"Ukraynaya piar deyil, ədalətli sülh lazımdır, söhbətlər deyil, təhlükəsizlik zəmanətləri gərəkdir..."
Ukrayna Macarıstanı hər-hansı fəaliyyətə vəkil etməyib, Macarıstan Moskva ilə təmasları barədə bizə xəbərdarlıq etməyib.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin müşaviri Dmitri Litvin jurnalistlərə məlumat verib. Məlumatı "nv.ua" nəşri yayıb.
"Birincisi, həmişə olduğu kimi, Macarıstan tərəfi Ukrayna ilə heç nəyi müzakirə etməyib. İkincisi, həmişə olduğu kimi, Macarıstan tərəfi Moskva ilə təmasları barədə xəbərdarlıq etməyib. Üçüncüsü, həmişə olduğu kimi, Ukrayna Macarıstanı nələrəsə vəkil etməyib", - müşavir vurğulayıb.
Dördüncüsü, Ukrayna həmişə gündəlik rejimdə əsirlərin azad edilməsi üçün işləyir və "artıq iki həftədir ki, ilin sonunadək xeyli əsirlər mübadiləsi üzrə müvafiq təmaslar davam etdirilir", - o, məlumat verib.
Beşincisi, "biz tam dolğun sülhə köklənmişik, Amerika, Avropa, dünyadakı digər tərəfdaşlarımızla əlaqəli şəkildə hər şeyi edirik", - Litvin əlavə edib.
Dövlət başçısının müşaviri deyib ki, "bizə piar deyil, ədalətli sülh gərəkdir, söhbətlər deyil, etibarlı təhlükəsizlik zəmanətləri gərəkdir".
Orbanın Putinlə söhbəti - detallar
Xəbər verildiyi kimi, dünən, dekabrın 11-də Macarıstan baş naziri Viktor Orban "X" sosial şəbəkəsində bəyan edib ki, Macarıstan Ukraynaya Milad bayranı günlərində atəşkəs və hərbi əsirlərin miqyaslı mübadiləsini keçirməyi təklif edib, lakin prezident Vladimir Zelenski, guya, bu ideyanı rədd edib.
Bundan öncə isə Zelenski Orbanın Putinə zəng etməsinə münasibət bildirib. Bu zaman Zelenski ümid etdiyini bildirib ki, "Viktor Orban heç olmasa Bəşər Əsədə zəng vuraraq saatlarla onun da mühazirəsini dinləməyəcək".