Bizi sosial şəbəkələrdən izləyin:
5 noyabr gecəsi Rusiyanın Oryol şəhərinə raket hücumu edilib və yerli istilik elektrik stansiyasına(İES) ziyan dəyib.
Moderator.az bu haqda "Fokus" nəşrinə istinadla xəbər verir.
"Eksilenavo+" telegram-kanalında yayımlanan videoya şərhdə "Yenə Oryol. Yenə raketlər. İstilik elektrik stansiyasına yenə zərbə"- deyilir.
Kadrlarda şəhərin üzərindən uçan yüksək sürətli obyekt, ardınca güclü partlayış və parıltı görünür.
Kadrlara baxmayaraq, Oryol vilayətinin qubernatoru Andrey Kliçkov şəhərə raketlər deyil, dronlar tərəfindən hücum edildiyini bildirib.
"Oryol üzərində hava hücumundan müdafiə əməliyyatları nəticəsində düşmən PUA-ları məhv edilib. Fərdi komponentlərin düşməsi nəticəsində bir neçə fərdi ev və bir köməkçi bina zədələnib",- Kliçkov yerli istilik elektrik stansiyasına edilən zərbədən bəhs etmədən belə yazıb.
Bu arada, Rusiyanın "Astra" nəşrinin məlumatına görə, yerli sakinlər də şəhərə dronlar deyil, raketlər tərəfindən hücum edildiyini iddia edirlər.
Xəbər dərc edildiyi vaxt Ukrayna tərəfi Oryoldakı hərbi hədəflərə edilən raket zərbəsi ilə bağlı heç bir şərh verməyib.
Xatırladılır ki, 4 noyabr gecəsi Başqırdıstanda neft-kimya zavoduna dronlar hücum edib. Elə həmin gecə dronlar Volqoqrad və Kursk vilayətlərində də elektrik yarımstansiyalarını vurub.
Moderator.az xatırladır ki, oktyabrın 31-də də Oryol şəhərindəki İES-ə raket zərbələri endirilib.
S.Laçın