Rusiyanın Kursk vilayətinə raket zərbəsi endirilib, həlak olanlar var
Ekskluziv
530
13:29, Bu gün

Rusiyanın Kursk vilayətinə raket zərbəsi endirilib, həlak olanlar var

 
"Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsinin üç ili ərzində 12 min dinc sakin qətlə yetirilib, 27 min nəfər yaralanıb..."
 
Rusiyanın Kursk vilayətinin Rılsk şəhərində bir neçə partlayış baş verib. Rusiya KİV-ləri iddia edir ki, Ukrayna Silahlı Qüvvələri yaşayış məntəqəsinə HIMARS yaylım atəşli reaktiv sistemindən zərbə endirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.
 
Rılsk rayonunun qubernatoru Andrey Belousov "RİA Novosti" agentliyinə 15 zərbənin endirildiyini deyir. Kremlyönlü "Mash" kanalının məlumatına görə, Rılsk şəhərinə altı ATACMS raketi atılıb. Yerli sakinlər güclü partlayışlar baş verdiyi barədə məlumat verib, yanğın və dağıntıları videoya çəkib.
 
Qurbanlar barədə məlumatlar fərqlidir. "Mash" kanalı yeddi nəfərin, o cümlədən bir körpənin, "Baza" kanalı isə dörd nəfərin həlak olduğu barədə məlumat verib. Hər iki mənbə 30 nəfərin zərər çəkdiyini yazır.
 
Kursk vilayəti qubernatoru vəzifələrini icra edən Aleksandr Xinşteyn bəyan edib ki, atəş nəticəsində mədəniyyət evi, 1 saylı ibtidai məktəb, Qanin adına vilayət çoxprofilli kollec, Rılsk aviasiya kollecinin iki korpusu, çatdırılma xidmətləri və marketpleyslərin ofisləri, VVAQ, habelə bir neçə şəxsi ev və təxminən 15 avtomobil zərər çəkib.
 
Rusiya İstintaq Komitəsi "terror aktı" ilə bağlı cinayət işi açıb. Ukrayna tərəfi bu zərbəni hələlik şərh etməyib.
 
Dünən səhər Rusiya ordusu Kiyevə və Krivoy Roqa zərbələr endirib. Ukrayna paytaxtında bir nəfər həlak olub, 11 nəfər yaralanıb. Krivoy Roqda 15 nəfər, o cümlədən 15 yaşlı qızcığaz zərər çəkib, onlardan üç nəfərinin vəziyyəti ağırdır.
 
Ukrayna Hava Qüvvələrinin məlumatına görə, Kiyevə beş "İsgəndər" ballistik raketi atılıb, onlar HHM tərəfindən vurulub, lakin qəlpələrdən dağıntılar törədilib.
 
BMT-nin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsi başlanandan 12 mindən çox dinc sakin qətlə yetirilib, təxminən 27 min nəfər yaralanıb. 
 
BMT həmçinin rusiyalı hərbçilər tərəfindən edamlar, işgəncələr, oğurluqlar, seksual zorakılıq, qəddarcasına davranış və mülki şəxslərin özbaşına saxlanılması halları qeydə alınıb.
Link kopyalandı!
Son xəbərlər