Ekskluziv
1153
27 Dec 2024 | 14:20

"Putin Tramp komandasının sülh planı ideyasını rədd edib" - ISW

 
"Rusiya diktatoru Ukraynanın NATO-ya daxil olmasının ən azı on il ərzində təxirə salınması təklifini rədd edib..."
 
Rusiya hakimi Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandasının Ukraynada sülhlə bağlı işləyib hazırladığı təklifi rədd edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.
 
Hesabatda qeyd edilir ki, Putin Tramp komandasının Ukraynanın NATO üzvlüyü məsələsinin müharibənin dayandırılmasının şərti kimi ən azı on il ərzində təxirə salınması təklifini birbaşa rədd edib.
 
Dekabrın 26-da diktator bu məsələni şərh edərkən bəyan edib ki, Ukraynanın NATO-ya "bu gün, sabah və ya 10 ildən sonra" daxil olmasının heç bir əhəmiyyəti yoxdur.
 
"Putinin dekabrın 26-da səsləndirdiyi bəyanat son zamanlar 2021-ci ilin sonu-2022-ci ilin əvvəlində onun tələbləri ilə bağlı güzəştlərin nəzərdən keçirilməsindən imtina etməsini təsdiq edən bir sıra şərhlərinin bir hissəsidir.
 
Bu tələblər Ukraynanı neytral dövlət olması, heç vaxt NATO-ya daxil olmamasına məcbur edilməsi, Ukrayna ordusunun sayına kəskin məhdudiyyətlərin qoyulması və Ukrayna hakimiyyətinin kənarlaşdırılmasından ibarətdir", - analitiklər qeyd edib.
 
Analitiklər həmçinin qeyd edib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna hökumətinin qeyri-legitim olması və bu səbəbdən də danışıqlarda tərəfdaş ola bilməməsi ilə bağlı Putinin tezislərini təkrarlayıb.
Link kopyalandı!
Son xəbərlər