Səhər yeməyi zərərlidirmi? - ALİMLƏR  AÇIQLADI - KÖKƏLDİR...
Ekskluziv
1315
09:08, Bu gün

Səhər yeməyi zərərlidirmi? - ALİMLƏR  AÇIQLADI - KÖKƏLDİR...

Avropalı alimlərin apardığı son araşdırmalar səhər yeməyinin çəkiyə nəzarətdə mühüm yer tutduğunu bir daha ortaya qoydu. Mütəxəssislər, xüsusilə 50 yaşdan yuxarı şəxslər üçün səhər yeməyindən imtinın çəki artımına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
 
Moderator.az xəbər verir ki, üç illik araşdırmada metabolik sindromu olan təxminən 380 ispan iştirakçının sağlamlığı, çəkisi və qidalanma vərdişləri araşdırılıb. Metabolik sindrom, ürək xəstəlikləri, iflic və tip 2 diabet kimi riskləri artıran bir vəziyyətdir və yüksək təzyiq, yüksək qan şəkəri, bel ətrafında artıq yağ yığılması və yüksək xolesterin kimi faktorları ehtiva edir.
 
Araşdırmanın nəticələrinə görə, gündəlik kalori qəbulumuzun 20-30 faizini təşkil edənlər səhər yeməyindən imtina edənlərin kalorili səhər yeməyi yeməkdən çox daha sağlamdır.
 
İngiltərədəki Milli Səhiyyə Xidməti qadınların gündə 2000 kalori, kişilərin isə 2500 kalori istehlak etməsini tövsiyə edir. Həmçinin vurğulanır ki, sağlam səhər yeməyi ümumi kalorinin 20-25 faizini təşkil etməli və müxtəlif qida elementlərini ehtiva etməlidir.
 
The Telegraph qəzetində çıxan xəbərə görə, səhər yeməyində təxminən 400 kalori yeyən insanların bədən kütlə indeksinin daha aşağı olduğu və bel ətrafının səhər yeməyini atlayanlara nisbətən bir düym daha incə olduğu müşahidə edilib.
 
Barselonadakı Hospital del Mar Araşdırma İnstitutundan Karla-Alejandra Pérez-Veqa, tədqiqatın yalnız səhər yeməyinə yönəldiyini və buna görə də səhər yeməyinin günün ən vacib yeməyi olub-olmadığına dair qəti bir nəticəyə gəlmədiyini söylədi. Mütəxəssis onu da vurğulayıb ki, səhər yeməyi uzun müddətli orucdan sonra maddələr mübadiləsinin oyanmasında mühüm rol oynayır. O əlavə edib ki, səhər yeməyindən imtina edənlər daha az enerji sərf edənlərdir.
 
 
Link kopyalandı!
Son xəbərlər