Bizi sosial şəbəkələrdən izləyin:
Dünən Kazreti kəndində naməlum şəxs dövlət məktəbinin müəlliminə hücum edərək, onun sifətinə bıçaqla xəsarət yetirib.
Moderator.az bu haqda "Qruziyaonlayn" nəşrinə istinadla xəbər verir.
Məlumata görə, 30 yaşlı Pikriya Epitaşviliyə arxadan hücum edilib.
"Sənin kimi agentlərlə dolu olan sevimli Avropana rədd ol!" – deyərək naməlum şəxs onu yaralayıb.
Qeyd edilir ki, son günlər hakim “Gürcü arzusu” partiyası ilə əlaqəsi olan şəxslərin rejimi tənqid edən vətəndaşlara fiziki təzyiqlər göstərməsi halları çoxalıb.
S.Laçın