“Heydər Əliyevin yerdən götürüb mənə verdiyi qolbağı ömürlük saxlayacam” - FOTO
Ekskluziv
467
13:53, Bu gün

“Heydər Əliyevin yerdən götürüb mənə verdiyi qolbağı ömürlük saxlayacam” - FOTO

“Nə yaxşı ki, Ulu Öndər haqqında danışmaq mənim də payıma düşüb. Onun haqda danışmağa mənim sözüm yetməz. Bu gün onu sevə-sevə yad edirik. İlk dəfə Heydər Əliyevlə 1994-cü ildə görüşmüşəm. Hər dəfə onun qarşısında çıxış edərkən bizə etdiyi tövsiyyələri, məsləhətləri yadımızdan çıxmır. Biz ilk addımlarımızı, səhnəyə qədəmlərimizi Ulu Öndərin hakimiyyətdə olduğu illərdə atmışıq. Bütün sahələrə diqqət yetirdiyi kimi incəsənət və mədəniyyət sahəsindən də diqqətini ayırmayıb. 1998-ci ildə Azərbaycan mədəniyyəti tarixində ilk dəfə idi ki, bir ailədən iki bacı eyni zamanda fəxri ad alırdı. 2014-cü ildə cənab prezidenimiz İlham Əliyev bizi xalq artisti fəxri adına layiq gördü. Ulu Öndər əlimdən tutub, onunla birlikdə “Alagöz” mahnısını ifa etmişəm. Bütün bunlar xoş xatirələrdir. Bizdən “Arzu”mahnısını xahiş edib. Fransada biz çıxış edərkən bizə böyük təşəkkürünü bidirib. Hər çıxışımızdan sonra səhnəarxasına gəlib bizə rəğbət bəsləyirdi”
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Gülyanaq Məmmədova deyib. Gülyaz Məmmədova isə saytımıza açıqlamasında heç vaxt unuda bilmədiyini bir xatirəsini danışıb.
 
“1997-ci ilin yeni il şənliyi çəkilirdi. Gülyanaqla mən “Heyratı” muğamını oxumalı idik. Gülyanaqla birlikdə qərara gəldik ki, səhnəyə milli geyimdə çıxaq. Bu çəkilişdən sonra bizə zəng gəldi ki, siz dövlət tədbirində iştirak edəcəksiz, Ulu Öndər sizin səsinizi çox bəyənib. Özü də bizdən “Heyratı” muğamını istədilər. Bu xatirəni heç vaxt unutmaram. Bu bir şans idimi həqiqətən də dövlət başçısı sənin səsinə, sənətinə yüksək qiymət verir. Soruşurdu ki, Gülyanaq hansınızsız, Gülyaz hansınız? Bizə deyirdi ki, gəl elə sizə bacılar deyə müraciət edim. Hansı ölkənin prezidenti gəlirdisə bizi də tədbirə dəvət edirdilər. Hər konsertdən sonra səhnənin arxasına gəlib görüşürdü. Bir də gördük ki, yavaş-yavaş üstümüzə gəlir. Hamımız geri çəkildik ki, görək nə olub? Sən demə qolbağım düşmüşdü yerə. O başqa adama da deyə bilərdi ki, götürüb mənə versinlər. Həmin qolbağı ömür boyu saxlayacam. Özümə söz vermişəm. İtirərəm deyə istifadə də etmirəm. Onun dəyəri mənim üçün çox qiymətlidir” deyə xalq artisti Gülyaz Məmmədova deyib.
Link kopyalandı!
Son xəbərlər