Bizi sosial şəbəkələrdən izləyin:
Mayk Keysi 2023-cü ilin oktyabrında Qəzza müharibəsi başlayandan bəri prezident Co Baydenin İsrailə sadiq hərbi və diplomatik dəstəyinə görə qəzəblənən ilk ABŞ rəsmisidir...
Birləşmiş Ştatların Fələstin İşləri İdarəsində siyasi müşavirin müavini vəzifəsində çalışmış keçmiş Dövlət Departamenti rəsmisi Qüdsdəki diplomat kimi təcrübəsini alçaldıcılıq kimi qiymətləndirib.
Moderator.az bu haqda “Əl-Cəzirə”yə istinadla xəbər verir.
"Açığı, ABŞ-nin İsrail hökumətinin tələblərinə necə tabe olduğunu görmək və bunun yanlış olduğunu bildiyimiz halda İsrail hökumətinin etdiklərini dəstəkləməyə davam etmək, açıq şəkildə utancvericidir. Və mən xidmət etdiyim başqa heç bir ölkədə belə şey görməmişəm”, - deyə Keysi “Əl-Cəzirə”yə bildirib.
Dörd il vəzifəsində qaldıqdan sonra Keysi iyul ayında Qəzza zolağında dağıdıcı hərbi kampaniyasına baxmayaraq, ABŞ hökumətinin İsrailə sarsılmaz dəstək verməsinə etiraz olaraq istefa verib.
Onun istefası haqda ilk dəfə bu həftə “The Guardian” qəzeti xəbər verib. Mayk Keysi 2023-cü ilin oktyabrında Qəzza müharibəsi başlayandan bəri prezident Co Baydenin İsrailə sadiq hərbi və diplomatik dəstəyinə görə qəzəblənən ilk ABŞ rəsmisidir.
S.Laçın