Bizi sosial şəbəkələrdən izləyin:
Albaniyanın Baş naziri Edi Rama məktəbdə şagirdin ölümü ilə nəticələnən insidentdən sonra ölkə hakimiyyətinin Tiktok platformasına girişi bir il müddətinə bağlayacağını açıqlayıb.
Moderator.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
O, Tiranada müəllimlər, valideynlər və psixoloqlarla görüşündə Tiktoku “quldur” adlandırıb və onu bir il ərzində ölkədən “qovacağına” söz verib.
Hökumətin qərarına əsasən, Tiktok 2025-ci ilin əvvəlindən Albaniyada bloklanacaq.
Qeyd edək ki, Tiranda məktəblərdən birində 14 yaşlı şagirdin öldüyü, birinin yaralandığı davadan sonra Tiktokun bloklanması qərarı verilib. Sonradan məlum olub ki, münaqişə sosial şəbəkələrdə qarşıdurma ilə başlayıb.