“Oranı qarışdıran əsas İran idi - İranı da təcrid etdilər...”
Ekskluziv
6467
25 Dec 2024 | 16:46

“Oranı qarışdıran əsas İran idi - İranı da təcrid etdilər...”

“Tramp nə qədər Ukrayna rəhbərliyini işğalı qəbul edib sülhə getməyə məcbur etmək istədiyini elan etsə də, ölkənin indiki və ya sonrakı heş bir rəhbəri bunu qəbul etməyəcək və çox güman ki, oradakı savaş dondurulmuş vəziyyətdə saxlanılacaq...”
 
Bu gün dünyanın gələcək düzənində iki proses həlledici rol oynayır; Rusiyanın Ukraynaya təcavüzü ilə davam edən savaş və İsrailin Qəzza və Livana qarşı apardığı qətliam prosesi. Təəssüf ki, 2024-cü ildə hər iki qarşıdurma daha qaynar fazaya girdi. Bəs görəsən qarşıdan gələn 2025-ci il üçün bu iki proseslə bağlı nələri gözləmək olar?..
 
Mövzu ilə bağlı Moderator.az-ın suallarını AMİP-in fəxri lideri Etibar Məmmədov belə cavablandırıb:
 
-İsrail Qəzzada “HƏMAS”-ı, Livanda “Hizbullah”ı təcrid edəndən, onların İranla bağlantılarını kəsəndən və Suriyada Əsəd rejiminin devrilməsindən sonra İsrail xeyli dərəcədə rahatlaşıb. Bu baxımdan yaxınlarda Qəzza ilə bağlı hansısa razılaşmanın əldə ediləcəyi və müəyyən bir müddət sabitlik yaranacağı ehtimal olunur. Çünki oranı qarışdıran əsas İran idi. İranı da Suriya vasitəsilə təcrid etdilər. Digər tərəfdən siz də gördünüz ki, “HƏMAS”-ın ötənilki terror həmləsindən sonra heç bir ərəb dövləti həmin qruplaşmanı müdafiə etmədi. Yalnız İran “Hizbullah” vasitəsilə “HƏMAS”-ın arxasında dururdu. Onların arasındakı bağlantıları aradan qaldırandan və “HƏMAS”-ın maliyyə və yardım mənbələri də bağlanandan sonra bu qruplaşma da sülhə razılaşacaq. İndiyədək hələ də “HƏMAS”-ın məramnaməsində əsas hədəfi İsraili bir dövlət kimi məhv etməkdir. Onlar bu hədəfdən imtina etsələr, çox güman ki, bölgə də sakitlik yaranacaq...
 
-Yəqin ki, bu halda paralel olaraq Livanda da İsrailin hərbi əməliyyatları dayandırılacaq?
 
-Bəli. Elə Livan da faktiki “Hizbullah”ın bazası idi. Həmin qruplaşma İran vasitəsilə orada dövlət içində ikinci bir dövlət qurmuşdu. İsrail “hizbullah”çıları da, dediyim kimi, tamamilə zəiflətdi. Və şox güman ki, onlar da düz yola gələcəklər...  
 
-Bəs Ukraynadakı savaşla bağlı 2025-ci ildə nələri gözləmək olar? 
 
-Ukraynada vəziyyət xeyli ağır və çətindir. Tramp nə qədər Ukrayna rəhbərliyini işğalı qəbul edib sülhə getməyə məcbur etmək istədiyini elan etsə də, ölkənin indiki və ya sonrakı heş bir rəhbəri bunu qəbul etməyəcək və çox güman ki, oradakı savaş dondurulmuş vəziyyətdə saxlanılacaq...
 
Sultan Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər