Ukraynanın maraqlarını ardıcıl müdafiə edən əsas siyasətçi Makron imiş...
Ekskluziv
901
07:59, Bu gün

Ukraynanın maraqlarını ardıcıl müdafiə edən əsas siyasətçi Makron imiş...

"Trampın ilk növbədə Fransaya uçması bu vəziyyətin ən yaxşı sübutudur...”
 
Hazırda beynəlxalq arenada Ukraynanın maraqlarını ardıcıl müdafiə edən əsas avropalı siyasətçi Fransa prezidenti Emmanuel Makrondur.
 
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu fikirləri "Espresso" kanalında beynəlxalq məsələlər üzrə ekspert Maksim Nesvitaylov deyib.
 
O bildirib ki, Makron Kiyevə özündən məyus olmaq üçün heç bir əsas vermir. Bu gün o, dünyanın əsas Ukrayna diplomatıdır. O, bütün dünyada, əlbəttə ki, ilk növbədə Avropada super aktiv və uğurla fəaliyyət göstərir. Makron tədricən Avropanın əsas nümayəndəsinə çevrilir. Mənə elə gəlir ki, Trampın ilk növbədə Fransaya uçması bu vəziyyətin ən yaxşı sübutudur”, - deyə Nesvitaylov izah edib.
 
Bundan əlavə, analitik Makronun Ukrayna ərazisinə sülhməramlı kontingentin yerləşdirilməsi ideyasının öz nəticəsini verəcəyinə əmindir.
 
"Makron Kiyev üçün təhlükəsizliyin təmin edilməsi variantlarından biri kimi, Fransa və digər Avropa qoşunlarının demarkasiya xətti boyunca Ukrayna ərazisinə yerləşdirilməsi hekayəsini çox fəal şəkildə təbliğ edir. Bu həm də çox böyük üstünlükdür, çünki Ukrayna bununla məşğul olsaydı, tamam başqa hekayə olardı. Amma Makron bu ideyanı daxildən təbliğ edir və mənə elə gəlir ki, onun inadı və entuziazmı ilə bundan hansısa nəticə çıxmalıdır”, - deyə ekpsert əlavə edib.

Xatırladılır ki, daha əvvəl Makronun Ukrayna ilə bağlı planı müzakirə etmək üçün Varşavaya gələcəyi bildirilib.

S.Laçın

Link kopyalandı!
Son xəbərlər