Ekskluziv
1733
28 Dec 2024 | 15:28

"Biz ABŞ-ı görməzdən gəlməli, Avropanı cəzalandırmalıyıq" - Medvedev

 
"Kinli, ağıldankəm qarıya çevrilmiş Avropa dünyada rusofobiyanın başlıca dayağıdır..."
 
Rusiyanın sabiq prezidenti, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev ölkənin xarici siyasətinin necə olması barədə fikirlər söyləyib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, özünün "Telegram-kanal"ında yazıb. Məlumatı "avia.pro" nəşri yayıb.
 
Medvedev dünyanın bütün dövlətlərini üç kateqoriyaya bölməyi təklif edir. 
 
Birinci kateqoriyaya  "anqlosaksların təzyiqinə uyan və Qərbin Rusiya əleyhinə çirkin kampaniyasında heç olmasa passiv iştirak edən zəif ölkələri" şamil edib. Onların arasında Medvedev Asiya və Latın Amerikasının bir sıra dövlətlərini qeyd edib. Onun fikrincə, Moskva bu ölkələrin hökumətlərini bağışlamalıdır.
 
Medvedevin fikrincə, ABŞ-la bağlı Rusiya başqa taktika yeritməlidir, bu ölkə görməzdən gəlinməlidir. "Burada hər şey aydındır, yaxın 100 ildə bizim dost olmağımız gözlənilmir, Amerika ilə döyüşmək isə çox baha başa gələcək, birbaşa münaqişənin dünya nüvə savaşına çevriləcəyi aydın məsələdir", - o, izah edib.
 
Dmitri Medvedev Avropanı cəzalandırmağa çağırış edib. Rusiyanın sabiq prezidenti belə kəskin addımı onunla izah edib ki, "kinli ağıldankəm qarıya çevrilmiş Avropa dünyada rusofobiyanın başlıca dayağıdır".
 
"Məhz saxta Avropa İstanbul danışıqlarının pozulmasında günahkardır. Məhz ağılsız Avropa öz vətəndaşlarını inanılmaz itkilərə məruz qoyaraq azğınlıqla fərsiz sanksiyalar kampaniyası aparıb. Məhz qanasusayan Avropa münaqişə tərəflərinin itkilərinə məhəl qoymadan müharibənin ən quduz iblislərini qidalandırıb", - Medvedev yazıb.
 
Bu fonda Medvedev məlumat verib ki, Köhnə dünyanın dövlətlərinə yalnız "dərin ikrar hissi" keçirir. Ona görə də Avropa İttifaqı ölkələrini cəzalandırmaq üçün Medvedev Moskvanın əlində olan bütün vasitələrdən, o cümlədən "siyasi, iqtisadi və bütün mümkün hibrid" vasitələrindən istifadə etməklə hərəkət etməsini mümkün hesab edir.
 
O, əlavə edib ki, Kreml Avropada istənilən destruktiv proseslərə dəstək verməlidir. "Yaşasın onun tarixi küçələrində hərəkət edən aqressiv talançılar! Qarışıqlıq törədən və rəngarəng Avropa dəyərlərini nifrətlə məhv edən miqrantlar dəstələrinə eşq olsun! Qoy avropalı bürokratların iyrənc sifətləri gələcək vətəndaş toqquşmaları axınında yox olub getsin!" - Dmitri Medvedev bəyan edib.
 
O, belə qəddarlığı onunla izah edib ki, Norveç bayrağı altında üzən "Oslo Carrier 3" gəmisi, guya, Rusiyanın batan "Ursa Major" gəmisinin dənizçilərini öz bortuna qəbul etməkdən imtina edib.
 
Medvedev Zəbur Kitabından (dini kitab) iqtibas gətirməklə konkret gəmi ekipajının dəniz etiketinin pozulmasında ifadə edilən özəl hadisə səbəbindən "Avropanın hipotetik kollektiv cəzalandırılmasına" haqq qazandırıb.
 
"Biz hərəkət edəcəyik, çünki dini kitabda deyilir: "İntiqamı görən mömin sevinəcək; öz ayaqlarını günahkarların qanı ilə yuyacaqdır", - o, qeyd edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər