“Onu bağışlayaram, böyük problem yaşamamışıq, düşmən olmamışıq” - Oğlu aşıq Zülfiyyəyə qadağa qoyub? - AÇIQLAMA
Ekskluziv
748
18:06, Bu gün

“Onu bağışlayaram, böyük problem yaşamamışıq, düşmən olmamışıq” - Oğlu aşıq Zülfiyyəyə qadağa qoyub? - AÇIQLAMA

“Çox təəssüf ki, bizim sənətdə paxıllıq daha qabarıq görünür. Bunu bəyənmirəm. Allah əgər bir insanı göylərə qaldırıbsa, bəndə kimdir ki, onu yerlərə salsın? Bu günlərdə Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli müsahibə vermişdi ki, efirə çıxan hər sənətçiyə aşıq deyilir. O görün kimin nəslindən, kökündən gəlib? Xətai müəllim elə-belə insan deyil və bu sözləri də elə-belədən deməyib. Aşıq tam fərqlidir, saz ifaçısı isə tamam fərqli. Aşıq dastan deyir, oxuyur, ifa edir. Saz ifaçılarına aşıq demək olmaz. Onun bu sözləri ilə mən də razıyam”
 
Bunu Moderator.az-a açıqlamasında Əməkdar mədəniyyət işçisi, aşıq Zülfiyyə İbadova deyib. O daha sonra əlavə edib:
 
“Mən kimdənsə inciyə bilərəm. Amma böyük problem yaşayıb, düşmən olduğum şəxs yoxdur. Əgər incidiyim insan varsa onu da bağışlayaram. Allah bağışlayandırsa bəndə kimdir ki?” deyə aşıq deyib.
 
“Nə vaxtsa sənət yoldaşınız sizə efirlərə qadağa qoyubmu?” sualına isə aşıq belə cavab verib:
 
“Mənə özümdən və yoldaşımdan başqa efirə heç kim qadağa qoya bilməz. 3-cü şəxs ola bilməz. Kim ola bilər ki? Həyat yoldaşım da heç vaxt qadağa qoymayıb. O bilir ki, mən bu sənət üçün doğulmuşam” deyə aşıq bildirib.
 
Aşıq Zülfiyyə oğlunun ona duet oxumaq qadağası qoymadığını da bildirib:
 
“Onu kim deyirsə yalan söhbətdir. Belə bir şey olmayıb. Əvvəllər duet oxuduğum insanlar olub. Əflatun Qubadov, 4-5 aşıqla duet oxumuşam. Bundan sonra da ürəyimcə olan həmkarlarımla duet oxuyaram. O baxır təklifə və əsərə” deyə aşıq bildirib.
 
Link kopyalandı!
Son xəbərlər