“Paşinyan, demək olar ki, Ermənistanda rüşvət və korrupsiyanın kökünü kəsib...”
Ekskluziv
1487
09:38, Bu gün

“Paşinyan, demək olar ki, Ermənistanda rüşvət və korrupsiyanın kökünü kəsib...”

“O, demokratik ruhlu  bir siyasətçi kimi əhaliyə demokratik dəyər və keyfiyyətləri aşılamaqda davam edir. Odur ki...”
 
Son təhlillərdən belə nəticəyə gəlmək olur ki, Ermənistanda gələnilki seçkilərə qədər Paşinyan  4 istiqamətdə savaş aparmalı olacaq: radikal-revanşist müxalifət, kilsə, erməni diasporu və Rusiya ilə. Görəsən, hazırkı erməni iqtidarı bu savaşlardan qalib çıxa biləcəkmi?
 
Mövzu ilə Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli bu fikirləri dilə gətirib:
 
“Zənnimcə, Paşinyan hakimiyyətinə qarşı duran qüvvələr sayca çox görünsələr də, siyasi iradə və güc etibarilə hazırkı iqtidara qalib gəlmək gücündə deyillər. Paşinyan hakimiyyətə gəldiyi son 7 ildə nələr edibdir? Azərbaycanla müharibəni uduzub. Təbii ki, işğalçı savaşın sonu belə olmalıydı... Ermənistan ordusu keçmiş Sərkisyan və Köçəryan hakimiyyətlərindən qalan bir ordu idi və onun Azərbaycan torpaqlarındakı işğalçı funksiyasını da igid oğullarımız əlindən aldı və qələbə çaldı.  Konkret Paşinyana gəldikdə o, iqtidara gələn kimi Ermənistanda demokratik xarakterli islahatlar həyata keçirməyə başladı. Demək olar ki, ölkədə rüşvət və korrupsiyanın kökünü kəsib. Paşinyan ermənilərin maddi güzəranını əvvəlki illərə nisbətən hiss ediləcək dərəcədə yüksəldib və bu işə davam edir. O, demokratik ruhlu  bir siyasətçi kimi əhaliyə demokratik dəyər və keyfiyyətləri aşılamaqda davam edir. Odur ki, Rusiya, erməni kilsəsi, revanşist qüvvələr və diasporun xəstə, millətçi və müasir dövrlə bir araya sığmayan baxışlarını həm tənqid edir, həm də məqamı gəldikdə belə qüvvələri hüquqi yollarla əzib sıradan çıxarır. Bütün bunları nəzərə alaraq inanmıram ki, növbəti seçkilərdə də erməni xalqı Paşinyana səs verməsin. Əgər 44 günlük müharibədəki məğlubiyyətindən sonra da ermənilər ona səs verdisə, onun partiyasına parlamentdə hakim yer verildisə, bu dəfə də həmin hal təkrar olunacaq. Nəticədə Paşinyan başladığı islahatları həyata keçirib, Azərbaycanla sülh sazişini bağlayıb bölgədə sözün həqiqi mənasında mütərəqqi ictimai-siyasi xadim kimi özünü təsdiqləyəcək...”
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər