Fransa 44 günlük Vətən müharibəsində Ermənistanın “harasından tutub”?
Ekskluziv
805
19 Dec 2024 | 21:17

Fransa 44 günlük Vətən müharibəsində Ermənistanın “harasından tutub”?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində Erənistan-Fransa əlaqələri ilə bağlı maraqlı fikirlər səsləndirib. Fransanın 44 günlük Vətən müharibəsindən etibarən Ermənistana açıq dəstək sərgilədiyini bildirən dövlət başçısı, nə müharibə dövründə, nə də 2023-cü ilin lokal antiterror əməliyyatı zamanı bu dəstəyin heç nəyi dəyişmədiyini, işğalçını məğluiyyətdən xilas etmədiyini bildirib:

 

“Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək. Axı, Makron 2020-ci və ya 2023-cü ildə onlara necə kömək etdi, onları dəstəklədi, bəli, əlindən, yəqin ki, başqa hansı yerindən tutdu, bilmirəm. Bax, bu qədər. Biz onun nəyə qadir olduğunu çox yaxşı bilirik”. 

 

Sitatdan da göründüyü kimi, dövlət başçısı Fransanın hər iki qarşıdurmada Ermənistana dəstək verdiyini, onun əlindən tutduğunu bildirib. Bununla yanaşı, ölkə prezidenti qeyd edib ki, nəyin bahasına olursa-olsun İrəvanı bu qarşıdurmalardan qalib çıxarmağa çalışan Fransanın Ermənistanın hansısa başqa bir yerindən də tutması mümkündür.

 

Bəli, tarixən müxtəlif ağaların, himayədar dövlətlərin ağuşunu qucaq-qucaq gəzən, bu gün isə Parisin qoynuna sığınan Ermənistanın dəstək naminə hər cür alçaldıcı münasibətə razı olduğu, harasından yapışmasından asılı olmayaraq heç bir ələ  “yox” demədiyi birmənalıdır. Amma bu da aydındır ki, kimin harasından tutmasından, necə dəstək verməsindən asılı olmayaraq, Ermənistan heç vaxt Azərbaycanla qarşıdurmadan qalib çıxa bilməyəcək. 2020 və 2023-cü illərdə olduğu kimi, Ermənistanın “qazancı” məğlubiyyət və “orasında-burasında” qalan əl izləri olacaq.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər