Ekskluziv
602
16 Dec 2024 | 17:10

"Tehranda "Binyamin Netanyahu küçəsi" peyda olub...

 
"İranda rejim əleyhdarlarının fəallaşması fonunda repressiyalar güclənir, hazırda 21 nəfəri ölüm cəzası gözləyir..."
 
Müxalif ovqatda olan iranlılar HƏMAS və "Hizbullah"ın hərbi məğlubiyyətləri və Bəşər Əsəd rejiminin süqutu fonunda fəal şəkildə azad fikirlər ifadə etməyə başlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə İranın müxalif "İran İnternational" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, şənbə günü fəallar Tehrandakı küçələrdən birinin adını İsrail baş nazirinin şərəfinə dəyişib. Müxalifətçilər orada üzərində "Şərin kökünü kəsən Binyamin Netanyahu küçəsi" sözləri yazılan lovhə asıb.
 
Bunun kim tərəfindən edildiyi bəlli deyil. Amma gənc müğənni Parastu Əhmədinin sərgilədiyi davranış İran gerçəkliyi şəraitində onun həyatı bahasına başa gələ bilər.
 
Populyar müğənni "YouTube"-da yarımsaatlıq konsert verib, bu zaman səhnəyə İslam Respublikasının əxlaq normalarına zidd olan obrazda çıxıb.
 
Parastu tək çıxış edib, dodaqlarında al-qırmızı boya, bədənində sıx paltar, əlləri və çiyinləri açıq olub. İran qanunlarına görə, qadınlara tək ifa etmək, habelə ictimaiyyət qarşısına hicabsız çıxmaq qadağandır.
 
Konsert başlamazdan öncə müğənni deyib: "Mən Parastuyam. Sevdiyim insanlar üçün mahnı oxumağı sevən qızam. Bu, mənim hüququmdur və mən bundan imtina edə bilmərəm".
 
Bu çıxış dekabrın 11-də açıqlanıb və İranın sosial şəbəkələrində tez bir zamanda müzakirələrə səbəb olub. Hal-hazırda konsetin videosunu təxminən iki milyon insan izləyib.
 
Hakimiyyət bu hərəkətə dərhal münasibət bildirib. Dekabrın 12-də İranın hüquq sistemi portalında məlumat verilib ki, bu konsert "qanuni icazə olmadan və şəriyət prinsipləri gözlənilmədən" baş tutub. Müğənni və prodüser qrupu ilə bağlı hakimiyyət "müvafiq tədbirlərin" görüləcəyini bəyan edib.
 
Dünən axşam bəlli olub ki, müğənni və onunla birlikdə konsertdə çıxış edən daha iki musiqiçi həbs edilib. Lakin bazar günü hər üçünün azadlığa buraxıldığı barədə məlumat yayılıb.
 
Güman etmək olar ki, hakimiyyət vəziyyəti gərginləşdirməmək və etirazlara təhrik etməmək üçün azadlıqsevər müğənnini azad etmək qərarına gəlib.
 
Parastu Əhmədi ilk dəfə deyil ki, İran hakimiyyətinə meydan oxuyur. O, polis tərəfindən hicabın "düzgün" geyilmədiyinə görə həbs edilən Məhsə Əminənin ölümündən sonra baş verən etirazlarda fəal iştirak edib. Əhmədinin ifa etdiyi mahnıda nümayişçilərə dəstək verilib. Bundan sonra o, dindirilib, evində axtarış aparılıb.
 
Bu arada isə İranda ötən həftə Möhsün Şəkərinin edamından bir neçə gün sonra ikinci edam barədə məlumat verilib. Bu dəfə bıçaqla İnqilab Qvardiyasının iki üzvünün qətlə yetirilməsi və daha dörd nəfərin yaralanmasında ittiham edilən İran vətəndaşı Məcid Rza Rəhnəvərd asılıb. 
 
İrandakı edamlar Vaşinqtonda qəzəblə qarşılanıb, bu hadisələr "hüznlü eskalasiya" adlandırılıb və bəyan edilib ki, İran rejimi öz xalqına qarşı zorakılığa görə cavab verəcək.
 
"Amnesty İnternational" hüquq-müdafiə təşkilatının məlumatına görə, İranda ən azı 21 nəfər nümayişçini ölüm hökmü gözləyir. Bu, İranı lərzəyə gətirən xalq üsyanı iştirakçılarını qorxutmağa hesablanıb.
Link kopyalandı!
Son xəbərlər