Ekskluziv
934
09:19, Bu gün

"Hər qanunla Gürcüstanı Rusiyaya çevirirlər...- Ancaq gürcülər təslim olmayacaq...-Zurabişvili

Xalqın xeyli hissəsinin hələ də Gürcüstan prezidenti kimi qəbul etdiyi Salome Zurabişvili yazır ki, Gürcüstan 2023-cü il dekabrın 14-də Avropa İttifaqı üzvlüynə namizəd statusunu aldıqdan bir il sonra “Gürcü arzusu” prosesi yarımçıq qoyaraq onu pozmaq üçün hər şeyi etdi.
 
Moderator.az bu haqda "SOVA" portalına istinadla xəbər verir.
 
“Rusiya” qanunlarını qəbul etməklə, “Arzu” ölkəni Rusiyaya çevirir. 12/14/2023 - Gürcüstan Aİ-yə namizəd statusu alıb. Bir il ərzində təkpartiyalı hökmdarlar, nəhayət ki, Aİ yolunu kəsmək üçün ona qarşı bütün mümkün addımları atdılar.
 
Hər qanun qəbul etdikcə  Gürcüstanı Rusiyaya çevirirlər. Ancaq gürcülər təslim olmayacaqlar!”, – yazır Zurabişvili.
 
Xatırladaq ki, dekabrın 14-də Gürcüstanda ilk dəfə olaraq prezident ümumxalq səsverməsi ilə deyil, 300 seçicidən ibarət seçki kollegiyasının üzvləri tərəfindən seçilib. Prezidentliyə yeganə namizəd hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının namizədi, sabiq parlament üzvü və keçmiş futbolçu, 53 yaşlı Mixeil Kavelaşvili olub. Və yekunda o seçilib. 
 
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti vəzifəsinə seçilməsi münasibətilə Mixeil Kavelaşviliyə təbrik məktubu ünvanlayıb.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər