Ukraynanın Aİ-yə inteqrasiyası: Brüssel irəliləyişi yüksək qiymətləndirir, amma korrupsiya riskləri narahatlıq doğurur
Ekskluziv
599
15:41, Bu gün

Ukraynanın Aİ-yə inteqrasiyası: Brüssel irəliləyişi yüksək qiymətləndirir, amma korrupsiya riskləri narahatlıq doğurur

 
Avropa Komissiyası Kiyevdən məhkəmə və antikorrupsiya islahatlarını sürətləndirməyi tələb edir
 
 "Ukrayna Avropa yoluna sarsılmaz sədaqət göstərir"
 
"Reuters" agentliyinin əldə etdiyi Avropa Komissiyasının hesabat layihəsində bildirilir ki, Ukrayna son bir ildə, müharibənin bütün çətinliklərinə baxmayaraq, Avropa İttifaqına üzvlük yolunda "mühüm sədaqət və iradə" nümayiş etdirib.
 
Sənədə görə, Ukrayna islahatların əksəriyyətini həyata keçirib, lakin hələ də məhkəmə sisteminin müstəqilliyi, korrupsiya ilə mübarizə, həmçinin vətəndaş cəmiyyətinə hörmət kimi sahələrdə əlavə irəliləyişə ehtiyac var. Komissiya bildirir ki, son aylarda xüsusi antikorrupsiya qurumlarına təzyiq və vətəndaş cəmiyyətinə basqı meylləri müşahidə olunub və bu yönüm dərhal dəyişdirilməlidir.
 
"Son neqativ meyllər aradan qaldırılmalıdır"
 
Hesabatda qeyd edilir ki, bəzi Avropa rəsmiləri Ukraynada Baş Prokurorluğun antikorrupsiya qurumları üzərində daha çox nəzarət qurmaq cəhdindən narahat olub. Yay aylarında baş verən bu proses ictimai narazılıqdan sonra geri çəkilsə də, Brüssel bunun Kiyevə dair diqqəti artırdığını yazır.
 
Avropa Komissiyasının layihəsindən iqtibas: "Son neqativ meyllər, xüsusən də antikorrupsiya orqanlarına və vətəndaş cəmiyyətinə artan təzyiq dərhal aradan qaldırılmalıdır". Aİ ölkələrinin əksəriyyəti Ukraynanın üzvlüyünü siyasi olaraq dəstəkləsə də, tezliklə tam üzvlük gözlənilmir. Diplomatlar prosesin qarşıya çıxacaq maneələrdən ibarət olacağını gizlətmir.
 
Kiyev 2028-ci ilə qədər danışıqları bitirmək istəyir
 
Ukrayna rəhbərliyi Aİ-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilə qədər başa çatdırmaq niyyətində olduğunu artıq Avropa İttifaqına bildirib. Avropa Komissiyası isə belə cavab verir: "Komissiya bu iddialı məqsədi dəstəkləməyə hazırdır, lakin bunun üçün islahatlar, xüsusilə hüququn aliliyi sahəsində" daha da sürətlənməlidir.
 
Hesabatda həmçinin qeyd olunur ki, gələcəkdə Aİ-yə qoşulma müqavilələri demokratik standartların qorunması üçün daha güclü təminatlar daxil etməlidir. Məqsəd - yeni üzv dövlətlərin danışıqlarda üzərinə götürdüyü öhdəliklərdən geri addım atmamasıdır.
 
Prezident Vladimir Zelenski bəyan edib: "Ukraynanın Avropa yolundan geri dönüş yoxdur". Macarıstan baş naziri Viktor Orban isə, Kiyevin fikrincə, bu prosesə siyasi maneələr yaratmağa çalışır, lakin Ukrayna rəhbərliyi bildirir ki, Ukraynanın Aİ-yə doğru hərəkətini heç kim bloklaya bilməz.
 
Moderator.az
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər