Pilot öncə Bakıya dönmək istəyib, sonra ona Minvoda da, Mahaçqalaya da eniş izni verilib?..- Dispetçerlə danışıqların stenoqramı üzə çıxdı...-Dezinformasiya?..
Ekskluziv
4781
26 Dec 2024 | 11:30

Pilot öncə Bakıya dönmək istəyib, sonra ona Minvoda da, Mahaçqalaya da eniş izni verilib?..- Dispetçerlə danışıqların stenoqramı üzə çıxdı...-Dezinformasiya?..

Qroznıdan olan dispetçerlə sonradan faciəli qəzaya uğramış Bakı-Qroznı reysinin ekipajı arasında aparılmış danışıqların stenoqramından çıxarışları üzə çıxıb.
 
Moderator.az xəbər verir ki, stenoqram çıxarışlarını Rusiyanın "VÇK-OQPU"  telegram-kanalı dərc edib. 
 
Stenoqramın nə dərəcədə gerçək olduğunu deyə bilmərik. Bu, müəyyən dairələrin manipulyasiya məqsədli dezinformasiyası da ola bilər. Hər halda mütəxəssislər baxıb müəyyən qənaətə gələ bilərlər.
 
Ekipajın bir neçə dəfə Qroznıya enməsinə icazə verilməyib, sonra "GPS" sıradan çıxıb. Təyyarə Bakıya uçmaq qərarına gələndə pilot təyyarəyə güclü zərbə vurulduğunu bildirib.
 
Düzdür, əvvəlcə o qərara gəlib ki, təyyarə quş dəstəsi ilə toqquşub. Daha sonra təyyarənin idarəediciləri və hidravlikası sıradan çıxmağa başlayıb. Pilot əvvəlcə Minvoda, sonra isə Mahaçqala eniş etməyə cəhd göstərib. Lakin heç birində eniş alınmayıb. Sonra pilot Qroznıdakı dispetçerlə əlaqə saxlayıb. Ancaq az sonra o, nədənsə pilotu Rostovdakı dispetçerlə əlaqə saxlamaya yönləndirib... 
 
Stenoqramdan çıxarışların tərcüməsini nəzərinizə çatdırırıq:

08:11:50
e: AXY8243 Bakıya istiqamət götürürük.

08:11:58
d: AXY8243 cari kurs artımı 900 m
e: Hazırkı kursla mən 900 m AXY8243  yığıram  

08:12:12
d: AXY8243 təsdiq edin, Bakı-ehtiyata gedirsiniz?

e: Təsdiq edirəm, biz Bakı-ehtiyata gedirik AXY8243 ilə gedirik

08:12:29
d: AXY8243 əvvəlcə FL80 yığın və mənə deyin, siz birbaşa Pinta nöqtəsinə istiqamət götürə bilərsinizmi?

e: FL80 yığırıq, indi sizə deyəcəyik AXY8243 

08:12:48
e: AXY8243 hər iki "GPS" itdi, vektorlaşdırma lazımdır.

d: AXY8243 sizi başa düşdüm, sağa kurs 360 

e: Sağa kurs 360 AXY8243, təşəkkür edirəm.

08:14:15

d: AXY8243  FL150 yığın

e: FL150 yığın (aydın eşidilmir) AXY8243

d: AXY8243 və yığımı sürətləndirin

e: AXY8243 yığımı sürətləndiririk...
......
08:16:05

e: Biz idarəetməni itirdik, kabinəyə quş zərbələri. Kabinəyə quş zərbələrii (aydın eşidilmir)

08:16:16

d: AXY8243 sizi başa düşdüm, sizə nə kömək lazımdır?

08:16:41
e: Minvodda hava necədir, zəhmət olmasa, kömək edin.

d: AXY8243 16 dəqiqə.

e: başa düşmədim

d: AXY8243 16 dəqiqə.

e: 16 dəqiqədə nə olacaq?

d: AXY8243 məlumatınızı təkrarlayın, sizi eşitmək çətindir.

08:17:15

d: AXY8243 göyərtə qaydasındadır?

e: Göyərtə qaydasındadır, Minvoda doğru davam edirik.

d: AXY8243 sizi başa düşdüm, əmrə qədər cari kursu izləyin.

e: Anladım, hazırkı kursla əmrə əməl edirik. Zəhmət olmasa, Minvodun havasını deyin.

d: AXY8243 gözləyin, FL150 yığın.

e: FL150 yığıram.

08:18:29

d: AXY8243 sol orbiti yerinə yetirin.

e: Mən bunu bacarmıram,idarəetmə itir. Bizə Minvod üçün vektorinq verin və lütfən, Minvodub havasını verin.

d: AXY8243 sizi başa düşdüm, gözləyin. Sol kurs 030

e: Sol kurs 030

08:19:12

e: 150 saxlaya bilmirəm, kabinədə təzyiq artıb

d: AXY8243 sizi başa düşdüm.

08:20:27

d: AXY8243 sol kurs 360
e: 360 sol, mənim təyyarəm idarəetməni itirir.

d: AXY8243 məlumat üçün hava Minvodda hava: külək 120 dərəcə, 6 m/s, görüntü 10 km-dən çox, davamlı buludluluq aşağı kənar 180 m, QNH1024 hPa, işləmə zolağı 11

e: Bizə Mahaçqalanı  verin.

08:21:20

e: Və Mahaçqala.

d: AXY8243 Mahaçqalaya getməyə qərar verdiniz?
e: Elədir,  Mahaçqalanın havasını verin.
d: AXY8243 zəhmət olmasa gözləyin

08:22:12

d: AXY8243 sağ kurs 110.

d: AXY8243 Qroznı Qüllə.

e: Qəbuldadır

d: AXY8243 sağ kurs 140.

08:22:57

e: İndi hidravlika sıradan çıxdı

08:23:03

d: AXY8243 Qroznı Qüllə.

e: Qəbul. Hidravlikamız sıradan çıxdı.

d: AXY8243 anladım. Kursları icra edə bilərsiniz?

e: Bəli. Biz icra edə bilmirik. Konkret kurs verin, biz Mahaçqalaya gedərik.

d: AXY8243 sol kurs 100, sağa düzəliş kursu 100.

e: Sağa kurs 100. Mahaçqalanın havası?

08:23:42

d: AXY8243 Mahaçqala hava: külək 310 derece 2 m/s, görüntü: 3300, aşağı kənar 750m, duman QNH1026hPa, zolaq 32 işləyir

e: Anladım

08:24:26

d: AXY8243 Təsdiqləyin, fəlakət elan edilibmi?

e: (aydın eşidilmir) başa düşmədim (eşidilmir)

08:24:43

e: AXY8243 təkrar edin.

d: AXY8243 göyərtə qaydasındadır?

e: Göyərtə qaydasındadır.

08:24:55

e: Bizə icazə verin (aydın eşidilmir)

d: AXY8243 təkrar edin

e: (aydın eşidilmir)

08:25:09 

d: AXY8243 siz aydın eşidilmirsiniz, mesajınızı təkrarlayın.

e: (aydın eşidilmir)

08:25:30

e: AXY8243 necə qəbul etdiniz? Qəbuldayam

d: AXY8243 Qroznı Qüllə qəbuldadır, çox zəif eşidilir.

e: (aydın eşidilmir)

08:25:47
e: AXY8243 bu hündürlükdə davam etmək icazəsi verin.

d: AXY8243 Sizi dispetçer məntəqəsindən görə bilmirəm, mənə hündürlüyü deyin.

08:26:10

e: Hündürlük 80-dir

d: AXY8243 FL100 yığmağa çalışın

e: bacarsaq.

08:27:00

d: AXY8243 Qroznı qülləsi

e: AXY8243 qəbul.

d: AXY8243  Rostov Control 134.1-lə işləyin

e: Rostov Control 134.1 AXY8243

Sonra Bakı-Qroznı reysinin ekipajı Rostovda olan dispetçerlə danışıqlar aparıb...

S.Laçın

 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər