“Vətən müharibəsi sübut etdi ki, Azərbaycan əsgəri qəhrəman olduğu qədər də mərhəmətlidir”
Ekskluziv
1076
15:53, Bu gün

“Vətən müharibəsi sübut etdi ki, Azərbaycan əsgəri qəhrəman olduğu qədər də mərhəmətlidir”

“Vətən müharibəsi sübut etdi ki, Azərbaycan əsgəri qəhrəman olduğu qədər də mərhəmətlidir”.

Bunu Moderator.az-a açıqlamasında şəhid anası Mehriban Abdurəhmanova bildirib. Şəhid anası qeyd edib ki, müharibə zamanı Azərbaycan əsgərinin bir nəfər də olsun mülki erməniyə xətər yetirməməsi buna sübutdur:

“Heç kimə sirr deyil ki, ermənilər tarixən Azərbaycan xalqına qarşı böyük vəhşiliklər törədob, nə qadınlara, nə də uşaqlara aman verməyiblər. Xocalı faciəsi bunun ən böyük isbatıdır.

44 günlük Vətən müharibəsində isə Azərbaycan əsgəri bir nəfər də olsun mülki erməniyə xətər yetirmədi. Yalnız əldə silah tutan düşmən əgərlərini hədəf alındı. Azərbaycan əsgəri sərgilədiyi hərbi mədəniyyətlə bütün dünyaya örnək oldu. Zabit və əsgərlərimiz bununla sübut etdi ki, Azərbaycan xalqı, Azərbaycan insanı cəsur, yenilməz olduğu qədər də mərhəmətlidir. O, döyüş meydanında belə insani dəyərlərə ehtiramla yanaşır, düşmənə münasibətdə belə əsl insani davranış ortaya qoyur.

Mən 8 Noyabr zəfərinin 5-ci ildönümü münasiətilə bütün xalqımızı, eləcə də qazilərimizi təbrik edir, Müzəffər Ali Baş Komandanımıza sonsuz ehtiramımı bildirirəm. İnanıram ki, illər əsrlər keçsə də, gələcək nəsillər şəhidlərimizin, qazilərimizin bu tarixi qəhrəmanlığını daim ehtiram hissi ilə yad edəcək, 8 Noyabr zəfəri ilə qürur duyacaqlar”.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər