Bizi sosial şəbəkələrdən izləyin:
"Bu kəşf şokolad haqqında təsəvvürləri alt-üst edir..."
Yeni tədqiqat göstərib ki, tünd şokoladdan müntəzəm istifadə edilməsi ikinci tip şəkərli diabetin inkişaf riskini azaldır, südlü şokolad isə faydasız ola bilər.
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "British Medical Journal" tibb jurnalı yazıb.
Məlumatda deyilir ki, tədqiqat yaşı 35-dən yuxarı olan 190 min nəfərin məlumatları əsasında aparılıb.
Tünd şokolad diabetdən necə qoruyur?
Tədqiqatın nəticələrinə görə, həftədə beş və daha artıq dəfə tünd şokolad yeyənlərdə ikinci tip diabetin inkişaf riski 21 faiz azalıb. Hətta həftədə bir əlavə porsiya xəstəlik ehtimalını 3 faiz azaldıb.
Bu zaman şirniyyat xoşlayanlar arasında südlü şokolad belə effekt verməyib. Üstəlik, o, çəkini artırıb, bu da, əksinə, diabet riskini yüksəldir.
Nədən məhz tünd şokolad?
Tünd şokolad antioksidantlar və polifenollarla zəngindir, bunlar isə insulinə həssaslığı azaldır, iltihabla mübarizə aparır və damarların sağlamlığını qoruyur.
Bu kəşf şokolad haqqında təsəvvürləri alt-üst edir: zərərli hesab edilən şirniyyat sağlamlığın saxlanılması üçün qida rasionunun bir hissəsi ola bilər.
Lakin alimlər xəbərdarlıq edir: bu effekt yalnız tərkibində yüksək miqdarda kakao olan tünd şokoladdan istifadə etdikdə müşahidə edilib.
Təqdiqatçılar tünd şokoladı qida rasionuna mülayim miqdarda daxil etməyi tövsiyə edir ki, maksimum fayda əldə edilsin. Lakin ümumi kalorini nəzərə almaq və şəkərdən yan keçmək vacibdir.