Ekskluziv
988
22 Dec 2024 | 14:01

"Polşa Rusiya raketlərini vurmağa hazırdır, amma şərt var" - Polşa müdafiə naziri

"Ukraynanın hava məkanında hədəflərin vurulması ilə bağlı NATO-nun vahid qərarı yoxdur..."
 
Polşa Rusiya raketlərinin vurmağa hazırdır, amma bu, bir şərtlə baş verə bilər. 
 
Moderator.az xəbər verir ki, bu barədə ölkənin mili müdafiə naziri Vladislav Kosinyak-Kamış "golosameriki.com" nəşrinə müsahibəsində bəyan edib.
 
"Biz hava hücumundan müdafiə sistemi hazırlamışıq, bizim həmçinin gücləndirilmiş HHM sistemimiz var. Söhbət NATO-nun mühafizəsinə veriləcək Jeşuv hava limanından gedir. Bizim müttəfiqlərimiz olan Amerika, Britaniya, Almaniya, Norveç və digər ölkələr aviasiya bazasında bizi müdafiə edir. Əgər bu hava məkanı pozularsa, raket və ya dronlar vurulacaq", - o, izah edib.
 
Nazirin sözlərinə görə, Ukraynanın hava məkanında hədəflərin vurulmasından hələ də söhbət getmir, çünki bununla bağlı NATO-nun vahid qərarı yoxdur. Polyaklar öz ərazilərini müdafiə edəcək.
 
"Tez-tez biz Polşa üçün təhlükənin olacağı təqdirdə öz ərazimizin müdafiəsi üçün buna uyğun olaraq bizim F-16 qırıcılarımızı hazır vəziyyətə gətiririk. Raketin Polşa ərazisinə hədəfləndiyi hallar olmayıb, amma yox, ötən həftə Polşanın F-16 qırıcıları göyə qalxaraq sərhəddə ərazimizi müdafiə etməyə hazır olub", - nazir deyib.
 
Polşa Rusiya raketlərini vurmaq istəyir
 
Xəbər verildiyi kimi, bundan öncə Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Ukrayna Rusiya raketlərinin Ukrayna səmasında vurulması üçün qonşu ölkələrdən koalisiya yaradılmasını NATO ilə razılaşdırmaq niyyətindıdir.
 
Polşa XİN rəhbəri Radoslav Sikorski ümid etdiyini bildirib ki, NATO və ABŞ öz mövqeyini dəyişəcək və Rusiyanın Ukrayna üzərində raketləri müttəfiqlərin HHM qüvvələri ilə vurulmasına imkan verəcək.
 
Polşa XİN nümayəndəsi Pavel Vronski bəyan edib ki, öz mövqeyi ucbatından Sikorski "Alyans daxilində dəfələrlə tənqidə məruz qalıb".
 
Sikorski həmçinin vurğulayıb ki, Polşa onun ərazisinə yönələn raketləri "Konstutusiyanın tələblərinə görə vurmağa" borcludur, lakin NATO  ölkələri bunu qadağan edir.
 
Eyni zamanda Moskva NATO ölkələrini Rusiyanın Ukrayna üzərində raketlərin vurulması imkanı barədə Polşanın bəyanatları səbəbindən "paritet" tədbirlərlə təhdid edir.
Link kopyalandı!
Son xəbərlər