Ekskluziv
1266
11:01, Bu gün

"Məcburi köçkün və qaçqınların geri qaytarılması gündəmini təhlükəli hesab edirəm, çünki..."- Paşinyan

"Mən məcburi köçkünlərin və qaçqınların geri qaytarılması gündəmini təhlükəli hesab edirəm, çünki bu, münaqişənin ilkin parametrlərinə qayıtmaq deməkdir".
 
Moderator.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, Ermənistan baş naziri Nikol Paşinyan bunu İrəvanda Orbeli mərkəzinin təşkil etdiyi forumda çıxışı zamanı deyib.
 
“Biz bugünkü hərəkətlərimizin məntiqini və əsasını tarixdə tapmağa çalışırıqsa, bu, sülhə inanmamağımız deməkdir", -deyə erməni hökumət başçısı əlavə edib..
 
Erməni nəşri sonda Azərbaycan prezidenti İlham Əliyevin dünən - noyabrın 3-də AMEA-dakı çıxışından bir sitatı xatırladıb:
 “Azərbaycanlıların öz tarixi torpaqlarına, bugünkü Ermənistana qayıtması erməni xalqını qorxutmamalıdır”.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər