19:44
8°C
Bakı
“Ukrayna-Rusiya müharibəsi 2025-ci ildə də davam edəcək”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Ekspert qeyd edib ki, 2025-ci il müharibənin taleyi baxımından həlledici olacaq:
“Proseslərin gedişatı göstərir ki, 2025-ci il Ukrayna-Rusiya müharibəsinin gedişatı baxımından həlledici olacaq. Çünki artıq üç ildir ki, müharibə davam edir və hər iki tərəf qalib gəlmək üçün bütün vasitələrdən, bütün resurslardan istifadə edir.
Düşünürəm ki, biz gec-tez Ukrayna xalqının qələbəsinə şahid olacağıq. Ukrayna böyük qurbanlar bahasına olsa da, Rusiyanı geri çəkilməyə, öz ərazisini işğaldan azad etməyə nail olacaq!”
Seymur ƏLİYEV