Ekskluziv
838
14:06, Bu gün

"'Biz Ukrayna qoşunlarının sayını azalda bilmərik" - Zelenski

 
"Ukrayna üçün ən yaxşı təhlükəsizlik zəmanəti NATO-ya daxil olmaqdır..."
 
Ukrayna hətta NATO-ya dəvət alsa belə, öz Silahlı Qüvvələrinin sayının azaldılmasına razı olmayacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Brüsseldə jurnalistlərlə görüşü zamanı bəyan edib. Məlumatı "pravda.com.ua" nəşri yayıb.
 
"Ən yaxşı təhlükəsizlik zəmanəti güclü ordu, böyük ordudur, Avropada ən güclü ordudur. Ordumuzun gücünü məhdudlaşdırmağa bizim ixtiyarımız yoxdur, bu, istənilən halda, hətta NATO-ya dəvət edilsək də, belədir. NATO-da olmayanadək biz risk edə bilmərik", - Zelenski bəyan edib.
 
O, qeyd edib ki, Ukrayna üçün ən başlıca təhlükəsizlik zəmanəti NATO-ya daxil olmaqdır. Eyni zamanda Zelenski o cümlədən "sanksiyalar və maliyyə" də daxil olmaqla zəmanətlərin bütün mümkün növlərinin nəzərdən keçirildiyini deyib. "Lakin Putinin yenidən geri dönməyəcəyini demək üçün bunlar yetərli deyil", - o, bəyan edib.
 
Prezident vurğulayıb ki, məhz buna görə də Ukraynanın öz Silahlı Qüvvələrinin azaldılmasına razılaşmağa ixtiyarı yoxdur.
 
Zelenski həmçinin Ukraynada sülhməramlılar məsələsindən də danışıb. O, qeyd edib ki, sülhməramlı missiya ilə bağlı Fransa prezidenti Emmanuel Makron təşəbbüs göstərir.
 
O, qeyd edib ki, hazırda mümkün sülhməramlı missiyalarla bağlı məsləhətələşmələr davam edir və Makron buna kömək edir.
 
"Biz bununla bağlı bəzi liderlərlə təmasda olmuşuq və nikbin siqnallar eşitmişik. Bu, detallar məsələsidir və biz bu detalları müzakirə edirik", - Zelenski deyib.
Link kopyalandı!
Son xəbərlər