Ukrayna Rusiya qazının Avropaya nəqlini dayandıracaq
Ekskluziv
836
20 Dec 2024 | 19:10

Ukrayna Rusiya qazının Avropaya nəqlini dayandıracaq

"Rusiyadan ucuz qiymətə nəsə əldə edən ölkələr sonucda ondan asılı olacaq..."
 
Ukrayna Kremlin müharibədə qazanc əldə etməsinə imkan verməmək üçün Rusiya qazının Ukrayna ərazisindən tranzitinə yol verməyəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Brüsseldə mətbuat konfransında bəyan edib. Məlumatı "euronews.com" nəşri məlumat yayıb.
 
"Biz Rusiya qazının tranziti ilə məşğul olmayacağıq. Biz öz qanımız bahasına əlavə milyardlar qazanmağa imkan verməyəcəyik. Dünyanın istənilən ölkəsi Rusiyadan ucuz qiymətə nəsə əlsə edəcəksə, sonucda Rusiyadan asılı olacaq. Bu, onların siyasətidir. Ona görə də biz Rusiya qazını tranzit etməyəcəyik", - Zelenski deyib.
 
Onun sözlərinə görə, həmkarları ilə, o cümlədən Slovakiya baş naziri ilə görüşü zamanı o, qaz tranziti ilə bağlı öz mövqeyini dəqiq izah edib. Zelenski qeyd edib ki, əgər bu qaz Rusiyadan deyil, başqa ölkədən olacaqsa, Ukrayna tranzitə qarşı olmayacaq. Lakin həmin ölkənin qazı Rusiyadan almaması və daha sonra onu nəql etməməsi vacibdir, çünki bu, faktiki olaraq Kremlin müharibədə qazanc əldə etməsi demək olacaq.
 
"Əgər Avropa ölkəsi qaz əldə etməyə və müharibə sona çatanadək pulları Rusiyaya ödəməməyə hazırdırsa, bu barədə düşünmək olar. Bizim üçün bu, vacib məqamdır. Biz Rusiyanın bu müharibədə əlavə qazanc əldə etməsinə imkan verməyəcəyik", - prezident əlavə edib.
 
Rusiya qazının Ukraynadan tranziti-əsas xəbərlər
 
Bundan öncə Ukrayna baş naziri Denis Şmıqal bəyan edib ki, Ukrayna Rusiya ilə neft və qaz tranziti barədə yeni saziş və ya bu ilin sonunda müddəti başa çatan qüvvədə olan sazişin müddətinin artırılması barədə danışıqlar aparmaq niyyətində deyil.
 
Bu zaman italyan, slovak və macar şirkətləri Rusiya qazının Ukraynadan tranzit sazişinin uzadılmasını tələb edir. Onların nümayəndələrinin sözlərinə görə, sazişin qüvvədən düşməsi "qaz tədarükünü mürəkkəbləşdirə" və Avropa istehlakçıları üçün "mavi yanacağın" qiymətinin artmasına gətirib çıxara bilər.
Link kopyalandı!
Son xəbərlər