə yollanacaq
16:20, Bu gün
Bu tarixdə Bakıda 10 günlük karantin olacaq?
16:12, Bu gün
Şəkidə 4 tondan artıq çətənə kolu məhv edildi
16:05, Bu gün
Sel bir kəndin yolunu uçurdu, giriş-çıxış bağlandı - FOTO
15:58, Bu gün
Torpaq sürüşməsi Şamaxı sakinlərini təhlükəli vəziyyətdə qoydu: "Evlərimiz gedir, baxan yoxdur!" - VİDEO
15:51, Bu gün
Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu
15:44, Bu gün
Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO
15:37, Bu gün
"Almaniya Avropa İttifaqında liderliyini itirir" - "The Economist"
15:30, Bu gün
Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı
15:23, Bu gün
Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO
15:16, Bu gün
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı
15:09, Bu gün
Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi
15:02, Bu gün
Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?
15:00, Bu gün
Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO
14:55, Bu gün
Deputatlığa namizədlərin sayı AÇIQLANDI
14:48, Bu gün
Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?
14:41, Bu gün
Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi
14:38, Bu gün
Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?
14:33, Bu gün
Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR
14:26, Bu gün
Kamilə toy tarixini açıqladı
14:19, Bu gün
“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib
14:12, Bu gün
Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?
14:05, Bu gün
Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış
13:57, Bu gün
Nazirləri "mavi" olan ölkənin şeytan şousu - Dinlər belə ələ salındı - FOTO/VİDEO
13:50, Bu gün
Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR
13:44, Bu gün
Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir" - FOTO
13:38, Bu gün
Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO
13:32, Bu gün
Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi
13:25, Bu gün
İlansancmaları zamanı zərdab tapılmır? - "Ölkədə istehsalı gözlənilir"
13:18, Bu gün
"Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub" - Cavanşir Feyziyev
13:11, Bu gün
Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO
13:04, Bu gün
“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir
12:58, Bu gün
Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı
12:53, Bu gün
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
12:48, Bu gün
"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:42, Bu gün
Bazar gününün HAVA PROQNOZU açıqlandı
12:35, Bu gün
Açılış mərasimində oyunların emblemi olan bayraq tərs qaldırıldı - VİDEO
12:32, Bu gün
Azərbaycan idmançısı Paris-2024-ə məğlubiyyətlə başladı
12:28, Bu gün
"İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın" - Fazil Mustafa
12:22, Bu gün
Paşinyan yeni diaspor yaradır - ŞƏRH + FOTO
12:17, Bu gün
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?”- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR
12:16, Bu gün
Ağcabədidə son 1 ayda narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
12:12, Bu gün
Ağadadaş Ağayevin son durumu açıqlandı: “Əgər səhhəti əl versə...”
12:08, Bu gün
“Fitch Ratings”dən Azərbaycanın dövlət borcu ilə bağlı PROQNOZ
12:05, Bu gün
Ayaq qoxusunu yox etmək üçün 5 SADƏ ÜSUL
12:02, Bu gün
Həmin hədəflər vurulacaq: Azərbaycan xəbərdarlıq etmişdi
11:59, Bu gün
Dəhşətli qətlin təfərrüatları: “Arvadının başını kəsib özü ilə apardı”
11:56, Bu gün
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır
11:54, Bu gün
Qida mütəxəssisi həyəcan TƏBİLİ ÇALIR: “Evdə düzgün konserv olunmayan meyvə və tərəvəzlər zəhərlənməyə, ölümə səbəb olur”
11:48, Bu gün
“Pezeşkian soydaşlarımızın bu tələbini  tamlığı ilə yerinə yetirməyəcək...”
11:45, Bu gün
Nigarla Mehin kimə söz atır?
11:42, Bu gün
Tramp prezident seçilərsə…
11:41, Bu gün
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
11:40, Bu gün
Soyuq duşun FAYDALARI- Əzələlərin bərpası, stress... 
11:38, Bu gün
Bu giləmeyvə insanı xərçəngdən qoruyur
11:36, Bu gün
İranın yeni seçilən prezidenti sabah and içəcək
11:35, Bu gün
İxtisas seçimi bu tarixdə BAŞLAYIR
11:31, Bu gün
“Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam” - FOTO
11:30, Bu gün
“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
11:25, Bu gün
Cavanşir körpüsü ərazisindəki yol nə vaxt hazır olacaq? - VİDEO
GÜNLÜK
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 21:14
"Rusiyada doğumla bağlı vəziyyət fəlakətlidir" - Peskov
26 Jul 2024 | 22:50
Əfşar Temuçin vəfat etdi - FOTO
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
26 Jul 2024 | 21:24
Ən yüksək bal toplayanlar bu məktəblilərin ŞAGİRDLƏRİDİR
26 Jul 2024 | 22:40
Köhnə avtomobili olanlara MÜJDƏ – Pul alacaqlar!
26 Jul 2024 | 21:31
Gün ərzində nə qədər şokalad yemək olar?
26 Jul 2024 | 20:45
Büroda vəkilin meyiti tapıldı - başından vurulub
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
AYLIQ
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 21:14
"Rusiyada doğumla bağlı vəziyyət fəlakətlidir" - Peskov
26 Jul 2024 | 22:50
Əfşar Temuçin vəfat etdi - FOTO
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
26 Jul 2024 | 21:24
Ən yüksək bal toplayanlar bu məktəblilərin ŞAGİRDLƏRİDİR
26 Jul 2024 | 22:40
Köhnə avtomobili olanlara MÜJDƏ – Pul alacaqlar!
26 Jul 2024 | 21:31
Gün ərzində nə qədər şokalad yemək olar?
26 Jul 2024 | 20:45
Büroda vəkilin meyiti tapıldı - başından vurulub