Bizi sosial şəbəkələrdən izləyin:
Bazar ertəsi, dekabrın 16-na keçən gecə İsrail ordusu Əsəd ordusunun silah və sursatlarını məhv etməyə davam edib.
Moderator.az bu haqda İsrail mediasına istinadla xəbər verir.
Xəbərdə deyilir ki, İsrail təyyarələri Suriyanın Latakiya və Tartus əyalətlərində hərbi hədəflərə hücum edərək güclü partlayışlar törədib.
Suriya mənbələrinin məlumatına görə, Tartusda hücumun hədəfi hava hücumundan müdafiə qüvvələrinin hərbi bazası və "yer-yer" raketlərinin anbarı olub. "VolcanoDiscovery" saytının məlumatına görə, Dəməşq vaxtı ilə saat 00:48-də Tartus ərazisində 3,0 bal gücündə zəif təkanlar qeydə alınıb.
Suriya İnsan Haqları Müşahidə Qrupu ("SOHR") monitorinq qrupu İsrail ordusunun bu gecə həyata keçirdiyi zərbələri 2012-ci ildən bəri ən güclü zərbələr adlandırır.
Xatırladaq ki, Tartus şəhərində Rusiyanın Aralıq dənizindəki yeganə hərbi dəniz donanması yerləşir. Bəzi məlumatlara görə, ruslar bir neçə gəmini çıxarsa da, baza hələ də yerindədir. Suriyanın digər ərazisindəki Rusiya qoşunlarının bir hissəsi də bu bazaya köçürülüb.
S.Laçın