Ekskluziv
1073
28 Dec 2024 | 13:41

"Rusiya "Shahed" dronları istehsalını iki dəfə artırıb" - ISW

 
"Rusiya həmçinin ilin sonunadək Ukrayna HHM sistemlərinə qarşı 10 minədək "Shahed" dronlarına bənzər tələ-dronlar istehsal edəcək..."
 
Rusiya Ukraynaya qarşı qış kampaniyası ərəfəsində sanksiyalar və texniki məhdudiyyətlərə rəğmən, "Shahed" dronları istehsalını genişləndirib.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.
 
Analituklər Ukrayna kəşfiyyatına istinadən qeyd edir ki, Rusiyanın Tatarstan Respublikasının "Alabuqa" xüsusi iqtisadi zonasında 2024-cü ilin yanvarından sentyabrınadək 5760 "Shahed" dronu istehsal edib ki, bu da 2023-cü ilə nisbətən iki dəfə çoxdur. Zavod artıq 2025-ci ilin sentyabrınadək 6000 dron istehsalı barədə saziş imzalayıb.
 
Rusiya həmçinin Ukraynanın HHM sistemlərinə qarşı "Shahed" dronlarına bənzər aşağı texnoloji tələ-dronlarını fəal şəkildə istehsal edir. İlin sonunadək rusiyalılar 10 minədək belə tələ-dronlar hazırlamağı planlaşdırır.
 
"Alabuqa"da rusiyalılar iki yeni sex inşa edib və binalar üzərində dronlardan müdafiə torları quraşdırıb. Bundan başqa, Rusiya Federasiyası Rusiya ilə Çin arasında dronlar istehsalı üçün zəruri komponentlərin tədarük edildiyi birbaşa əlaqəsi olan dəmiryolu stansiyası yaradaraq logistikanı yaxşılaşdırıb.
 
"Rusiya ordusu, ehtimal ki, Ukraynanın kritik infrastrukturuna ziyan vurmaq, eyni zamanda "Shahed" dronlarının istehsalını davam etdirməyə cəhd göstərərək özünün zərbə strategiyasını uyğylaşdırmaqda davam edəcək. Rusiya ilə İran arasında 2025-ci ilin yanvarında strateji tərəfdaşlıq haqqında sazişin imzalanması bu prosesə kömək edə bilər", - analitiklər yazıb.
 
Rusiyanın yeni pilotsuz uçuş aparatları
 
Xəbər verildiyi kimi, rusiyalılar öz pilotsuz uçuş aparatlarını daima təkmilləşdirir. Belə ki, "Birinci təmas" zərbə dronları istehsalçısı şirkərinin təsisçisi Valeri Borovikin məlumatına görə, "Orlan" PUA-sında bir rabitədən digərinə- bir peyk qruplaşmasından digərinə keçməyə imkan verən vasitələr quraşdırılıb. 
 
Bu zaman ekspert vurğulayıb ki, Ukrayna Rusiya PUA-larını məhv etmək üçün çoxsaylı vasitələrə malikdir.
 
Bundan öncə xəbər verilib ki, "Alabuqa" iqtisadi zonanın ərazisində "Shahed-136" kamikadze-dronlar üçün detalların saxlanıldığı anbar məhv edilib. Orada baş verən yanğın nəticəsində təxminən 400 belə dronların istehsalı üçün avadanlıq yanıb. Nəticədə təcavüzkar ölkəyə 16 milyon dollar zərər vurulub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər