Məşhur iş adamı texnoloji inqilabın yaxın olduğunu deyir: tətbiqlər, əməliyyat sistemləri və hətta kontent - hər şey süni intellekt tərəfindən yaradılacaq
                                            
                                            
                                            
                                            
 
Smartfon dövrünün sonu
 
"Komsomolskaya pravda"  nəşrinin yazdığına görə, amerikalı milyardçı İlon Mask hesab edir ki, 2030-cu ilə qədər smartfonlar həyatımızdan tamamilə yox olacaq. Onların yerini süni intellektlə idarə olunan yeni cihazlar tutacaq. Bu barədə o, Co Roqanla "The Joe Rogan Experience" podkastında danışıb. Maskın sözlərinə görə, hazırda istifadə etdiyimiz telefonlar sadəcə keçid mərhələsidir.
 
O, belə deyib: "Telefon süni intellekt üçün vasitə olacaq və yalnız videonun çıxış nöqtəsi kimi xidmət edəcək". O, izah edir ki, bütün əsas emal serverdə baş verəcək, cihaz isə sadəcə video və səsi göstərən ekran rolunu oynayacaq. Smartfonun məqsədi təkcə süni intellektin yaratdığı məlumatı real vaxtda istifadəçiyə çatdırmaq olacaq.
 
Mobil tətbiqlər tarixə qarışacaq
 
Co Roqan soruşub: insanlar tətbiqlərsiz, məsələn, e-mail olmadan necə yaşayacaqlar? Mask belə cavab verib: "Hər şeyi süni intellektdən alacaqsınız". Onun fikrincə, gələcəkdə nə əməliyyat sistemləri, nə də mobil tətbiqlər anlayışı mövcud olacaq.
 
Cihaz sadəcə video və səsə xidmət edən ekran kimi qalacaq. Mask əlavə edir: "İnsanlar nə fikirləşməsindən asılı olmayaraq, nəyi süni intellekt proqnozlaşdırırsa, nəticədə elə o olacaq". Yəni hər bir funksiyanı süni intellekt yerinə yetirəcək, telefon isə artıq yalnız vasitəçi rolunu oynayacaq.
 
Süni intellekt kontenti tam ələ keçirəcək
 
Mask iddia edir ki, 5-6 ildən sonra insanların istehlak etdiyi məlumatın böyük hissəsi süni intellekt tərəfindən yaradılacaq. O deyir ki:"Beş-altı ildən sonra insanların istehlak etdiyi bütün kontent - musiqi və video yalnız süni intellekt tərəfindən yaradılacaq". Bunun paralelində Mask oktyabr ayında özünün "xAI" şirkəti vasitəsilə "Grokipediya" adlı yeni platformanı işə salıb.
 
Bu, "Vikipediya"nın alternatividir, lakin məzmunu insanlar yox, süni intellekt yaradır. Sistem məlumatları yalnız toplamaqla kifayətlənmir, həm də mənbələri analiz edir və ideoloji manipulyasiyanı aradan qaldırır. İstifadəçilər mətnləri birbaşa dəyişə bilməz, yalnız düzəliş təklif edə bilər. Maskın məqsədi daha ağıllı və daha az manipulyasiya olunan məlumat platforması yaratmaqdır.
 
Moderator.az