Ekskluziv
1060
23 Dec 2024 | 17:10

"Ukrayna xalqına qarşı törədilən hər bir hərbi cinayətə görə işğalçını ədalətli qisas gözləyəcək" - Ukrayna Baş Kəşfiyyat İdarəsi

 
"Rusiyada "Shahed" dronları üçün milyonlarla dollarlıq detallar olan anbar məhv edilib..."
 
Rusiyada təcavüzkar ölkənin Ukraynaya qarşı istifadə etdiyi "Shahed" dronlarının detalları olan anbar yanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. Məlumatı "interfax.com. ua" nəşri yayıb.
 
Məlumatda deylir ki, "Shahed-136" tipli PUA-lar üçün detallar saxlanılan "Alabuqa" iqtisadi zonanın ərazisində yerləşən anbarda "müəmmalı dağıdıcı yanğın" baş verib. Bu, Rusiyanın hərbi-sənaye kompleksinə növbət zərbə olub.
 
"Müəmmalı dağıdıcı yanğın terrorçu Rusiyanın hərbi-sənaye kompleksinə növbəti zərbə olub. Ukrayna MN Baş Kəşfiyyat İdarəsi xatırladır ki, Ukrayna xaıqına qarşı törədilən hər bir hərbi cinayətə görə təcavüzkarı ədalətli qisas gözləyəcək", - bəyanatda deyilir.
 
"Anbarda zərbə dronlarının 65 füzelyajı, həmçinin mühərriklər, naviqasiya sistemləri, 400 vahid "Shahed-136" üçün teploviziya videokameraları olub, hamısı məhv edilib", - məlumatda deyilir.
 
Qeyd edilir ki, Rusiya anbarının məhv edilməsi nəticəsində təcavüzkarın itkiləri 16 milyon dollar civarında dəyərləndirilir.
 
Rusiyada yanğınlar - xəbərlər
 
Bundan öncə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat verib ki, Rusiyada yanğınlar nəticəsində Su-30 qırıcısı və üç lokomotiv məhv edilib.
 
Qeyd edilir ki, dekabrın 14-də Krasnodar diyarının Krımsk şəhərində birbaşa hava limanında düşmənin Su-30 qırıcısı yanıb.
 
Bir gün öncə isə, dekabrın 13-də Krasnodar şəhərində yanğın nəticəsində Rusiyanın üç dəmiryolu lokomotivi sıradan çıxarılıb.
Link kopyalandı!
Son xəbərlər