Ekskluziv
2235
26 Dec 2024 | 17:45

"Xameneinin müşavirinin oğlu Rusiyaya neft əvəzinə silah tədarük edir" - "Bloomberg"

 
"Şahmani Rusiyaya İran silahı tədarükünün dörddə bir hissəsini təmin edir, yüklər Xəzər dənizi vasitəsilə ən azı iki gəmi ilə daşınır..."
 
İranın Ali dini rəhbəri Əli Xameneinin müşavirinin oğlu biznesmen Hüseyn Şahmani təcavüzkar Rusiyaya İran silahının əsas tədarükçülərindən biridir. 
 
Moderator.az xəbər verir ki, bu barədə "Bloomerg" nəşri yazıb.
 
Məlumatda deyilir ki, Şahmani Moskvaya Ukraynaya qarşı müharibəsində dəstək üçün silah tədarükünü ötən ildən başlayıb. O, Rusiyaya yükləri, ehtimal ki, Xəzər dənizi vasitəsilə ən azı iki gəmi ilə- "Sea Castle" və "Sea Anchor" (bu gəmilər həm də müvafiq olaraq "Tooka" və "Roja" adlanır) gəmilərilə göndərilir. Biznesmen öz şəxsi  firmaları şəbəkəsi, o cümlədən Dubayın "Crios Shipping LLC" firması vasitəsilə fəaliyyət göstərir.
 
Britaniya və Avropanın  məlumatlı məmurları, habelə atası keçmişdə İranın müdafiə naziri vəzifəsində olan Şahmaninin fəaliyyətindən xəbərdar olan şəxslərin deməsinə görə, söhbət raketlərdən, pilotsuz uçuş aparatları komponentlərindən və ikiqat təyinatlı mallardan gedir.
 
Qeyd edilir ki, Moskva silah tədarükünü neftlə ödəyir. Belə barter ticarəti ABŞ və Avropanın Rusiya və İrana qarşı sanksiyaları səbəbindən getdikcə populyarlıq qazanır. Nəşrin məlumatına görə, bu il hər iki gəmi İran limanlarından Rusiyanın Həştərxan limanına ən azı beş reys həyata keçirib.
 
Həmsöhbətlər qeyd edir ki, Şahmani Rusiya tərəfinə İran silahı tədarükünün dörddə bir hissəsini təmin edir. Ölkələr müdafiə sahəsində əməkdaşlıq edir, amma bunun detalları açıqlanmır. İkitərəfli ticarətin hər iki ölkəyə qarşı sanksiyalar tətbiq edilmək təhlükəsinə rəğmən, bu ticarət qanunsuz deyil.
 
Xatırladaq ki, İran 2022-ci ildən Rusiyaya dronlar tədarük edir və onlar Ukraynaya qarşı istifadə edilir. 2024-cü ilin yayında Qərb KİV-ləri məlumat verib ki, yaxın zamanlarda Rusiya İranın yüzlərlə "Fath-360" qısamənzilli ballistik raketlərini əldə edə bilər. "The Times" nəşrinin məlumatına görə, sentyabrın əvvəlində 200-dən artıq belə raket Xəzər dənizi limanına çatdırılıb.
 
Ukrayna XİN Tehrana xəbərdarlıq edib ki, Rusiyaya ballistik raketlərin verilməsinin "Ukrayna ilə İran arasında ikitərəfli münasibətlər üçün dağıdıcı nəticələri olacaq".
 
ABŞ sentyabrın 10-da İranın ballistik raketlərinin Rusiyaya verilməsini rəsmən təsdiq edib. ABŞ həmçinin bu səbəbdən İrana qarşı sanksiyalar tətbiq edib. O cümlədən İran hərbi qulluqçuları, silah istehsalçıları, "İran Air" aviasiya şirkəti, habelə Rusiyaya silah daşıyan dörd gəmisi sanksiyalar altına düşüb.
 
İran parlamenti əvvəlcə Rusiyaya raket tədarükünü etiraf edib, lakin sonradan İran prezidenti Məsud Pezeşkian və İran XİN rəhbəri Abbas Araqçı bəyan edib ki, bu məlumat həqiqətə uyğun deyil. 
 
Oktyabrın 14-də Avropa İttifaqı Şurası Rusiyaya ballistik raket və dronlar tədarükünə görə İranın yeddi fiziki və yeddi hüquqi şəxsinə qarşı sanksiyalar tətbiq edib.
Link kopyalandı!
Son xəbərlər