Ekskluziv
2190
27 Dec 2024 | 11:34

"Səhranın qızılgülü", mavi səma və ərşə çəkilən ölüm…

Suriyanın sabiq prezidenti Bəşər Əsədin həyat yoldaşı, bir zamanlar “səhranın qızılgülü” adlandırılan Əsma Əsədin vətəndaşı olduğu İngiltərəyə qayıtmaq arzusu baş tutmayıb. Suriyadan Rusiyaya qaçdıqdan sonra Əsəddən boşanmağa qərar verən Əsma, eyniylə Suriyada olduğu kimi, Böyük Britaniyada da arzuedilməz şəxs elan edilib. Ona rəsmi şəkildə bu ölkəyə gələ bilməyəcəyi elan edilib.

 

Vaxtiylə bütöv bir xalqın taleyinə qərar verən, milyardlarla sərvətə malik Əsma, hazırda qürbət ölkədə qaçaq həyatı yaşamaqda, onkoloji xəstəliklə mübarizə aparmaqla yanaşı, “mavi səma altında bir ovuc torpaq” axtarışını davam etdirməkdədir. Əsəd dönəmində iddiası dünyaya sığmayan Əsmanın bu gün istədiyi yeganə şey şəxsi toxunulmazlıq və təhlükəsiz bir həyatdır. Başqa sözlə desək, hakimiyyətini itirən Əsma zülm yolu ilə yığdığı böyük pulları dünyanın uzaq guşələrinin birində dinclik içində və“təvazökar şəkildə” yemək niyyətindədir. Dünya dövlətləri isə ondan vəbadan, taundan qaçan kimi qaçmaqda, öz qapılarını onun üzünə nümayişkəranə şəkildə bağlamaqdadır..

 

Əsmanın taleyi bir daha sübut edir ki, doğma xalqının nifrətini qazanan bir şəxs heç bir xalqın sevgisini əldə edə bilməz. Xalqın nifrəti də Allahın lənəti kimi bir şeydir. Bu lənət hara getməyindən, harada gizlənməyindən asılı olmayaraq, öz qurbanını hökmən tapacaq. Və bu şəxslər üçün “mavi səma altında bir ovuc torpaq”, ləyaqətli bir ölüm ərşə çəkiləcək, ilğım kimi əlçatmaz, ünyetməz olacaq.

 

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər