"Oreşnik" raketinin istehsalı Rusiyanın hərbi-sənaye kompleksinin Qərbin qabaqcıl avadanlığından nə qədər asılı olduğunu göstərir..."
Kreml diktatoru Vladimir Putinin lovğalandığı "Oreşnik" raketi Rusiya şirkətləri tərəfindən Qərbin qabaqcıl avadanlığından istifadə edərək hazırlanıb.
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
Nəşr yazır ki, Rusiyanın Ukrayna kəşfiyyatı tərəfindən "Oreşnik" raketinin işlənib hazırlandığı hesab edilən iki aparıcı silah texnikası institutu alman və yapon şirkətlərinin metal emalı sistemlərindən məlumatlı olan əməkdaşlarının axtarılması barədə elanlar yerləşdirib.
KİV-lər yazır ki, Rusiyanın hərb maşını "xeyli dərəcədə" Qərb sanksiyalarının şamil olunduğu xüsusilə rəqəmsal kompüter idarəetmə (RKİ) sahəsində xarici texnologiyalardan asılıdır.
O cümlədən Moskva İstilik Texnologiyaları və "'Sozvezdiye" ("Bürc") İnstitutunda olan vakansiyalar bunu deməyə əsas verir. Rəqəmsal kompüter idadəetmə texnologiyası "Oreşnik" istehsalı üçün "həyatı əhəmiyyətlidir", çünki bu, zavodlara kompüterlərin köməyilə tez bir zamanda materiallara yüksək dəqiqli forma verməyə imkan verir.
Moskva İstilik Texnikası İnstitutu (MİTİ) Rusiyanın bərk yanacaqlı ballistik raketlərinin işlənib hazırlanması üzrə aparıcı müəssisə olaraq "Oreşnik" raketinin işlənib hazırlanması ilə bağlıdır.
"2024-cü ildə yerləşdirilən reklam elanlarında şirkət qeyd edir ki, "biz FANUC, SİEMENS, HAIDENHEIN sistemlərinə istinad edirik. "Fanuc" yapon, digər ikisi alman şirkətləridir. Hər üç şirkət rəqəmsal kompüter idarəetməsi olan yüksək dəqiqli dəzgahlar üçün idarəetmə sistemləri istehsal edir", - nəşr yazıb.
İxrac nəzarətinin bu malların Rusiyaya daxil olmasını lənğitməsinə rəğmən, Rusiya sənədlərinin təhlili göstərib ki, 2024-cü ilin əvvəlindən Rusiyaya "Heidenhain" şirkətinin komponentləri olan 3 milyon dollarlıq tədarük daxil olub. Onların alıcılarının bəziləri "hərbi istehsal ilə sıx bağlıdır".
"Oreşnik" raketinin işlənib hazırlanması Rusiyanın hərbi-sənaye kompleksinin hələ də Qərbin yüksək dəqiqli avadanlanlığından nə qədər asılı olduğunu göstərir. Qərb hökumətləri bu malların tədarükünün dayandırılmasına nail olmağa çalışmalıdır", nəşr qeyd edib.