"NATO üzrə müttəfiqlər hərbi təfəkkür sərgiləməli və ehtimal edilən təcavüzə hazır olmalıdır..."
Rusiya çoxdandır ki, NATO ölkələrinə qarşı gizli deyil, açıq müharibə aparır.
Moderator.az xəbər verir ki, bu barədə NATO baş katibi Mark Rütte Brüsseldə təhlükəsizlik üzrə ekspertlər qarşısında çıxışında bəyan edib. Məlumatı "bild.com" nəşri yayıb.
Rütte vurğulayıb ki, məsələn, Avropada dronlar tətbiq edilməklə mümkün hücumlara hazır olmaq üçün yanaşmanı dəyişib hərbi təfəkkür sərgiləmək gərəkdir, nəşr yazıb.
ATƏT-in hesabatına görə, Ukraynada müharibə başlanandan Rusiya NATO ölkələri ərazisinə təxminən 150 dəfə hücum edib. Bunların arasında dəmir yolları, xəstəxanalar, GPS və su təchizatı sistemlərinə kiberhücumları qeyd etmək olar.
Hesabatda həmçinin hərbi obyektlər və sualtı infrastrukturda qırılmalar, sabotaj və təhdidlər barədə deyilir.
Rusiyalılar kritik infrastruktura hücumlara xüsusi diqqət yetirir. Məsələn, 2024-cü ildə Rumıniyanın iri xəstəxanaları və ABŞ əczaxanaları haker hücumları səbəbindən iflic olub, Avropada isə GPS siqnallarında kütləvi nasazlıqlar qeydə alınıb.
Rusuya həmçinin Baltik dənizində sualtı kabellərin sabotaj edilməsində şübhəli bilinir, bu da məlumatların ötürülməsində rabitəyə təsir edib.
Kiberhücumlardan başqa, hesabatda fiziki zorakılıq və sui-qəsd halları da xatırlanır. İtaliyada müdafiə nazirinə qarşı sui-qəsdin qarşısı alınıb, Almaniya və ABŞ-da müdafiə sənayesi ilə bağlı olan şirkət rəhbərlərinə qarşı hücum planları üzə çıxıb.
Moskva həmçinin immiqrasiya böhranından Avropa İttifaqı ölkələri sərhədlərində sabitliyin pozulmasında, təbliğatda və seçkilərə müdaxilədə ittiham edilir.