"Mən hər iki savaşın davam etməsini və insanların bir-birini öldürməsini istəmirəm..."
Ukraynada müharibəni bitirmək Yaxın Şərqə nisbətən daha çətin olacaq.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp "The Time" nəşrinə müsahibəsində bəyan edib.
Onun sözlərinə görə, Yaxın Şərqdəki problemi "Rusiya ilə Ukrayna arasında baş verənlərə nisbətən daha asan həll etmək olar".
"Yaxın Şərqdə hər şey çox məhsuldar baş verir. Düşünürəm ki, Yaxın Şərq problemi həll ediləcək".
Tramp vurğulayıb ki, hər iki savaşın davam etməsini və insanların bir-birini öldürməsini istəmir.
"Bilirsinizmi, Rusiya, Ukrayna və ya fələstinlilər, israillilər, Yaxın Şərqdə olan müxtəlif qurumlar...nə qədər müxtəlif mahiyyət daşıyır. Amma mən insanların öldürülməsini istəmirəm".
Trampın digər bəyanatları
Donald Tramp Ukrayna Silahlı Qüvvələrinin Amerikanın uzaqvuran silahları ilə Rusiya ərazisinə zərbələrin əleyhinə çıxıb. Onun sözlərinə görə, belə qərara yol vermək olmazdı.
O, həmçinin Kiyevi noyabr ayında belə raketlər buraxdığına görə tənqid edib. Tramp deyib ki, "biz, sadəcə, bu müharibədə eskalasiya yaradıb, onu daha da pisləşdiririk".
Seçkilərdə qələbəsindən sonra Putinlə danışıb-danışmaması barədə suala cavabında o, qeyd edib ki, bu sual yersizdir.