Ekskluziv
957
12:36, Bu gün

"NATO Ukraynaya hərbi yardımın koordinasiyasını öz üzərinə götürüb" - "Reuters"

 
"Bu addım NATO-ya öz resurslarını işə salmadan Ukrayna müharibəsində daha çox rol ayıracaq..."
 
NATO planlaşdırıldığı kimi Ukraynaya hərbi yardımın koordinasiyasını Birləşmiş Ştatların yerinə öz üzərinə götürüb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
 
Məlumatda deyilir ki, bu, dəstək mexanizminin NATO-ya skeptik münasibət sərgiləyən Donald Trampdan müdafiəsinə yönələn addım kimi nəzərdən keçirilir. Bu addım Alyansa öz resurslarını işə salmadan Rusiyanın hərbi müdaxiləsinə qarşı müharibədə bilavasitə daha çox rol ayıracaq.
 
Diplomatlar etiraf edir ki, səlahiyyətlərin NATO-ya verilməsinin effekti məhdud ola bilər, çünki Tramp dönəmində ABŞ dəstəyi azaltmaqla Ukraynaya hələ də ciddi zərbə vura bilər. Çünki Birləşmiş Ştatlar Alyansın dominant qüvvəsi olaraq qalır və Kiyevə silahın böyük hissəsini tədarük edir.
 
NATO-nun Ukraynada "NATO Security Assistance and Training for Ukraine" (NSATU) adlanan yeni missiyasının qərargahı Almaniyanın Visbaden şəhərindəki Amerika bazasında yerləşir. Vəziyyətlə tanış olan şəxslərdən biri məlumat verib ki, indi bu baza tam fəaliyyətdədir və ləngimələr üçün heç bir səbəb olmayıb.
 
Qeyd edilir ki, səlahiyyət müddəti sona çatan ABŞ administrasiyası Trampın Ukraynaya hərbi texnika tədarükünü azalda biləcəyi fonunda Kiyevə var gücü ilə daha çox silah göndərməyə çalışır.
 
NSATU-nun şəxsi heyətinin ümumi sayı o cümlədən NATO SHAPE-in Belçikadakı  mənzil-qərargahında və Polşa və Rumıniyadakı logistik qovşaqlarda yerləşən hərbi qulluqçular da daxil olmaqla təxminən 700 nəfər təşkil edir.
 
Ukraynada müharibə - Trampın mövqeyi
 
Yanvar ayında vəzifələrinin icrasına başlayacaq Donald Tramp bəyan edib ki, Ukraynada müharbəyə tez bir zamanda son qoymaq istəyir, lakin bunu necə etmək niyyətində olduğunu dəqiqləşdirməyib. O, çoxdandır ki, ABŞ-ın maliyyə və hərbi yardımının miqyasını tənqid edir.
 
Tramp özünün ilk prezidentlik müddətində NATO-dan çıxacağı ilə təhdid edib və müttəfiqlərdən silahlı qüvvələrə milli ÜDM-in  NATO-nun 2 faizlik məqsədli göstəricisi ilə müqayisədə 3 faizini sərf etməyi tələb edib.
Link kopyalandı!
Son xəbərlər