Bugünlərdə Pentaqonun sözçüsü general-mayor Pat Rayder Suriyadakı ABŞ əsgərlərinin sayı ilə bağlı maraqlı açıqlama ilə çıxış edib.
Moderator.az ABŞ hərbi nəşrinə istinadən xəbər verir ki, məlum açıqlamadan sonra bugünə qədər Suriyada cəmi 900 ABŞ hərbçisinin olduğunu bildirən Pentaqonun hər kəsi aldatdığı məlum olub. Bəlli olub ki, iddia edilən rəqəmdən fərqli olaraq, Suriyada ABŞ əsgərlərinin sayı 900 yox, 2000 nəfərdir.
General Pat Rayder bildirib ki, rəqəmlər arasındakı uyğunsuzluq əsgərlərinin sayının dəqiq hesablanmaması ilə bağlıdır.
Lakin onun bu “arqumenti” gülüş və ittihamlarla qarşılaşıb. Generalın açıqlamasından belə təəssürat yaranıb ki, Pentaqonun öz əsgərlərinin sayından xəbəri yoxdur. Əksəriyyət isə hesab edir ki, bütün bunlar Pentaqonun xalqı məqsədli şəkildə aldatmasından başqa bir şey deyil.
Qeyd edək ki, Suriyadakı ABŞ əsgərlərinin böyük əksəriyyəti xüsusi təyinatlı həbrçilərdən ibarətdir.
Seymur ƏLİYEV