Ekskluziv
1019
22 Dec 2024 | 21:44

"Qəzza bölgəsində baş verənlər mənim ürəyimi param-parça edir" - Roma Papası

"Qeybət etməyin, xeyir-dua verin, xoş sözlər qardaşlıq və birlik yaradır, insanlığı bərqərar edir..."
 
Şənbə günü, dekabrın 21-də Roma Papası Fransisk Vatikanın müxtəlif departamentlərinə başçılıq edən kardinallar qarşısında illik Milad müraciətilə çıxış edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" nəşri yazıb.
 
Məlumatda deyilir ki, bu dəfə Roma Papası öz çıxışını İsrailin Qəzza bölgəsinə aviasiya zərbələrini xatırlatmaqla başlayıb.
 
"Dünən uşaqlar bombardman edilib. Bu, qəddarlıqdır. Bu, savaş deyil. Mən bu barədə demək istədim, çünki bu, mənim ürəyimi param-parça edir", - pontifik deyib.
 
Daha sonra o, İsrail hakimiyyətinə öz vədini pozaraq Qüdsün katolik kilsəsi patriarxatının rəhbəri, kardinal Pyerbattist Pitsbalı Qəzzaya buraxmaqdan imtina etdiyindən şikayətlənib. Vatikan rəhbərinin dəftərxanası Fransiskin bu bəyanatını şərh etməkdən imtina edib.
 
İsrail Müdafiə Ordusu isə bunu təkzib edib və bəyan edib ki, kardinalın səfəri "prinsipcə bəyənilib və buna mane olan fövqəladə hallar olmazsa bazar günü baş tuta bilər".
 
İsrail Müdafiə Ordusu məlumat verib ki, Vatikandan Fələstin katoliklərinə göndərilən humanitar yardım ötən həftə Qəzzaya çatdırılıb və ordu "Qəzzada qalan xristian əhalinin həyatını hər vəchlə yüngülləşdirməyə çalışır, o cümlədən üçüncü ölkəyə getmək istəyənlərə yardım edir".
 
1, 4 milyard üzvü olan Roma Katolik Kilsəsinə başçılıq edən Roma Papası, adətən, münaqişələrə münasibətdə ehtiyatlı davranır, lakin son zamanlar o, İsrailin Qəzzada apardığı hərbi əməliyyatlarla bağlı öz mövqeyini açıq şəkildə ifadə edir. Pontifik diqqəti ona yönəldib ki, bəzi beynəlxalq ekspertlər Qəzzada baş verənləri soyqırım adlandırıb.
 
Öz növbəsində İsrail XİN riyakarcasına bəyan edib ki, İsrail günahsız insanların zərər çəkməməsi üçün, guya, fövqəladə səylər göstərir. Bu zaman müharibə başlanandan Qəzza bölgəsində 45 minə yaxın dinc insanın amansızcasına qətlə yetirilməsindən bircə kəlmə də deyilməyib.
 
Roma Papası öz çıxışında sözün gücünə diqqət çəkib. O, xatırladıb ki, Apostol Pavel qeybət etməyə deyil, xeyir-dua verməyə çağırır.  Ona görə də hər bir xristianın qarşısında dayanan əsas vəzifə başqaları haqqında xeyirxah sözlər deməkdən ibarətdir. Xoş sözlər qardaşlıq və birlik yaradır, insanlığı bərqərar edir və Tanrının dünya ilə bağlı niyyətini əks etdirir.
Link kopyalandı!
Son xəbərlər